Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçisidir

18/06/2026

18 iyun – Azərbaycanda İnsan Hüquqları Günüdür.

⚖️Bu əlamətdar gündə insan ləyaqətinin, hüquq və azadlıqların qorunmasına, cəmiyyətdə hüquqi dəyərlərin təbliğinə töhfə verən bütün təhsil işçilərinə təşəkkürümüzü bildiririk.

17/06/2026

🧑‍⚕️👨‍⚕️Cəmiyyətimizin sağlamlığının keşiyində dayanan bütün tibb işçilərimizi Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, insan həyatına göstərdikləri yüksək peşəkarlıq, fədakarlıq və humanist xidmətlərinə görə təşəkkür edirik!

17/06/2026

🇦🇿 Milli Qurtuluş Günü Azərbaycanın sabitlik, birlik və inkişaf yolunda mühüm dönüş nöqtəsi kimi tariximizdə xüsusi yer tutur.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə daim əmin-amanlıq, tərəqqi və rifah arzulayırıq!

Bu gün məktəblərdə son zəng çalınır.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə...
13/06/2026

Bu gün məktəblərdə son zəng çalınır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrində çalışan bütün müəllimləri bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir.
“Son zəng” təkcə məzunların deyil, həm də onların yetişməsində böyük zəhməti olan müəllimlərin bayramıdır. Şagirdlərin məktəblə vidalaşaraq yeni həyata qədəm qoyması sizin bilik, səbir, qayğı və fədakar əməyinizin bəhrəsidir.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, peşə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, yetişdirdiyiniz gənclər qazandıqları bilik və dəyərlərlə Vətənimizin inkişafına layiqli töhfələr verəcəklər.
Əziz məzunlarımıza isə qarşıdakı imtahanlarda uğurlar, gələcək həyat yollarında inamlı addımlar və böyük nailiyyətlər diləyirik.

         Ətraflı linkdə:
13/06/2026



Ətraflı linkdə:

10.06.2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasında Həmkarlar İttifaqı Təşkilatının seçki yığıncağı keçi...

        Ətraflı linkdə:
13/06/2026



Ətraflı linkdə:

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə əmək fəaliyyəti dövründə təhsil sahəsinin inkişafına dəyərli töhfələr vermiş, 65 yaşı tamam olan it...

        Ətraflı linkdə:
13/06/2026



Ətraflı linkdə:

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 98 nömrəli uşaq bağçasının ittifaq üzvləri üçün Lənkəran şəhərinə bir günlük gəzinti təşkil edilib....

        Ətraflı linkdə:
13/06/2026



Ətraflı linkdə:

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 158 saylı tam orta ümumtəsil məktəbin ittifaq üzvləri üçün Lənkəran şəhərinə bir günlük gəzinti təş...

11/06/2026

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Son vaxtlarda bəzi media subyektlərində Azərbaycan Həmkarlar Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətətə uyğun olmayan və qərəzli iddialar səsləndirilir. Bu da, çoxsaylı üzvləri birləşdirən AHİK-in nüfuzuna xələl gətirməklə yanaşı, həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.
Vurğalamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, işçilərin maarifləndirilməsi, üzvlərin bilik və bacarıqlarının artırılması, üzvlərin sağlamlığının qorunmasının səmərəli təşkilidir.

Qeyd edək ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq, sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.

Son günlər mediada yollayışların verilməsi ilə bağlı səslənən əsassız fikirlərə gəlincə isə, bildiririk ki, yollayışların verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na və “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür. Bu tələblər güzəştli yollayış veriləcək şəxslərin həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmasıdır.

Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.

Təhlillər göstərir ki, qanunvericiliyin uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən çox vətəndaşımızın yollayışdan istifadə imkanı yaranıb. Bununla da, həyata keçirilmiş hüquqi uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox şəxsin bu imkanlardan yararlanmasına şərait yaratmışdır.

Məlumat üçün bildiririk ki, həmin Qaydaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə, Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlaması və qidalanması təmin olunur.

Eyni zamanda, ödənişsiz yollayış almaq hüququ olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılmışdır. Bu isə, dövlətimizin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın sosial qayğı ilə əhatə olunması deməkdir.

Hesab edirik ki, bəzi media subyektlərində yayımlanan reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.

İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə ziddiyyət təşkil edir.

Media nümayəndələrini jurnalist etikasına əməl etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq.

Address

Zahid Xəlilov Küç 65 (53 Nömrəli Tam Orta Məktəb)
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category