15/09/2024
Mähämmäd Iqbal
Himalay
Ey Himalay, hind elindä ey polad qala!
Tunc alnini yetmiş fələk öpür az qala.
Sənə pərdə çəkə bilməz heç bir dərd, bəla.
Körünürsən yer üzünün hər buçağından,
Peyğəmbər tək nur alırsan Sina dağından!
İlk baxışda adi dağsan, qayalı bir dağ,
Sən əslində Hindistana dayagsan, dayaq,
Qar çalmalı bir qocasan, sənətkar sayaq,
Səma — şe`rin, kəhkəşan bir məğrur başında!
İki era bir qırpımdı sənin qarşında!
Zirvələrin qonuşmada Sürəyya ilə,
Yerdə bitib… qovuşmusan köy, səma ilə!
İrmaqların ayna tutur qaya sahilə,
Yallarına şö`lə salır şeh kilə-kilə.
Ağ köhlənə döndərirsən bə`zən tufanı,
Şimşəklərin yerbəyerdən yarır səmanı!
Ey Himalay, xəzinəsən neçə min sirrə,
Qüdrətini bəxş etmisən sən dörd ünsürə,
Buludların fillərimdir düşüb zəncirə?
Yaqut yağış yağdırırsan ənkinliklərə.
Dan sökülür… qoynun yenə cənnət tək abad,
Yel pakizə, gülşən təzə, bağ-bağçalar şad!
Gül qönçəsi nəyə dönmüş? Atəşə, oda.
Yaşıllıqlar dənizində min qızıl ada,
Süsən deyir: sakitliyim ən güclü səda,
Əl dəyməyən bir közəldir lalə, sal yada
Sahillərin gül tozunu irmaqlar yuyur,
İrmaq demə, cənnət suyu, dirilik suyu!
Qızlar harda küzkülənir? Su aynasında,
Ağır daşlar yuvarlanır cay dalğasında,
Azadlığın nəbzi vurur hayqırmasında,
Bir muğamat axarıdır bu səs, bu səda!
Düşür gecə… kəlir sanki qara saçlı qiz,
Eşidilən axar caydı, sükütdu yalnız.
Belə çağda hec insana sözmü kərəkdir?
Asimanın hər ulduzu odlu ürəkdir.
Diqqət: şərqi qırmızılıq bürüyəcəkdir,
Körəcəksən: yer də, köy də çiçək-çiçəkdir.
Budaglardan, şaxələrdən sallanacaq zər,
Himalayım özü boyda yaquta bənzər.
Can Himalay, bir nitqə kəl, söz de bir ağız,
Burda nə cür məskən salıb babalarımız.
Saflıq, mərdlik rəmzi olub obalarımız,
O paklığın timsalısan cahanda yalnız.
Keçmişini öyrən… coşsun qanında qürür,
Keçmişini bilməyənin sabahı yoxdur!
--------------------------------------------------
1.Sürəyya — Ulduz adı
2.Qüdrətini bəxş etmisən sən dörd ünsürə,-(Od, su, hava, torpaq.)
Xəlil Rza