Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development

  • Home
  • Azerbaijan
  • Baku
  • Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development

Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development, Non-Governmental Organization (NGO), Bakı şəh. , Ə. Tobçubaşov küç. 77, Baku.

“Gənclərin Sosial İnteqrasiyası” layihəsi başlayır🤩Layihənin əsas məqsədi internat məzun evləri və sığınacaqlarda yaşaya...
27/02/2026

“Gənclərin Sosial İnteqrasiyası” layihəsi başlayır🤩

Layihənin əsas məqsədi internat məzun evləri və sığınacaqlarda yaşayan gənclərin ictimai fəallığının artırılması və sosial inteqrasiyasıdır.

Layihə çərçivəsində müxtəlif təlim, vörkşoplar və sosial fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur😇

Layihədə təlimçi və ya iştirakçı qismində müraciət üçün qeydiyyat linki bio'da yerləşdirilib💫

📣 Layihənin açılış mərasimi 28 fevral 12:00-da Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində baş tutacaqdır.

*Qeydiyyat linki:* https://forms.gle/LbQiKfH2pQAvLFPU7

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.Tədbir çərçivəsində istedadl...
04/02/2026

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində istedadlı və fəal gənclər mükafatlandırılıb.
Mükafat alanlar arasında “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin sədri Göyüş Şəfizadə də yer alıb.
Komandamız adından Göyüş müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Fevralın 2-də Gülüstan Sarayında təşkil edilən XI Azərbaycan Gənclər Forumunda iştirakçılar arasında “Gənclər İnkişaf Na...
04/02/2026

Fevralın 2-də Gülüstan Sarayında təşkil edilən XI Azərbaycan Gənclər Forumunda iştirakçılar arasında “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin sədri Göyüş Şəfizadə, sədr-müavini İsrafil Abbasov və icraçı direktor Azər Həziyev də yer alıb.

̇mi̇bi̇rli̇kdə

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyi tərəfindən ölkədə həyata keçir...
31/01/2026

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyi tərəfindən ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin təşviqi, gənclərin ictimai fəallığının artırılması və vətəndaş cəmiyyətində rolunun gücləndirilməsi məqsədilə fəal gənclərin iştirakı ilə görüş keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Göyüş Şəfizadə çıxışında Azərbaycan Respublikasında gənclər siyasətinin hüquqi və institusional əsaslarından, gənclərə yönəlmiş dövlət proqramlarından, eləcə də gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaradılan geniş imkanlardan ətraflı bəhs etmişdir. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin gənclərin dövlət quruculuğunda, sosial-iqtisadi inkişafda və ictimai proseslərdə fəal iştirakını təmin etdiyini vurğulamışdır. Göyüş Şəfizadə gənclərin təşəbbüskarlığının dəstəklənməsinin və qeyri-hökumət təşkilatlarının bu prosesdəki rolunun vacibliyini xüsusi qeyd edərək, gəncləri gələcək fəaliyyətlərində daha aktiv olmağa çağırmışdır.
Daha sonra çıxış edən “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin sədri Tural İsaqov Azərbaycan Gəncləri Gününün milli kimliyin qorunması, vətəndaş məsuliyyətinin formalaşdırılması və gənclərin cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir. O, vətəndaş cəmiyyətinin inkişafında gənclərin aparıcı qüvvə olduğunu qeyd etmiş, gənclərin sosial təşəbbüslərdə, könüllülük fəaliyyətlərində və ictimai nəzarət mexanizmlərində fəal iştirakının cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.
Tədbir çərçivəsində “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sosial və ictimai fəaliyyətlərində, eləcə də həyata keçirilən layihə və təşəbbüslərdə fəallığı ilə seçilən bir qrup gənc təşəkkürnamələrlə təltif olunmuşdur. Təltifetmə mərasimi gənclərin əməyinə verilən yüksək qiymətin və onların gələcək fəaliyyətlərinə stimulun ifadəsi kimi dəyərləndirilmişdir.
Görüşün qeyri-rəsmi hissəsi çay süfrəsi arxasında davam etmiş, gənclərlə açıq və səmimi dialoq aparılmış, onların təklif və ideyaları dinlənilmişdir. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri cənab Rafael Hacıbəyli ilə “Gənclər İnkişaf Naminə” İctim...
27/01/2026

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri cənab Rafael Hacıbəyli ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Göyüş Şəfizadə arasında görüş keçirilmişdir. Görüş zamanı təşkilatın fəaliyyəti, yaxın dövr üçün planlaşdırılan layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılmışdır.

Gəncə şəhəri Nizami Gəncəvi Muzeyində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” la...
26/10/2025

Gəncə şəhəri Nizami Gəncəvi Muzeyində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyev “İdarəetmənin əsasları” mövzusunda interaktiv təlim keçərək praktik nümunələr üzərində iştirakçılarla səmərəli fikir mübadiləsi aparmışdır.

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində gənc mədəniyyət nü...
25/10/2025

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində gənc mədəniyyət nümayəndələrinin bir araya gəldiyi şəbəkələşmə görüşü keçirilmişdir.

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində Nizami Gəncəvi Muz...
25/10/2025

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev “Mədəniyyət işçisinin liderlik bacarıqları və motivasiyası” mövzusunda təlim apararaq iştirakçılara şəxsi inkişaf və komanda idarəçiliyi sahəsində faydalı biliklər təqdim etmişdir.

Gəncə şəhəri Nizami Gəncəvi Muzeyində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” la...
25/10/2025

Gəncə şəhəri Nizami Gəncəvi Muzeyində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində təlim sessiyaları təşkil olunmuşdur. Layihə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Gənclər İnkişaf Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Təlim proqramı gənc mədəniyyət işçilərinin strateji düşünmə, idarəetmə və liderlik bacarıqlarının inkişafına yönəlib.

Təlim çərçivəsində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev “Strateji planlaşdırma” mövzusunda çıxış edərək 25 nəfər gənc mədəniyyət işçisi ilə öz peşəkar təcrübəsini bölüşmüşdür.

Təlim gənc mədəniyyət işçilərinin peşəkar inkişafına, onların gələcək fəaliyyətlərində daha effektiv və innovativ yanaşmalar tətbiq etməsinə töhfə vermək məqsədi daşıyır.

"Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama" layihəsinin təqdimat mərasimi keçirildi2...
29/08/2025

"Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama" layihəsinin təqdimat mərasimi keçirildi

29 avqust 2025-ci il tarixində YAP Gəncə şəhər təşkilatının inzibati binasında “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsində fəaliyyət göstərən gənc kadrların idarəetmə, liderlik və strateji planlama bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq təcrübə mübadiləsinə cəlb olunması və peşəkar biliklərinin zənginləşdirilməsidir.

Layihə rəhbəri, "Gənclər İnkişaf Naminə" İctimai Birliyinin sədri Göyüş Şəfizadə layihənin təqdimatını edərək, tədbirin əhəmiyyətini vurğuladı. O, layihənin gənc mədəniyyət işçilərinin idarəetmə, liderlik və strateji planlama bacarıqlarının inkişafına verdiyi əhəmiyyətli töhfələri diqqətə çatdırdı. Həmçinin, iştirakçıları layihədən maksimum səmərə ilə yararlanmağa və gələcək əməkdaşlıqlara açıq olmağa dəvət etdi.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında layihənin gənc mədəniyyət işçilərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, bu tip layihələrin gənclərin idarəetmə və liderlik bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğuladı. O, iştirakçıları layihənin imkanlarından maksimum faydalanmağa çağırdı.

Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev isə layihənin mədəniyyət və turizm sahələrinin inteqrasiyasına verdiyi əhəmiyyətə diqqət çəkdi. O, gənc kadrların beynəlxalq təcrübəyə cəlb olunmasının regionun mədəniyyət sektorunun inkişafına yeni imkanlar yaradacağını vurğuladı.

Daha sonra isə “Gələcək Naminə” İctimai Birliyinin sədri Tural İsaqov, “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Anaxanım Rzazadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev və "Gəncə Maarif Evi" İctimai Birliyinin sədri İmamverdi Vəliyev çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndirdilər. Onlar, proqramın gənc mədəniyyət işçilərinin peşəkar inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, onun uğurla həyata keçirilməsini arzuladılar.

Tədbirin yekununda Göyüş Şəfizadə bütün iştirakçılara təşəkkürünü bildirərək, layihənin uğurla həyata keçiriləcəyinə və gələcəkdə yeni əməkdaşlıqlara yol açacağına əminliyini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

🎉 Gözlənilən an gəldi!Mədəniyyət sahəsində ilin ən önəmli layihələrindən biri – “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə ...
28/08/2025

🎉 Gözlənilən an gəldi!
Mədəniyyət sahəsində ilin ən önəmli layihələrindən biri – “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” üçün qeydiyyat başladı! ✨

Təlimlər, seminarlar, onlayn görüşlər və şəbəkələşmə – hamısı bu layihədə! 🌍

📆 Layihə müddəti: Avqust – Oktyabr 2025

📍 Gəncə şəhərində 3 ay boyunca davam edəcək proqram çərçivəsində praktik təlimlər, ZOOM üzərindən beynəlxalq mübadilə görüşləri, şəbəkələşmə tədbirləri və yekunda “Gənc Mədəniyyət İşçilərinin Forumu” təşkil olunacaq.

Layihə haqqında bunları bilmək vacibdir:
👉🏻 Qeydiyyat bütün mədəniyyət sahəsində çalışan gənc mütəxəssislər üçün açıqdır.
🌐 Təlimlər həm canlı, həm də onlayn formatda keçiriləcək.
⚡️ Yekunda iştirakçılar sertifikatla təltif olunacaqlar.
⚠️ İştirakçı sayı məhduddur, seçim müsahibə əsasında aparılacaq.

🔗 Qeydiyyat linki: Buradan qoşul

https://docs.google.com/forms/d/e/1FAIpQLSdKUCqCTsKgb_AUcyEkOCFMsxjsAyjaNuzMTILUgFJq5mleRw/viewform?pli=1

⏰ Son müraciət tarixi: 7 sentyabr, saat 17:00.

🌟 Vaxt itirmə! Qeydiyyatdan keç və mədəniyyətin gələcəyini birlikdə formalaşdır!

Günümüz mübarək, əziz Gənclər!
12/08/2025

Günümüz mübarək, əziz Gənclər!

Address

Bakı şəh. , Ə. Tobçubaşov Küç. 77
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclər İnkişaf Naminə İctimai Birliyi/ Youth For Development:

Share