04/09/2025
Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar 5 sentyabr saat 11:00-dan 7 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada müraciət edə biləcəklər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2025-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq.
ŞV-nin FİN kodu daxil edərək, açılmış pəncərədə verilmiş xanaları dolduraraq qeydiyyatınızı təsdiqləyin.Qeydiyyat müddəti bitdikdən sonra, iştirak hüququ qazanmış arıçı fermerlərimizə SMS bildiriş göndəriləcək.Təşəkkürlər.