Azerbaijan Physiotherapy Association

Azerbaijan Physiotherapy Association "Fizioterapiyanın Inkişafına Kömək" İctimai Birliyi (Qeydiyyat N-si 1111-Q37-2985) Azerbaijan Physiotherapy Association (registration number 1111-Q37-2985)

"Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstə...
28/07/2024

"Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu olan və digər davranış problemli olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasını davam etdirir. Layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq. Azərbaycanda inkişaf problemi olan uşaqların reabilitasiyasının böyük bir hissəsi qısa müddətli terapiya kurslarına yönəlmiş post-sovet metodikasından – dərman, masaj, idman, apparat fizioterapiyası və s. – dən istifadə edərək tibbi yolla aparılır. İnkişaf problemi olan uşaqların reabilitasiyası beynəlxalq səviyyədə sosial-tibbi model üzrə həyata keçirilir. Bu model inkişaf pozuntuları olan uşaqların reabilitasiyasını erkən dövrdən başlayıb bütün ömrü boyu aparmağa yönəlib. Bu – aktiv fizioterapiya, erqoterapiya, oyun terapiyası kimi müasir oyuna əsaslanan metodikaları ilə gündəlik işləri nəzərdə tutur. Mütəxəssis, valideyn, uşaq komandasında müasir oyun metodikaları ilə, xüsusilə inkişafının aktiv dövründə -həyatının ilk 3 ilində aparılan gündəlik çalışmalar, uşağın potensialının maksimal realizasiyasına gətirib çıxarır. Layihə çərçivəsində muasir inkişafetdirici mühütdə mütəxəssislər, valideynlər və uşaqlar üçün müasir reabilitasiya sahəsində fərdi konsultasiyalar, mühazirə, öyrədici dərslər təşkil olunur. Praktiki məşğələlər uçün inkişafetdirici və reabilitasiya materiallarının olması, təcrübənin daha da məqsədyönlü olmasına şərait yaradır. Mərkəzdə valideynlər və uşaqlar ücün müxtəlif qrup terapiya üzrə məşğələlər təşkil edilir. Və nəticə olaraq qısa vaxt ərzində, uşağın inkişafı üçün dəyərli vaxtı itirmədən, lazımlı vərdişlərin inkişafına nail ola bilirik. Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.

08/09/2023
30/04/2023

Azərbaycan Fizioterapiya Assosiasiyasının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan TANDEM və ADDIM Ailələrə Dəstək Mərkəzi sizin xidmətinizdədir!

27/03/2023

Rusiyanın məşhur Loqoped-defektoloqu Rinat Karimovu "Tandem" mərkəzinin dəvəti ilə "Nitqə Start" adlı canlı seminar keçirəcək. Seminar Azərbaycan dilinə sinxron tərcümə olunacaq!

Sizə yaratdığımız bu şansı dəyərləndirin!

Seminardan sonra Sizə “Rinat Karimov” Treninq Studiyasına aid müəllif sertifikatı təqdim olunacaq! 👏

❗Diqqət: seminarda yerlər məhduddur.

Qeydiyyat üçün WhatsApp nömrəmizə yazın və ya zəng edin.

~~~

Ринат Каримов, известный логопед-дефектолог России, по приглашению центра «Тандем» проведет живой семинар «Запуск речи». Семинар будет синхронно переводится на азербайджанский язык!

Оцените этот шанс, который мы создали для Вас!

По окончании семинара Вам будет вручен авторский сертификат Тренинг-студии "Ринат Каримов"! 👏

❗Внимание: количество мест на семинаре ограничено.

Для регистрации напишите или позвоните на WhatsApp.

🏡Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14T. (İcra Hakimiyyətinin yanı)
📞Tel:(099) 365 24 24 (What'sApp)
📞Tel:(077) 365 24 24

🇦🇿Bu günü bizə yaşadanŞəhidlərimizə Allahdan Rəhmət,Qazilərimuzə şəfa,Azərbaycan ordusuna Güc güvvət!!!🇦🇿
08/11/2022

🇦🇿Bu günü bizə yaşadan
Şəhidlərimizə Allahdan Rəhmət,
Qazilərimuzə şəfa,
Azərbaycan ordusuna Güc güvvət!!!🇦🇿

03/06/2022

Кадры семинара "ОСОБЫЕ ДЕТИ - ОСОБЫЕ ПОДХОДЫ" с участием трёх специалистов из Израиля в области развития детей - Лоры Закон, Алины Лацинник, Аллы Кузьминской, организованного совместно Центром ДАРОН и Ассоциацией Физиотерапии Азербайджана.
Спасибо Центру Дарон за возможность сотрудничества!

DARON mərkəzinin və Azərbaycan Fizioterapiya Assosiasiyasının birgə təşkilatçılığı ilə İsrailin uşaq inkişafı sahəsi uzrə üç aparıcı mütəxəssisləri - Lora Zakon, Alina Lasinnik, Alla Kuzminskayanın iştirakı ilə " XÜSUSİ UŞAQLAR - XÜSUSI YANAŞMALAR" adlı seminarından görüntülər.
Əməkdaşlıq fürsətinə görə Daron Mərkəzinə təşəkkür edirik!

2️⃣0️⃣ - 2️⃣1️⃣ MAY BAKIDA, AZƏRBAYCAN FİZİOTERAPİYA ASSOSİASİYASININ NƏZDİNDƏ YARANAN "TANDEM" AİLƏYƏ DƏSTƏK MƏRKƏZİNDƏ...
21/05/2022

2️⃣0️⃣ - 2️⃣1️⃣ MAY BAKIDA, AZƏRBAYCAN FİZİOTERAPİYA ASSOSİASİYASININ NƏZDİNDƏ YARANAN "TANDEM" AİLƏYƏ DƏSTƏK MƏRKƏZİNDƏ KEÇİRİLMİŞ BEYNƏLXALQ SƏVİYYƏLİ PRAKTİKİ SEMİNARDAN GÖRÜNTULƏR.

MÖVZUSU: "XÜSUSİ UŞAQLAR – XÜSUSİ YANAŞMALAR"
🔻Bu seminarı DARON Mərkəzinin üç aparıcı israilli mütəxəssisi keçirib:
1. Alla Kuzminskaya-uşaq nevroloqu, uşaq inkişafı üzrə mütəxəssis;
2. Alina Lasinnik- uşaqların erkən inkişafı və təhsili sahəsində ixtisaslaşmış psixoloq;
3. Lora Zakon - Daron Beynəlxalq İsrail Mərkəzinin direktoru, disleksiya və digər öyrənmə çətinliklərinin korreksiyası üzrə mütəxəssis, Deyvis Beynəlxalq Assosiasiyasının metodisti.

🔻Seminar iştirakçıları disleksiya, disqrafiya, diskalkuliya, diqqət əskikliyi və hiperaktiv pozuntu barədə geniş və aydın məlumat əldə etdilər. Onlar diqqət çatışmazlığı və hiperaktiv pozuntu, autizm spektr pozuntusu, həmçinin autizmin diaqnostikası, autizmli uşaqlarla iş zamanı diqqət yetirilməli vacib məqamlarla bağlı dərin bilgi, praktik bacarıqlar qazandilar.

🔻 Bu sahə üzrə İsrailin aparıcı mütəxəssisləri diqqət çatışmazlığı və hiperaktiv pozuntu, autizmlə bağlı son araşdırmalarını seminar iştirakçılarının diqqətinə çatdırıblar. Onlar məktəb çərçivəsində, xüsusi təhsil müəssisələri və ev şəraitində təlim prosesində istifadə edilə biləcək diaqnostik, eləcə də təlim və korreksiya üçün sadə, effektiv üsullar barədə danışıb, əyani şəkildə göstərəriblər.

👉Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14T. (İcra Hakimiyyətinin yanı)
📞(070) 779 24 24
📞(099) 365 24 24

16/02/2022

📌Fizioterapiya seanslarımızdan

Address

Baku

Opening Hours

Monday 09:00 - 19:00
20:00 - 21:00
Tuesday 09:00 - 19:00
20:00 - 21:00
Wednesday 09:00 - 19:00
20:00 - 21:00
Thursday 09:00 - 19:00
20:00 - 21:00
Friday 09:00 - 19:00
20:00 - 21:00
Saturday 09:00 - 19:00
20:00 - 21:00

Telephone

+994557772424

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Physiotherapy Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Physiotherapy Association:

Share