Miqrasiya Könüllüsü İctimai Birliyi

Miqrasiya Könüllüsü İctimai Birliyi “Miqrasiya Könüllüsü” İctimai Birliyinin rəsmi “Facebook” səhifəsi

📢 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Quinera” layihəsinin sonuncu görüşünün q...
21/06/2026

📢 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Quinera” layihəsinin sonuncu görüşünün qonağı – memar və memar-dizayner Gülcahan Abdullayevadır.

🏛️ Görüş zamanı memarlıq sahəsində karyera imkanları, yaradıcılıq və peşəkar inkişaf, eləcə də memar peşəsinin müasir dövrdəki rolu barədə müzakirələr aparılacaq.

💬 Tədbir interaktiv formatda keçiriləcək və gənc qadınların peşəkar inkişafına töhfə verməyi hədəfləyəcək.

🌟 “Quinera” layihəsinin məqsədi gənc qadınların potensialını üzə çıxarmaq, onların şəxsi və peşəkar inkişafını dəstəkləmək, cəmiyyətin fəal üzvlərinə çevrilmələrinə töhfə verməkdir.

📌 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Təcrübə Proqramı-9” üçün müraciət etmiş gənclərin müsahib...
19/06/2026

📌 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Təcrübə Proqramı-9” üçün müraciət etmiş gənclərin müsahibə mərhələsi baş tutub.

📚 Təcrübə Proqramı müddətində gənclər fəaliyyət göstərdikləri departamentlərə uyğun infosessiyalara və praktiki təlimlərə qoşularaq, eyni zamanda şəxsi inkişafa yönəlik layihələrdə iştirak edərək təşkilatın strukturu ilə yaxından tanış ola biləcəklər.

📩 Qeyd edək ki, müsahibə mərhələsində iştirak etmiş hər bir şəxsə müsahibə nəticələri haqqında məlumat elektron poçt ünvanı vasitəsilə göndərilib.

̇b

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə 18 iyun – İnsan Hüquqları Günü münasibətilə könüllülərin ins...
19/06/2026

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə 18 iyun – İnsan Hüquqları Günü münasibətilə könüllülərin insan hüquqları sahəsində biliklərinin artırılması və maarifləndirilməsi məqsədilə görüş keçirilib! 🤩

Görüşün qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov olub.

Tədbir çərçivəsində insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Layihədə Miqrasiya Könüllüləri ilə yanaşı, müxtəlif könüllü təşkilatlarından gənclər də iştirak ediblər.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür! 🇦🇿Qurtuluş Günümüz Mübarək.
15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür! 🇦🇿

Qurtuluş Günümüz Mübarək.

12/06/2026

Şahmat turnirindən yadda qalan görüntülər♟️💙

̇b

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “BDU könüllül...
04/06/2026

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “BDU könüllüləri” təşkilatı və “EduLAB Chess School” şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunan layihənin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Tələbə təşkilatları tərəfindən reallaşdırılan belə təşəbbüslərin gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli olduğunu deyib, turnirin iştirakçılarına uğurlar arzulayıb.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Ulu Öndərin gənclərə diqqət və qayğısının bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirildiyini, dövlət idarələrində könüllülük hərəkatına dəstək göstərildiyini deyib. Keçirilən turnirin də həmin siyasət və məqsədin parçası olduğunu bildirib.

AKTİ-nin baş katibi Kamran Məmmədov çıxışında könüllü gənclərin ölkənin gələcəyinin formalaşmasında, cəmiyyətin inkişafında və dövlətçilik dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulayıb. Kamran Məmmədov bu baxımdan könüllülərin inkişafına xidmət edən layihə və təşəbbüslərin əhəmiyyətini xüsusi qeyd edib.

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli turnirdə zəkanın, strateji düşüncənin və sağlam rəqabətin bir araya gəldiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra “EduLAB Chess School” şahmat məktəbinin direktoru Rəhimə Məcidova turnirin qaydalarını iştirakçılara izah edib.

Müxtəlif könüllü təşkilatlarından olan gənclər püşkatma yolu ilə qarşılaşdırılıb. Üç turluq mübarizədən sonra Yasəmən Məmmədova I, Aydın Əkbərov II, Nurlan Məmmədli isə III yerlərə layiq görülüb.

Qaliblər sertifikat və medallarla mükafatlandırılıblar.

̇b

Bu gün isə daxilimizdə hələ də yaşayan balaca könüllü dostlarımızla tanış oluruq 💙
01/06/2026

Bu gün isə daxilimizdə hələ də yaşayan balaca könüllü dostlarımızla tanış oluruq 💙

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

🌍 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri beynəlxalq əhəmiyyətli WUF13 (World Urban Forum) tədbirində könüllü q...
28/05/2026

🌍 “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri beynəlxalq əhəmiyyətli WUF13 (World Urban Forum) tədbirində könüllü qismində fəal iştirak ediblər.

Tədbir müddətində könüllülər müxtəlif təşkilati proseslərə dəstək göstərərək beynəlxalq mühitdə dəyərli təcrübə qazanıb, yeni bilik və bacarıqlar əldə ediblər.

WUF13-də iştirak edən bütün könüllülərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq ✨

̇b

Address

Bakı şəhəri, Binəqədi Rayonu, 3123-cü Məhəllə, Binəqədi şossesi 202. (Metronun "Azadlıq Prospekti" Stansiyasının Yaxınlığında)
Baku
AZ1114

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994125625304

Website

Alerts

Be the first to know and let us send you an email when Miqrasiya Könüllüsü İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Miqrasiya Könüllüsü İctimai Birliyi:

Share