Öndə Gənclər ictimai birliyi

Öndə Gənclər ictimai birliyi İş dünyasında səni digərlərindən fərqləndirəcək və uğur qazanmağına kömək edəcək bacarıqları öyrədirik .

Güclənirik: Yenilənən komandamız və yeni əməkdaşlıqlar! 💪Təlimlərə qatıldıq, maraqlı tərəfdaşlıqlar qurduq. İdarə heyəti...
22/07/2024

Güclənirik: Yenilənən komandamız və yeni əməkdaşlıqlar! 💪

Təlimlərə qatıldıq, maraqlı tərəfdaşlıqlar qurduq. İdarə heyətimizin tərkibini yenilədik və təcrübəli gəncləri komandamıza qatdıq. Yeni idarə heyətimiz 21.02.2024-cü ildən etibarən dövlət qeydiyyatına alındı və hazırda sizə daha peşəkar xidmət təqdim etməyə hazırdır. 🏢

Yeni loqo və sloqanımız da hazırdır, saytımız da hazırlanır. Bütün dəyişiklikləri sizinlə yaxın zamanda növbəli şəkildə paylaşacağıq. 🎨

Bizi izləməyə davam edin və bu yeni mərhələdə bizimlə gücünüzü artırın! 🔔


̧

Yenilənirik: Yeni brend strategiyamız üçün marketinq agentliyi ilə əməkdaşlıq! 🚀“BranUp” Dizayn və Marketinq Agentliyi i...
22/07/2024

Yenilənirik: Yeni brend strategiyamız üçün marketinq agentliyi ilə əməkdaşlıq! 🚀

“BranUp” Dizayn və Marketinq Agentliyi ilə əməkdaşlıq qurduq, yeni məqsədlərimiz, adımız və strategiyamız üzərində birlikdə çalışdıq. 📝

Dəyişikliyi rəsmi şəkildə təsdiqləmək üçün Ədliyyə Nazirliyinə müraciət etdik və 13.09.2023-cü ildən etibarən yeni adımız və missiyamız rəsmiləşdi. 📅

Yenilənən adımız və məqsədlərimizlə daha böyük hədəflərə yönəlmişik və sizə daha peşəkar xidmət göstərmək üçün hazırıq. 🎯

Bizi izləməyə davam edin və yenilənməmizin bir hissəsi olun! 🔔


̧

Dəyişirik: Gənclərin gücünü kəşf etməsi üçün yeni sahəyə başladıq! 🌟Gənclərin gücünü kəşf etməsi və istədiyi yolda irəli...
21/07/2024

Dəyişirik: Gənclərin gücünü kəşf etməsi üçün yeni sahəyə başladıq! 🌟

Gənclərin gücünü kəşf etməsi və istədiyi yolda irəliləməsi üçün böyük bir dəyişiklik etdik! 🌟 Bir çox gənc sevdiyi işdə çalışa bilmək üçün addım atmağa çətinlik çəkir, haradan və necə başlayacağını bilmədiyi üçün hədəflərindən yan keçir, karyera dəyişikliklərindən çəkinir. 🤔

Bu bizi narahat edir, çünki biz sizlərdəki əsl potensialı görürük. 👀 Biz sizə yol göstərmək və uğurlu bir karyera qurmaq üçün fəaliyyətimizi xüsusi olaraq bu sahəyə yönəltdik. 🚀

İndi yalnız bu istiqamət üzrə peşəkarlaşaraq, gücünüzü kəşf etməyinizə və gələcəyinizdə fərq yaratmağa kömək edəcəyik. 💪

Bizimlə birgə bu yeni yolda addımlamaq üçün bizi izləyin və dəyişikliklərdən xəbərdar olun! 🔔

̧

Yolun sonuna gəldik 🚧Bu gün “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin dövlət qeydiyyatına alınmasından 14 il keç...
30/04/2024

Yolun sonuna gəldik 🚧

Bu gün “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin dövlət qeydiyyatına alınmasından 14 il keçir. Və bu gün etibari ilə UYD-nin fəaliyyətinə yekun vururuq. Bu qərar 2023-cü ilin 5 sentyabr tarixində qəbul edilib, 13 sentyabr tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 📄

O zamandan bura “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin adı ilə başlatdığımız bütün layihələri tamamladıq 😊

Bu müddətdə çoxlu səhvlər etməyimizə baxmayaraq, təcrübə qazandıq. Nəticələri yoxlayaraq, yanlışlardan dərslər çıxardıq. Gəncləri yaxından tanıyaraq, necə faydalı ola biləcəyimizi müəyyənləşdirdik 🎯

Kimlərə təşəkkür edirik? 🤝

14 ildir bizim böyüməyimizə dəstək olanlar sırasında layihələrimizdə iştirak edən gənclərə, könüllülərə, dostlara və əməkdaşlara təşəkkür edirik 🙏

Fəaliyyətimizin maliyyələşməsinə şərait yaradan QHT Agentliyinə, Azərbaycan Gənclər Fonduna və Avropa Gənclər Fonduna, RİİB-ə, inkişafımızda rolu olan Gənclər və İdman Nazirliyinə, NAYORA-ya minnətdarlığımızı bildiririk. Əməkdaşlıq etdiyimiz bütün qurumların hər bir əməkdaşının zəhmətini sevgi ilə dəyərləndiririk 💙

UYD olaraq sizinlə, həm də UYD ilə sağollaşırıq 😉🖐⏳

̇n

Orta məktəblərdə gitara dərslərinin təşkili həyata keçirilib 🎸Son illərdə gitara alətinin gənclər arasında populyarlaşma...
30/04/2024

Orta məktəblərdə gitara dərslərinin təşkili həyata keçirilib 🎸

Son illərdə gitara alətinin gənclər arasında populyarlaşmasını müşahidə edirik. alətində ifa estetik-musiqi zövqün formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə faydalı olmaqla yanaşı həm də bir çox gənc üçün qazanc yerinə çevrilib. Bu alətin tədrisi musiqi məktəblərində həyata keçirilmir. Biz də UYD olaraq bu fürsəti orta məktəblərə gətirməyə çalışdıq.

🏆 təklifi Elm və Təhsil Nazirliyinin VII qrant müsabiqəsinin qalibi oldu, Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə 53№-li tam orta məktəbdə icra edildi.

"Qrafik dünya" təhsildə dizayn bacarıqlarının artırılması layihəsi yekunlaşıbUYD-nini hazırladığı layihə təklifi əsasınd...
30/04/2024

"Qrafik dünya" təhsildə dizayn bacarıqlarının artırılması layihəsi yekunlaşıb

UYD-nini hazırladığı layihə təklifi əsasında Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə 53 №-li tam orta məktəbdə qrafik dizayn kursları təşkil olunub. Növbəti mərhələdə gənc müəllimlər öyrəndikləri rəqəmsal bacarıqları şagirdlərə tədris edəcəklər.

Layihə Elm və Təhsil Nazirliyinin VII qrant müsabiqəsinin qalibidir.

Qarabağ kəndində icra olunan layihələr yekunlaşıb Kənd şagirdlərinin "Kibertəhlükəsizlik Düşərgəsi" və Məcburi köçkün mə...
30/04/2024

Qarabağ kəndində icra olunan layihələr yekunlaşıb

Kənd şagirdlərinin "Kibertəhlükəsizlik Düşərgəsi" və Məcburi köçkün məktəblərində "Sülh üçün İncəsənət" layihə təklifləri UYD-nin təşəbbüsü ilə hazırlayıb. Layihələr Elm və Təhsil Nazirliyinin VII qrant müsabiqəsinin qalibi olub və UYD tərəfdaşlığı ilə icra olunub.

Kibertəhlükəsizlik təlimlərini Elman Mütəllim, Zahir Zahirov, icma quruculuğu təlimlərini isə UYD sədri Fərhad Abdulov tədris ediblər.

Şagirdlər ilə tamaşa isə gənc əməkdaş Hikmət Quliyevin rejissorluğu ilə hazırlanıb.

"Yeniyetmələrin Sosial Sahibkarlıq Təşəbbüsləri" adlı layihə yekunlaşmışdır. 💥Layihəni Elm və Təhsil Nazirliyinin maliyy...
22/04/2024

"Yeniyetmələrin Sosial Sahibkarlıq Təşəbbüsləri" adlı layihə yekunlaşmışdır. 💥

Layihəni Elm və Təhsil Nazirliyinin maliyyəsi ilə 8№-li məktəb icra etmişdir. UYD layihənin rəsmi tərəfdaşı olaraq layihənin icrasına təşkilatı dəstək göstərmişdir.

Layihədə 5 gün, 40 akademik saatdan ibarət təlimlər təşkil edilmişdir. Təlimləri Sara Rəcəbli, Rafət Şirəliyev və Fərhad Abdulov qeyri-formal təhsil metodları ilə tədris etmişdir, təlimlər sosial sahibkarlıq mövzusunu əhatə etmişdir. 👩‍🏫

Təlimlərdən sonra şagirdlər arasında müsabiqə elan olunmuşdur. Şagirdlərin hazırladıqları sosial sahibkarlıq ideyalarını münsiflər qiymətləndirmişdir. ⚖️

Ötən dövrdə icra etdiyimiz layihələrdən biri də “Shusha, the cultural capital of Azerbaijan, in photos” adlı beynəlxalq ...
21/04/2024

Ötən dövrdə icra etdiyimiz layihələrdən biri də “Shusha, the cultural capital of Azerbaijan, in photos” adlı beynəlxalq fotoqrafiya layihəsi olub.

2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan və Türkiyədə fotosərgilər təşkil edilib. Layihədə Bakı şəhərində və Balakən rayonunda, Gürcüstanın Tbilisi şəhərində, Bolnisi və Marneuli rayonlarında, Türkiyənin İstanbul və Antalya şəhərində 12 günlük fotosərgi açılıb.

Layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarət olub.

20/04/2024

Karyera və bacarıqlarımızı inkişaf etdirmək üçün birlikdə addım atmağa davam edək!

Yeni biliklər və bacarıqlar ilə həyatımızda bir addım irəliləmək möhtəşəm bir hissdir! ☺️Gənclər təqdimat bacarıqlarını ...
19/04/2024

Yeni biliklər və bacarıqlar ilə həyatımızda bir addım irəliləmək möhtəşəm bir hissdir! ☺️

Gənclər təqdimat bacarıqlarını "Karyerada özünüifadə bacarıqları" layihəsi ilə yüksəldirlər. 🚀

Address

Gənclər Təşkilatlarının Resurs Mərkəzi (Globus Center 13-cü Mərtəbə)
Baku
AZ1065

Telephone

+994552354414

Website

Alerts

Be the first to know and let us send you an email when Öndə Gənclər ictimai birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Öndə Gənclər ictimai birliyi:

Share

10 illik yubiley-Rebrendinq təqdimatı

🔵🔴"Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-siyasi, qeyri-hökumət təşkilatıdır.

🔵🔴Birlik 22.01.2010-cu ildə Fərhad Abdulov Oktay oğlu tərəfindən təsis edilmiş, 30.04.2010-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

🔵🔴 MƏQSƏD və MİSSİYA: 🔴 uşaq və yeniyetmələrin elm, təhsil və mədəniyyət sahəsinə maraqların artırılmasına kömək etmək

🔵🔴VƏZİFƏLƏR: