Azerbaijan Migration Center/ Azərbaycan Miqrasiya Mərkəzi

Azerbaijan Migration Center/ Azərbaycan Miqrasiya Mərkəzi The AMC provides legal assıstance to expatriates, stateless and undocumented persons settled in the Azerbaijan Republic.

The Azerbaijan Migration Center operates in the following directions:
Provides legal aid to expatriates and stateless persons settled in the Azerbaijan Republic as well as human trafficking victims, and represents them before a range of state authorities and judiciary bodies;
Explores international practice in the field of human rights and freedoms and joins efforts with lawyers abroad;
Organi

zes trainings and workshops for personnel of relevant state authorities and NGOs active in the anti-trafficking field;
Contributes to prevention of illegal migration and exercise of migrants’ rights and freedoms;
Organizes awareness-raising campaigns on combating human trafficking and illegal migration;
Educates expatriates, stateless persons and migration-minded population in view of requirements of international and domestic laws;
Provides free legal aid to refugees and internally displaced persons (IDPs);
Supports development of non-governmental organizations and gets involved in formation of civil society;
Works to adjust the national legislation with the principles and imperative norms of the international law, and international agreements to which Azerbaijan is a party;
Translates into Azerbaijani international organizations’ necessary books and recommendations on migration and human trafficking;
Develops annual reports on migration and human trafficking. Azərbaycan Miqrasiya Mərkəzi aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

Azərbaycan Respublikasında məskunlaşan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də insan alveri qurbanlarına hüquqi yardım göstərir və onları müxtəlif dövlət və məhkəmə orqanlarında təmsil edir;
İnsan hüquq və azadlıqları sahəsində beynəlxalq təcrübəni öyrənir və beynəlxalq hüquqşünasların qüvvələrini birləşdirir;
Müvafiq dövlət orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin əməkdaşları üçün təlimlər və seminarlar təşkil edir;
Qanunsuz miqrasiyanın qarşısının alınması və miqrantların hüquq və azadlıqlarının təmin edilməsinə yardım edir;
İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı məlumatlandırma kampaniyaları təşkil edir;
Əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri və miqrasiyaya meylli əhalini beynəlxalq və yerli qanunların tələbi baxımından maarifləndirir;
Qaçqınlara və məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərir;
Qeyri-hökumət təşkilatlarının inkişafını dəstəkləyir və vətəndaş cəmiyyətinin formalaşmasında iştirak edir;
Milli qanunvericiliyin beynəlxalq hüququn imperativ normalarına, beynəlxalq hüquq prinsiplərinə, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə uyğunlaşdırılması istiqamətində iş aparır;
Miqrasiya və insan alveri ilə bağlı beynəlxalq təşkilatların lazımi kitablarını və tövsiyələrini Azərbaycan dilinə tərcümə edir;
Miqrasiya və insan alveri ilə bağlı illik hesabatlar hazırlayır.

29/06/2025

Bir neçə gün əvvəl Rusiya Federasiyası vətəndaşı olan və Azərbaycanda müvəqqəti yaşamaq icazəsinə malik bir ana iki azyaşlı uşağı ilə birlikdə Tbilisi–Bakı reysi ilə Azərbaycana geri dönərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gözlənilməz vəziyyətlə üzləşib.
Ana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinə malikdir, əri isə Azərbaycan vətəndaşıdır. Uşaqların hər ikisi Azərbaycan Respublikasında doğulub, Azərbaycan qanunvericiliyinə uyğun olaraq doğum haqqında şəhadətnamə alıblar. Lakin ananın vətəndaşlığını və pasport alınmasının daha asan olması nəzərə alınaraq uşaqlara Rusiya Federasiyası pasportu alıblar.

Ailə Azərbaycana geri dönərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ananı və 2,5 yaşlı uşağı ölkəyə buraxsa da, 4 yaşlı uşağın guya “Azərbaycanda olma və yaşama qaydalarını pozduğu” əsas gətirilərək ölkəyə girişinə icazə verilməyib. Nəticədə ana 2,5 yaşlı uşağı onları qarşılamaya gələn ataya təhvil verərək 4 yaşlı uşağı ilə birlikdə Gürcüstana geri qayıtmağa məcbur olub. DSX əməkdaşları 4 yaşlı uşaq haqqında deportasiya qərarı olduğunu bildiriblər.

Azərbaycan qanunvericiliyi belə hallarla bağlı çox aydın mövqe ortaya qoyur:

Miqrasiya Məcəlləsinin 79-cu maddəsinə görə, deportasiya yalnız qanunsuz yaşayan xarici vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə qarşı tətbiq edilə bilər. Azyaşlı uşaqlar isə hüquqi baxımdan valideynlərinin statusundan asılıdır və müstəqil qaydada deportasiya edilə bilməzlər.

Əgər valideynin Azərbaycanda müvəqqəti yaşamaq icazəsi qüvvədədirsə, digər valideyn isə Azərbaycan vətəndaşıdırsa, uşaqlar da ölkədə qalmaq hüququna malikdirlər. Çünki uşağın hüquqi statusu valideyninin statusu ilə müəyyən edilir.

Bundan başqa, uşaq valideynindən ayrıla bilməz. Həm milli qanunvericilik, həm də uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq normalara görə, uşağın valideynindən məcburi ayrılması yalnız məhkəmə qərarı ilə mümkündür.

Dövlət Sərhəd Xidmətinin 4 yaşlı uşağın ölkəyə buraxılmaması ilə bağlı qərarı qanunvericiliyə ziddir. Əgər ailənin yaşayış icazəsi ilə bağlı hər hansı pozuntu olubsa belə, məsələ bütün ailə üzvlərinə vahid şəkildə tətbiq edilməli, azyaşlı uşağın valideynindən ayrı salınmasına yol verilməməlidir.

Valideynlər belə hallarda Dövlət Miqrasiya Xidmətinə, Ombudsman Aparatına, məhkəməyə müraciət edərək qanunsuz qərarın ləğvini və qərar verən məmurun məsuliyyətə cəlb edilməsini tələb edə bilərlər.

Bu hadisə göstərir ki, sərhəd-keçid məntəqələrində və Dövlət Miqrasiya Xidmətində uşaq hüquqlarının qorunmasına daha ciddi yanaşılmasına böyük ehtiyac vardır.

13/06/2025

Ukraynada müharibə şəraitində yaşayan bir ailənin problemi

Hazırda Ukraynada davam edən müharibə səbəbindən bir ata həyat yoldaşını və uşaqlarını Azərbaycana göndərmək istəyir. Uşaqlardan biri 3 ay əvvəl dünyaya gəlib. Ailə 23 gün əvvəl Kiyevdəki Azərbaycan konsulluğuna müraciət edərək həmin körpəyə qayıdış şəhadətnaməsi almağa çalışıb. Hər iki valideyn Azərbaycan vətəndaşı olmasına baxmayaraq, konsulluq bildirib ki, əvvəlcə uşağın vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Bu məqsədlə sənədlərin Dövlət Miqrasiya Xidmətinə göndəriləcəyi və onların rəyindən sonra qayıdış şəhadətnaməsinin veriləcəyi qeyd edilib.

Qeyd etmək lazımdır ki, uşağın Azərbaycan vətəndaşı olması heç kimdə — nə valideynlərdə, nə konsulluq əməkdaşlarında, nə də miqrasiya xidməti nümayəndələrində — şübhə doğurmur. Çünki mövcud qanunvericiliyə əsasən, hər iki valideyni Azərbaycan vətəndaşı olan uşaq avtomatik olaraq Azərbaycan vətəndaşı sayılır.

Lakin bu açıq-aşkar hüquqi vəziyyətə baxmayaraq, ailə hüquqi əsası olmayan bir “rəyin” verilməsini gözləməyə məcbur edilir. Bu isə vətəndaşları əsassız yerə gözləməyə, əziyyət çəkməyə və bəzən təhlükəli şəraitdə qalmağa vadar edir. Qanunların bu cür tətbiqi və məmur iradəsindən asılı vəziyyətə salınması ciddi narahatlıq doğurur və hüquqi islahatların zəruriliyini göstərir.

08/06/2025

Təkcə may ayında 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə əmək istismarı ilə bağlı yardım üçün mənə müraciət edib.
Onlar:
– Qeyri-qanuni və ya saxta müqavilələr,
– Ödənilməyən əməkhaqları,
– Hüquqi yardıma çıxışın olmaması
kimi ciddi problemlərlə üzləşiblər.

Onlardan 6 nəfərin əmək haqqı artıq ödənilməsinə nail olmuşuq. Kömək edən diplomatik nümayəndəliklərə təşəkkür edirəm. Daha 2 nəfərin öfənişi bu ay həll olunacaq. Qalan müraciətlərlə bağlı araşdırmalar davam edir.

Xaricdə həmvətənlərimizin istismarına əsas səbəblər aşağıdakılardır:
🔹 Azərbaycanda miqrasiya riskləri barədə yetərli məlumatın verilməməsi;
🔹 Rəsmi və təhlükəsiz əmək miqrasiyası yollarının olmaması;
🔹 Xaricə işləməyə gedənlərə hüquqi və informasiya dəstəyinin verilməməsi və s.

Hesab efirik ki, bəzi ölkələrlə rəsmi əmək razılaşmaları bağlanmalıdır (məsələm Türkiyə, Almaniya, Polşa, Litva və s) .
İşçi göndərən firmalara ciddi nəzarət olmalıdır və rəqəmsal məlumat bazası yaradılmalıdır.
Azərbaycan vətəndaşlarını çox işlədikləri ölkələrdəki Səfirliklərə əmək hüquqları üzrə əlaqələndiricilər təyin olunmalı və diplomatik müdafiə mexanizmləri işə salınmalıdır.

Bu məsələləri Dövlət Miqrasiya Xidməti, Əmək Nazirliyi, Diaspor Komitəsi və Xarici İşlər Nazirliyi birgə müzakirə etməli və sistemli həll yolları tapmalıdır.

Susmaq və ya problemi “görməmək” istismarı artırır, həll etmir.

12/05/2025

Almaniyanın yeni kansleri Fridrix Mers miqrasiya ilə bağlı ölkədə “milli fövqəladə vəziyyət” elan etməyə hazırlaşır. Bu addım ona Avropa İttifaqının (Aİ) qaydalarını keçərək, sığınacaq axtaran şəxslərin qəbulunu məhdudlaşdırmağa imkan verəcək. Halbuki son statistikaya görə Almaniyaya gələn sığınacaq axtaranların sayı artıq 30% azalıb.

Mersin məqsədi sığınacaq axtaranları Almaniyanın quru sərhədlərindən geri qaytarmaq. O bildirir ki, ölkənin qəbul gücü “artıq tükənib”.
O bildirir ki, Aİ-nin Müqavilələrinin 72-ci maddəsi üzv dövlətlərə daxili təhlükəsizlik təhdidi yaranarsa sığınacaq qaydalarını müvəqqəti dayandırmağa imkan verir.
Bu addım həm koalisiyadakı ortaqlar – Sosial Demokratlar (SPD), həm də qonşu dövlətlər – Polşa, Avstriya və İsveçrə tərəfindən ciddi etirazla qarşılanacaq. Bu ölkələr sərhədlərin açıq qalmasının tərəfdarıdır.
Aİ hesab edir ki Macarıstan kimi bəzi ölkələr bu maddədən sui-istifadə etdikləri üçün Aİ tərəfindən cəzalandırılıb.
Mers sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının təzyiqi altındadır. Bu partiya son seçkilərdə ikinci yeri tutub və indi faktiki müxalifət rolundadır. Eyni zamanda AfD ifrat sağçı təşkilat kimi qiymətləndirildiyi üçün dövlətin xüsusi xidmət orqanları tərəfindən müşahidə altındadır.

07/05/2025

Almaniyadan Azərbaycana xüsusi çarter-reysi ilə 17 nəfər deportasiya olunub

Dövlət Miqrasiya Xidmətinin verdiyi məlumata görə, 6 may 2025-ci il tarixində Leipzig/Halle hava limanından Azərbaycana xüsusi çarter-reysi həyata keçirilib və bu reyslə 17 nəfər Azərbaycan vətəndaşı geri qaytarılıb. Rəsmi açıqlamada bildirilib ki, bu qayıdış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub: “6 may 2025-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib” . Bu il Almaniyadan Azərbaycana readmissiya çərçivəsində həyata keçirilən ikinci deportasiya reysi olub – fevralın 7-də də oxşar qaydada 45 nəfər vətəndaş ölkəyə qaytarılmışdı .

30/01/2025

Redaktə olunmuş mətn:

Sual:
Salam,
Mən Azərbaycan Respublikası vətəndaşlığını bərpa etdirmək üçün təxminən iki il əvvəl müraciət etmişəm. Sənədlərimi konsulluq vasitəsilə təqdim etmişəm, lakin indiyə qədər heç bir rəsmi cavab almamışam. Bildirirlər ki, növbəti sərəncam mart ayında olacaq. Bu günlərdə bir nəfərdən xahiş etdim ki, müraciətimin hansı mərhələdə olduğunu öyrənsin. İki gündən sonra həmin şəxs mənə zəng edərək bildirdi ki, əgər 15 000 dollar ödəsəm, vətəndaşlığımın bərpası mümkün olacaq. Bu məsələ ilə bağlı sizin münasibətinizi öyrənmək istəyirəm. Dövlət Miqrasiya Xidmətində belə bir hal mümkündürmü?

Cavab:
Salam,
Azərbaycan Respublikasında ən şəffaf fəaliyyət göstərən dövlət qurumlarından biri Dövlət Miqrasiya Xidmətidir. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və xidmətin rəhbər şəxsləri mütəmadi olaraq vətəndaş qəbulu keçirirlər. Bundan əlavə, ərizə, təklif və şikayətlərinizlə bağlı bilavasitə xidmətin aidiyyəti qurumlarına və ya rəsmi internet səhifəsinin “Əlaqə” bölməsindəki “Məktub yazmaq” altbölməsinə (www.migration.gov.az/az/apply) müraciət edə bilərsiniz.

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının rüşvət tələb etməsi mümkün deyil. Birincisi, Miqrasiya Xidməti əməkdaşları belə hallara yol verməz. İkincisi, vətəndaşlığa bərpa məsələsi Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətindədir. Prezidentin səlahiyyətinə aid olan bir məsələdə Miqrasiya Xidməti əməkdaşının rüşvət tələbi inandırıcı deyil.

Hörmətlə,

27/01/2025

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə elan edilir. Müsabiqə ixtisas imtahanından azad edilən (xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, hüquq sahəsində elmi dərəcəsi olan şəxslər və dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları) şəxslər üçün nəzərdə tutulur. Maraqlananlar söhbət mərhələsində iştirak üçün müraciət edə bilər. Ətraflı məlumat Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya 919 Çağrı Mərkəzindən əldə edilə bilər.

18/01/2025

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı seçki vədlərinin həyata keçirilməsinə yanvarın 21-də - vəzifəyə başladıqdan bir gün sonra başlayacaq.

Bunu “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Bildirilib ki, miqrantlara qarşı ilk genişmiqyaslı reyd çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək. Əməliyyata ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin təxminən 200 əməkdaşı qatılacaq.

Əsas hədəf cinayət keçmişi olan qanunsuz miqrantlar olacaq.

Daha sonra miqrantlara qarşı reydlər Nyu-York, Los-Anceles (Kaliforniya ştatı), Denver (Kolorado ştatı) və Mayami (Florida ştatı) şəhərlərində keçiriləcək.

18/01/2025

Rusiyada Yeni Miqrasiya Qanunları və Azərbaycan vətəndaşları (2025-ci il)

2025-ci il yanvarın 1-dən Rusiyada miqrasiya qanunvericiliyində bir sıra ciddi dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlarının böyük bir hissəsinə təsir edəcək. Hazırda Rusiyada qeyri rəsmi məlumatlara görə 500 mindən çox azərbaycanlı yaşayır və yeni qaydalar onların Rusiyada qalma və işləmə şərtlərini əhəmiyyətli dərəcədə dəyişdirəcək.

Yeni Qanunların Əsas Tələbləri

1. Ölkədə Qalma Müddətinin Azaldılması və Deportasiya Qaydalarının Sərtləşdirilməsi

• 2025-ci il yanvarın 1-dən etibarən müvəqqəti və ya daimi yaşayış icazəsi, əmək müqaviləsi və ya digər qanuni əsaslar olmadan əcnəbilər Rusiyada yalnız 90 gün qala bilərlər (əvvəlki 180 günə qarşı).

• Sərhədi keçməklə miqrasiya qeydiyyatını yeniləmə üsulu artıq mümkün olmayacaq.

• Fevralın 5-dən başlayaraq, “çıxarılma rejimi” tətbiq ediləcək. Qanunsuz qalan və ya sənədləri düzgün olmayan şəxslər deportasiya olunacaq və onlara ölkəyə giriş qadağası qoyulacaq.

2. Nəzarətə Götürülən reyestrə daxil edilən Şəxslər üçün Qaydalar

Miqrasiya qanunlarını pozduğu üçün xüsusi reyestrə daxil edilən şəxslərə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

• Yaşayış yerini xəbərsiz dəyişmək qadağandır.

• Regiondan kənara çıxmaq icazəsiz mümkün deyil.

• Nəqliyyat vasitələrini idarə etmək, daşınmaz əmlak almaq və biznes qeydiyyatdan keçirmək qadağandır.

• Nikaha daxil olmaq və böyük məbləğdə bank əməliyyatları aparmaq məhdudlaşdırılır.

Əmək fəaliyyəti ilə bağlı məhdudiyyətlər

• 2025-ci ildən uşaq baxçaları, təhsil, tibb, sərnişindaşıma, qida çatdırılması və digər yüksək gəlirli sahələrdə işləmək də artıq miqrantlar üçün mümkün olmayacaq.

• Daha əvvəl bəzi bölgələrdə spirtli içki və tütün məhsullarının pərakəndə satışı, eləcə də taksi fəaliyyəti qadağan edilmişdi.

Rusiyada Dil Tələbi

• Prezident Vladimir Putin bildirib ki, miqrantlar rus dilini bilməli və yerli qanunlara, ənənələrə hörmət etməlidirlər. Bu tələblərə əməl etməmək miqrantların qəbul prosesini çətinləşdirir və onların ölkədəki vəziyyətini daha da ağırlaşdırır.

Vətəndaşlıqdan Məhrum Olma və Hərbi Qeydiyyat

• Rusiyada hərbi xidmətə gedən miqrantlar üçün vətəndaşlıq alma proseduru asanlaşdırılıb, buna baxmayaraq Rusiya vətəndaşlığı alan əcnəbilər hərbi qeydiyyata durmasalar, vətəndaşlıqdan məhrum edilə bilərlər.

• Hərbi xidmət məsələsi miqrantları çətin seçim qarşısında qoyur: ya vətəndaşlıqdan imtina etməli, ya da həyatlarını riskə atmalıdırlar.

Tövsiyələr

• Rusiyadakı qanunvericilik dəyişiklikləri Azərbaycan vətəndaşlarına birbaşa təsir göstərir. Əmək miqrantları üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Ona görə də, AR vətəndaşlarının məlumatlandırılması, sənədlərin düzgün tərtib edilməsi, qanunlara riayət olunması və etibarlı vasitəçilərin fəaliyyətinə Azərbaycan tərəfinin dəstək verməsi vacibdir.

Sual: Mən başqa ölkənin vətəndaşlığını qəbul etmişəm. Azərbaycanın müvafiq orqanlarına necə məlumat verməliyəm? Başqa Öl...
12/01/2025

Sual: Mən başqa ölkənin vətəndaşlığını qəbul etmişəm. Azərbaycanın müvafiq orqanlarına necə məlumat verməliyəm?

Başqa Ölkənin Vətəndaşlığını Qəbul Etmiş Azərbaycan Respublikası Vətəndaşlarının Məlumatvermə Qaydası

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun tətbiqi ilə bağlı əsas tələblər:
Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir.

Səlahiyyətli orqanlar:
• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX);
• Xaricdə yaşayırsınızsa, Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəlikləri.

Məlumatvermə Qaydaları:
1. Dövlət Miqrasiya Xidmətinin Elektron Xidmətlər Portalı vasitəsilə (onlayn):
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə məlumatı DMX-nin rəsmi veb-səhifəsindən elektron formatda təqdim edə bilərlər:
• Portal: DMX Elektron Xidmətlər Portalı

2. Azərbaycanın Xaricdəki Diplomatik Nümayəndəlikləri vasitəsilə:
Xaricdə yaşayan şəxslər məlumatı Azərbaycanın diplomatik nümayəndəliklərinin konsulluq bölməsinə təqdim edə bilərlər.

Almaniya Federativ Respublikasında yaşayanlar üçün tələb olunan sənədlər:
• Ərizə-anket (tam və dəqiq doldurulmuş formada);
• Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasport) surəti;
• Qəbul edilmiş xarici dövlətin vətəndaşlığını təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasport) surəti;
• Xaricdə yaşadığı ünvanı təsdiq edən sənədin surəti;
• 1 ədəd rəngli fotoşəkil (3x4).

Qeyd:
• Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın təqdim edilməsi üçün dövlət rüsumu tələb edilmir.
• Diplomatik nümayəndəliklərə müraciətlər yalnız poçt vasitəsilə qəbul olunur.

Müraciət zamanı cavab almaq üçün:
• Geri cavabın poçt vasitəsilə göndərilməsini istəyirsinizsə, müraciətinizlə birlikdə:
• Üzərində öz ünvanınız yazılmış zərf;
• Sifarişli məktub (“Einschreiben”) üçün poçt markaları təqdim edilməlidir.

09/01/2025

Sual: Salam. Mənim vətəndaşlıq mənsubiyyətim Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilib və müvafiq qərar mənə verilib. Lakin ASAN xidmət qərarı icra etmir və mənə qeyri rəsmi formada rədd cavabı verir. Bu halda mən nə etməliyəm.

Cavab: Vətəndaşlığınızın Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilməsi sizin hüquqi statusunuzu, yəni AR vvətəndaşı olmanızı təsdiqləyir. Şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayırınızsa, aşağıdakı addımları atmağınız tövsiyə olunur:

1. ASAN xidmətdən rəsmi cacab tələb edin.
2. Daxili İşlər Nazirliyinə müraciət edin:

• Şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyəti qurum R. Behbudov küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport qeydiyyat və Mirqasiya İdarəsidir.

• Daxili İşlər Nazirliyinə də yazılı şəkildə müraciət edin və sənədlərinizi təqdim edin və rəsmi səbəb öyrənin, cavab alın.

• Verilən cavabda Sizə şəxsiyyət vəsiqəsinin verilməməsinin konkret səbəbi izah edilməlidir. Əgər problem sənədlərdə, vətəndaşlıqla bağlı uyğunsuzluqda və ya digər hüquqi səbəbdədirsə, bunu rəsmi şəkildə bildirməlidirlər.

3.Ərizə verən zaman lazımi sənədləri təmin edin:

• Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi vətəndaşlıq mənsubiyyəti haqqında qərar.

• Doğum şəhadətnaməsi və ya digər şəxsiyyəti təsdiq edən sənədlər.

• Əgər əvvəlki vəsiqəniz olubsa, onu da təsdiq edən sənədi təqdim edin.

4. Ombudsman və ya məhkəməyə müraciət edin:

• Əgər müraciətinizə rəsmi cavab verilmirsə və ya səbəb əsassızdırsa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və ya məhkəməyə şikayət edə bilərsiniz.

5. Hüquqi yardım alın:

• Miqrasiya sahəsində ixtisaslaşan vəkil bürosuna (məsələn bizim tanıdığımız Leqal Serviz vəkil bürosu ) probleminizin həlli üçün müraciət edin.

ASAN xidmətin DMX-nin qanuni qüvvədə olan qərarını icra etməkdən imtinası qanunsuzdur.

Hüquqlarınızı daha effektiv şəkildə müdafiə edin.

Uğurlar...

11/12/2024

Sual: Mən Rusiyada yaşayıram və Rusiyada bir qızım doğulub. İndi bir yaşı var və Rusiya vətəndaşıdır. Qızıma Azərbaycan vətəndaşlığını necə ala bilərəm? Bunun üçün Rusiya vətəndaşlığından imtina etməliyəmmi? Bunun üçün hansı idarəyə müraciət etməliyəm?
Bildirirəm ki, mən Azərbaycan, arvadım isə Rusiya vətəndaşıdır.

Cavab: Aşağıda Sizin vəziyyətinizə uyğun olaraq qızınıza Azərbaycan vətəndaşlığını almaq üçün hansı addımları atmalı olduğunuz barədə ətraflı məlumat veririk:

1. Qızınızın Azərbaycan vətəndaşlığına mənsubiyyəti

Azərbaycan Respublikasının “Vətəndaşlıq haqqında” qanununa əsasən:
• Əgər uşaq Azərbaycan vətəndaşı olan valideyndən birindən doğulubsa, o, Azərbaycan vətəndaşlığı almaq hüququna malikdir.

Sizin Azərbaycan vətəndaşı olmağınız qızınızın Azərbaycan vətəndaşlığını əldə etməsi üçün əsasdır. Bu halda, Rusiya vətəndaşlığından imtina tələb olunmur.

2. Tələb olunan sənədlər

Azərbaycan vətəndaşlığını əldə etmək üçün aşağıdakı sənədlər lazımdır:
1. Valideynlərin şəxsiyyətlərini və vətəndaşlıqlarını təsdiq edən sənədləri:
• Sizin Azərbaycan vətəndaşlığınızı təsdiqləyən sənəd (şəxsiyyət vəsiqəsi, pasport).
• Arvadınızın şəxsiyyət sənədi (Rusiya pasportu).
2. Uşağın doğum haqqında şəhadətnaməsi:
• Rusiya Federasiyasında verilmiş şəhadətnamə.
• Şəhadətnamənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi.
3. Nikah haqqında şəhadətnamə:
• Valideynlərinizin nikah haqqında sənədi (əgər nikahda deyilsinizsə, bu barədə məlumat verilməlidir).
4. Valideynlərin razılığı:
• Hər iki valideynin Azərbaycan vətəndaşlığına keçidlə bağlı razılıq ərizəsi.
5. Fotoşəkillər: 3x4 ölçüdə fotoşəkillər (say tələblərini öyrənmək üçün idarəyə müraciət edin).

3. Hansı idarəyə müraciət etməli?

Qızınızın Azərbaycan vətəndaşlığını əldə etməsi üçün sənədləri aşağıdakı yerlərə təqdim edə bilərsiniz:
• Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və ya
• Azərbaycan Respublikasının Baş Konsulluqları (məsələn, Moskva, Sankt-Peterburq və s.).

Bu qurumlar sənədləri qəbul edir və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərir.

4. Rusiya vətəndaşlığından imtina etmək lazımdırmı?
• Azərbaycan qanunvericiliyinə əsasən, Rusiya vətəndaşlığından imtina tələb olunmur. Yəni, qızınız həm Rusiya, həm də Azərbaycan vətəndaşı ola bilər.
Ancaq qızınız böyüdükdə və 18 yaşı tamam olduqda, iki ölkə arasında ikili vətəndaşlıq olmadığı üçün bir vətəndaşlığı seçmək məcburiyyətində qalacaq.

5. Prosesin müddəti

Sənədlər təqdim edildikdən sonra vətəndaşlıq məsələsinin həll edilməsi bir qədər vaxt apara bilər. Adətən bu müddət 3-6 ay çəkir.

Əlavə məlumat və dəqiqləşdirmə üçün Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayın.

Address

Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+(994)12 498-91-74

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Migration Center/ Azərbaycan Miqrasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share