20/01/2025
“Robolution - Yaşıl Robotexnika” Layihəsinin İlk Sessiyası Uğurla Keçirilib.
18 yanvar tarixində “Robolution - Yaşıl Robotexnika” layihəsinin ilk sessiyası ilk qrupumuzla baş tutdu. Təlim Cavid Şamıyevin rəhbərliyi ilə keçirildi və iştirakçılar robototexnika sahəsində dəyərli biliklər əldə etdilər.
Sessiya zamanı iştirakçılar əvvəlcə robototexnika haqqında ümumi məlumat əldə etdilər və led, buzzer kimi sadə komponentlərlə praktik iş apardılar.
💡Daha sonra termistor və fotorezistor sensorları ilə işləyərək, mühitdən gələn məlumatlara əsasən Arduino vasitəsilə led və buzzerin idarə edilməsini öyrəndilər.
Çay fasiləsindən sonra isə tranzistorlarla işləyərək, motorların avtomatik idarə edilməsinin ilkin prinsiplərini mənimsədilər. Bu sessiya iştirakçıların həm nəzəri, həm də praktik bacarıqlarını inkişaf etdirmək üçün mükəmməl bir başlanğıc oldu. 🚀
Növbəti sessiyalarda iştirakçıları daha maraqlı mövzular və innovativ yanaşmalar gözləyir! 🌱✨
Odur ki izləmədə qalın!