“Gənc Psixoloqlar” İctimai Birliyi əsas məqsədi:
- “Gənc Psixoloqlar” İctimai Birliyinin əsas məqsədi gənc və tələbə psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının qorunması istiqamətində vahid fəaliyyəti təşkil və təmin etməkdir. Bu istiqamətdə Birlik milli iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına kömək məqsədilə respublikanın elmi-psixoloji potens
ialının psixologiya elminin nəzəri-metodoloji və praktik məsələlərinin həllinə aktiv cəlb olunmasını, psixologiyanın ümumi nəzəriyyələrinin inkişafı və onun tətbiqi sahələrinin işlənməsini, psixologiya elminin aktual məsələlərinin həllinə kömək etməyi, psixologiya elminin nailiyyətlərinin praktikaya tətbiq etmək, elmin, mədəniyyətin inkişafı, müasir və innovativ idarəetmə, təhsil və tərbiyənin effektivliyini artırmaq məqsədi ilə psixoloji xidmətlərin yaradılmasında iştirak etməyi, psixoloji biliklərin, psixologiya sahəsində elmi-tədqiqat və elmi-praktik işləri təbliğ etməyi öz qarşısına məqsəd qoyur.
“Gənc Psixoloqlar” İctimai birliyinin vəzifələri:
- “Gənc Psixoloqlar” ictimai birliyi öz məqsədlərini həyata keçirmək üçün elmi və təşkilati məsələlərin müzakirəsi üçün iclas, konfrans və qurultaylar keçirməyi, psixoloqlar assosasiyalarının təşkil etdiyi beynəlxalq konfrans, iclas və simpoziumlarda Azərbaycanın gənc psixoloqlarının iştirakını təşkil etməyi və əməkdaşlıq əlaqələrinin qurulmasını, cəmiyyətimizin psixi sağlamlığı istiqamətində yerli və beynəlxalq layihələrdə iştirak etməyi planlaşdırır. Kimlər üzv olar bilər?
- “Gənc Psixoloqlar” İctimai birliyinə psixologiya istiqaməti üzrə bakalavr, magistr, doktorantura təhsili alan tələbələr və məzunlar, psixologiya istiqaməti üzrə fəaliyyət göstərən gənc alimlər, müəllimlər və praktik psixologiya ilə məşğul olan hər bir şəxs üzv ola bilər.
Üzv olmaq üçün “Gənc Psixoloqlar” İctimai birliyinin ofisinə müraciət edib, üzvlük anketini doldurmaq lazımdır.
Ünvan:
Səməd Vurğun küçəsi, 34
Əlaqə telefonu: 070 905 20 15
E-mail: [email protected]