Azərbaycan Milli QHT Forumu

Azərbaycan Milli QHT Forumu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Milli QHT Forumu, Non-Governmental Organization (NGO), Bakı şəhəri, World Business Center, 17-ci mərtəbə, Səməd Vurğun 83, Baku.

MQF-nin əsas məqsədi Milli Qeyri-Hökumət Təşkilatları hərəkatının genişlənməsi, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə, mövcud qanunvericiliyə uyğun qurulması və koordinasiya edilməsi, dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, həmçinin media və özəl sektorla QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması və onların üzləşdiyi problemlərin birgə həllinə yardım etməkdir.

29/05/2026
Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge...
29/05/2026

Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.

Məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.

Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Na...

WUF13 çərçivəsində Qlobal Cənub QHT Platformasının pavilyonunda BAMF-ın “Minalarla çirklənmiş ərazilərdə şəhərsalma prob...
22/05/2026

WUF13 çərçivəsində Qlobal Cənub QHT Platformasının pavilyonunda BAMF-ın “Minalarla çirklənmiş ərazilərdə şəhərsalma problemləri” adlı tədbir keçirildi.

Tədbirdə minaların mənfi təsirləri təhlükəsizlik, şəhərsalma, ekoloji tarazlıq və post-münaqişə bərpası kimi müxtəlif aspektlərdən müzakirə olundu. İkinci Qarabağ müharibəsindən sonra ANAMA-nın koordinasiyası ilə aparılan intensiv minatəmizləmə əməliyyatları xüsusilə vurğulandı.

Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyonunda, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban F...
22/05/2026

Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyonunda, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə və müalicə imkanlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilmişdir.

Tədbirin əsas mövzusu "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" olmuşdur. Təsbirin keçirilməsində əsas məqsəd şəhər və rayon yaşayış məntəqələrinin inklüziv inkişaf konsepsiyasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı (qan laxtalanma pozuntusu ilə) pasiyentin müasir tibbi xidmətlərə çıxışını və həyati vacib laxtalandırıcı faktor preparatlarının regional əlçatanlığını təmin etmək olmuşdur.

Tədbirdə səhiyyənin müxtəlif sahələrini təmsil edən aparıcı mütəxəssislər çıxış edərək xəstəliyin idarə olunmasında regional infrastrukturun formalaşdırılması ilə bağlı mühüm məsələləri diqqətə çatdırıblar

WUF 13-cü sessiyası çərçivəsində “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliy...
21/05/2026

WUF 13-cü sessiyası çərçivəsində “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda tədbir keçirildi

21 may tarixində World Urban Forum 13 çərçivəsində Bakı Olimpiya Stadionunda yerləşən Urban Library məkanında Azərbaycan Milli QHT Forumu tərəfindən "Youth and Civil Society Leadership in Advancing Sustainable and Inclusive Cities” (“Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi”) mövzusunda tədbiri baş tutdu.

Tədbirdə müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri, gənclər təşkilatlarının liderləri, şəhərsalma üzrə mütəxəssislər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimai fəallar iştirak etdilər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, davamlı şəhərlərin qurulması yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda ictimai iştirakçılıq, vətəndaş etimadı və gənclərin qərarvermə proseslərinə fəal cəlb olunması ilə mümkündür. O vurğuladı ki, müasir şəhər idarəçiliyində ictimai iştirak artıq tövsiyə deyil, əsas prinsiplərdən biri hesab olunur.
Tədbirdə həmçinin Azərbaycanın postmünaqişə və yenidənqurma təcrübəsi xüsusi vurğulandı. Bildirildi ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesi yalnız binaların tikintisi ilə məhdudlaşmır, eyni zamanda sosial etimadın bərpasını, ictimai həyatın yenidən qurulmasını və inklüziv şəhər mühitinin formalaşdırılmasını əhatə edir.

Açılış sessiyasında Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Keniyadan Kounkuey Design Initiative təşkilatının icraçı direktoru Vera Bukachi çıxış etdilər.

Tədbir çərçivəsində Liberiyanın “Liberian Youth for Climate Actions (LYCA)” təşkilatının təsisçisi və icraçı direktoru Ezekiel Nyanfor tərəfindən “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda araşdırmanın nəticələri təqdim olundu.

Daha sonra keçirilən panel sessiyada şəhər inkişafında gənclərin rolu, ictimai iştirakçılıq mexanizmləri, inklüziv idarəetmə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edildi. Paneldə müxtəlif ölkələrdən və təşkilatlardan nümayəndələr iştirak edərək öz təcrübələrini bölüşdülər.

“Panel sessiyası Gender Hub Azerbaijan təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova moderatorluğu ilə keçirilib. Sessiyada Məleykə Tağızadə — BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçisi, Leyla Həsənova — Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29 Gənclər üzrə İqlim Çempionu, Aysiman Quliyeva — “ASAN Könüllüləri” Təşkilatının sədri, Nədimə Rəhimli — “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini, Sana Ullah Rathore — Pakistan Gənclər Təşkilatının (PYO) təsisçisi və baş icraçı direktoru iştirak edərək davamlı şəhər inkişafı, ictimai iştirakçılıq, gənclərin qərarvermə prosesində rolu və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

21/05/2026

“Davamlı və İnkluziv Şəhərlərin İnkişafında Gənclərin və Vətəndaş Cəmiyyətinin Liderliyi” mövzusunun müzakirəsindən yadda qalan kadrlar.

Aysiman Guliyeva’s speech on “Advancing Effective Civil Society and Youth Engagement in Cooperation with UN-Habitat”
21/05/2026

Aysiman Guliyeva’s speech on “Advancing Effective Civil Society and Youth Engagement in Cooperation with UN-Habitat”

21/05/2026

Ezekiel Nyanfor presented Liberia’s Urban Context and Challenges

Address

Bakı şəhəri, World Business Center, 17-ci Mərtəbə, Səməd Vurğun 83
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli QHT Forumu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli QHT Forumu:

Share