İnnovasiya Gəncləri İctimai Birliyi

İnnovasiya Gəncləri İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İnnovasiya Gəncləri İctimai Birliyi, Youth Organization, Azadlıq Prospekti, Baku.

İGT - Gənclərin innovasiya və texnologiya sahəsində bilik və bacarıqlarını artırmaq, onların startap və layihə ideyalarını dəstəkləmək məqsədilə yaradılmış təşkilatdır.

🇦🇿 Doğum gününüz mübarək, Cənab Prezident!
24/12/2025

🇦🇿 Doğum gününüz mübarək, Cənab Prezident!

🚀 3 aylıq Təcrübə Proqramına start verildi!İnnovasiya Gəncləri İctimai Birliyi gənclərin ictimai idarəetmə, layihə fəali...
14/12/2025

🚀 3 aylıq Təcrübə Proqramına start verildi!

İnnovasiya Gəncləri İctimai Birliyi gənclərin ictimai idarəetmə, layihə fəaliyyəti və innovativ təşəbbüslərdə aktiv iştirakını təmin etmək məqsədilə İdarə Heyəti strukturu üzrə 3 aylıq Təcrübə Proqramına start verir.

Təcrübə proqramı iştirakçılara real layihələr üzərində işləmək, təşkilati idarəetmə proseslərində iştirak etmək və qeyri-hökumət sektorunda praktiki təcrübə qazanmaq imkanı yaradır.

Proqram çərçivəsində iştirakçılar İctimai Birliyin strateji planlaması, layihələrin icrası, tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və kommunikasiya proseslərinə birbaşa cəlb olunacaqlar.

⏳ Proqramın müddəti: 3 ay

🎯 Proqram kimlər üçündür?
▪️ Universitet tələbələri və yeni məzunlar
▪️ İctimai və innovativ fəaliyyətə marağı olan gənclər
▪️ Komanda ilə işləməyi və öyrənməyi sevənlər
▪️ Gələcəkdə liderlik və idarəetmə sahəsində inkişaf etmək istəyənlər

🏅 Proqramda yüksək nəticə göstərən gənclər üçün tövsiyə məktubu təqdim ediləcək.

📝 SON qeydiyyat tarixi: 1 yanvar 2026

👉 Qeydiyyat linki: https://forms.gle/39vqt2vyBfVCgo3U6 (Link bio’da)

Bu gün dünyanı daha gözəl edən, qarşılıq gözləmədən yaxşılıq edən, cəmiyyət üçün çalışan bütün könüllülərin günüdür! 💜Kö...
05/12/2025

Bu gün dünyanı daha gözəl edən, qarşılıq gözləmədən yaxşılıq edən, cəmiyyət üçün çalışan bütün könüllülərin günüdür! 💜

Könüllülük təkcə yardım etmək deyil – bu, məsuliyyət, fədakarlıq, vətəndaşlıq mövqeyi və insanlıq dəyəridir. Azərbaycan gəncliyi bu dəyərləri öz fəaliyyəti ilə hər zaman sübut edir.

Bu yolda əziyyəti olan, cəmiyyətə fayda verən bütün könüllüləri təbrik edir, hər birinizə yeni uğurlar arzulayırıq!

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərç...
09/04/2025

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində UNEC İnnovativ Gənclər Təşkilatının İnnovasiya Şurasının qərarı ilə Süni İntellekt Mərkəzi fəaliyyətə başlayacaq.

Yeni yaradılan mərkəz, gənclərin süni intellekt sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirmək, bu istiqamətdə layihələrin hazırlanması və həyata keçirilməsinə şərait yaratmaq, eləcə də onları qlobal texnoloji tendensiyalarla ayaqlaşdırmaq məqsədi daşıyır.

Mərkəzdə təşkil olunacaq seminarlar, təlimlər, layihə müsabiqələri və praktiki proqramlar vasitəsilə tələbələrin texnoloji potensialının artırılmasına dəstək göstəriləcək.

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 9 il ötür.2016-cı il aprelin 1-dən...
02/04/2025

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 9 il ötür.

2016-cı il aprelin 1-dən 5-dək davam edən Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına qətiyyətlə cavab verərək mühüm strateji mövqeləri azad etmişdir. Həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində 2 000 hektardan artıq ərazi düşməndən təmizlənmiş, o cümlədən strateji əhəmiyyətə malik “Lələtəpə” yüksəkliyi nəzarətə götürülmüşdür.

Qoy bu bayram sülh, sevgi və firavanlıq gətirsin, qəlblərinizi sevinc və ümidlə doldursun!Hər birinizə sağlamlıq, xoşbəx...
29/03/2025

Qoy bu bayram sülh, sevgi və firavanlıq gətirsin, qəlblərinizi sevinc və ümidlə doldursun!

Hər birinizə sağlamlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq. Bayramınız mübarək!

İnnovativ Gənclər Təşkilatı olaraq gənclərin inkişafı üçün çalışmaq bizim əsas məqsədimizdir. Hər yeni layihə və əməkdaş...
29/03/2025

İnnovativ Gənclər Təşkilatı olaraq gənclərin inkişafı üçün çalışmaq bizim əsas məqsədimizdir. Hər yeni layihə və əməkdaşlıq bu məqsədə bir addım daha yaxınlaşmaq deməkdir.

Qarşımıza qoyduğumuz hədəflərə çatmışıq, lakin hər bitən hədəf yeni bir yolun başlanğıcıdır. Birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq!

Aprelin 1-dən etibarən daha böyük və maraqlı yeniliklərlə gəlirik! Yeni dövr, yeni imkanlar və yeni uğurlar bizi gözləyir.

İnnovasiya bizdən başlayır!

UNEC İnnovativ Gənclər Təşkilatında yeni təyinat!Çələbiyeva Mədinə UNEC İnnovativ Gənclər Təşkilatının Üzvlərlə iş depar...
27/03/2025

UNEC İnnovativ Gənclər Təşkilatında yeni təyinat!

Çələbiyeva Mədinə UNEC İnnovativ Gənclər Təşkilatının Üzvlərlə iş departamentinin sədri vəzifəsinə təyin olunub!

Mədinə xanımı bu məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə təbrik edir, təşkilatımızın inkişafında göstərəcəyi dəyərli töhfələr üçün uğurlar arzulayırıq.

Əminik ki, o təşkilatın daha da güclənməsinə töhfə verəcək.

İnnovasiya başlayır! 🚀💜

Sənin kartın, sənin üstünlüklərin!UNEC İnnovativ Gənclər Təşkilatının üzvləri üçün xüsusi hazırlanmış kartların təqdimat...
27/03/2025

Sənin kartın, sənin üstünlüklərin!

UNEC İnnovativ Gənclər Təşkilatının üzvləri üçün xüsusi hazırlanmış kartların təqdimatına sən də qatıl!

📍 Məkan: UNEC-in III tədris binası, böyük akt zalı
📅 Tarix: 2 aprel
⏰ Saat: 13:00

🔗 Qeydiyyat linki bio’da

Bu kart sənə hansı imkanları təqdim edir? Gəl, birgə öyrənək!

Address

Azadlıq Prospekti
Baku
AZ1003

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when İnnovasiya Gəncləri İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İnnovasiya Gəncləri İctimai Birliyi:

Share