Azerbaijan Hotel Association

Azerbaijan Hotel Association Non-government organisation that is representing, promoting and protecting the interests of the Azerbaijani hotels domestically and internationally.

AHA və Azərbaycan Turizm və Menecment Universiteti (.official) arasında əməkdaşlıq çərçivəsində “Qonaqpərvərliyə İlk Add...
14/05/2026

AHA və Azərbaycan Turizm və Menecment Universiteti (.official) arasında əməkdaşlıq çərçivəsində “Qonaqpərvərliyə İlk Addım” layihəsinə start verildi.

Layihə üzrə ilk tanışlıq turu Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrlə, dəyərli üzvümüz hotelində baş tutdu.

Görüşün açılışında hotelin Baş Direktoru Erhan Gürsel, Əməliyyatlar üzrə Direktor Xəyalə Əsgərzadə, İnsan Resursları üzrə Menecer Aynur Ağayeva, və AHA-nın İcraçı Direktoru Əsmər Şabanova tələbələrlə öz təcrübələrini bölüşdülər.

Hilton Baku hotelinin Təlim və İnkişaf üzrə meneceri Günel Əmirova tərəfindən Hilton brendinin tarixi, dəyərləri, hotel şöbələri üzrə əməliyyatlar və karyera imkanları barədə təqdimat keçirildi.

Tələbələr həmçinin hotelin müxtəlif şöbələri ilə tanış oldu, əməliyyat proseslərini yaxından müşahidə etdi və qonaqpərvərlik sahəsinin peşəkarları ilə görüşmək imkanı qazandı.

Layihəyə göstərdiyi dəstək və yüksək təşkilatçılığa görə Hilton Baku hotelinə təşəkkür edirik!

-------------------------------------------

Azerbaijan Hotel Association and Azerbaijan Tourism and Management University (ATMU) have launched the “First Step into Hospitality” project within the framework of mutual collaboration.

The first familiarization tour of the project took place at our valued member hotel, Hilton Baku.

During the opening session, the hotel’s General Manager Erhan Gürsel, Director of Operations Khayala Asgarzadeh, Human Resources Manager Aynur Aghayeva, and AHA Executive Director Esmer Shabanova shared their professional experiences with the students.

In addition, Gunel Amirova, Learning & Development Manager at Hilton Baku, delivered a presentation on the history and values of the Hilton brand, hotel operations, and career opportunities in the hospitality industry.

Students also had the opportunity to explore different hotel departments, observe operational processes closely, and engage with hospitality professionals.

We would like to thank Hilton Baku for their support and excellent organization of the visit!

Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri tarəfindən Ümummilli...
10/05/2026

Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri tarəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə 20-30 aprel tarixlərində Bakı ş...
30/04/2026

Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə 20-30 aprel tarixlərində Bakı şəhəri və Abşeron rayonu üzrə yerləşmə vasitələrinin rəhbər heyəti üçün “Hotel idarəçiliyinin əsasları” mövzusunda maarifləndirici proqram təşkil olunub.

Layihə çərçivəsində hotellərin rəhbər heyətinə sahə üzrə təcrübəli ekspertlər tərəfindən xidmət keyfiyyətinin artırılması, qonaq məmnuniyyəti göstəriciləri, davranış standartları, komanda idarəçiliyi, xidmət və ünsiyyət modelləri kimi mövzuları əhatə edən 3 modullu ödənişsiz maarifləndirici sessiyalar təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Turizm Bürosunun sədr müavini Rəşad Əliyev, Sənayenin inkişafı departamentinin direktoru Nərmin Aktaş, Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova və tədbirə ev sahibliyi edən hotelinin Baş meneceri Filippo Guizzardi tərəfindən proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

_______________________________________________

With the joint organization of the State Tourism Agency of the Republic of Azerbaijan and Azerbaijan Hotel Association, an educational program titled “Fundamentals of Hotel Management” was held from April 20 to 30 for senior management staff of accommodation providers located in the city of Baku and the Absheron region.

Within the framework of the project, hotel executives were provided with three-module, free-of-charge educational sessions delivered by experienced industry experts. The sessions covered key topics such as service quality enhancement, guest satisfaction metrics, behavioral standards, team management, and service and communication models.

At the end of the program, certificates were awarded to participants who successfully completed the training by Rashad Aliyev, Deputy Chairman of Azerbaijan Tourism Board, Narmin Aktash, Director of the Industry Development Department at Azerbaijan Tourism Board, Esmer Shabanova, Executive Director of the Azerbaijan Hotel Association and Filippo Guizzardi, the General Manager of the host of the event -

📣 AHA-dan hotel rəhbərləri üçün yeni təlim proqramı2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forum...
13/04/2026

📣 AHA-dan hotel rəhbərləri üçün yeni təlim proqramı

2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində yerləşmə vasitələri üçün xüsusi maarifləndirici proqrama start verilir!

Azərbaycan Hotel Assosiasiyası tərəfindən, Dövlət Turizm Agentliyinin dəstəyi ilə təşkil olunan “Hotel İdarəçiliyinin Əsasları” mövzusunda 3 moduldan ibarət təlim proqramı Bakı və Abşeron ərazisində fəaliyyət göstərən hotel və digər yerləşmə vasitələrinin rəhbər nümayəndələri üçün nəzərdə tutulub.

Sizi beynəlxalq hotelçilik təcrübəsinə sahib peşəkar təlimçilər tərəfindən hotel idarəçiliyinə müasir yanaşma təqdim edən ödənişsiz təlim proqramına qoşulmağa dəvət edirik!

🗓 Başlanğıc tarixi: 20 Aprel
📍 Məkan: InterContinental® Baku

Təlim iştirakçılarına yekunda sertifikat təqdim ediləcəkdir.

Qeydiyyatdan keçmək üçün rəy bölümündə qeyd edilən linkə daxil olaraq müraciət edə bilərsiniz.

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası Antalya şəhərində keçirilib. Azərbaycan Respublikasının D...
07/04/2026

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası Antalya şəhərində keçirilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Əsmər Şabanova, eləcə də Azərbaycan və Türkiyə turizm sənayesi üzrə ixtisaslaşmış digər qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.
İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.
----------------------------------------------------
The 5th meeting of the Azerbaijan-Türkiye Joint Working Group on Tourism was held in Antalya.
The meeting, co-chaired by Jalil Melikov, Deputy Chief of Staff and Head of the International Relations Department of the State Tourism Agency of the Republic of Azerbaijan, was attended by the Executive Director of Azerbaijan Hotel Association, Esmer Shabanova, as well as representatives of other specialized tourism organizations from Azerbaijan and Türkiye.
The meeting focused on strengthening bilateral cooperation in tourism, while also exploring opportunities for joint cooperation within international organizations.
Particular attention was given to enhancing cooperation between public and private sector stakeholders, as well as expanding collaboration in regional tourism development, cultural heritage management, and joint marketing initiatives.
The meeting concluded with the signing of a protocol on tourism cooperation between the State Tourism Agency of Azerbaijan and the Ministry of Culture and Tourism of Türkiye, further reinforcing the strategic tourism partnership between the two countries.

Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm ictimaiyyəti Xocalı soyqırımının 34-cü ildö...
26/02/2026

Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm ictimaiyyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.

_________________________________________

The State Tourism Agency officials, subordinate institutions, and members of the tourism community visited the “Mother’s Cry” monument on the occasion of the 34th anniversary of the Khojaly genocide, commemorating the victims with deep respect.

Azərbaycan Hotel Assosiasiyasının İnsan resursları üzrə İşçi Qrupunun 2026-ci il üzrə ilk görüşü onlayn rejimdə keçirild...
24/02/2026

Azərbaycan Hotel Assosiasiyasının İnsan resursları üzrə İşçi Qrupunun 2026-ci il üzrə ilk görüşü onlayn rejimdə keçirildi.

İşçi Qrupun rəhbəri Sevinc Purvisin rəhbərliyi ilə keçirilən görüşün gündəliyi qrupa yeni qoşulan üzvlərin təqdimatı, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərin müzakirəsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsini əhatə etdi və Anadolu Universiteti tərəfindən hotellər üçün distant təhsil barədə təqdimat ilə yekunlaşdı.

Görüşə qatılan bütün üzvlərimizə aktiv iştirak üçün təşəkkür edirik!

-------------------------------

The first meeting of the Azerbaijan Hotel Association's Human Resources Working Group for 2026 was held online.

The agenda of the meeting held by the Working Group leader Sevinj Purvis, covered the introduction of the new group members, discussion about the recent changes to Labor Law, upcoming initiatives for the next period and the meeting was finalised with the presentation by the Anadolu University on distant education opportunities.

Thanks to all members for the active participation and productive meeting!

Azərbaycan Hotel Assosiasiyasının İnsan resursları üzrə İşçi Qrupunun 2026-ci il üzrə ilk görüşü onlayn rejimdə keçirild...
24/02/2026

Azərbaycan Hotel Assosiasiyasının İnsan resursları üzrə İşçi Qrupunun 2026-ci il üzrə ilk görüşü onlayn rejimdə keçirildi.

İşçi Qrupun rəhbəri Sevinc Purvisin rəhbərliyi ilə keçirilən görüşün gündəliyi qrupa yeni qoşulan üzvlərin təqdimatı, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərin müzakirəsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsini əhatə etdi və Anadolu Universiteti tərəfindən hotellər üçün distant təhsil barədə təqdimat ilə yekunlaşdı.

Görüşə qatılan bütün üzvlərimizə aktiv iştirak üçün təşəkkür edirik!

-------------------------------

The first meeting of the Azerbaijan Hotel Association's Human Resources Working Group for 2026 was held online.

The agenda of the meeting held by the Working Group leader Sevinj Purvis, covered the introduction if the new group members, discussion about the recent changes to Labor Law, upcoming initiatives for the next period and finalised with the presentation by the Anadolu University on distant education opportunities.

Thanks to all members for the active participation and productive meeting!

Yeni üzvlərimizi qarşılayın!Xankəndi Hotellər Kompleksinə daxil olan Palace Hotel və Bulud Terrace & Hotel AHA-nın üzvlə...
04/02/2026

Yeni üzvlərimizi qarşılayın!

Xankəndi Hotellər Kompleksinə daxil olan Palace Hotel və Bulud Terrace & Hotel AHA-nın üzvləri sırasına qoşularaq Xankəndidə fəaliyyət göstərən ilk üzvlərimiz oldu!

İnanırıq ki, bu üzvlük Qarabağ bölgəsində hotelçilik sahəsində yeni imkanların və peşəkar əməkdaşlığın formalaşmasına töhfə verəcək.

Yeni üzvlərimizi AHA adından salamlayır, uğurlu və məhsuldar əməkdaşlıq arzulayırıq.

-----------------------------------------------

Welcome our new members!

Palace Hotel and Bulud Terrace & Hotel under Khankendi Hotels Complex, have joined AHA, becoming our first members located in Khankendi city.

We believe that this membership will contribute to the creation of new opportunities and the development of professional cooperation in the hospitality sector of the Karabakh region.

On behalf of AHA, we welcome our new members and wish them a successful and productive collaboration.

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi üzrə təşəbbüsə start verir. Yanvarın 27-də i...
28/01/2026

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi üzrə təşəbbüsə start verir. Yanvarın 27-də internet sürətinin və şəbəkə keyfiyyətinin ölçülməsi üzrə lider şirkət olan "Ookla" qonaqpərvərlik sektoru üçün" Speedtest Certified™" adlı yeni məhsulunun ilk təqdimatını Bakıda keçirib.
Tədbir Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyasının (AHA) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə AHA üzvləri daxil olmaqla turizm, telekommunikasiya və infrastruktur sahələrindən 100-dən artıq məsul şəxs iştirak etmiş və qapalı məkanlarda internet bağlantı təcrübəsindən gözləntiləri müzakirə olunmuşdur.
Tədbir çərçivəsində AHA-nın İdarə Heyətinin sədri Eldar Əlimuradov bağlantının qonaq təcrübəsinə təsiri və milli turizm rəqabətliliyinin artırılması, həmçinin iqtisadiyyata töhfə verilməsi üzrə strategiyalara həsr olunmuş panel müzakirəsində iştirak edib.

--------------------------------------

“Ookla” Launches Initiative to Accelerate Connectivity in Azerbaijan’s Hospitality Sector.
On January 27, Ookla — the global leader in internet speed and network quality measurement — held the first presentation in Baku of its new product for the hospitality sector, Speedtest Certified™.
The event was jointly organized by the Information and Communication Technologies Agency (ICTA), Azerbaijan Tourism Board (ATB), and Azerbaijan Hotel Association (AHA). More than 100 representatives from the tourism, telecommunications, and infrastructure sectors, including AHA member hotels, attended the event, where expectations regarding indoor internet connectivity experiences were discussed.
As part of the program, AHA Chairman Eldar Alimuradov took part in the panel discussion focused on the impact of connectivity on the guest experience, as well as strategies to enhance national tourism competitiveness and contribute to the economy.

20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsinin 36-cı ildönümündə,  Azərbaycanın müstəqilliyi uğrunda canından ...
20/01/2026

20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsinin 36-cı ildönümündə, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini qürur və dərin ehtiramla anırıq.

------------------

In the 36th anniversary of the honorable page of the history of our nation - January 20, we remember with deepest respect and honor the memories of martyrs who sacrificed their lives for the independence of Azerbaijan.

Address

14 Bulbul Avenue
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994512061289

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Hotel Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Hotel Association:

Share