Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi

Azərbaycan  Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi, Community Organization, Cəmşid Naxcıvanski 54, Baku.

31.03.2026 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının məsul katibi və vitse-prezidenti, hörmətli Qafar Əsg...
01/04/2026

31.03.2026 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının məsul katibi və vitse-prezidenti, hörmətli Qafar Əsgərzadə-nin doğum günüdür.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının məsul katibi və vitse-prezidenti kimi Qafar Əsgərzadə uzun illərdir humanitar fəaliyyət sahəsində böyük əzmkarlıqla çalışır, həyata keçirilən layihə və təşəbbüslərin uğurla icrasına öz dəyərli töhfələrini verir. Onun yüksək təşkilatçılıq bacarığı, prinsipial mövqeyi və məsuliyyətli yanaşması bu mühüm vəzifədə fəaliyyətini daha da fərqləndirir.
Onun rəhbərliyi və yaxından iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyaları, sosial layihələr və humanitar proqramlar cəmiyyətimizdə mərhəmət, həmrəylik və insanpərvərlik dəyərlərinin güclənməsində mühüm rol oynayır. Ehtiyacı olan insanlara göstərilən diqqət və qayğı isə onun fəaliyyətinin əsas prioritetlərindəndir.
Bu əlamətdar gün münasibətilə hörmətli Qafar Əsgərzadəyə möhkəm can sağlığı, uzun ömür, bitməz enerji və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Qoy həyata keçirdiyi nəcib missiya daim uğurla davam etsin və daha çox insanın həyatına işıq saçsın.
Doğum gününüz mübarək olsun! 🎉
Hörmətlə Bakı Regional Mərkəz adından.

Hörmətli Novruz Aslanov.Sizi doğum gününüz münasibətilə Azərbaycan Qızıl Aypara ailəsi adından səmimi qəlbdən təbrik edi...
22/03/2026

Hörmətli Novruz Aslanov.
Sizi doğum gününüz münasibətilə Azərbaycan Qızıl Aypara ailəsi adından səmimi qəlbdən təbrik edirik!
Sizin rəhbərliyiniz altında Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanizm, mərhəmət və xeyirxahlıq prinsiplərini əsas tutaraq cəmiyyətimizdə minlərlə ehtiyacı olan insanın ümid ünvanına çevrilmişdir. Həyata keçirdiyiniz sosial layihələr, humanitar aksiyalar və aztəminatlı ailələrə göstərilən davamlı dəstək Sizin yüksək idarəçilik bacarığınızın və böyük ürəyinizin bariz nümunəsidir.
Siz təkcə bir rəhbər deyil, həm də insanlara ümid verən, onları bir araya gətirən və xeyirxah işlərə ruhlandıran bir lider kimi hər kəsin dərin hörmətini qazanmısınız. Cəmiyyətimizin inkişafı, könüllülük hərəkatının genişlənməsi və humanitar dəyərlərin təbliği istiqamətində gördüyünüz işlər olduqca dəyərlidir.
Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Qoy rəhbərliyiniz altında həyata keçirilən bütün nəcib missiyalar daim uğurla davam etsin!
Doğum gününüz mübarək!
Hörmət və sevgilərlə, Bakı Regional mərkəz ailəsi❤️

13.03.2026 – “Sevgi Boxçası” adlı tədbir keçirildi.Yeni Klinika-da “Sevgi Boxçası” adlı tədbir təşkil olundu. Tədbir Azə...
13/03/2026

13.03.2026 – “Sevgi Boxçası” adlı tədbir keçirildi.
Yeni Klinika-da “Sevgi Boxçası” adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin və Nizami rayon bölməsinin təşəbbüsü ilə həyata keçirildi.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri, psixoloq, pediatr, ginekoloq və neanotoloq iştirak etdilər.
Tədbiri Bakı Regional Mərkəzin sədr müavini Sara Şafaqatova açaraq hər kəsi salamladı və analara xoş arzularını çatdırdı.
Ginekoloq Xalidə Əfəndiyeva doğuşdan sonrakı bərpa dövrü və ana sağlamlığının qorunması barədə məlumat verdi.
Pediatr Sənubər İsmayılova yeni doğulan körpələrin ilk aylarda düzgün qayğısı və sağlam inkişafı haqqında tövsiyələrini bölüşdü.
Neonatoloq Könül Əliyeva körpələrin erkən inkişafı və gigiyena qaydaları barədə çıxış etdi.
Psixoloq Quliyeva Suğra isə analarda doğuşdan sonra yaranan emosional vəziyyət, stress və yorğunluğun idarə olunması, ana ilə körpə arasında emosional bağın gücləndirilməsi mövzusunda tövsiyələr verdi.
Tədbir çərçivəsində 30 ana və ana olmağa hazırlaşan xanımlara sevgi və qayğının rəmzi olaraq hədiyyə boxçaları təqdim olundu.
Təqdim olunan hədiyyələr cəmiyyətimiz tərəfindən və "Bella " şirkəti tərəfindən təmin edilmişdir. Göstərdikləri dəstəyə görə şirkətə dərin təşəkkürümüzü bildiririk.
Eyni zamanda tədbirin keçirilməsinə yaratdığı şəraitə görə Yeni Klinika-nın rəhbərliyinə həmçinin səhiyyə sahəsində bu kimi sosyal təşəbbüslərə verdiyi dəstəyə görə Təbib -ə minnətdarlığımızı ifadə edirik. Bu cür təşəbbüslər analara göstərilən diqqət və qayğının daha da güclənməsinə xidmət edir.
Sonda xatirə şəkilləri çəkildi.

12.03.2026 - cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Ramazan ayının mərhəmət və paylaş...
12/03/2026

12.03.2026 - cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Ramazan ayının mərhəmət və paylaşma ruhuna uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ehtiyacı olan ailələrə dəstək məqsədilə məişət ləvazimatları paylanılmışdır.
Təqdim olunan məişət ləvazimatları "Qazelli " şirkətinin dəstəyi ilə təmin edilmişdir. Bu xeyirxah təşəbbüs sayəsində bir sıra ailələrin gündəlik məişət ehtiyaclarının qarşılanmasına töhfə verilmişdir.
Bu xeyriyyə aksiyasının əsas məqsədi müqəddəs Ramazan ayında ehtiyacı olan ailələrin gündəlik məişət ehtiyaclarının qarşılanmasına dəstək olmaq, cəmiyyətdə yardımlaşma və həmrəylik dəyərlərini daha da gücləndirməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər zaman həssas əhali qruplarına dəstək göstərməyi özünün əsas humanitar missiyalarından biri hesab edir və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.
Ümid edirik ki, bu cür xeyirxah addımlar cəmiyyətdə yardımlaşma ruhunu daha da gücləndirəcək və ehtiyacı olan insanlara ümid olacaq. 🤲🌙
🤲 Ramazan ayının bərəkəti hər evə sevinc və ümid gətirsin.

10/03/2026

"Mərhəmətin ünvanı - Azərbaycan Qızıl Aypara Cəmiyyəti " .

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 106 illiyi münasibətilə bu nəcib və humanitar missiyanın həyata keçiri...
10/03/2026

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 106 illiyi münasibətilə bu nəcib və humanitar missiyanın həyata keçirilməsində əməyi olan hər kəsi ürəkdən təbrik edirik.
106 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanizm, mərhəmət və xeyirxahlıq prinsiplərini rəhbər tutaraq ehtiyacı olan insanlara yardım edir, cəmiyyətimizdə həmrəylik və yardımlaşma dəyərlərini təbliğ edir. Bu illər ərzində minlərlə ailənin, tənha və qayğıya ehtiyacı olan insanların yanında olan Cəmiyyət çətin günlərdə onlara ümid və dəstək olmuşdur.
Bu gün də Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz humanitar fəaliyyətini uğurla davam etdirir.Azərbaycan Qızıl Aypara Cəmiyyətin prezidenti Novruz Aslanovun rəhbərliyi ilə həyata keçirilən layihələr, xeyriyyə aksiyaları və sosial təşəbbüslər cəmiyyətimizdə humanizm və mərhəmət dəyərlərinin daha da güclənməsinə mühüm töhfə verir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün əməkdaşlarını, könüllülərini və tərəfdaşlarını təbrik edir, onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

05.03.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində tədbir keçirildi.   8 Mart  - "Beyn...
06/03/2026

05.03.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində tədbir keçirildi.
8 Mart - "Beynəlxalq Qadınlar Bayramı " münasibətilə Nizami rayonunda şəhidlərimizin "YAR"ları və "YARI "ları üçün xüsusi tədbir təşkil olundu.
Dəyirmi masa arxasında şəhid yarları ilə səmimi görüş keçirildi. Görüş zamanı hər kəs öz ürək sözlərini bölüşdü, xatirələrini danışdı. Şəhidlərimizin əziz xatirələri yad olundu, onların göstərdiyi qəhrəmanlıq və Vətən uğrunda etdikləri fədakarlıqlar bir daha ehtiramla anıldı. Səslənən hər bir xatirə və duyğulu sözlər tədbir iştirakçılarını kövrəltdi, qəlblərdə həm kədər, həm də qürur hissi yaratdı.
Bu görüş bir daha göstərdi ki, şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunmalı, onların əziz xatirəsi daim yaşadılmalıdır
Tədbir zamanı şəhid ailələri ilə səmimi söhbətlər aparıldı, onların hər zaman cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulandı. Qəhrəmanlarımızın əmanəti olan həyat yoldaşları bizim üçün böyük dəyər və qürur mənbəyidir.
Görüş çərçivəsində xanımlara diqqət və ehtiram əlaməti olaraq "Asfarma" və "Güvən Dayə" tərəfindən təşkil olunan tort ," ODOR" və "Golden Rose" tərəfindən təqdim olunan hədiyyələr təqdim edildi.
Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Onların ailələri isə daim hörmət və qayğımızın mərkəzindədir. 8 Mart münasibətilə bütün xanımları, xüsusilə də şəhid xanımlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı və səbir arzulayırıq.
Sonda xatirə şəkilləri çəkildi.

03.03.2026 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Türk Kızılayın dəstəyi ilə humanitar yard...
04/03/2026

03.03.2026 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Türk Kızılayın dəstəyi ilə humanitar yardım aksiyası keçirildi.
Türk Kızılayın dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində "Bir başına olanların yanı başındayız" Qida Yardım proqramı çərçivəsində qeydiyyatda olan həssas kateqoriyalı ailələrə humanitar yardımlar paylanıldı. Aksiya çərçivəsində 100 aztəminatlı, tənha və sosial qayğıya ehtiyacı olan şəxslərə ərzaq bağlamaları təqdim edildi.
Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova açaraq qonaqları salamladı, həyata keçirilən aksiyanın əhəmiyyətindən bəhs etdi. Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin birinci müavini Könül Həsənova çıxış edərək ürək sözlərini bölüşdü, belə sosial təşəbbüslərin cəmiyyət üçün önəmini vurğuladı.
Həmçinin, Qazaxıstan Kızılayının nümayəndəsi İskanova Gülnara Muxametkerimovna tədbir iştirakçılarını təbrik etdi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd etdi.
Tədbirdə Türk Kızılay nümayəndələri Hasan Güler və Ömer Kemal Boralı, Qazaxıstan Kızılayı nümayəndəsi İskanova Gülnara Muxametkerimovna, Özbəkistan Kızılayı nümayəndəsi Diana Alieva, həmçinin Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat müşaviri Cihangir İşbilir, Din xidmətləri müşaviri İhsan Açık, Kənd təsərrüfatı müşaviri Yener Yıldırım və İkinci katib Şeyda Şakar ,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse prezidenti Əziz Qocayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini Elşən Səlimzadə və könüllülər iştirak etdilər.
Qeyd olunan humanitar təşəbbüs iki qardaş ölkə və beynəlxalq tərəfdaşlar arasında həmrəyliyin və əməkdaşlığın bariz nümunəsi olmaqla yanaşı, ehtiyacı olan insanlara dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yardım alan ailələr öz minnətdarlıqlarını bildirdilər və sonda xatirə şəkilləri çəkildi.

24.02.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzində Avropa Azərbaycan Məktəbinin şagir...
24/02/2026

24.02.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzində Avropa Azərbaycan Məktəbinin şagirdləri üçün maarifləndirici görüş təşkil olundu. Görüş zamanı Az.QAC Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova şagirdlərə Cəmiyyətin fəaliyyəti, humanitar missiyası və həyata keçirdiyi sosial layihələr haqqında məlumat verildi.
Uşaqlara bildirildiki Qızıl Aypara Cəmiyyəti ehtiyacı olan insanlara yardım göstərir, təbii fəlakətlər və fövqəladə hallarda zərərçəkənlərə dəstək olur, ilk tibbi yardım təlimləri keçir və cəmiyyət arasında humanizm və mərhəmət dəyərlərini təbliğ edir.
Şagirdlər böyük maraqla təqdimatı dinlədilər və onları maraqlandıran sualları verdilər və könüllülük fəaliyyətinin əhəmiyyəti barədə məlumat aldılar.
Görüş uşaqlarda xeyirxahlıq, yardımlaşma və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdi.
Görüş çərçivəsində şagirdlərlə birlikdə iki tənha və qayğıya ehtiyacı olan Qəmzə Nəcəfova və Qüdrət Məmmədovanın evlərinə ziyarət olundu. Onlara ərzaq yardımı təqdim olundu. Bu xeyirxah addım uşaqlarda yardımlaşma və sosial məsuliyyət hissini daha da möhkəmməsinə səbəb oldu.
Sonda cəmiyyətimiz adından uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

19 fevral 2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi və AZ.QAC Nizami rayon bölməsinin...
19/02/2026

19 fevral 2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi və AZ.QAC Nizami rayon bölməsinin birgə təşəbbüsü ilə “Sevgi Boxçası” tədbiri Referans Medical Group-un tərkibində fəaliyyət göstərən Leyla Medical Center-də keçirildi.
“Sevgi Boxçası” tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ana və körpə sağlamlığına, analığın dəyərinə və qadınlara mənəvi dəstəyin göstərilməsinə yönəlmiş humanitar təşəbbüsüdür.
Tədbirdə 25 yeni ana olmuş qadın iştirak etdi və layihənin məqsədi haqqında ətraflı məlumat verildi. Tədbiri AZ.QAC Nizami rayon bölməsinin sədri Günay İbrahimova açaraq iştirakçıları salamladı və analara xoş arzularını çatdırdı.
Bakı Regional Mərkəzinin sədr müavini Sara Şavaqatova çıxış edərək analara öz töhfələrini təqdim etdi və bu dövrdə mənəvi dəstəyin vacibliyini vurğuladı.
Psixoloq Aybəniz Zaman hamiləlik və doğuşdan sonrakı mərhələdə yaranan psixoloji çətinliklər və onların aradan qaldırılması yolları barədə məlumat verdi.
Leyla Medical Centerin Pediatr-Neonatoloqu, Uzm. Dr. Kamil Şərifov isə ana südünün körpə sağlamlığındakı rolu və yeni doğulan uşaqlara düzgün qulluq mövzusunda maarifləndirici çıxış etdi.
Tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Referans Medical Group-un tərkibində fəaliyyət göstərən Leyla Medical Centerin rəhbərliyinə və kollektivinə AZ.QAC adından dərin minnətdarlığımızı bildiririk.
“Sevgi Boxçası” layihəsinin əsas məqsədi analıq dövründə olan qadınlara mənəvi dəstək göstərmək, onlara qayğı və diqqət hissini yaşatmaq, ana və körpə sağlamlığının vacibliyini vurğulamaq, cəmiyyətdə analığa hörmət və sosial həssaslıq mədəniyyətini təşviq etməkdir.
Tədbirdə göstərdikləri dəstəyə görə Seni şirkətinə də təşəkkürümüzü bildiririk.

10.02.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzində “Asfarma” şirkətinin rəhbərliyi...
11/02/2026

10.02.2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzində “Asfarma” şirkətinin rəhbərliyi və nümayəndələri, Suraxanı, Nəsimi, Binəqədi, Yasamal, Sabunçu və Nizami rayon bölmələrinin sədrləri, eləcə də könüllülərin iştirakı ilə görüş keçirildi. Görüş süfrə arxasında səmimi və işgüzar mühitdə baş tutdu, gələcək əməkdaşlıq imkanları, sosial proqramlar və birgə layihələr ətrafında geniş müzakirələr aparıldı.
Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova “Asfarma” şirkətinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi davamlı dəstəyə, humanitar fəaliyyətlərimizə verdiyi töhfəyə və sosial layihələrdə fəal iştirakına görə təşəkkürünü bildirdi. Rayon bölmələrinin nümayəndələri də çıxış edərək əməkdaşlıqla bağlı fikir və təkliflərini səsləndirdilər.
Çıxış edən Binəqədi rayon bölməsinin sədri Afət xanım əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu cür tərəfdaşlıqların xüsusilə həssas əhali qruplarına göstərilən dəstəyin daha da gücləndirilməsinə xidmət etdiyini qeyd etdi.
“Asfarma” şirkətinin ölkə müdiri Kaan Özgür Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi sosial layihələrdən, humanitar aksiyalardan və ölkə üçün görülən faydalı işlərdən danışdı. Şirkətin məhsul üzrə meneceri Könül Mahirqızı “Azrosin” dərman preparatlarının hazırda mövcud virus infeksiyalarının ağırlaşması fonunda inkişaf edən ikincili bakterial proseslərdə Azrosin terapiyası məqsədə uyğun hesab olunur. Bölgə üzrə menecer Qulam Məlikov isə səhiyyə sahəsində maarifləndirmə və düzgün dərman istifadəsi ilə bağlı tövsiyələrini iştirakçılarla bölüşdü.
Görüş çərçivəsində “Asfarma” şirkəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi sosial layihələrə dəstək məqsədilə dərman preparatları yardımı etmişdir. Bu yardım xüsusilə ehtiyaclı əhali qruplarına göstərilən tibbi-humanitar dəstək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti sosial təşəbbüslər və humanitar aksiyalar sahəsində ardıcıl və səmərəli fəaliyyəti ilə ön plandadır və bu kimi əməkdaşlıqlar gələcəkdə də birgə uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradır.

02.02 2026-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində ,, Gənclər Günü" qeyd olundu.  Tədb...
03/02/2026

02.02 2026-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində ,, Gənclər Günü" qeyd olundu.
Tədbirdə "Asfarma" , "Soel Parfum", "Seni" və "Güvən Dayə", " Seni" şirkətinin nümayəndələri və Az.QAC Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin sədri Günay İbrahimova iştirak etdilər.
Az.QAC Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova çıxış etdi və gəncləri bu gün münasibətilə təbrik etdi və qeyd etdi ki , Ümummilli Liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gündə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclərin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi sosial layihələrdə, humanitar aksiyalarda iştirakı , maarifləndirmə tədbirlərində göstərdiyi fəallıq danılmazdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin sədri Günay İbrahimova gəncləri bu gün münasibətilə ilə təbrik edərək onları göstərdikləri fəallığa görə yüksək qiymətləndirdi. Yeni nailiyyətlər və parlaq gələcək arzuladı.
Asfarma , Soel Parfum, Seni , Güvən dayə şirkətilərinin nümayəndələri öz töhfələrini və gənclərə ürək sözlərini bildirdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi dəstəyə və humanist fəaliyyətimizə verdiyi töhfəyə görə "Soel Parfum" şirkətinə təşəkkürnamə təqdim olundu.
Könüllülərin təklifləri dinlənildi, onların gələcək planları ətrafında, bilik və bacarıqlarının inkişafı haqqında fikir mübadiləsi aparıldı.
Sonda bayram tortu kəsildi və könüllülərə hədiyyələr təqdim olundu.
Səmimi keçən tədbirdən sonra xatirə şəkilləri çəkildi.

Address

Cəmşid Naxcıvanski 54
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share