Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU

  • Home
  • Azerbaijan
  • Baku
  • Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU

Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU, Non-Governmental Organization (NGO), Baku.

Təşkilatın əsas məqsədi gənclərin təhsil, sosial, səhiyyə problemlərinin həllinə kömək etməkdir/The main objective of the organization is to help solve youth's education, social and health problems

06/03/2026

Qəbələdə “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı tədbir keçirilib.17 yanvar 2026-cı il tarixində Azərbaycan Re...
18/01/2026

Qəbələdə “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı tədbir keçirilib.

17 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi çərçivəsində Vətən müharibəsinə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə peşə təhsili müəssisəsinin tələbələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə üzrə direktor müavini Reyhan Məmmədova bu tip layihələrin gənclərdə vətənə bağlılıq, milli ruh və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Ardınca “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri və layihənin rəhbəri Həzrət Bədiyev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Zəfər tariximizin canlı şahidləri olan qazilərin həyat və döyüş hekayələrini gənc nəslə çatdırmaq, müharibə dövründə göstərilən fədakarlıqları milli yaddaşda yaşatmaqdır.

Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək keçdikləri döyüş yolu, qarşılaşdıqları çətinliklər və Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri barədə danışıblar. Müharibə iştirakçısı Orxan Babazadə gənclərlə öz həyat hekayəsini bölüşərək onları daim Vətənə sədaqətli olmağa çağırıb.

Eyni zamanda Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan qazilər – İlham Əliyev, Rafail Nuriyev və Turab Allahverdiyevin, eləcə də qazilər Elnur Rəsulov və Hasil Hümbətovun döyüş yolu və həyat hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Video materiallar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi gənclər arasında milli şüurun möhkəmləndirilməsi, Zəfər tarixinin təbliği və qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

İsmayıllıda “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı tədbir keçirilib.16 yanvar 2026-cı il tarixində Azərbaycan...
17/01/2026

İsmayıllıda “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı tədbir keçirilib.

16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi çərçivəsində Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə peşə təhsil müəssisəsinin tələbələri, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tədris işləri üzrə şöbə müdiri Nurlan Məmmədov bu cür layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri və layihənin rəhbəri Həzrət Bədiyev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Zəfər tariximizin canlı iştirakçıları olan qazilərin və şəhid ailələrinin həyat hekayələrini gənc nəslə çatdırmaq, müharibənin arxasında dayanan fədakarlıqları unudulmayan milli yaddaşa çevirməkdir.

Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri çıxış edərək döyüş yolu, yaşadıqları çətinliklər və Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri barədə danışıblar. Şəhid anaları Könül Şıxızadə və Aynurə Mirzəlizadə, şəhid xanımı Ədibə Əlyarova, eləcə də müharibə iştirakçısı Orxan Babazadə gənclərlə şəxsi həyat hekayələrini bölüşüblər.

Eyni zamanda Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan qazilər – İlham Əliyev, Rafail Nuriyev və Turab Allahverdiyevin, eləcə də qazilər Elnur Rəsulov və Hasil Hümbətovun döyüş yolu və həyat hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Video materiallar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi gənclər arasında milli şüurun gücləndirilməsi, Zəfər tarixinin qorunması və qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

QHT Agentliyinin İdarə HeyətiSədr: Aygün ƏliyevaSədr müavinləri:Emil Çaparlı;Elnur Bağırlı.gov.az
08/01/2026

QHT Agentliyinin İdarə Heyəti

Sədr: Aygün Əliyeva

Sədr müavinləri:
Emil Çaparlı;
Elnur Bağırlı.
gov.az

Son günlər ölkədə QHT sektorunda mühüm addımlar atılır. Bu da ölkədə Vətəndaş Cəmiyyətlərinə göstərilən diqqətin bariz n...
23/10/2025

Son günlər ölkədə QHT sektorunda mühüm addımlar atılır. Bu da ölkədə Vətəndaş Cəmiyyətlərinə göstərilən diqqətin bariz nümunəsidir. Ən gözəl tərəfi isə bu fəaliyyətlər məhz Qarabağ torpağında Xankəndidə, Şuşada keçirilir.

Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nin kollektivi öhdəsinə düşən vəzifələri ən gözəl formada icra edir. QHT-lərin şəbəkələşməsi, inkişafı və ixtisaslaşması üçün vacib işlər görülür.

Bütün həmkarlara Uğurlar arzu edirik!

Qəbələdə gənclərin peşə və karyera düşüncəsinə yeni baxış: “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi çərçivəsində n...
01/06/2025

Qəbələdə gənclərin peşə və karyera düşüncəsinə yeni baxış: “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi çərçivəsində növbəti görüş keçirildi

31 may 2025-ci il tarixində Qəbələ rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşır.

Bu dəfəki görüşün əsas məqsədi gənclərin təkcə peşə seçimi deyil, eyni zamanda öz bacarıqlarını və maraqlarını tanımaq istiqamətində düşünmələrinə təkan vermək olub. Layihə rəhbəri Həzrət Bədiyev tədbirin açılışında çıxış edərək bildirib ki, cəmiyyətin inkişafı üçün vacib olan əsas amillərdən biri də gənclərin öz imkanlarını düzgün qiymətləndirərək gələcək planlarını formalaşdırmasıdır. O qeyd edib ki, bu layihə regionda gənclər üçün motivasiya mənbəyinə çevrilməyi və onların potensiallarını kəşf etmələrinə dəstək olmağı qarşısına məqsəd qoyub.

Tədbirdə təlimçi qismində iştirak edən Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Rufanə Yaralıyeva isə daha fərqli mövzuya toxunub: “Peşə seçimi yalnız konkret bir sahəyə yönəlmək deyil, həm də insanın özünü tanıma prosesidir. Çox vaxt bizə deyirlər ‘filan peşə gəlirlidir’ və ya ‘filan sahədə iş tapmaq asandır’. Amma əsas sual budur: biz bu sahədə xoşbəxt ola biləcəyikmi?”.

Rufanə xanım çıxışında qeyd edib ki, peşə seçiminə sadəcə nəticə yönümlü deyil, proses yönümlü baxmaq lazımdır. Yəni gənclər yalnız hansı sahədə işləmək istədiklərini deyil, bu sahədə çalışarkən hansı bacarıqlarını inkişaf etdirəcəklərini və bu prosesdən necə zövq alacaqlarını da nəzərə almalıdırlar.

Tədbirdə gənclər qrup tapşırıqları vasitəsilə öz maraq sahələrini müəyyənləşdirib, gələcəkdə seçə biləcəkləri sahələrlə bağlı fikir mübadiləsi aparıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bu tədbir, iştirakçılar üçün yalnız maarifləndirici deyil, həm də fərdi inkişaf baxımından ilhamverici bir təcrübə olub.

30 may 2025-ci il tarixində İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi A...
01/06/2025

30 may 2025-ci il tarixində İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsinin icrası baş tutub.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri və layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi region gənclərini düzgün peşə-ixtisas seçimi barədə maarifləndirmək, onların təhsil və karyera inkişafına dəstək olmaqdır. O vurğulayıb ki, gənclərin peşə seçiminə təsir edən valideyn və müəllimlərin də məlumatlılığının artırılması, bu istiqamətdə məktəblərdə təhsil və məlumat şəbəkələşməsinin gücləndirilməsi vacibdir.

Tədbirdə Karyera və İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Tacəddin İbadov çıxış edərək qeyd edib ki, peşə seçimi insan həyatında ən mühüm qərarlardandır. Bu seçim təkcə dolanışıq deyil, həm də özünüifadə vasitəsidir. İnsanlar ilk seçimlərini ətrafdakılara baxaraq edirlər, lakin hər zaman sevdikləri peşə uğur gətirməyə bilər. Bəzən prestijli və sevilən peşələr arasında ciddi fərqlər olur. Gənclərin bu mərhələdə "Mən kim olmalıyam?" sualına cavab axtarması vacibdir. Tacəddin İbadov iki yanaşmadan bəhs edib: bir qisim insanlar tək yol seçərək səhv etməməyə çalışır, digərləri isə öz potensialını və maraqlarını analiz edərək yolunu müəyyənləşdirir. Bu suallar şəxsiyyətin formalaşmasında və özünü dərk etməsində mühüm rol oynayır.

Dərin hörmət və ehtiramla anırıq!
10/05/2025

Dərin hörmət və ehtiramla anırıq!

Address

Baku
1003

Alerts

Be the first to know and let us send you an email when Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Üfüq Gənclərin İnkişafı Naminə İB / Horizon For Youth Development PU:

Share