Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası AQSİA

AQSİA _ 26 oktyabr 2017-ci il AQSİA Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycanda kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar Təşkilatları

Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub. Missiyamız: Müxtəlif sahələrdən olan qadın sahibkarları bir araya gətirərək onların liderlik,şəbəkələşmə və ictimai nüfuzunu artıraraq peşəkar şəkildə inkişafa dəstəkləmək üçün imkanlar yaradan qeyri-hökümət təşkilatıdır.

15/06/2026

AQSİA üzvlərinin iştirakı ilə ALYALİNA şirkətinə müəssisə ziyarəti təşkil olunmuşdur.Şirkətin direktoru Nigar xanım qona...
12/06/2026

AQSİA üzvlərinin iştirakı ilə ALYALİNA şirkətinə müəssisə ziyarəti təşkil olunmuşdur.

Şirkətin direktoru Nigar xanım qonaqları səmimi şəkildə qarşılayaraq müəssisənin fəaliyyəti, istehsal prosesi və təqdim olunan məhsullar haqqında ətraflı məlumat vermişdir.

Görüş zamanı iştirakçı üzvlər də öz fəaliyyət istiqamətləri barədə təqdimatlar etmiş, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmışdır. Daha sonra üzvlər ALYALINA şirkətinin istehsal etdiyi məhsullarla yaxından tanış olmaq imkanı əldə etmişlər.

Ziyarətin sonunda ALYALİNA şirkəti tərəfindən iştirakçılara hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.

AQSİA olaraq göstərilən yüksək qonaqpərvərliyə, səmimi qarşılanmaya və maraqlı təqdimata görə Nigar xanıma və ALYALİNA komandasına təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Alyalina_azerbaijan

09/06/2026
AQSİA üzvləri Milli Brendlərin Pərakəndə Zirvəsi 2026 tədbirində iştirak ediblərTədbir Biznes Mərkəzi Klubunun İdarə Hey...
08/06/2026

AQSİA üzvləri Milli Brendlərin Pərakəndə Zirvəsi 2026 tədbirində iştirak ediblər

Tədbir Biznes Mərkəzi Klubunun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamlayaraq yerli brendlərin inkişafı və beynəlxalq bazarlara çıxışının əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində keçirilən “Pərakəndə Sektorda Markalaşma: Xarici Bazarlarda “Made in Azerbaijan” Brendinə qarşı gözləntilər” mövzusunda panel müzakirəsində çıxış edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva yerli sahibkarların xarici bazarlara çıxışı zamanı qarşılaşdıqları çətinliklərdən, brendləşmənin vacibliyindən və düzgün marketinq strategiyasının uğur qazanmaqda oynadığı mühüm roldan danışıb.

Paneldə həmçinin Azərbaycanın qeyri-neft sektorunun inkişafı, yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və “Made in Azerbaijan” brendinin daha güclü şəkildə tanıdılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində təşkil olunan milli brendlərin sərgi-yarmarkasında AQSİA üzvləri də öz məhsul və xidmətlərini təqdim edərək yerli sahibkarlığın potensialını nümayiş etdiriblər.

Tədbir iştirakçılar arasında faydalı müzakirələr, yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi ilə yadda qalıb.az

Xankəndi Qəhvə və Çay Festivalında AQSİA üzvlərinin brendləri nümayiş olunduXankəndi Qəhvə və Çay Festivalında AQSİA üzv...
03/06/2026

Xankəndi Qəhvə və Çay Festivalında AQSİA üzvlərinin brendləri nümayiş olundu

Xankəndi Qəhvə və Çay Festivalında AQSİA üzvlərinin təmsil etdiyi brendlər də uğurla iştirak edərək məhsullarını ziyarətçilərə təqdim etdilər. Festival qadın sahibkarların fəaliyyətinin tanıdılması, yerli brendlərin təşviqi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platforma oldu.

Festivalda iştirak edən AQSİA üzvlərinin brendləri ilə tanış ola bilərsiniz.

AQSİA üzvləri Xankəndi Qəhvə və Çay Festivalında uğurla təmsil olundu29–30 may tarixlərində Qarabağın dilbər guşəsi olan...
03/06/2026

AQSİA üzvləri Xankəndi Qəhvə və Çay Festivalında uğurla təmsil olundu

29–30 may tarixlərində Qarabağın dilbər guşəsi olan Xankəndi şəhərində keçirilən Xankəndi Qəhvə və Çay Festivalı ölkənin çay və qəhvə mədəniyyətinin inkişafına töhfə verən əlamətdar tədbirlərdən biri kimi yadda qaldı. Festivalda AQSİA üzvləri də fəal iştirak edərək məhsullarını, fəaliyyətlərini və sektora dair yenilikləri ziyarətçilərə təqdim etdilər.

AQSİA üçün bu nüfuzlu tədbirdə iştirak etmək xüsusi əhəmiyyət daşıyır. Festivalın məhz Qarabağın mərkəzlərindən biri olan Xankəndidə keçirilməsi həm böyük qürur, həm də bölgənin sürətli inkişafının, canlanmasının və artan turizm potensialının bariz göstəricisidir.

İki gün ərzində festival iştirakçıları çay və qəhvə mədəniyyəti ilə bağlı müxtəlif təqdimatlar, dequstasiyalar və maraqlı proqramlarla tanış olmaq imkanı əldə etdilər. Tədbir yalnız bu sahələrin inkişafını təşviq etməklə kifayətlənməyərək, eyni zamanda Qarabağın zəngin mədəni irsini, təbii gözəlliklərini və qonaqpərvərliyini yerli və xarici qonaqlara nümayiş etdirdi.

AQSİA nümayəndələri festivalın yüksək səviyyədə təşkilinə görə təşkilat komandasına təşəkkürlərini bildirərək qeyd ediblər ki, Qarabağda, xüsusilə Xankəndidə belə möhtəşəm tədbirlərin keçirilməsi regionun sosial-iqtisadi inkişafına, turizm imkanlarının genişlənməsinə və beynəlxalq tanıtımına mühüm töhfə verir.

AQSİA gələcək illərdə də bu cür təşəbbüslərin davamlı olmasını arzulayır və inanır ki, Xankəndi Qəhvə və Çay Festivalı hər il daha geniş miqyasda təşkil olunaraq ölkənin ən nüfuzlu tədbirlərindən birinə çevriləcək.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi GünüBugünün uşaqları sabahın alimləri, sahibkarları, müəllimləri və liderləridir...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bugünün uşaqları sabahın alimləri, sahibkarları, müəllimləri və liderləridir. Güclü iqtisadiyyatın, inkişaf etmiş cəmiyyətin və uğurlu gələcəyin təməli məhz uşaqların sağlam, savadlı və yaradıcı böyüməsindən başlayır.

Gələcəyimizi formalaşdıran bütün uşaqların bayramı mübarək!

Qurban bayramınəz mübarək!
27/05/2026

Qurban bayramınəz mübarək!

AQSİA-nın təşkilatçılığı ilə keçirilən “Biznes plan necə hazırlanmalıdır?” mövzusunda TEA TALK görüşü uğurla baş tutub.T...
26/05/2026

AQSİA-nın təşkilatçılığı ilə keçirilən “Biznes plan necə hazırlanmalıdır?” mövzusunda TEA TALK görüşü uğurla baş tutub.

Təlim zamanı iştirakçılar biznes planın hazırlanması, düzgün strategiyanın qurulması, maliyyə planlaması, risklərin idarə olunması və biznes ideyasının uğurlu modelə çevrilməsi ilə bağlı ətraflı məlumat əldə ediblər. Tədbir interaktiv müzakirələrlə yadda qalıb, qadın sahibkarları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb. ✨

Təlimçi Hümmət Əliyev — “Nuray Consulting” MMC-nin təsisçi direktoru öz təcrübələrini iştirakçılarla bölüşərək, biznes qurmaq istəyən xanımlara praktik tövsiyələr verib.

AQSİA olaraq qadın sahibkarların maariflənməsi, düzgün biznes idarəçiliyinin formalaşdırılması və onların inkişafına dəstək olmaq məqsədilə bu kimi maarifləndirici görüş və təlimləri davamlı şəkildə təşkil etməyə davam edirik 🤝

24/05/2026

Address

Səməd Vurğun 34
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994506007606

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası:

Share