Azerbaijan Red Crescent Society

Azerbaijan Red Crescent Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan Red Crescent Society, Nonprofit Organization, Səməd Vurğun küçəsi 112, Baku.

Sumqayıtda təlim2026-cı il iyunun 11-də Sumqayıt şəhər 1 saylı ASAN Xidmət mərkəzində fövqəladə hallara hazırlıq məqsədi...
12/06/2026

Sumqayıtda təlim

2026-cı il iyunun 11-də Sumqayıt şəhər 1 saylı ASAN Xidmət mərkəzində fövqəladə hallara hazırlıq məqsədilə obyekt mülki müdafiə məşqi keçirilib. Təlim zamanı yanğın və ya zəlzələ ssenarisi üzrə xəbərdarlıq siqnalının verilməsi, əməkdaşların təhlükəsiz təxliyəsi, ilk yardımın göstərilməsi və təhlükəsizlik tədbirlərinin icrası həyata keçirilib.

Məşq iştirakçıların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına, operativ reaksiya və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsinə xidmət edib. Təlimdə FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri və müəssisənin mülki müdafiə qüvvələri iştirak ediblər.
--------------------
Training in Sumgayit

On June 11, 2026, a facility civil defense exercise was held at the Sumgayit city ASAN Service Center No. 1 in order to prepare for emergencies. During the exercise, warning signals were issued in the event of a fire or earthquake, safe evacuation of employees, provision of first aid, and implementation of safety measures.

The exercise served to increase the participants' level of preparedness for emergencies, improve their operational response and interaction skills. Employees of the Sumgayit Regional Center of the Ministry of Emergency Situations, members of the Emergency Mobile Volunteer Unit of the Sumgayit city branch of the Azerbaijan Red Crescent Society, and the enterprise's civil defense forces participated in the exercise.

AzQAC-ın prezidenti cənab Novruz Aslanovdan Türk Kızılaya təbrik məktubu--------------------A congratulatory letter from...
11/06/2026

AzQAC-ın prezidenti cənab Novruz Aslanovdan Türk Kızılaya təbrik məktubu
--------------------
A congratulatory letter from Mr. Novruz Aslanov, president of AzRCS, to Türk Kızılay

“Bakı İstanbul” Liseyində maarifləndirici tədbir 2026-cı il iyunun 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan T...
11/06/2026

“Bakı İstanbul” Liseyində maarifləndirici tədbir

2026-cı il iyunun 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Tibb Universiteti və Bakı İstanbul Liseyi tərəfindən “Sağlamlıq hamı üçün. Qadın sağlamlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi qadın sağlamlığı ilə bağlı məlumatlılığın artırılması, erkən diaqnostika və sağlam həyat tərzinin təşviqi olub. Açılışda çıxış edənlər “Sağlamlıq hamı üçün” prinsipinin əhəmiyyətini vurğulayaraq qadınların mütəmadi müayinələrinin və profilaktik yanaşmanın sağlam cəmiyyət üçün vacib olduğunu qeyd ediblər.

Daha sonra mütəxəssislər qadın sağlamlığı, qeyri-yoluxucu xəstəliklər və xüsusilə süd vəzi xərçənginin erkən aşkarlanması mövzularında təqdimatlar ediblər. Onkoloq həkimlər mammoqrafiya, USM və MRT kimi skrininq üsullarının və özünümüayinə vərdişlərinin əhəmiyyətini izah ediblər.

Tədbirin sonunda təşkilatçılara təşəkkür bildirilib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici materiallar iştirakçılara paylanılıb və xatirə şəkli çəkdirilib.
--------------------
Educational event at “Baku Istanbul” Lyceum

On June 10, 2026, the Azerbaijan Red Crescent Society, Azerbaijan Medical University and Baku Istanbul Lyceum held an educational event on the topic "Health for All. Protecting Women's Health". The aim of the event was to raise awareness about women's health, promote early diagnosis and a healthy lifestyle. The speakers at the opening ceremony emphasized the importance of the "Health for All" principle and noted that regular examinations of women and a preventive approach are essential for a healthy society.

Then, experts made presentations on women's health, non-communicable diseases and, in particular, early detection of breast cancer. Oncologists explained the importance of screening methods such as mammography, USG and MRI, and self-examination habits.

At the end of the event, the organizers were thanked, educational materials prepared by the Ministry of Health of the Republic of Azerbaijan were distributed to the participants, and a commemorative photo was taken.

AzQAC prezidenti Novruz Aslanov Mətanət Məhərrəmovanı doğum günü münasibəti ilə təbrik edib2026-ci il iyunun 11-də Azərb...
11/06/2026

AzQAC prezidenti Novruz Aslanov Mətanət Məhərrəmovanı doğum günü münasibəti ilə təbrik edib

2026-ci il iyunun 11-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və rəhbər heyət Sumqayıt Regional Mərkəzinin sədri Mətanət Məhərrəmovanı doğum günü münasibəti ilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.

Mətanət Məhərrəmova da öz növbəsində bütün AzQAC kollektivinə minnətdarlığını bildirib.
--------------------
AzRCS President Novruz Aslanov congratulated Matanat Maharramova on her birthday

On June 11, 2026, President of the Azerbaijan Red Crescent Society Novruz Aslanov and the management team congratulated Matanat Maharramova, Chairman of the Sumgayit Regional Center, on her birthday and wished her success in her future work.

In turn, Matanat Maharramova expressed her gratitude to the entire AzRCS staff.

Xeyriyyə aksiyası keçirilib2026-cı ilin iyun ayı ərzində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Azərbaycan Q...
10/06/2026

Xeyriyyə aksiyası keçirilib

2026-cı ilin iyun ayı ərzində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzi və Nizami rayon bölməsinin təşəbbüsü ilə sosial həssas ailələrdən olan uşaqlar üçün xeyriyyə məqsədli sünnət aksiyaları təşkil olunub. TƏBİB-in dəstəyi ilə Yeni Klinika və Modern Hospitalda keçirilən aksiyaların əsas məqsədi uşaqların sağlamlığının qorunmasına dəstək vermək və ailələrin sosial yükünü azaltmaq olub.

Aksiyalar çərçivəsində çoxsaylı uşaqlara ödənişsiz tibbi xidmət göstərilib. Tədbirlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri fəal iştirak edib, layihənin həyata keçirilməsinə töhfə verən TƏBİB-ə, tibb müəssisələrinin rəhbərliklərinə və tibbi heyətə təşəkkür ifadə olunub. Azərbaycan Qızıl Aypara Cəmiyyəti sosial həssas ailələrə dəstək məqsədilə bu kimi humanitar layihələri gələcəkdə də davam etdirməyi hədəfləyir.
--------------------
Charity campaign held

During June 2026, on the occasion of the "International Children's Day", charitable circumcision campaigns were organized for children from socially vulnerable families at the initiative of the Baku Regional Center and Nizami District Branch of the Azerbaijan Red Crescent Society. The main goal of the campaigns held at the New Clinic and Modern Hospital with the support of TABIB was to support the protection of children's health and reduce the social burden of families.

Free medical services were provided to numerous children within the framework of the campaigns. Employees and volunteers of the Azerbaijan Red Crescent Society actively participated in the events, and gratitude was expressed to TABIB, the management of medical institutions and the medical staff who contributed to the implementation of the project. The Azerbaijan Red Crescent Society aims to continue such humanitarian projects in the future in order to support socially vulnerable families.

Füzuli rayonuna səfər2026-cı il iyunun 5–6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və İtaliya Qızıl Xaçını...
09/06/2026

Füzuli rayonuna səfər

2026-cı il iyunun 5–6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və İtaliya Qızıl Xaçının Qafqaz üzrə regional nümayəndəsi Simona Rescigno Füzuli rayonuna səfər ediblər. Səfərin məqsədi İtaliya Qızıl Xaçının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma və məktəb əsaslı Fəlakət Risklərinin Azaldılması” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq, icma üzvləri ilə görüşlər keçirmək və layihənin icrası ilə bağlı fikir mübadiləsi aparmaq olub.

Səfər zamanı icma üzvləri və yerli tərəfdaş qurumlarla görüşlər keçirilib, layihə çərçivəsində görülən fəaliyyətlərə yerində baxış olub. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi, icmaların fəlakət riskləri barədə maarifləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib. Səfər layihənin qiymətləndirilməsi, tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və icmaların dayanıqlılığının artırılması baxımından əhəmiyyətli olub.
--------------------
Visit to Fuzuli region

On June 5-6, 2026, representatives of the Azerbaijan Red Crescent Society and Simona Rescigno, Regional Representative of the Italian Red Cross for the Caucasus, visited the Fuzuli region. The purpose of the visit was to get acquainted with the work carried out within the framework of the “Community and School-Based Disaster Risk Reduction” project, implemented with the financial support of the Italian Red Cross, to hold meetings with community members and to exchange views on the implementation of the project.

During the visit, meetings were held with community members and local partner organizations, and an on-site review of the activities carried out within the framework of the project was conducted. The meetings discussed expanding cooperation, educating communities about disaster risks, and future directions of action. The visit was important in terms of evaluating the project, strengthening relations with partners, and increasing the resilience of communities.

İtaliya Qızıl Xaçının nümayəndəsi ilə layihə üzrə görüş keçirilib2026-cı il iyunun 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyət...
05/06/2026

İtaliya Qızıl Xaçının nümayəndəsi ilə layihə üzrə görüş keçirilib

2026-cı il iyunun 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Ofisində İtaliya Qızıl Xaçının maliyyələşdirdiyi “İcma və məktəb əsaslı Fəlakət Risklərinin Azaldılması” layihəsi çərçivəsində görüş keçirilib. İtaliya Qızıl Xaçının Qafqaz üzrə regional nümayəndəsi Simona Rescignonun iştirak etdiyi tədbirdə layihənin cari icra vəziyyəti, keçirilən təlimlərin icmaların hazırlıq səviyyəsinə töhfəsi və hesabatlılıq prosesi ətraflı nəzərdən keçirilib.

​Görüşün davamında layihə icrasında qarşıya çıxan çətinliklərin həlli yolları, növbəti mərhələlərdə planlaşdırılan fəaliyyətlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bu müzakirələr layihə məqsədlərinə nail olunması, eləcə də icma və məktəblərin fəlakətlərə hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
---------------------
A meeting was held with a representative of the Italian Red Cross on the project

On June 4, 2026, a meeting was held at the Head Office of the Azerbaijan Red Crescent Society within the framework of the “Community and School-Based Disaster Risk Reduction” project funded by the Italian Red Cross. The event, which was attended by Simona Rescigno, Regional Representative of the Italian Red Cross for the Caucasus, reviewed the current implementation status of the project, the contribution of the trainings to the preparedness level of the communities, and the accountability process in detail.

​In the continuation of the meeting, ways to solve the difficulties encountered in the implementation of the project, activities planned in the next stages, and future cooperation directions were discussed. These discussions were of great importance in terms of achieving the project objectives, as well as strengthening the preparedness of communities and schools for disasters.

AzQAC baş ofisində rəsmi görüş2026-cı il iyunun 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prez...
04/06/2026

AzQAC baş ofisində rəsmi görüş

2026-cı il iyunun 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov ilə Çili Respublikasının Azərbaycandakı Müvəqqəti işlər vəkili Xuan Karlos Salazar arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Çili arasında humanitar əməkdaşlığın inkişaf perspektivləri, eləcə də iki ölkənin Milli Cəmiyyətləri arasında əlaqələrin qurulması və genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər xüsusilə Çili Qızıl Xaç Cəmiyyətinin axtarış xidməti sahəsində təcrübəsinin öyrənilməsi, bilik və təcrübə mübadiləsi, həmçinin humanitar fəaliyyətlər üzrə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda Novruz Aslanov tərəfindən Xuan Karlos Salazara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini əks etdirən xatirə hədiyyəsi təqdim edilib.
--------------------
Official meeting at the AzRCS head office

On June 3, 2026, a meeting was held at the Headquarters of the Azerbaijan Red Crescent Society between the President of the AzRCS, deputy of the Milli Majlis, Novruz Aslanov, and the Chargé d'Affaires of the Republic of Chile in Azerbaijan, Juan Carlos Salazar. The meeting discussed the prospects for the development of humanitarian cooperation between Azerbaijan and Chile, as well as the establishment and expansion of relations between the National Societies of the two countries.

The parties especially emphasized the importance of studying the experience of the Chilean Red Cross Society in the field of search services, exchanging knowledge and experience, as well as mutual support in humanitarian activities.

At the end of the meeting, Novruz Aslanov presented Juan Carlos Salazar with a souvenir reflecting the activities of the Azerbaijan Red Crescent Society.

AzQAC prezidenti Novruz Aslanov Iradə İbrahimovanı doğum günü münasibəti ilə təbrik edib2026-ci il iyunun 3-də Azərbayca...
03/06/2026

AzQAC prezidenti Novruz Aslanov Iradə İbrahimovanı doğum günü münasibəti ilə təbrik edib

2026-ci il iyunun 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və rəhbər heyət Maliyyə şöbəsinin müdiri İradə İbrahimovanı doğum günü münasibəti ilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.

İradə İbrahimova da öz növbəsində bütün AzQAC kollektivinə minnətdarlığını bildirib.
-------------------
President of the AzRCS Novruz Aslanov congratulated Irada Ibrahimova on her birthday

On June 3, 2026, President of the Azerbaijan Red Crescent Society Novruz Aslanov and the management team congratulated Head of the Finance Department Irada Ibrahimova on her birthday and wished her success in her future work.

Irada Ibrahimova, in turn, expressed her gratitude to the entire AzRCS staff.

Sumqayıtda uşaqlar üçün tədbir1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində Sağlamlıq İmk...
03/06/2026

Sumqayıtda uşaqlar üçün tədbir

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbdə bayram tədbiri təşkil olunub. Məktəbin direktoru Arzu Alızadə tədbiri açaraq bu günün əhəmiyyətindən danışıb və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin uzun illərdir məktəbin şagirdlərini təbrik etməsinin xoş ənənəyə çevrildiyini qeyd edib. Tədbirdə Milli Məclisin deputatı Səbinə Salmanova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və könüllülər iştirak ediblər.

Tədbir məktəblilərin hazırladığı musiqi proqramı ilə davam edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən məktəbin 100 şagirdinə bayram hədiyyələri təqdim olunub. Sonda müəllimlər, şagirdlər və qonaqlar birlikdə sülh və ümid rəmzi olan göyərçinləri və şarları səmaya buraxıblar.
------------------
Event for children in Sumgayit

A festive event was organized in Sumgayit city on the occasion of June 1 - International Children's Day. Opening the event, the school's director Arzu Alizadeh spoke about the importance of this day and noted that it has become a good tradition for the Sumgayit city branch of the Azerbaijan Red Crescent Society to congratulate the school's students for many years. The event was attended by Sabina Salmanova, a member of the Milli Majlis, Mehriban Najafova, a representative of the Sumgayit City Executive Power, Matanat Maharramova, coordinator of the Sumgayit Regional Center of the Azerbaijan Red Crescent Society, and volunteers.

The event continued with a musical program prepared by the schoolchildren. Volunteers of the Azerbaijan Red Crescent Society presented holiday gifts to 100 students of the school. At the end, teachers, students and guests together released doves and balloons into the sky, which are symbols of peace and hope.

Address

Səməd Vurğun Küçəsi 112
Baku
AZ1122

Website

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Red Crescent Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Red Crescent Society:

Share