“Virtual Qarabağ” İKT Mərkəzi / 'Virtual Karabakh' ICT Centre

  • Home
  • Azerbaijan
  • Baku
  • “Virtual Qarabağ” İKT Mərkəzi / 'Virtual Karabakh' ICT Centre

“Virtual Qarabağ”  İKT   Mərkəzi / 'Virtual Karabakh' ICT Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from “Virtual Qarabağ” İKT Mərkəzi / 'Virtual Karabakh' ICT Centre, Non-Governmental Organization (NGO), Zahid Xəlilov küç. 26, Baku.

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 –

ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. The ‘Virtual Karabakh’ Information- Communication Technology Centre was established as part of the State Programme ‘Azerbaijan Youth from 2011-2015’ confirmed by decree of President Ilham Aliyev of the Republic of Azerbaijan, dated 7th July 2011.

06/03/2026

19/01/2026
“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi Azərbaycan Dillər Universitetində konfrans t...
04/10/2025

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi Azərbaycan Dillər Universitetində konfrans təşkil etdi.

Oktyabrın 3 - də Azərbaycan Dillər Universitetində “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində tələbə - gənclər və gənc tədqiqatçıların iştirakı ilə konfrans keçirilmişdir. Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilmişdir. Konfrans zamanı layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev öz çıxışında layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi fəaliyyətlərin araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılması olduğunu bildirmişdir. O əlavə etmişdir ki, layihə çərçivəsində çap olunmuş kitab tarixi Qərbi Azərbaycan ərazisində yaşamış aborigen azərbaycanlı əhalinin fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində Ermənistan Respublikası tərəfindən həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir.
“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzəsində Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesindən danışmış, yeni nəşr olunmuş kitabda Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd etmişdir.

Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

Konfrans zamanı tələbər- gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilmişdir.
Konfrans zamanı poliqrafiya, çap məhsulları iştirakşılara paylanmışdır.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ermənistanın toponimik cinayətləri” mövzusunda konfrans keçirilmişdir.   ...
02/10/2025

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ermənistanın toponimik cinayətləri” mövzusunda konfrans keçirilmişdir.

Oktyabrın 2- də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ermənistanın toponimik cinayətləri” mövzusunda konfrans keçirilib. “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilən konfransda Qərbi Azərbaycan və Qarabağ tarixi üzrə tədqiqatçılar, gənc tədqiqatçılar, tələbə - gənclər, QHT nümayəndələri iştirak etmişlər. Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, maddi- mədəni irsinə, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilmişdir. Konfransda layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev öz çıxışında mövzunun aktuallığından, gənclər tərəfindən Qərbi Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyətindən danışmışdır. O əlavə etmişdir ki, layihə çərçivəsində çap olunmuş “Ermənistanın toponimik cinayətləri” adlı kitab Ermənistan Respublikası tərəfindən azərbaycanlılara məxsus yer - yurd adlarının dəyişdirilməsi ilə bağlı həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzəsində Qərbi Azərbaycanın azərbaycanlı əhalisinə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesindən, Qərbi Azərbaycanın azərbaycanlılara məxsus toponimlərinin ermənilər tərəfindən dəyişdilməsindən danışmışdır.

Çıxış edən digər natiqlər təqdim olunan kitabın xüsusilə xaricdə yaşayan azərbaycanlılar, dispora təşkilatlarının nümayəndələri üçün olduqca əhməiyyət kəsb etdiyini bildirmişlər.
Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

Konfrans zamanı tələbər- gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilmişdir.
Konfrans zamanı poliqrafiya, çap məhsulları iştirakşılara paylanmışdır.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

“Ermənistanın toponimik cinayətləri” kitabının təqdimatı olub. Sentyabrın 29 – da Bakı Dövlət Universitetində Azərbaycan...
29/09/2025

“Ermənistanın toponimik cinayətləri” kitabının təqdimatı olub.

Sentyabrın 29 – da Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində çap edilmiş “Ermənistanın toponimik cinayətləri” adlı kitabın təqdimatı keçirilib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.

Təqdimatda çıxış edən layihə rəhbəri, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi cinayətlərin araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılması olduğunu bildirmişdir. O əlavə etmişdir ki, layihə çərçivəsində çap olunmuş kitab tarixi Qərbi Azərbaycan ərazisində yaşamış aborigen azərbaycanlı əhalinin fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində Ermənistan Respublikası tərəfindən həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir. Nurəddin Mehdiyev bildirmişdir ki, Qərbi Azərbaycan ərazisində zaman-zaman xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğınlar, soyqırımları, deportasiyalar, maddi-mədəni irsimizə qarşı həyata keçirilən vandallıqlar haqqında bir sıra kitabların müəllifi olan Nazim Mustafanın oxuculara təqdim edilən yeni kitabı onun əvvəllər də araşdırdığı toponimlərimizlə bağlı tədqiqatlarının son dövrün məlumatları əsasında qələmə aldığı ümümiləşdirici əsər kimi ərsəyə gəlmişdir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında kitabda Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesi və digər məsələlərin şərh edildiyini, Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd etmişdir.

Ktabda Ermənistanda daşnakların hakimiyyəti dövründən başlamış, Sovet hakimiyyəti illərində və müstəqil Ermənistan Respublikası ərazisində Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ həyata keçirilən linqivistik soyqırımı siyasəti ayrıca təhlil edilir.
Oxuculara təqdim edilən bu kitabda son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində adları dəyişdirilmiş azərbaycanlılara məxsus 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə siyahısı ilk dəfə təqdim edilir. Həmin siyahı tərtib edilərkən müəllif 1988-ci ildə İrəvanda sonuncu dəfə çap edilən "Ermənistan SSR-in inzibati-ərazi bölgüsü. 1988-ci ilə avqustun 1-nə olan məlumat" kitabına, müstəqillik əldə edilənədək adların dəyişdirilməsi ilə bağlı verilən Ermənistan SSR Ali sovetinin fərmanlarına, Ermənistanın Müstəqil Dövlətlər Birliyinə üzv olmasından sonra həmin qurumun müvafiq strukturuna adların dətişdirilməsi ilə bağlı təqdim etdiyi siyahılara və 2008-ci ildə İrəvanda erməni dilində çap edilən "Ermənistan Respublikasının yaşayış məntəqələrinin lüğəti" kitabına əsaslanmışdır.

Nazim Mustafanın "Ermənistanın toponimik cinayətləri" kitabında ilk dəfə olaraq Ermənistanın 1991-ci ildən sonra işğal etdiyi Azərbaycan ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma "Ali Məclisi" tərəfindən həyata keçirilən toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində təqdim edilir.

Kitabın əlavələr bölməsində indiki Ermənistanda azərbaycanlılara məxsus olmuş və adları dəyişdirilmiş yaşayış məskənlərinin, məntəqələrinin siyahıları və əyanilik üçün 6 xəritə təqdim edilir.

Təqdimatda mütəxəssislər, tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar çıxış edərək kitab haqqında fikirlərini bildirmişlər. Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin iştirakı ilə müzakirə olunmuşdur.

Tədbirdə poliqrafiya, çap məhsulları təqdimat iştirakçılarına paylanmışdır.
Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Dərin hörmət və ehtiramla anırıq!
10/05/2025

Dərin hörmət və ehtiramla anırıq!

25/02/2025

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Xocalı: Bir millətin kədəri...

25/02/2025

Address

Zahid Xəlilov Küç. 26
Baku
AZ1141

Alerts

Be the first to know and let us send you an email when “Virtual Qarabağ” İKT Mərkəzi / 'Virtual Karabakh' ICT Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share