Gənc Mühasiblər Birliyi İşə Düzəltmə Departamenti

Gənc Mühasiblər Birliyi   İşə Düzəltmə Departamenti Mühasiblər üçün işə düzəltmə agentliyi Gənc Mühasiblər İctimai Birliyi (bundan sonra GMB) qeyri-siyasi, qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.

GMB Respublika Rəhbərliyi tərəfindən həyata keçirilən demokratikləşdirmə, vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirak etmək məqsədilə, Azərbaycan Respublikası vətəndaşlarının mənafe ümumiliyi, könüllülük, üzvlərin hüquq bərabərliyi, özünüidarə əsasında yaradılan ictimai birlikdir. Gənc Mühasiblər Birliyi 2000-ci ildə yaradılmış, 15 fevral 2000-ci il tarixində Ədliyyə Nazirliyində qe

ydiyyatdan keçmişdir. Birliyin prezidenti Solmaz Əliyevadır.

2000-ci ildən 2002-ci ilə qədər nizamnamə üzrə fəaliyyətini öz daxili imkanları hesabına reallaşdıran təşkilat, ilk dəfə qrant layihəsini 2002-ci ildə həyata keçirtmişdir. Təşkilat bu günə qədər bir sıra xarici və yerli ixtisaslaşmış donor təşkilatları və dövlət orqanları tərəfindən maliyyələşdirilən onlarla layihələrə imza atmış və uğurla yerinə yetirmişdir. GMB-in digər fəaliyyətlərindən biri də gənc mühasiblərə informasiya və məsləhət xidmətlərini təşkil etmək, sosial və peşə problemlərinin həllinə kömək, xaric ölkələrdə mühasibatlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, dəyirmi masa, elmi praktiki konfranslar, simpoziumlar, forumlar və s. keçirtməkdir. Müasir dünyada geniş vüsət almaqda olan iqtisadiyyatın qloballaşma prosesləri bazar münasibətlərinin təkmilləşməsinə və yenidən qurulmasına zərurət yaratmışdır. Bu baxımdan ölkəmizin mühasibat uçotu sahəsində Beynəlxalq Standartların tələblərinə cavab verən islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yarandığı gündən bəri birlik bu istiqamətdə geniş təcrübə toplamışdır. Belə ki, öz fəaliyyəti dövründə bir çox dövlət orqanlarına, ictimai əhəmiyyətli qurumlara, digər idarə, müəssisə və təşkilatlara bu sahədə xidmətlər göstərmiş və hal-hazırda da sözügedən fəaliyyətini uğurla davam etdirir. Bundan başqa qeyd etmək istərdik ki, GMB dövlət əhəmiyyətli layihələrdə də yaxından iştirak etmişdir. Buna misal olaraq birliyimizin əməkdaşlarının 2008-ci il Maliyyə Nazirliyində Tacis proqramı çərçivəsində “MHBS-ın təqdim edilməsi” layihəsinin 2-ci mərhələsinin həyata keçirilməsində iştirakını göstərmək olar. Birliyimiz, layihələrdə layiqincə iştirak, yüksək səviyyəli mühasibat xidmətlərinin göstərilməsi, maliyyəçilərə və mühasiblərə onların peşə inkişafına yönəlmiş təlim-tədris proqramlarının təqdimi məqsədilə öz əməkdaşlarının ixtisaslarının artırılması istiqamətində intensiv tədbirlər planı həyata keçirdir.

Address

Baku

Telephone

+994125110611

Website

Alerts

Be the first to know and let us send you an email when Gənc Mühasiblər Birliyi İşə Düzəltmə Departamenti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənc Mühasiblər Birliyi İşə Düzəltmə Departamenti:

Share