07/10/2024
Yanmış çörək
Gərgin iş günündən sonra anam atam üçün nahar hazırlamışdı. Atamın qabağına bir banka mürəbbə və həddindən artıq yanmış tost çörəyi qoydu. Mənim isə diqqətim atamda idi, yanmış çörəyi görüb nə reaksiya verəcəyi maraqlı idi..
Amma o, yanmış çörəyə mürəbbə sürtüb yeyərək məndən günümün necə keçdiyini soruşdu. Mən nə cavab verdiyimi xatırlamıram. Anam süfrəni yığışdıranda yanmış çörəyə görə atamdan üzr istədi. Atamın cavabını isə heç vaxt unutmayacam – “Sən bilmirsən ki mən yanmış tostu sevirəm?!”
Daha sonra yatmağa gedəndə atamdan soruşdum ki, o, həqiqətən yandırılmış çörəyi sevirmi? Atam məni qucaqlayıb pıçıldadı:
Ananız uzun, çətin bir gün keçirib və həqiqətən çox yorğun idi. Yanmış bir tikə tost çörəyi heç kimi incidə bilməz, amma sözlərimiz incidə bilər. (c) Həyat Eşqi