12/06/2026
𝑷𝒍𝒆𝒂𝒔𝒆 𝒔𝒄𝒓𝒐𝒍𝒍 𝒅𝒐𝒘𝒏 𝒇𝒐𝒓 𝒐𝒕𝒉𝒆𝒓 𝒍𝒂𝒏𝒈𝒖𝒂𝒈𝒆𝒔
🇦🇿 TÜRKPA və DTİK Bakıda birgə tədbir keçirib
11 iyun 2026-cı il tarixində TÜRKPA Beynəlxalq Katibliyinin Dünya Türk İş Şurasının (DTİK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birgə təşkilatçılığı və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Four Seasons Baku” hotelində tədbir keçirilib.
1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması çərçivəsində təşkil olunan tədbir türk dünyasının mədəni irsinin və iqtisadi əməkdaşlığa dair baxışın təşviqi, xüsusilə işgüzar əməkdaşlığın, iqtisadi və mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədlərini daşıyıb. Tədbirdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycanda Respublikasında fəaliyyət göstərən türk sahibkarları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan DTİK-in Azərbaycan Respublikasındakı nümayəndəsi Barış Altıparmak iştirakçılara təşəkkürünü bildirib, DTİK-in 90 ölkədə fəaliyyət göstərdiyini və təşkilatın Türk Dövlətləri Təşkilatının “Türk dünyasına baxış-2040” sənədinə uyğun olaraq üzv dövlətlər arasında sosial və iqtisadi əməkdaşlığa verdiyi töhfələri vurğulayıb. Barış Altınparmak türk dövlətlərinin “Birlikdə daha güclüyük” şüarının artıq regional çərçivəni aşaraq qlobal geosiyasi reallığa çevrildiyini qeyd edib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən öz çıxışında Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və sonradan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının görüşündə qəbul edilən 1-ci Qurultayının 100 illik yubileyinin qeyd olunmasına dair qərarın əhəmiyyətini vurğulayıb. Bu baxımdan, Baş katib , və Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən birgə təşkil olunan tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Baş katib, həmçinin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) türk dövlətləri arasında əlaqələrin inkişafında rolunu və strateji əhəmiyyətini vurğulayıb, Assambleyanın milli qanunvericiliklərin uyğunlaşdırılmasının təşviq edilməsinə, model qanunların qəbul edilməsinin dəstəklənməsinə, eləcə də Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilən mühüm qərarların milli qanunvericiliyə inteqrasiyası məqsədilə onların parlamentlər tərəfindən qəbul edilməsinin asanlaşdırılmasına töhfə verdiyini və gələcəkdə də verə biləcəyini vurğulayıb.
Öz növbəsində, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri professor, doktor Birol Akgün TÜRKPA-nın fəaliyyətinin əhəmiyyəti vurğulayıb, onun türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib. O, həmçinin davam edən qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda türk dünyasının strateji əhəmiyyətinin artmaqda davam etdiyini və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq modelinin XXI əsr üçün gələcəyə yönəlmiş tərəfdaşlığa dair baxışın əks etdirdiyini bildirib.
Tədbir iştirakçıları türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində Azərbaycan bəstəkarı və pianoçu Turan Manafzadənin konserti, eləcə də rəsm sərgisi nümayiş etdirilib.
***
TURKPA and DTİK held a joint meeting in Baku
On 11 June 2026, the International Secretariat of TURKPA jointly with the Azerbaijani Representative Office of the World Turkish Business Council (DTİK) and with the support of the Embassy of the Republic of Türkiye in the Republic of Azerbaijan (T.C. Bakü Büyükelçiliği/Türkiyənin Azərbaycandakı Səfirliyi), held a joint meeting at the Four Seasons Hotel Baku, Azerbaijan.
The event, held within the framework of the commemoration of the 100th anniversary of the First Turkology Congress, aimed to promote the cultural heritage and vision of economic cooperation of the Turkic world, with a focus on strengthening business cooperation, economic and cultural integration, and enhanced collaboration among Turkic states. The meeting brought together heads of diplomatic missions of the Turkic States, representatives of government institutions, Turkish entrepreneurs operating in Azerbaijan, and representatives of non-governmental organizations.
Opening the event, Representative of DTİK in Azerbaijan Barış Altıparmak expressed appreciation to the participants and highlighted ’s presence in 90 countries, noting its contribution to social and economic cooperation among member States in line with the 2040 Vision of the Organization of Turkic States. He stated that the “We are stronger together” approach of the Turkic States has evolved beyond a regional narrative into a global geopolitical reality.
In his remarks, TURKPA Secretary General Ambassador Ramil Hasan underscored the significance of the decision to commemorate the 100th anniversary of the First , initiated by H.E. Mr. Ilham Aliyev, President of the Republic of Azerbaijan, and subsequently adopted by the Heads of State of the Turkic States at the . In this regard, Mr. Hasan pointed the particular importance of the event co-organized by TURKPA, DTİK, and the Embassy of the Republic of Türkiye in Azerbaijan. Mr Hasan also emphasized the role and strategic importance of the Parliamentary Assembly of Turkic States ( ) in fostering relations among the Turkic states, as well as the role it plays and can further play in such areas as advancing legislative harmonization, adopting common laws, and facilitating the ratification and parliamentary approval of landmark decisions adopted by the Organization of Turkic States in the form of national legislation.
In turn, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of to the Republic of , Prof. Dr. Birol Akgün, underscored the importance attached to the activities of the Parliamentary Assembly of Turkic States (TURKPA), noting its contribution to strengthening cooperation and ties among the Turkic States. He further emphasized that, amid ongoing global geopolitical and geoeconomic shifts, the strategic significance of the Turkic world continues to grow, and that the cooperation framework under the Organization of Turkic States (Türk Devletleri Teşkilatı - Organization of Turkic States) reflects a forward-looking vision of partnership for the twenty-first century.
The participants exchanged views on prospects for further enhancing cooperation and strengthening ties among the Turkic States.
The programme featured a by Azerbaijani composer and Turan and an art .
🔗 https://turkpa.org/xeber/turkpa-and-dtik-held-a-joint-meeting-in-baku?lang=en