Əmlak Bazarı İştirakçıları - İctimai Birliyi

Əmlak Bazarı İştirakçıları - İctimai Birliyi Kitablar

Təşkilat daşınmaz əmlak bazarı ilə bağlı bu günə kimi hazırladığı 20-yə yaxın kitabdan 4 ədədini çapdan çıxarıb oxuculara təqdim edib.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) 2003-cü ilin iyul ayında təsis olunmuş və dekabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. İctimai Birlik Azərbaycanda daşınmaz əmlak sahəsində əhatəli və professional fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıdır. Həmin kitablarda Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarı ilə bağlı geniş və əha

təli məlumatlar ictimaiyyətə çatdırılıb. Birliyin bu kitablarla yanaşı aşağıdakı nəşrləri mövcuddur.
• “Əmlak Bazarı Terminləri” lüğəti – 2005
• “Daşınmaz Əmlak Bazarı və Rieltor” – 2005
• “Azərbaycanın daşınmaz əmlak bazarı: faktlar, təhlillər” - 2006
• “Regionların İnkişafı, şimal bölgəsi” – 2007
• “İnşaat 2010” Kataloqu

Yerli və Beynəlxalq tədbirlər

“ƏBİ” İB yerli tədbirlərlə yanaşı, beynəlxalq konfranslar da təşkil edir və həmçinin beynəlxalq konfranslarda iştirak edir. 2008-ci ilin mart ayında Birliyin təşkilatçılığı ilə “Ambassador” otelində bazar iştirakçıları üçün təşkil olunmuş 3 günlük seminarda ABŞ-ın Beynəlxalq Mülkiyyət Fondunun əlaqələndiricisi xanım PeggyAnn McConnochie ABŞ-ın daşınmaz əmlak bazarı, Alyaska təcrübəsi barədə tədbir içtirakçılarına mühazirələr oxuyub, məlumatlar verib. 3 gün davam edən seminarda ölkəmizdə fəaliyyət göstərən Rieltor təşkilatlarının, tikinti şirkətlərinin, bir sıra ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər. Bundan başqa təşkilatın 2007-ci ilin yekunlarına dair tikinti şirkətləri arasında keçirdiyi müsabiqə respublikada bu zamana qədər tikinti şirkətləri arasında təşkil olunmuş ilk müsabiqə kimi daşınmaz əmlak bazarında çox uğurla qarşılanıb. Tədbirin yekunlarına dair təqdimat mərasimi Park-İnn otelində təşkil olunub və mərasim 5 televiziya daxil olmaqla 30-a yaxın KİV-də ictimaiyyətə təqdim olunub.

Address

Binəqədi Rayonu, Nizami Nərimanov Küçəsi, 99
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 15:00

Telephone

+994552315141

Alerts

Be the first to know and let us send you an email when Əmlak Bazarı İştirakçıları - İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Əmlak Bazarı İştirakçıları - İctimai Birliyi:

Share