Azərbaycan Ornitoloji Cəmiyyəti - Azerbaijan Ornithological Society

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Ornitoloji Cəmiyyəti - Azerbaijan Ornithological Society

Azərbaycan Ornitoloji Cəmiyyəti - Azerbaijan Ornithological Society Təbiəti qorumaq, ona qayğı ilə yanaşmaq hər bir insanın, hər bir vətəndaşın borcudur!

11/05/2026

27/04/2026

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəkı hərbi attaşesinin keçmiş baş köməkçisi, İstanbulda 70 kiloqram qızıl külçələrlə saxlanılmış polkovnik-leytenant Qəhrəman Məmmədova 6 il həbs cəzası kəsilib. Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Yarım il davam edən məhkəmə prosesinin yekununda 41 yaşlı Q.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qaçaqmalçılıq kimi əməllərdə təqsirli bilinib.

Lakin o, ittihamda yazılanlarla razılaşmır. Polkovnik-leytenant ona qarşı irəli sürülmüş qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu vurğulayıb.

Daha ətraflı - https://smarturl.click/xVG3m

27/04/2026
22/04/2026

Tələbələr məhkəmə zamanı eşiyə yığılanda görürlər ki, bir maşın gəldi. Maşından düşənlər görkəmlərindən prokurorluq, DTK işçilərinə oxşayırlar. Tələbələrdən soruşurlar ki, bura niyə yığışmısınız? Deyiblər ki, bəs müəllimimizi (Əbülfəz Elçibəyi) mühakimə eləyirlər. Soruşublar ki, müəlliminizi qurtarmaq üçün pulunuz-zadınız varmı ki, ruşvət verəsiniz? Orada bir qız nişan üzüyünü çıxarıb deyib ki, mən təzə nişanlanmışam, nişan üzüyümü verirəm...Bir də məhkəmədə öyrədilmiş tələbələrdən birisi dedi ki, mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır. Bu vaxt bir tələbə qız durdu ki, sən əclafsan, biz sənə nifrət eləyirik. Məhkəmə dedi ki, kimdir onu deyən? Qız durdu, dedi: «mənəm». Hakim dedi ki, çıxın eşiyə. Qız məhkəmənin yanından kecəndə yaylığını çıxarıb uzatdı hakimə ki, ver bunu, kişilər bağlasın başına.
Bu da mənə çox təsir elədi. Bundan sonra fikirləşirdim ki, qadını-qızı belə olan bir millətin kişisinin əfəl və fağır olması çox açınacaqlı görünür... Bax, bu cür gənclərimiz var idi. Yəni mən tək deyildim.

Əbülfəz Elçibəy

21/04/2026

🇦🇿🇮🇱 “Bu cür əməliyyatlarda İsrailin adı çəkilmir”

🧐 İsrail mediası yazır ki, Azərbaycanda SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) qarşı keçirilən əməliyyatlarda rəsmi Tel-Əviv də iştirak edib.

📸 Sözügedən əməliyyatlar DTX (Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən aparılıb və qurum bu barədə 6 martda məlumat yayıb.

🎙️ “Jerusalem Post” nəşri yazıb ki, İsrail ordusu (IDF) və İsrail təhlükəsizlik xidmətləri (Mossad və Şin Bet) bu gün bu barədə birgə bəyanat yayaraq, Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə İranın t**ror şəbəkəsini çökdürdüklərini açıqlayıblar.

🤷‍♂️ Nəşr bildirib ki, Azərbaycan və İsrail qurumlarının açıqlamaları arasında 6 həftə fərq olmasının səbəbini aydınlaşdıra bilməyiblər.

🤝 “Jerusalem Post” bildirib ki, İsrailin təhlükəsizlik xidmətləri əvvəllər də İranın planlaşdırdığı t**ror aktlarında Azərbaycan kimi ölkələrə kömək edib.

❎ Lakin qeyd olunub ki, bu cür xarici əməliyyatlarda, bir qayda olaraq, İsrail Müdafiə Qüvvələrinin adı çəkilmir.

✈️ Nəşr bildirir ki, İsrail müdafiə agentliklərinin birgə açıqlamasına görə, SEPAH qaçaq yolla Azərbaycana partlayıcı dronlar gətirib və potensial hədəflər haqqında kəşfiyyat məlumatları toplayıb. İddiaya görə, SEPAH-ın hədəfləri arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri də olub.

13/04/2026

📌26 mart 1957-24 may 1967-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Eyni zamanda o, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi vǝ Büro üzvü idi. Şıxəli Qurbanov bu vəzifələrdə işlədiyi dövrdə özünü millətini, vətənini, onun tarixini sevib dəyərləndirən şəxs kimi təsdiq edib.

📌Şıxəli Qurbanov MK katibi vəzifəsində olarkən 1967-ci ildə yaradıcı gǝnclər üçün “Ulduz" jurnalı çap edildi, bundan övvəl 1966-cı ildə isə böyük şair Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu.

📌Şıxəli Qurbanov 1960-cı illərdə Azərbaycanın milli ruhlu ziyalıları ilə sıx əlaqə saxlayır, onlara dəstək olmağa çalışırdı. Siyasi fəaliyyətinə görə 1960-cı illərin sonlarında həbs edilmiş Rafiq Turabxanoğlu xatirələrində yazır ki, biz bir neçə Azərbaycan millətçi və ziyalıları ilə birlikdə tez-tez onunla görüşür, Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi edirdik. (O, bu ziyalılardan Nigar Rəfibəylinin və Əzizə Cəfərzadənin adını qeyd edir).

Prof. Nəsiman Yaqublu

📌Şıxəli Qurbanov haqqında tam məqaləni buradan oxuya bilərsiniz:
https://www.facebook.com/share/p/17L2kn84PS/

07/04/2026

🇮🇹İtaliyanın baş naziri Giorgia Meloni 🇮🇷İrana səfər edəcəyini bildirib.

O, İtaliya xalqının səbrinin tükəndiyini bildirib:

"Bu ay Hörmüz boğazını İtaliya gəmilərinə açmaq üçün İrana gedəcəyəm və biz onlara tam dəstək verəcəyik, çünki onlar haqlıdırlar və bunu heç kim gizlətmir. Boğaz onların sərhədindədir. Bu, onların haqqıdır və dünya həqiqəti bilir.

Tramp da, biz də İran neftini istəyirik, amma İtaliya bunu qanuni və pulla almaq istəyir, Amerika isə ancaq talan edib oğurlamaq istəyir."

07/04/2026

💊Bu barədə Rusiya Hökumətinin sədri Mixail Mişustin tapşırıq verib.

🦠Peyvəndin hər kəs üçün pulsuz olacağı bildirilib.

🌡️Qeyd edək ki, xərçəng əleyhinə peyvənd hər bir insanın RNT-si (Ribonuklein turşusu-bütün canlı hüceyrələrdə olan və zülal sintezində (genetik məlumatın daşınması və tərcümə olunması) əsas rol oynayan bir zəncirli nuklein turşusu-red.) üçün xüsusi olaraq yaradılır. Həkimlər əvvəlcə xəstənin şiş hüceyrələrini götürür və bir neçə saat ərzində onların əsasında peyvənd hazırlayırlar

27/10/2024

Şirvan Milli Parkı 25.08.24. Təhlükədə olan ördək növlərinin sayğısı (video).

27/10/2024

25.08.24 Şirvan Milli Parkı. Təhlükədə olan ördək növlərinin sayğısı (video).

Address

Baku

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Ornitoloji Cəmiyyəti - Azerbaijan Ornithological Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share