Həməşəra

Həməşəra "Həməşəra" müasir Cəlilabadın tarixi adıdır.
© Müəllif hüquqları qorunur! Coğrafiyası və iqlimi:
Şəhər paytaxt Bakıdan 210 km məsafədə yerləşir.

Səhifədə paylaşılan materiallardan istifadə etdikdə istinad mütləqdir! Əks təqdirdə müəlliflik hüququnu pozanlar qanun qarşısında məsuliyyət daşıyacaq... CƏLİLABAD BARƏDƏ QISA MƏLUMAT
Cəlilabad - Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati mərkəzi. 1952-ci ildə rayon tabeli şəhər statusu almışdır. Tarixi:
Qədim Həmşəranın varisi sayılan şəhərimiz 1967-ci ildən görkəmli Azərbaycan yazıç

ısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Astrarxanbazar adlanırdı. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb. 2013-cü ilin statistik məlumatlarına görə, Cəlilabad şəhərinin əhalisinin sayı 50 000 nəfərdir. Cəlilabad rayonunun əhalisi isə təxminən 230 min nəfərdən ibarətdir. Səhifənin yarandığı tarix: 01 Oktyabr 2015. Hədəf: Cəlilabad rayonunun tarixi, mədəniyyəti, şəxsiyyətləri, dəyərli insanları və gözəlliklərinin tanıtdırılması...

© Səhifəmizdə təqdim olunan yazılar, status və araşdırmalar, həmçinin, foto və s. istifadə edərkən "Həməşəra" səhifəsinə istinad etmək zəruridir.

Günün xatirə şəkili...Soldan: Doğma Cəlilabadımızın əziz və ləyaqətli siması, ziyalı şəxsiyyət, Əmək zərbəçisi və Əmək v...
13/06/2026

Günün xatirə şəkili...
Soldan: Doğma Cəlilabadımızın əziz və ləyaqətli siması, ziyalı şəxsiyyət, Əmək zərbəçisi və Əmək veteranı, "Həməşəra" Fəxri Diplomu, "Dədə Qorqud" və "Turan Ödülü" laureatı, veteran pedaqoq Hacı Paşa müəllim Rüstəmov və Cəlilabad rayonu və Cəlilabad ədəbi mühitinin görkəmli və ziyalı siması, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB Ödülü və "Turan Ödülü" laureatı, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-şair, Ustad Zülfi müəllim Vellidağla birlikdə...
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, "Tut Bağı" İstirahət Mərkəzi, 10.06.2026.

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

ŞƏRƏFLİ ÖMÜR YOLU...Doğma yurdumuz Cəlilabad rayonunun tanınmış simalarından, eyni halda bir ömür boyu şərəfli yol keçmi...
12/06/2026

ŞƏRƏFLİ ÖMÜR YOLU...
Doğma yurdumuz Cəlilabad rayonunun tanınmış simalarından, eyni halda bir ömür boyu şərəfli yol keçmiş dəyərli insanlarından biri də mərhum Rəşid Əhmədov idi. Bu qısa yazıda onun haqqında məlumatlar təqdim olunur:
Əhmədov Rəşid Məşədi Piri oğlu: 07.07.1927-ci il tarixində Astarxanbazar (indiki Cəlilabad) rayonunda doğulmuşdur. Rəşid Əhmədovun atası Məşədi Piri dövrünün tanınmış Əhmədlilər şəcərəsinin nümayəndəsi, eyni zamanda tacir olmuşdur. Anası isə bəy qızı idi. O, 1953-cü ildə ailə həyatı qurmuş, bu nigahdan 7 oğlan və 2 qızı dünyaya gəlmişdir.
Rəşid müəllim 1959-cu ildə Bakı Partiya Məktəbinə daxil olmuş, məktəbi 1963-cü ildə uğurla başa vurmuşdur. Keçmiş Sovet İttifaqı Kommunist Partiyasının və Həmkarlar İttifaqının üzvü idi. İki dəfə keçmiş SSRİ-nin yerli Sovet deputatı seçilmişdir.
1945-1951-ci illər ərzində Sovet ordusunun sıralarında tam 6 il Moskva şəhərində qulluq edərək, baş leytinant rütbəsinə yüksəlmişdir. İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi şücaətlərə görə və eləcə də müharibə bitəndən sonra ləyaqətli xidmətlərinə görə dəfələrlə müxtəlif orden və medallarla təltif olunmuşdur. Son medalını isə 2008-ci ildə ona Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin öz imzası ilə təqdim edilmişdir.
Rəşid müəllim 1980-ci illərin sonunadək Cəlilabad rayonunda müxtəlif vəzifələr icra edərək, dövrünün şərəfli dövlət məmuru olmuşdur. O, Kommunist Partiyasının yerli rəhbər orqanlarında, rayon Məişət İdarəsinin müdiri, Ruhulla Axungov adına kolxozun direktoru və digər vəzifələrdə çalışmışdır. Bundan əlavə, Rayon Komitəsində təlimatçı vəzifəsində işləmiş və aşağıda qeyd olunanlar onun iş öhdəlikləri olmuşdur.
1. Rayon ərazilərindəki müəssisə, kolxoz, sovxoz və təşkilatların partiya işinə nəzarət etmək;
2. İlk partiya təşkilatların fəaliyyətini yoxlamaq və onlara metodik göstərişlər vermək;
3. Partiya qərarlarının yerinə yetirilməsini izləmək;
4. İclaslar keçirmək, hesabatlar toplamaq və rəhbərliyə məruzələr hazırlamaq;
5. Partiya sıralarına qəbul və üzvlərlə bağlı məsələlərin araşdırılmasında iştirak etmək;
6. Təbliğat və ideoloji işlərin təşkilinə kömək etmək;
7. Özünə həvalə olunmuş sahə (məsələn kənd təsərrüfatı, sənaye, təşkilat-partiya işi və s.) üzrə rayon katibinə təkliflər vermək.
Cəlilabad rayonunun mərkəzində yerləşən Milli park, el arasında "Bağ" adlanan parkın salınması Rəşid müəllimin təlimatçı işlədiyi dövrdə onun rəhbərliyi altında salınmışdır. Parkın sahə seçimi, görülən bütün işlərə və gələcək nəsillərin rahat şəkildə parkdan istifadə etməsinə cavabdeh şəxs olmuşdur.
Rəşid müəllim Əhmədov 30 il müddətində dövlətə layiqli xidmət etdikdən sonra əmək veteranı olaraq pensiyaya çıxmış, lakin zəhməti və əməyi sevən Rəşid müəllim ziyalı olmasına baxmayaraq, qalan ömrünü boş keçirmək fikrindən vaz keçir. Beləliklə də Cəlilabad şəhər Əliağa Vahid küçəsi, mənzil 62-də yerləşən öz kiçik həyətyanı sahəsində ömrünün sonunadək təsərrüfatla məşğul olmağa başlayır. Onu da xatırladaq ki, Rəşid müəllimin atası və anası da Sovet hakimiyyəti qurulduqdan sonra həmin ünvanda yaşayaraq ömürlərini başa vurmuşlar.
Rəşid Əhmədovun nəvəsi çağdaş Azərbaycan ədəbiyyatının gənc və istedadlı xanım nümayəndələrindən olan Turan Yazarlar Birliyinin üzvü, “Sarı Aşıq” Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları, TYB-nin Ödülü”, “Həməşəra” Fəxri Diplomu və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair Hicran Fuad Əhmədli xanımdır. O, öz qələmi və istedadı ilə xalqa və ədəbiyyata xidmət edən şairə-yazıçıdır. Hicran xanım həmin ata-baba ocağında (mənzil 62 ünvanında) dünyaya göz açmışdır. O, babası ilə olan xatirələrində deyir:
"Atam deyirdi ki, bizim evə tez-tez kolxoz sədrləri və ferma müdirləri tərəfindən sovqat gətrilirdi. Rəşid müəllim isə bunu dövlətinə xəyanət hesab edər və qəbul etməzdi. Mən maşın istəyirdim, atam isə deyirdi ki, olmaz mən maşın ala bilmərəm. Biz də hamı kimi sıravi sovet vətandaşlarıyıq..."
Rəşid müəllimin digər nəvəsi Elmar Əhmədov bir gün diş həkimində olur. Həkim onun dişini müalicə edir. Rəşid müəllimin nəvəsi həkimin zəhmət haqqını ödəmək istəyəndə, həkim qəti etiraz edir:
- Yox, lazım deyil. Sənin yox, bizim sizə bir ömür borcumuz var, - deyir.
Rəşid müəllimin nəvəsi mat-məəttəl soruşur:
- Nə borc, ay doktor? Nə danışırsız?
Diş həkimi cavabında deyir:
- Sənin baban Rəşid müəllim ilə mənim atam bir yerdə işləyiblər. Bakıdan Rayon Partiya Komitəsinə yoxlama gəlməli olur. Mənim atamın sənədlərində ciddi problem var imiş. Hansı ki, atamı o zaman üçün həbs gözləyirdi. Atam bunu Rəşid müəllimə deyir. Rəşid müəllim o gecəni evinə getmir. Dan yeri sökülənə kimi idarədə oturub, atamın sənədlərini qaydasına salır. Beləliklə atamı həbs olunmaqdan qurtarır. Buna görə sənin yox, bizim sənə borcumuz var..."
Rəşid müəllim rayon üzrə dövrünün ali təhsilli 3 ziyalısından biri olsa da atasının tacir, anasın isə bəy qızı olması Sovet dövrünün qanunlarına görə onu Rayon Partiya Komitəsinin Katibi vəzifəsində işləməsinə imkan vermir.
Doğma elimizin dəyərli siması Rəşid Əhmədov ömrünün 88-ci ilində 11.09.2014-cü ildə dünyasını dəyişir və əbədiyyətə qovuşur.
Yazıçı-şair Hicran Fuad Əhmədli deyir: "Babam 88 il ömür sürdü, amma o, nə xəstə oldu, nə də dərman qəbul etdi. Babam həmişə sağlam ruhla mədəniyyətə, ədəbiyyata, incəsənətə, tariximizə və həyatda zəhmətə böyük önəm verirdi. İnsanlıq onun üçün ön planda dururdu. O, bizə tövsiyyələrində hər zaman deyirdi ki, hansı sahədə olursunuz, olun amma insanlığı arxa plana atmayın. İşə və bacarıqlarınıza prespektiv yanaşın. Çalışın xalqa və millətə yararlı olun. Öhdəliklərinizdən sui-istifadə etməyin.... Mən babamı 32 yaşım olanda itirdim. Düşünürəm ki, hələ ondan öryənəcəyim çox şeylər var idi...
Hazırda bizim nəslimizdə onlarla ziyalı olsa da, mən babamla hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm!" Ruhu şad, xatirəsi əziz, məkanı Cənnət olsun!
۞ "Həməşəra" mətbu orqanı olaraq doğma elimizin dəyərli siması mərhum Rəşid müəllimə Ulu Tanrıdan rəhmət, qalanlarına uzun, sağlam və mənalı-məsud ömür arzulayırıq!

"Əsrin yazarı" fəxri medalı laureatları...Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və...
12/06/2026

"Əsrin yazarı" fəxri medalı laureatları...
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Turan Ödülü" laureatı, veteran pedaqoq, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas müəllim ölkənin ədəbi sahəsində xüsusi yeri və çəkisi olan "Yazarlar" ədəbi-bədii, elmi jurnalı tərəfindən "Əsrin yazarı" fəxri medalı ilə təltif edilmişdir. Həmin medal və onun xüsusi şəhadətnaməsi Ustad şairimizin 75 illik yubileyi və "Dünya mənim içimdədir" adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
"Həməşəra" mətbu orqanı olaraq ədəbi mühitimizin fəxarətli və görkəmli nümayəndəsi, əzizimiz və dəyərli dədəmiz Ustad Əfrahim müəllimi ürəkdən təbrik edir, eyni halda əziz ustadımızı belə bir fəxri medala layiq görmüş “Yazarlar” Jurnalının baş redaktoru, Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımızı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, "Tut Bağı" İstirahət Mərkəzi, 10.06.2026

İlqar İsmayılzadə
12.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

Cəlilabad ədəbi mühitinə yeni fəxarət...Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və T...
12/06/2026

Cəlilabad ədəbi mühitinə yeni fəxarət...
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Turan Ödülü" laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas Turan Yazarlar Birliyi tərəfindən "Turan Xalq şairi" fəxri adına layiq görülmüşdür. Həmin fəxri adın xüsusi lövhəsi ustad şairimizin 75 illik yubileyi və "Dünya mənim içimdədir" adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
Ədəbi mühitimizdə belə bir möhtəşəm və fəxarətli uğur münasibətilə əzizimiz və dəyərli dədəmiz Ustad Əfrahim müəllimi ürəkdən təbrik edir, ona Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, "Tut Bağı" İstirahət Mərkəzi, 10.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

"Nizami Gəncəvi" Fəxri Diplomu laureatları...Ədəbiyyat sahəsində uğurlar və xidmətlərə görə "Nizami Gəncəvi" Fəxri Diplo...
12/06/2026

"Nizami Gəncəvi" Fəxri Diplomu laureatları...
Ədəbiyyat sahəsində uğurlar və xidmətlərə görə "Nizami Gəncəvi" Fəxri Diplomuna layiq görülmüş Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Turan Ödülü" laureatı, veteran pedaqoq, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas (Əfrahim Dədə)...
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, "Tut Bağı" İstirahət Mərkəzi, 10.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

Turan Xalq şairi Şəhla xanım Rəvandan...Hörmətli iddia sahibləri!Yazdığınız ittiham dolu, emosional və təhqiramiz ifadəl...
11/06/2026

Turan Xalq şairi Şəhla xanım Rəvandan...
Hörmətli iddia sahibləri!
Yazdığınız ittiham dolu, emosional və təhqiramiz ifadələri diqqətlə oxudum. Görünür, ədəbiyyatı yalnız öz şəxsi inhisarınızda görmək istəyiniz sizdə böyük bir aqressiya və narahatlıq yaradıb. Kiməsə verilən dəyəri, fəxri adı və ya diplomu mühakimə etməzdən əvvəl, təmsil etdiyiniz iddia olunan o ədəbiyyatın ilkin şərtini - etik davranış və qarşılıqlı hörmət mədəniyyətini unudubsunuz.
Verilən mükafatların, diplomların və ya adların hansı təşkilat tərəfindən və hansı meyarlarla verildiyini araşdırmadan, hər şeyi birmənalı olaraq oyunbazlıq və saxtakarlıq adlandırmaq ən sadə ifadə ilə qərəzdir. Ədəbiyyat heç kimin şəxsi mülkü deyil ki, kimin şair olub-olmadığına, kimin bu sahədə addım ata biləcəyinə yalnız siz qərar verəsiniz.
Bir ədəbiyyat müəllimi və bu sahənin elmi ilə məşğul olan bir insan kimi sizə bildirmək istəyirəm:
Əgər öz ədəbi biliyinizə, savadınıza və iddialarınıza bu qədər güvənirsinizsə, sosial şəbəkələrdə klaviatura arxasında gizlənib təhqirlər yağdırmaq yerinə, sizi açıq debata dəvət edirəm!
Meydan buradadır: Ədəbiyyatın nəzəriyyəsindən tutmuş tarixinə, klassik irsdən müasir proseslərə qədər, istənilən mövzuda sizinlə elmi və ədəbi müstəvidə bəhsə girməyə hazıram.
Sözünüz, elminiz və arqumentiniz varsa, buyurun, canlı səs və canlı məntiqlə danışaq. Yox, əgər məqsədiniz sadəcə palçıq atmaq və ədəbi mühitdə süni gərginlik yaratmaqdırsa, bilin ki, bu hərəkətinizlə ilk növbədə özünüzü və iddia etdiyiniz şair adını gözdən salırsınız.
Həddinizi bilin və unutmayın ki, ədəbiyyat ədəb sözündən götürülmüşdür, təhqirlə deyil, rəvayətlə, elmlə və ləyaqətlə qorunur. Cavabınızı sosial şəbəkə statuslarında yox, elmi-ədəbi debat masasında gözləyirəm.

Şəhla Rəvan
(Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin xüsusi ödülü, "Ustad Niftalı Göyçəli" və "Turan Ödülü" laureatı, Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq şairi, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair)
11.06.2026

Ədəbiyyata yaraşmayan mövqe...Dünən (10.06.2026) Turan Xalq şairi, əzizimiz görkəmli Əfrahim Abbas dədəmizin 75 illik yu...
11/06/2026

Ədəbiyyata yaraşmayan mövqe...
Dünən (10.06.2026) Turan Xalq şairi, əzizimiz görkəmli Əfrahim Abbas dədəmizin 75 illik yubileyi və kitab təqdimatına aid keçirilmiş o möhtəşəm ədəbi tədbirdən sonra qələm dostlarımızdan biri gecə saatlarında rayonun tanınmış şairlərindən birinin heç bir ad-ünvan göstərmədən təhqir və ittihamla dolu qısa bir statusunu mənə yolladı. Oxudum, amma təəccüblənmədim. Çünki onu yazan şəxsin kimliyi və dünyagörüşü mənə ilk əvvəldən bəlli idi. Lakin hər halda hər kəs üçün olduğu kimi, mənim də müdafiə və cavab haqqım var və kimsə bu haqqı mənim əlimdən ala bilməz. Öncə statusun tam mətni ilə tanış olaq, sonra bununla bağlı mülahizələrimi qısaca yazaram:

"Ay qardaşlar, siz məzələnirsiniz bizlə? Qondarma "fəxri adlar" paylamaqla divident qazanırsınız? Bu "fəxri ad"ları hansı təşkilat təsis edib? Həm də kimə gəldi vermək. Nəyin qarşılığında bu oyunbazlığı edirsiniz?
Bir misra şeiri olmayana "fəxri şair" adı veirsiniz. Ayıb deyil? Yığışdırın bu biabırçılığı!
P.S. Hə, bir də: "fəxri diplom laureatı"nədir? Diplom laureatı da olur? Həm də saxta diplom. Bu hansı zehniyətin məhsuludur?"

Bu balaca, amma ittiham və həqarətlə dolu yazıya cavablarım belə olacaq:

1. Əvvəla, "qondarma fəxri adlar" dedikdə, görən nəyi nəzərdə tuturlar? Heç ümumiyyətlə, bu ittihamı qələmə alan şəxs və ya onunla həmfikir olan şəxslər "Turan Xalq şairi" və ya "Turan Xalq yazarı" fəxri adını pulsuz-təmənnasız, eyni halda sifarişsiz və minnətsiz təqdim edən Turan Yazarlar Birliyinin mahiyyəti, hədəf və məramından məlumatı varmı? Məncə məlumatsızdırlar. Çünki Turan Yazarlar Birliyinin üzvülük, eyni halda təltif məsələsində əsas meyar şəxsin türkçülük, Turan və turançılıq məfkurəsi sahəsində bədii yaradıcılıqla məşğul olmasından ibarətdir. TYB hər yoldan ötənə, eləcə də öz milli kimliyini unudub bir ömür boyu gənclik yaşlarındakı ilk aşkından tutmuş ahıl yaşlarına qədər müxtəlif qadınları vəsf edən, toyuq-cücə, hinduşka, yumurta, dağ-dərə və hər mövzudan yazanlara üzvülük statusu, TYB-nin Ödülləri, eləcə də fəxri adlar vermir. Çünki qəbul və təltif meyarı tamamilə fərqlidir. Əlbəttə, kim hansı mövzuda yazırsa yazsın. Kimsə kimsəyə bununla bağlı qadağa qoya bilməz və yuxarıda sadalanan mövzulara görə kimisə qınamamalıdır. Bu, hər şairin öz seçimidir. Amma TYB-nin də qəbul və təltif meyarı milli kimliklə bağlı bədii yaradıcılıqdır.
Hər halda TYB-nin təqdim etdiyi "Turan Xalq şairi" və "Turan Xalq yazarı" kimi fəxri adlar sizin düşündüyünüz "Azərbaycanın Xalq şairi" və ya "Azərbaycanın Xalq yazıçısı" fəxri adlarından tamamilə fərqlidir...

2. İndiyədək Cəlilabad ədəbi mühitindən cəmi 3 dəyərli şairimiz (Ustad Zülfi Vellidağ, Ustad Əfrahim Abbas və Ustad Sehla Revan) türkçülük, milli kimlik və Turan məfkurəsi ilə bağlı bir-birindən gözəl və mənalı şeirlər yazdığına görə, "Turan Xalq şairi" fəxri adına layiq görülüblər. Onların hər üçü Cəlilabad ədəbi mühitinin fəxarətli və ziyalı simaları, ustad şairləri və sevilən ziyalılarıdır. Buna görə də onları "bir misra şeiri" olmayan kimi təqdim etmək ən böyük həqarət və ən böyük ittihamdır. Çünki hər üç əzizimizin bu ittihamı qələmə alan və eləcə də onun yazdığına dəstək verən adamların az qala bütün ömrü boyu ədəbiyyat sahəsində əməyi, xidməti və uğurları var. Belə olan halda bu fəxri adı "qondarma" adlandırmaq nə deməkdir və nəyə xidmət edir?!

3. "Həməşəra" mətbu orqanı 11 illik səmərəli fəaliyyəti ilə göz önündədir. Bir çox haqsızlıqlar, saymamazlıq və atmacalara, eləcə də təbii dalğa üzərində "şörfinq" göstərməyə can atanların şou xarakterli mövqei və davranışına rəğmən öz müqəddəs fəaliyyətini davam etdirərək doğma yurdumuzun tarixi, mədəniyyəti, folkloru, ədəbiyyatı, idman, təhsil və s. sahələrinə təmənnasız xidmətlər göstərərək ilklərə imza atır.
"Həməşəra" mətbu orqanı həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bir rəsmi mətbu orqandır. Onun rəsmi imzası və möhürü var. Bu mətbu orqan öz nəzdində müxtəlif sahələrə aid ödül və fəxri fərmanlar təsis edərək, uyğun sahələrdə (elm, təhsil, ədəbiyyat, tarix, mədəniyyət, siyasət və s.) uğurları və xidmətləri olan əziz və ləyaqətli insanları təltif edir. Həm də mənim təsisçi və baş redaktor olduğuma görə şəxsi imzam və rəsmi möhürlə...
İndiyədək heç bir fəxri diplom və ya ödülü bir qoyun və ya onun pulu, noxud-mərci, habelə pul qarşılığında satmamışam. Kimdən bunun qarşılığında nəsə almışamsa, buyurub özünü təqdim etsin! İndi özünü ziyalı və karifey adlandıran kimsə hansı əsasla belə bir rəsmi mətbu orqanının təqdim etdiyi ödül və fəxri diplomları "qondarma" və "saxta" adlandırır? Yəni, biz bu qədər danışığımıza və qələmimizə nəzarətsiz olmuşuq?! Axı bu qəbil ittihamın Cinayət Məcəlləsində öz maddəsi və öz cəzası var... Əgər kimsə Dövlət, Hakimiyyət və onun rəsmi orqanlarını qəbul etmirsə, lütfən bunu bir kəlmədə etiraf etsin, biz də işimizi bilək və dəyərli vaxtımızı mənasız atmacalara sərf etmək əvəzinə daha faydalı işlərimizlə məşğul olaq.

4. Əgər fəxri ad və diplomların yalnız dövlət nəzarəti və dövlət tərəfindən verilməsini deyirsizsə, bu sizin hələ də Sovetlər dövrünün nostalji aurasından xaric ola bilmədiyinizin göstəricisidir. Çünki Sovet sistemində xalqın torpaq sahəsi, geniş mənada özəl fəaliyyəti və digər sahələrdə ixtiyarı yox idi. Hər şey kolxoz, sovxoz və digər bu kimi ümumi adlar altında birləşmişdi. Fəxri adlar və diplomları da yalnız Sovet Hakimiyyəti və ona aid olan orqanlar təqdim edirdi.
Amma, əfəndim! Xəbəriniz olsun ki, Sovet hakimiyyəti artıq mövcud deyil və onun ləğvi rəsmən elan edilib.
Həzərat! Vallah-billah Azərbaycanda Sovet hakimiyyətinə 1991-ci il oktyabrın 18-də son qoyulmuşdur. Həmin tarixdə Azərbaycan Respublikası Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş, bununla da ölkənin dövlət müstəqilliyi bərpa olunaraq Sovet İttifaqının tərkibindən çıxmışdır. Buna görə də lütfən ayılın, Leninizm, Stalinizm və Kommunizm məfkurəsindən, zehniyyətindən qurtulun!
Müstəqil dövlətimizdə qanunvericilik baxımından hər bir vətəndaşın özəl fəaliyyət hüququ rəsmən tanınıb. Məsələn kimsə hansısa mətbu orqan və ya ictimai-mədəni və elmi birlik təsis edə və onun çərçivəsində müxtəlif fəxri diplom və mükafatlar yaradaraq layiq olan şəxləri təltif edə bilər. Mən də öz vətəndaşlıq hüququmdan yararlanaraq təsisçisi olduğum "Həməşəra" mətbu orqanında belə addımlar atıram. Bu, kiməsə xoş gəlmirsə, öz problemidir.

5. Bu gün Azərbaycan Yazıçılar Birliyi hər bir qələm əhlinin ata ocağı sayılsa da, həmçinin, bu birliyin dövlətlə sıx əlaqəsi olsa da, AYB Nizamnaməsinin 1-ci maddəsinə görə müstəqil bir qurum, hüquqi şəxsir. Bu baxımdan onun təqdim etdiyi təltif, təqaüd və fəxri diplomlar dövlətin rəsmi təltif və sənədləri sayılmır. Lakin buna rəğmən özünü "Hüseyn Cavid", "Rəsul Rza" və "Məmməd Araz" mükafatları laureatı adlandıranlar heç də az deyil. Hətta, mənə bu sahədə irad bildirənlərin bəzisi uzun illər boyu özünü "Qızıl Qələm" Media Mükafatı laureatı" kimi bu xalqa təqdim etmişdir. Onlara sözüm öz yaxın keçmişlərinə dönmək və bu barədə düşünməkdir... Mən hələ AYB-dən əlavə, ölkədə fəaliyyət göstərən bir sıra digər ədəbi birliklərin fəaliyyətini demirəm. Hər halda ölkə daxilində fərqli ədəbi birliklər, mətbu orqan və cəmiyyətlər mövcuddur. Bu da müstəqilliyin bizə bəxş etdiyi məsələdir.

6. "Fəxri Diplom laureatı" təqdimatına gəlincə, inanıram ki, o sözləri yazan adam heç "Fəxri diplom" və "laureat" ifadələrinin mənasından əhatəli şəkildə agah da deyil. Burada "fəxri" ifadəsi təqdim edilən diplomun sadəcə bir növ təşviqedici, stimulverici və alqış-fəxarət anlamındadır. Doktorluq elmi dərəcəsi ilə fəxri doktorluq adı və statusu eyni səviyyədə olmadığı kimi, fəxri diplom da elm, ixtisas və alimlik dərəcəsini göstərən həqiqi diplomla tamamilə fərqlidir.
Laureat ifadəsinə gəlincə isə qeyd edim ki, həmin adam heç bu ifadənin də ilk əvvəl hansı mənada olduğu və daha sonrakı zamanlarda hansı anlam və mənalarda işləndiyinin fərqində belə deyil. Məlumat üçün qeyd edim ki, laureat ifadəsi latın mənşəli “laureatus” sözündən götürülüb, mənası "dəfnə yarpağı ilə mükafatlandırılmış" və ya "dəfnə çələngi ilə bəzənmiş" deməkdir. Bu da qədim dövrlərdə hər hansı bir yarışda və ya müsabiqədə qalib gələnlərin başına dəfnə çələnginin qoyulması ilə bağlı idi.
Daha sonralar laureat ifadəsi elm, incəsənət, texnika və ya digər sahələrdə xüsusi nüfuzlu mükafata, fəxri ada layiq görülmüş şəxs mənasında, hətta, XV-XVI əsrlərdə avropalılar tərəfindən ədəbi mükafatlar üçün istifadə edilmişdir. Bu termin XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiya vasitəsilə Azərbaycan dilinə keçərək, elmi-ədəbi mühitdə tətbiq olunmağa başlamışdır...
Müasir dövrümüzdə isə istənilən sahədə uğur əldə etmiş və xüsusi mükafat, ödül və diploma layiq görülmüş şəxs mənasında da işlənməkdədir. Necə olur ki, hansısa özəl bir tekekanalın efirə verdiyi bir mahnı müsabiqənin qalibi "mahnı müqabiqənin laureatı" kimi təqdim ediləndə, heç kimin səsi çıxmır. Amma ədəbiyyat sahəsində gənclərə və dəyərli qələm əhlinə mənəvi dəstək və stimulvericilik hədəfi ilə təmənnasız olaraq təqdim edilmiş rəsmi, həm də fəxri diplom üçün laureat ifadəsi işlənəndə saxta və absurd olur?! Yəni, ədəbiyyat sahəsi sizlər üçün bu qədər ucuzlaşıb?!

7. Mən hansı məkanda və hansı zamanda yaşadığımın tam fərqindəyəm. İndiyədək atılan hər bir gözəl addıma, görülən hər bir işə və həyata keçən hər bir xidmətə görə paxıllıq, sayğısızlıq və ittihamların şahidi olmuşam. Bununla bağlı ayağımın altına daş dığırladanlar çox olub və bilirəm ki, bundan sonra da olacaq. Dini inanclara görə, bu günkü bəşər svilizasiyasının başlanğıcında Habil və Qabil adlı ata-anadan bir olan iki doğma qardaşdan birinin digərinə qarşı paxıllıq etməsi və həsəd aparması, bunun nəticəsində isə bəşəriyyət tarixində ilk dəfə qan tökülməsinin qeydə alınmasını eşitmişik.
Hər şeyə rəğmən mən heç vaxt "armudu istəkanın nəlbəkisində "tufan qoparanlar"ın qarşısında geri çəkiləcək qədər qorxaq və zəif olmamışam, bundan sonra da olmayacam. Çünki heç bir zaman ədəbiyyat və jurnalistika sahələrini al-ver məkanına çevirməmişəm. Qoy bu müqəddəs sahələri biznes sahəsinə çevirənlər, həsəd, paxıllıq və mənəm-mənəmlik dərdindən yananlan utansınlar və heç olmasa öz günlərinə bircə dəfə ağlasınlar! Amma kaş ki, özünə "karifey" deyənlər belə etməzdilər! Çünki belə replikalar, sayğısız və həqarətli sözləri ilə məni deyil, əslində özlərini hörmətdən salır, üstəlik ədəbi mühitdə pərakəndəlik, dedi-qodu və və fitnə toxumu səpmiş olurlar...

8. Məni düşündürən suallardan biri də budur ki, bir adam yaxşı şeir və ya bədii ədəbiyyat nümunəsi yaratmağa qadir olandan, uzun illər ədəbiyyat sahəsində çalışandan və ya bu sahədə bir neçə kitabı çap olandan sonra başqalarını necə gəldi aşagılamağa haqlı sayıla bilərmi? Belə bir davranışı necə və hansı əsasla həqiqi və ləyaqətli karifey və ziyalıya yaraşdırmaq olar?! Axı ədəbiyyat ifadəsinin əsas kökü və məsdəri ədəb, ərkan, əxlaq və etikadır. Bu mənfi davranışlara ədəb və etika elminin hansı bölümündə icazə verilir? Etiraf edək ki, bəzən ən bacarıqlı şair və ya ən bacarıqlı yazıçı olsaq belə ədəbiyyata yaraşmayan tərzdə danışır, yazır və mövqe bildiririk! Hətta, söz və tənqidimizi kiminsə özünə demək əvəzinə qədim dövrün karvansarasına bənzəyən sosial şəbəkələrdə yazır, qarşı tərəfin adını belə çəkməkdən qorxuruq. Daha sonra özləri səviyyədə və tərzi-təfəkkürdə olan beş-altı nəfər gəlib iç aləminin kin-küdurəti və qaranlıqlarını şərh bölümündə tökür, beləliklə də ayrı-ayrı hörmətli insanların təhqir edilməsinə şərait yaranır. Lakin kimsə unutmamalıdır ki, biz Himalay dağlarının əlçatmaz yerlərində yaşamırıq. Deyərdim ki, o yerlərin də öz qanun-qaydası var və hər kəs məsələn Himalay dağlarının üzərində istədiyi hər işi görə bilməz... Hamımız Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Kimisi saxta profillə nəsə yazıb təhqir edirsə, unutmasın ki, aidiyyatı orqanlar tərəfindən sanki başını pambıq kolunda gizlətmiş dəvə kimi görünür. Hər halda bu ölkənin hüquq-mühafizə orqanları, məhkəməsi və Cinayət Məcəlləsi var. Təbii ki, həyatda necə yaşamağı bacarmayanlar Qanun məngənəsində yaxşıca islah ola bilərlər.
Sizcə millət və ədəbiyyat adamları ilə əsil "məzələnmək" və bu minvalla "divident" toplamaq bu deyilmi? Görən, yığışdırılması zəruri olan belə biabırçılıqlar deyilmi?

9. Düşünürəm ki, əsil oyunbazlıq və əsil biabırçılıq ulduz xəstəliyinə, eləcə də paxıllıq, mənəm-mənəmlik və təkəbbürə yoluxmaqdır. Amma vay o gündən ki, bunlar kiminsə dəyişməz xarakterinə çevrilsin! O zaman heç bir sağalma və müalicəyə ümid qalmır...

10. Uzun illər boyu "qadından şair olmaz" deyib, xanım şairlərə yuxarıdan aşağı baxan, onların yazdığı şeirləri elə-belə sayan və yalnız son zamanlar yanlış fikirdə olduğunu etiraf edənlər yəqin ki, bu yanlış və həqarətli statusa görə də nə vaxtsa peşman olacaq və bəlkə də onu silmək məcburiyyətində qalacaqlar.

11. Bu gün ədəbi mühitimizdə ağsaqqal kimi tanınan yaşlı nəsildən ən böyük gözlənti gənc ədəbiyyatsevərlərə və ümumiyyətlə, gənc nəsilə düşüncə, danışıq və davranış sahəsində gözəl örnək olmalarından, həmçinin, ədəbi mühitimizdə baş verən qeyri-etik olaylara qarşı susqun olmamaqdan ibarətdir. Çünki baş verənlərə qarşı susqunluq ictimai qınaq prinsipini zəiflədir, sonda isə baş verəcək daha böyük fitnələr hamının narahatçılığına yol açır.
Kimisə açıq məkanda müzakirəyə çıxarmaq, daha sonra ədəbdən məhrum olan kimlərinsə dəyərli ədiblərimizə "üzdəniraq ədəbiyyat müəllimləri", əziz şair və yazarlarımıza isə "nadan", "göbələk", "pulla fəxri diplom alanlar" və s. kimi təhqirlər yağdırmasına şərait yaratmaq hansı ziyalıya yaraşır? Bu günün gənc nəsli belə ədəbsiz və etikasız davranışları görüb sizlərdən nə öyrənəcəklər?! Ümumiyyətlə, siz özünüzü kim sayırsız ki, hər bir şairin və yazarın ədəbi yaradıcılığı barədə bu formada həqarətli mövqe bildirəsiz? Bu ixtiyarı sizə kim verir?
Azərbaycan Yazıçılar Birliyinin sədri, görkəmli Xalq yazıçısı və iki əsrin ədəbiyyat karifeyi olan Anar müəllim o qədər yüksək vəzifəsi, ədəbi titulları və dünya səviyyəsində şöhrətinə rəğmən ölkə daxili və xaricində heç bir ədibin və heç bir şairin haqqında aşağılayıcı söz demir, heç kimi mühakimə də etmir! Amma ayrı-ayrı ixtisas və peşələrin sahibi olan kimlərsə yalnız neçə il şeir və roman yazdığına və bir neçə kitab müəllifi olduğuna görə özlərini sanki -əstəğfirullah- Tanrı yerinə qoyub hər kəsi belə asanlıqla təhqir və mühakimə edirlər! Nədir bunun adı? Belə ədiblik və ədəbiyyat adamı olurmu?
Zatən hər kəsin öz bacarığı, öz imzası var. Beş barmağın beşi də eyni olmadığı kimi hər şairin və hər yazarın öz özəlliyi və öz dəsti-xətti var. Siz kimisə bəyənməyə bilərsiz. Amma təhqir etmək, aşağılamağa heç bir təbii, elmi, qanuni və vicdani haqqınız çatmır!
Bəzən görürəm ki, evində doğma övladlarına bir balaca irad bildirməkdən ehtiyat edən "karifeylər" ədəbi mühitdə hər çatana daş atır və hər kəsə irad bildirib aşağılayır! Ayıbdı vallah! Lütfən yaşınızdan və əlinizdəki qələmdən utanın!
Adını ziyalı qoyan şəxs özünü ziyalı kimi aparmağı bacarmalı, insan haqları, vətəndaş hüquqlarını tanımalı və onlara ciddi şəkildə riayət etməlidir. Çox utancverici haldır ki, mən özümdən yaşda böyük olan kimlərəsə bu ölkədə ittiham, təhqir və sayğısızlığa görə Cinayət Məcəlləsində mövcud olan maddələri təqdim edim!
Amma bu arada yazılan adsız-ünvansız statusu onun yazılma hədəfi və mahiyyətinə varmadan necə gəldi bəyənənlər də qınaq obyektinə çevrilirlər. Çünki onların da bir "bəyənmə" və ya şərh bölməsində yazdıqları ittiham və təhqirlə dolu şərhlərinin əslində elə status müəllifi qədər qəbahətdə payı var.
Sözün həqiqi mənasında ulduz xəstəliyi çox qorxunc və dəhşətli virusdur. Kimsə bu virusa yoluxanda öz adı və sanı naminə hər kəsi və hər şeyi bir göz qırpımında ləkələməyə qalxır...
Bu arada deyirlər ki, "ölüm gözlə qaş arasındadır". Kimsə nə zaman və harada vəfat edəcəyini bilməz. Amma bu fani həyatda elə yaşamaq lazımdır ki, bizi qəfildən haqlayacaq ölümdən sonra haqqımızda yalnız xoş sözlər danışılsın və rəhmətlə yad edilə bilək...

12. Sonda əziz və dəyərli oxuculardan onları bu uzun-uzadı yazı vasitəsilə yorduğuma görə üzr diləyir, həyatda paxıllıq, təkəbbür, mənəm-mənəmlik və bir sözlə ulduz xəstəliyinə yoluxanlara təciili şəfa arzulayıram! Çünki atalar demişkən: sirkə nə qədər tünd olsa, nəhayət öz qabını çatladar... Belə bir durumdan isə Əziz Tanrıya sığınmaq lazımdır...

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
11.06.2026

"Olaylar.az" portalı və Yunus Oguza minnətdarlıq!Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Turan Xalq şairi Ustad ...
11/06/2026

"Olaylar.az" portalı və Yunus Oguza minnətdarlıq!
Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Turan Xalq şairi Ustad Əfrahim Abbas barədə qələmə aldığım təqdimatı yayımladığına görə , "Olaylar" qəzeti və informasiya agentliyinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tarixi romanlar yazarı, jurnalist, türkoloq, yazıçı-publisist, dəyərlimiz Yunus Oğuz müəllimə, agentliyin bütün dəyərli əməkdaşlarına, xüsusilə də redaktor Fatimə xanıma dərin minnətdarlığımı bildirir, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, davamlı uğurlar arzulayıram!

İlqar İsmayılzadə
11.06.2026

Ətraflı burada:
https://olaylar.az/news/sosial/634834

Operativ xəbərlər, qərəzsiz mövqe...

Bir məsələyə aydınlıq..."Həməşəra" mətbu orqanının təsis edildiyi gündən indiyədək üzləşdiyim müxtəlif iradlardan biri d...
11/06/2026

Bir məsələyə aydınlıq...
"Həməşəra" mətbu orqanının təsis edildiyi gündən indiyədək üzləşdiyim müxtəlif iradlardan biri də rayonun bəzi tanınmış şair və yazıçılarının təqdimatı ilə bağlıdır. Deyirlər ki, şeirin, ədəbiyyatın sərhədi olmaz. Ona görə də, "Cəlilabadın şairi..." və ya "Cəlilabadın yazıçısı..." kimi təqdimatlar, eləcə də "Cəlilabad ədəbi mühitinin nümayəndəsi filankəs..." kimi təqdimatlara son qoyulmalıdır...
Əslində mən bu irada dəfələrlə aydınlıq gətirmiş və cavab vermişəm. Hətta, "Həməşəra" mətbu orqanının rəsmi FB səhifəsində də bununla bağlı açıq-aydın formada statuslar mövcuddur.
Bəli, mən də bilirəm ki, elmin, şeirin, ədəbiyyatın və incəsənətin sərhədi olmaz. Ələlxüsus internetin meydan suladığı bir zamanda bu kimi sərhədlər artıq mövcudluğunu itirib. Lakin mənim bu kimi təqdimatlarda məqsədim kiminsə respublika, dünya və ya "planetlərdə olan" şöhrətini məhdudlaşdırmaq deyil, sadəcə mənsubiyyəti (harada doğulub boya-başa çatdığı, hansı rayon və hansı məkana aid olduğunu) bildirməkdən ibarətdir. Axı özünü məsələn "respublika səviyyəli şair və ya yazıçı" sayan şəxs Venera və ya Marsdan gəlməyib! Hər kimiksə doğulub boya-başa çatdığımız bir məkan (el, rayon, kənd, küçə və məhəllə) var. Mən də yalnız bu mənsubiyyəti yetirmək üçün belə təqdimatlardan istifadə edirəm. Həm də belə bir təqdimatdan istifadə mənim şəxsi icadım deyil. Azərbaycan dilində mövcud olan bir yanaşmadır.
Kiminsə ədəbi yaradıcılığı Cəlilabad rayonunun sərhədlərindən və ya Biləcəri dairəsinin hüdudlarından kənarlara qədər gedib çatıbsa, bu tamamilə ayrı mövzudur və mən bunu da heç bir qərəz və paxıllığa yol vermədən səmimi tərzdə dilə gətirir və qələmə alaraq paylaşıram. Əlbəttə, etiraf etmək lazımdır ki, bəziləri heç yaşadığı kəndində belə bütün kənd sakinləri tərəfindən şair, yazıçı və ədəbiyyat adamı kimi tanınmır. Amma buna rəğmən respublika səviyyəli şair olduğunu dilə gətirirlər!
Kiminsə "Cəlilabad ədəbi mühitinin nümayəndəsi..." təqdimatı da mənsubiyyəti çatdırmaq hədəfini izləyir. Yəni, təqdim etdiyim və haqqında danışdığım şair və ya yazıçı Lənkərandan, Qubadan, Qazaxdan, Gəncədən və s. deyil, doğma Cəlilabad ədəbi mühitindəndir...
Ümumiyyətlə, başa düşə bilmirəm ki, bir insan özünün doğulub boya-başa çatdığı elini və yurdunu necə görməzdən gələ və onu inkar edə bilər?!
Bir aydın misal deyim: Biz "görkəmli Azərbaycan şairi Nizami Gəncəvi" deyəndə, dünya şöhrətli dahi şairi Azərbaycan səviyyəsinə endirmiş oluruqmu? Əlbəttə ki, cavab mənfidir. Çünki həmin cümlə və təqdimatda məqsədimiz onun mənsubiyyətini bildirməkdir...
Öncə qeyd etdiyim kimi, bununla bağlı dəfələrlə açıqlama vermiş və statuslar paylaşaraq ətraflı, eyni halda sadə dildə izahlar təqdim etmişəm. Amma görürəm ki, ya oxumurlar, ya da oxuyub kənarından etinasızlıqla ötüb-keçirlər...

İlqar İsmayılzadə
11.06.2026

Address

Azərbaycan
Baku
15

Website

Alerts

Be the first to know and let us send you an email when Həməşəra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share