Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbay
can Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır. Universitetdə 17 fakültə olduğu üçün, təşkilatda 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olunub: 1) Elm və təhsil departamenti; 2) Layihələr departamenti; 3) Beynəlxalq əlaqələr departamenti; 4) İnsan resursları departamenti; 5) İctimayyətlə əlaqələr departamenti. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur. ELM və TƏHSİL departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir. Departamentin nəzdnində Debat klub, İntelektual klub və “Şən Hazırcavablar” klubu fəaliyyət göstərir və Debat klub 2012-ci ildə Respublika forumunun qalibi olmuşdur, İntellektual klub Universitetlər arası birinciliyə nail olmuşdur və “Şən və Hazırcavablar klubu” Respublika üçünçüsüdür və klubun üzvləri Azərbaycan yığma komandasına seçilmişdirlər. LAYİHƏLƏR departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir. Bu günə kimi departamentin ən böyük layihələri “Müxtəlif mədəniyyətlərin tanıtım sərgisi”, “Gül festivalı”, “Layihələrin yazılması və idarə olunması”, “Qarabağ dünyaya yayılan səsi” və “Tələbə radiousu” internet radio layihəsidir. BEYNƏLXALQ ƏLAQƏLƏR departamenti Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, Universitet tələbələrin beynəlxalq tədbirlərdə, konfranslarda iştrak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir. Universitet tələbələri müxtəlif beynəlxalq tədbirlərdə iştrak ediblər, bunların sırasında Cənubi Koreya, Gürcüstan, Rusiya, Almaniya, Fransa, Türkiyə kimi dövlətlərə səfəri qeyd etmək olar. Lomonosov adına Moskva Dövlət Universitetinin və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Tələbə təşjkilatları ilə əməkdaşlıq haqda müqavilələri mövcuddur.
İNSAN RESURSLARI departamenti təşkilat üzvlərinin üçotunu aparır, yeni üzvlərinin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştrakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir. Təşkilatın 2000 yaxın üzvü var. Departament mütəmadi olaraq uşaqlar evlərinə, qocalar evlərinə, talasemiyadan əziyyət çəkən uçaqlar üçün qan vermə aksiyaları təşkil edir.
İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR departamenti həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzalıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir.