2007-ci il avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, ATƏT-in Bakı Ofisi və Uşaq Hüquqları üzrə QHT Alyansı arasında bağlanmış Əməkdaşlıq Memorandumuna əsasən yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqlar arasında cinayətkarlığın önlənməsi məqsədilə xüsusi pilot layihə həyata keçirilir. Bu memorandum əsasında 15 sentyabr 2007-ci il
tarixində “Ümidli Gələcək” Gənclər Təşkilatı, Uşaq Hüquqları üzrə QHT Alyansı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, UNİCEF, Böyük Britaniya Səfirliyi, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Esseks Universiteti ilə birgə Qanunla Ziddiyyətdə olan Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013)"Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial--Hüquqi Xidmətlərin təşkili layihəsi çərçivəsində Mərkəz artıq 2013-cü ilin İyun ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi əsasında uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir.
---------------
---------------
Social rehabilitation center for Children in conflict with the law and at risk of becoming delinquent
Established in 2007 by Reliable Future NGO, NGO Alliance for Children's Rights with support and in partnership with UNICEF, Ministry of Interior, OSCE, British Embassy and Essex university children legal Center. It is only center that provides social services for juveniles in conflict with the law, including alternatives to detention and imprisonment.