DİA TGT "Müasir İdarəçilər" klubu

DİA TGT "Müasir İdarəçilər" klubu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə-Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən "Müasir İdarəçilər" klubu

21/04/2026
21/04/2026
“Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” mövzusunda tədbir keçiriləcəkdir.
15/04/2026

“Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” mövzusunda tədbir keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəal...
20/03/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubu olaraq xalqımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.

Bayramınız mübarək!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəal...
20/03/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubu olaraq xalqımızı və bütün müsəlman aləmini mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.

Bayramınız mübarək!

📢 Əziz DİA tələbələri,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkila...
03/03/2026

📢 Əziz DİA tələbələri,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubunun təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov ilə görüş keçiriləcəkdir.

Görüş “Rəqəmsal dövrdə dövlət idarəçiliyində yeni idarəetmə tendensiyaları” mövzusuna həsr olunacaq. Tədbir çərçivəsində rəqəmsal transformasiya prosesləri, dövlət sektorunda innovativ idarəetmə modelləri, süni intellekt və məlumat əsaslı qərarvermə mexanizmləri, eləcə də müasir çağırışlar fonunda dövlət idarəçiliyinin inkişaf perspektivləri müzakirə ediləcəkdir.

📅 Tarix: 06 mart 2026
🕒 Saat: 12:30
📍 Məkan: DİA

🔗 Qeydiyyat linki story və highlights bölməsində yerləşdirilib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov DİA - da  tələbələr ilə görüşmüşdür.Azərbaycan Respublikasının Prezidenti yan...
20/05/2025

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov DİA - da tələbələr ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Gənc Menecerlər” və “Müasir İdarəçilər” klublarının birgə təşkilatçılığı “Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbirin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək, müasir dövrdə idarəetmə və sahibkarlığın vəhdətinin iqtisadi inkişafda oynadığı rolun vacibliyini vurğulamış, gənclərin bu sahələrdə bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs etmişdir. Rektor qeyd etmişdir ki, bu kimi təşəbbüslər gənclərin dövlət-özəl sektor münasibətləri ilə daha yaxından tanış olmalarına və gələcək karyera planlarını düzgün istiqamətləndirmələrinə geniş imkanlar yaradır.

Tədbirin fəxri qonağı – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında dövlətin rolu, tətbiq edilən dəstək mexanizmləri, eləcə də idarəetmə strategiyalarının sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat vermişdir. O, gənclərə praktiki tövsiyələr verməklə yanaşı, onları innovativ təşəbbüslərlə çıxış etməyə və sahibkarlıq mühitində fəal olmağa çağırmışdır.

Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Elnur Əliyevin moderatorluğu ilə keçən görüşdə tələbələrin sualları cavablandırılmış, gəncləri maraqlandıran mövzular ətrafında fəal fikir mübadiləsi aparılmışdır. Sual-cavab sessiyasında çıxış edən Orxan Məmmədov iştirakçıların ideyalarını diqqətlə dinləyərək onlara peşəkar yanaşmalar və praktik məsləhətlər təqdim etmişdir.

Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Gənc Menecerlər” və “Müasir İdarə...
11/05/2025

Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Gənc Menecerlər” və “Müasir İdarəçilər” klublarının birgə təşkilatçılığı ilə “Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçiriləcəkdir.

Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov olacaqdır.

Tədbirin məqsədi gənclərə, xüsusilə də idarəetmə və sahibkarlıq sahələrinə marağı olan tələbələrə biznesin təşkili, idarə olunması və inkişaf perspektivləri haqqında dəyərli biliklər təqdim etmək, həmçinin dövlət və özəl sektor arasında əlaqələrin praktik nümunələrini nümayiş etdirməkdir.

Bu tədbir həm praktiki biliklərin əldə olunması, həm də idarəetmə sahəsində gələcək karyerasını qurmaq istəyən gənclər üçün böyük fürsət olacaq.

🗓️ *Tarix:* 12.05.2025
🕧 *Saat:* 14:00
📍 *Məkan:* DİA, 68-ci aud

Qeydiyyat linki: https://forms.gle/wNm9MXoxscYntmzk7

*Qeyd:* Qaiblar üzürlüdür.

Dövlət İdarəçilik Akademiyasında “Müasir idarəçilikdə gənc liderlərin rolu” mövzusunda panel-müzakirə keçirilmişdir. 30....
09/05/2025

Dövlət İdarəçilik Akademiyasında “Müasir idarəçilikdə gənc liderlərin rolu” mövzusunda panel-müzakirə keçirilmişdir.

30.04.2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubunun təşkilatçılığı ilə “Müasir idarəçilikdə gənc liderlərin rolu” mövzusunda panel-müzakirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Müasir İdarəçilər” klubunun sədri Misir Məmmədov gənclərin idarəçilik bacarıqlarının inkişaf etdirilməsində bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Panel-müzakirənin qonaqları - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, “Logix” şirkətinin təsisçisi Sakit Səmədov, BMT-nin The World proqramının ölkə təmsilçisi və “Shane English School”un təsisçisi Jalə Bəhramova, həmçinin “LeDiOr Luxury Travel” şirkətinin təsisçisi Leyla Dibirova öz çıxışlarında idarəçilikdə liderliyin önəmi, şəxsi inkişaf, təşəbbüskarlıq və beynəlxalq əməkdaşlıq təcrübələri barədə geniş məlumat vermişlər.

Tədbir interaktiv formatda davam etmiş, iştirakçı tələbələrin çoxsaylı sualları cavablandırılmış, maraqlı fikir mübadiləsi aparılmışdır.

Tədbir iştirakçıları üçün müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

Tədbir iştirakçılarla xatirə fotosu ilə yekunlaşmışdır.

Address

Azərbaycan Respublikası, Bakı ş., Səbail R., AZ 1001, Lermontov Küç. 74
Baku
AZ 1000

Website

Alerts

Be the first to know and let us send you an email when DİA TGT "Müasir İdarəçilər" klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share