18/05/2026
İsgəndərli Adəm mərkəzimizə ilk gəldiyi zaman çox utancaq bir uşaq idi.
Bu gün isə artıq çox aktivdir, hətta zarafatlaşaraq hamıya sevinc bəxş edir.
Əvvəllər heç bir hərf və rəqəm yaza bilməyən Adəm, indi 10-a yaxın hərfi sərbəst yazır, hecaları oxuyur, 8-ə qədər rəqəmləri tanıyır, yazır və misalları həll edir. 💚💚💚
Şəkillər üzrə cümlələr quraraq fikirlərini ifadə edir, anlayışları gözəl qavrayır, suallara sərbəst cavab verir. Fəsillər haqqında danışır, fərqli və eyni anlayışını düzgün ayırd edir. Hətta heyvanların nə ilə qidalandığını belə böyük maraqla cavablandırır. 💚💚💚
Motorik bacarıqları əvvəllər çox zəif olsa da, indi bütün motorik çalışmaları sərbəst və düzgün şəkildə yerinə yetirir.
Adəmdə olan bu sürətli inkişaf bizi çox sevindirir və qürurlandırır. Onun hər yeni uğuru bizim üçün böyük xoşbəxtlikdir. 💚🍀💚🍀💚