Institute of Internal Auditors Azerbaijan

Institute of Internal Auditors Azerbaijan Daxili Auditorlar İnstitutunun (IIA) yerli Azərbaycan bölməsinin (IIA Azerbaijan) rəsmi Facebook səhifəsi.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətiləDaxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi olaraq bütün xanımları s...
08/03/2026

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi olaraq bütün xanımları səmimi qəlbdən təbrik edirik! 🌷

Qadınlar cəmiyyətin, iqtisadiyyatın və peşəkar sahələrin inkişafında mühüm rol oynayırlar. Onların bilikləri, məsuliyyəti və liderlik keyfiyyətləri müxtəlif sahələrdə davamlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.

Daxili audit peşəsi də bu baxımdan istisna deyil. Bu gün Bölməmizin üzvlərinin 25%-ni qadınlar təşkil edir, eyni zamanda sertifikatlı üzvlərimizin 20%-i qadın mütəxəssislərdir. Bu göstəricilər qadınların peşəkar inkişafının və daxili audit sahəsində artan iştirakının bariz nümunəsidir.

Daxili audit peşəsinin inkişafına töhfə verən, bilik və təcrübələri ilə dəyər yaradan bütün xanımlara təşəkkür edir, onlara yeni uğurlar və ilham dolu nailiyyətlər arzulayırıq.

Bayramınız mübarək! 💐

Bu gün Azərbaycan xalqının şanlı tarixində ən qürurlu səhifələrdən biri olan Zəfər Gününü qeyd edirik.Bu gün həm də birl...
08/11/2025

Bu gün Azərbaycan xalqının şanlı tarixində ən qürurlu səhifələrdən biri olan Zəfər Gününü qeyd edirik.

Bu gün həm də birliyimizi, həmrəyliyimizi və qarşıya qoyulan məqsədlərə inamla nail olma iradəmizi simvolizə edir.

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi olaraq, bu əlamətdar günü böyük ehtiramla yad edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, qazilərimizə minnətdarlığımızı bildiririk.

28 May – Müstəqillik Günümüz Mübarək!Qürur dolu bu gündə xalqımıza firavan gələcək, dövlətimizə isə sabit və güclü sabah...
28/05/2025

28 May – Müstəqillik Günümüz Mübarək!

Qürur dolu bu gündə xalqımıza firavan gələcək, dövlətimizə isə sabit və güclü sabahlar arzulayırıq.

🌙 Ramazan Bayramınız Mübarək!Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi olaraq bu mübarək bayram günündə sizə və ...
30/03/2025

🌙 Ramazan Bayramınız Mübarək!

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi olaraq bu mübarək bayram günündə sizə və sevdiklərinizə bolluq, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy Ramazan Bayramı evinizə sülh, qəlbinizə sevinc gətirsin!

Bu gün AZAL-ın Bakı-Qroznı reysini yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini ...
26/12/2024

Bu gün AZAL-ın Bakı-Qroznı reysini yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında Matəm Günüdür. Bu böyük faciə yalnız ailələrə deyil, bütün Azərbaycan xalqına böyük bir sarsıntı yaşatdı. Bu ağır itki nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına Azərbaycan daxili auditorlar icması adından dərin hüznlə başsağlığı veririk. Yaralılara isə tezliklə şəfa və sağlıq diləyirik.

Dəyərli izləyicilərimiz,Məmnuniyyətlə bildiririk ki, Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (IIA Azerbaijan) ...
19/08/2024

Dəyərli izləyicilərimiz,

Məmnuniyyətlə bildiririk ki, Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (IIA Azerbaijan) Daxili Audit Ayı ərzində daxili audit peşəsini təşviq etmək üçün müstəsna öhdəlik nümayiş etdirdiyinə görə Qlobal Daxili Auditorlar İnstututu (IIA Global) tərəfindən növbəti dəfə “Məlumatlandırma Çempionu 2024” mükafatını almışdır.

Qeyd etmək lazımdır ki, bu nailiyyət bizi yorulmadan irəliyə aparan peşəkar icmamızın üzvləri tərəfindən verilən dəstək və təşviq, eləcə də təşəbbüslərimizin həyata keçirilməsində bizi müşayiət edən dəyərli tərəfdaşarlarımızın əməkdaşlığı sayəsində mümkün olmuşdur.

Fədakarlığınıza, zəhmətinizə və yaratdığınız müsbət təsirə görə təşəkkür edirik!


Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Institute of Internal Auditors Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share