Baku Khazar Rotary Club

Baku Khazar Rotary Club We meet every Monday, 7pm at Kashalata Cafe /Biz hər bazar ertəsi saat 19:00-da Kashalata Cafe-də görüşürük.

Rotary, yer üzündə dostluq və xoş niyyətin qurulmasına kömək etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını yaymaq üçün dünya miqyasında təşkilatlanmış bir xidmət qurumudur. Rotary nin əsas devizi, “Özündən Əvvəl Xidmət ” anlayışıdır. Bu anlayış bütün
Rotaryanların əsas devizi olub, dünya miqyasında insanları ortaq məqsəd çərçivəsndə bir yerə toplayır. Rotary Klub üzvlərinin profili, olduqlar

ı bölgə və ölkədəki təmsil edilən iş və peşələrin bir təzahürüdü. Klubun hər üzvü fərqli bir peşəni təmsil etməkdədir. Rotary nin təşkilatlanma forması problemlərin həllinə düşünülən fikirlərin, cəmiyyətin hər fərdinin qavraya bilməsi və xidmətin cəmiyyətin bütün təbəqələrini əhatə edə bilməsi üçündür. Qısaca olaraq Rotary, dörd təməl prinsiptən ibarətdir;

* Üzvlər arasında dostluğu möhkəmlətmək

* Xidmət etmə funksiyalarını çox yaxından araşdırmaq,

* Xidmət devizini şəxsi həyatımıza tətbiq etmək,

* Qarşılıqlı anlayış və beynəlxalq əlaqələri inkişaf etdirmək.

Rotary Klub Nədir?Rotary, dünya miqyasında fəaliyyət göstərən, qeyri-siyasi, qeyri-dini bir xidmət təşkilatıdır. Bu təşk...
07/02/2026

Rotary Klub Nədir?

Rotary, dünya miqyasında fəaliyyət göstərən, qeyri-siyasi, qeyri-dini bir xidmət təşkilatıdır. Bu təşkilatın əsas məqsədi, insanlara xidmət etmək, yüksək etik standartları təşviq etmək və dünyada sülh və anlaşmanı inkişaf etdirməkdir. Rotary üzvləri, öz peşəkar bilik və təcrübələrini cəmiyyətin rifahı üçün istifadə edən iş və peşə sahibləridir.
Rotary Klubu müxtəlif layihələr həyata keçirir, o cümlədən:
• Poliomielitin kökü kəsilməsi: Rotary, qlobal polio eradicasiya səylərində əsas tərəfdaşlardan biridir.
• Təhsil və savadlılıq: Təhsilin inkişafına dəstək verən layihələr həyata keçirir.
• Su və sanitariya: Təmiz suya çıxışı təmin etmək və sanitariya şəraitini yaxşılaşdırmaq üçün çalışır.
• Xəstəliklərin qarşısının alınması və müalicəsi: Sağlamlıq xidmətlərinə dəstək verir.
• İqtisadi inkişaf: Yerli icmalarda iqtisadi inkişafa kömək edir.
• Sülh və münaqişələrin həlli: Sülhün təşviqinə və münaqişələrin həllinə yönəlmiş fəaliyyətlər göstərir.
Rotary, “Service Above Self” (Özündən Əvvəl Xidmət) şüarı ilə fəaliyyət göstərir və üzvlərini cəmiyyətə aktiv şəkildə qatılmağa təşviq edir.

RYLA-2026 | Qeydiyyat başladı!Bakı Xəzər Rotary Klubu tərəfindən təşkil olunan RYLA-2026 gənclər üçün liderlik, şəxsi in...
10/01/2026

RYLA-2026 | Qeydiyyat başladı!

Bakı Xəzər Rotary Klubu tərəfindən təşkil olunan RYLA-2026 gənclər üçün liderlik, şəxsi inkişaf və networking imkanlarını bir araya gətirən unikal bir proqramıdır.

Kimlər müraciət edə bilər?
• 18-22 yaş arası tələbələr müraciət edə bilər.
• Yaş və tələbə statusu uyğun olmayan namizədlərin müraciətləri nəzərə alınmayacaq.

Tədbirin tarixi və yeri: 17-19 aprel 2026, Ramada by Wyndham Baku

Müraciət üçün son tarix: 6 fevral 2026

RYLA-2026 sənə nə qazandıracaq?
• Liderlik və komanda işi bacarıqları
• Effektiv ünsiyyət və özünü düzgün ifadə etmə bacarığı
• İnteraktiv təlimlər və real təcrübələr
• Yeni dostluqlar və güclü əlaqələr

Bu 3 gün gələcəyin üçün böyük fərq yarada bilər!

Öz potensialını kəşf etmək və liderlik yolunda ilk addımı atmaq istəyirsənsə

İNDİ MÜRACİƏT ET!
www.ryla.az

Bakı Xəzər Rotary Klubunun 03.11.2025-ci il tarixli görüşü baş tutmuşdur.Bu həftə Rotary ailəmiz növbəti dəfə bir araya ...
07/11/2025

Bakı Xəzər Rotary Klubunun 03.11.2025-ci il tarixli görüşü baş tutmuşdur.

Bu həftə Rotary ailəmiz növbəti dəfə bir araya gələrək faydalı, ilhamverici və gələcəyə yönəlik ideyalar ətrafında müzakirələr apardı. Görüş zamanı həm cəmiyyət üçün dəyər yaradacaq, həm də gəncləri fəal iştiraka təşviq edəcək yeni layihələr planlaşdırıldı.

Bu dönəmin əsas layihələrindən biri olacaq RYLA haqqında layihə başqanı Rtn. Fuad İmanov geniş məlumat verdi. O, layihənin gənclərin inkişafına verəcəyi töhfələrdən danışdı və klub üzvləri layihənin uğurlu həyata keçirilməsi üçün birgə addımlar atmağa qərar verdilər.

Görüşdə həmçinin “Recycling” layihəsi də xüsusi maraqla qarşılandı. Layihə məktəblərdə plastik tullantıların toplanması və təkrar emala göndərilməsi vasitəsilə uşaqlarda ekoloji düşüncənin formalaşdırılmasını hədəfləyir. Biz inanırıq ki, kiçik yaşlardan atılan bu addımlar gələcəkdə təmiz və sağlam ətraf mühit üçün böyük dəyişikliklər yaradacaq.

Digər bir planlaşdırılan təşəbbüs isə leykemiyadan əziyyət çəkən uşaqların rəsmlərinin xeyriyyə hərracıdır. Bu ideya ilə biz uşaqların yaradıcılığına dəyər verməklə yanaşı, onların həyatına bir az da ümid və sevinc gətirməyi məqsəd qoyuruq. Hər bir rəsmdə bir arzunun rəngi, hər bir satışda isə bir ümid işığı olacaq.

Eyni zamanda, yeni Rotaract klubunun yaradılması istiqamətində planlar da formalaşdırılır. Bu, gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək və onları Rotary dəyərləri ilə tanış etmək üçün vacib addımdır.

Hər dəfə bir araya gələndə ideyalar böyüyür, xeyirxahlıq çoxalır, ümidlər güclənir. Çünki biz inanırıq ki, birlikdə edilən yaxşılıq dünyanı dəyişə bilər.

📍 Bakı Xəzər Rotary Klubunun 27.10.2025 tarixində növbəti iclası keçirilmişdir.İclas zamanı qonaqlarımızla tanışlıq, klu...
04/11/2025

📍 Bakı Xəzər Rotary Klubunun 27.10.2025 tarixində növbəti iclası keçirilmişdir.

İclas zamanı qonaqlarımızla tanışlıq, klub fəaliyyətlərimiz haqqında təqdimat və gələcək layihələrlə bağlı müzakirələr aparıldı.

Qonaqlar Rasim Acalov və Ülvi Əhmədov klubumuzun fəaliyyət istiqamətləri və Rotary hərəkatının məqsədləri ilə tanış oldular. Hər iki qonaq gələcəkdə klubun layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını vurğuladılar.

İclasın ən önəmli anı isə klubumuzun yeni üzvü Nail Axundzadənin Rotary ailəsinə qəbul mərasimi oldu. Rotary ənənələrinə uyğun olaraq and içən Nail bəyə klub prezidenti Rtn. Əziz Mustafayev tərəfindən hər bir Rotarianın fəxrlə daşıdığı Rotary pini təqdim edildi.

Həmçinin Rtn. Fuad İmanov iclas iştirakçılarına RYLA layihəsi haqqında məlumat verdi, layihənin icrası üçün görüləcək hazırlıq işləri və planlaşdırma mərhələləri müzakirə olundu.

Rotary ruhu ilə birlikdə xidmət etməyə davam edirik.

Bakı Xəzər Rotary Klubunun qurucu prezidenti və üzvü, 2430-cu bölgənin 2025-2026-cı dövr üzrə Qubernator Köməkçisi Ali A...
09/09/2025

Bakı Xəzər Rotary Klubunun qurucu prezidenti və üzvü, 2430-cu bölgənin 2025-2026-cı dövr üzrə Qubernator Köməkçisi Ali Apaydın və xanımı, klubumuzun qurucu üzvlərindən biri, hazırda ABŞ-ın Maryland ştatında fəaliyyət göstərən Rockville Rotary Klubunun üzvü, 7620-ci bölgədə 2024-2026-cı dövr üzrə Qubernator Köməkçisi Hande Apaydın 08.09.2025-ci il tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Dublin Rotary Klubunun görüşündə qonaq qismində iştirak etmişlər.

1911-ci il, 22 fevral tarixində qurulan Dublin Rotary Klubu, Avropanın ən qədim Rotary klubu olmaqla yanaşı, Şimali Amerika xaricində dünyanın ən qədim Rotary klubu kimi də tarixi əhəmiyyətə malikdir.

Görüş zamanı maraqlı və səmimi fikir mübadilələri aparılmış, Rotary dostluğu və dəyərlərini əks etdirən klub bayraqları qarşılıqlı olaraq təqdim edilmiş və xoş xatirələr üçün yadda qalan fotolar çəkilmişdir.

Rotary ailəmizin qlobal dostluq körpüsünü gücləndirən bu cür beynəlxalq görüşlər, həm dostluqların möhkəmlənməsinə, həm də ortaq humanitar məqsədlər uğrunda əməkdaşlığa mühüm töhfə verir.

Address

Uzeyir Hajibeyov 57
Baku
AZ1005

Alerts

Be the first to know and let us send you an email when Baku Khazar Rotary Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baku Khazar Rotary Club:

Share