Memarlıq İnşaat Dizayn İB = Architecture Construction & Design Public Union

  • Home
  • Azerbaijan
  • Baku
  • Memarlıq İnşaat Dizayn İB = Architecture Construction & Design Public Union

Memarlıq İnşaat Dizayn İB = Architecture Construction & Design Public Union Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması

Mission of the "Architecture, Construction and Design" Public Union (ACDPU/MiDiB) as Local NGO is developing the areas of architecture, construction and design fields in Azerbaijan as well as help to integrate international standards of the mentioned areas.

🔰 Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) rəhbərliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi...
20/04/2026

🔰 Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) rəhbərliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyini və bütün kollektivini fəaliyyətlərinin 5 illik yubileyi münasibəti ilə təbrik edir və onların məsuliyyətli işlərinə uğurlar arzulayır.


30/03/2026

📝 Bələdiyyə sənədi ilə çıxarış almaq üçün nələri bilmək və ya etmək lazımdır ?

✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) icra etdiyi “Məlumatlandırıcı, maarifləndirici və izahedici qısa videolar” adlı layihənin ilk mövzusu “Bələdiyyə sənədi ilə çıxarış almaq üçün nələri bilmək və ya etmək lazımdır ?” sualına cavab ilə başlayır. Təqdim olunan video xəbərlərdə qeyd olunanlardan başqa dövlətimizin sənədsiz evlərlə əlaqədar müəyyən dəstək proqramları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 №-li 13 yanvar 2015-ci il tarixli fərmanı (Link: https://e-qanun.az/framework/29097) haqqında məlumat da izləyicilərimizin diqqətinə təqdim olunur.

✅ Əgər Siz də MİDİB ilə əməkdaşlıq edib həm cari layihəyə dəstək olmaq, həm də yeni layihələrin hazırlanmasında iştirak etmək istəyirsinizsə, onda bizə e-poçt (e-mail) ilə müraciət edə bilərsiniz: [email protected]

✅ Diqqətinizə və əməkdaşlıqda marağınız üçün öncədən Sizə təşəkkür edirik.





📝 “Məlumatlandırıcı, maarifləndirici və izahedici qısa videolar” adlı layihənin icrasına start verilir !✅ Memarlıq, İnşa...
28/03/2026

📝 “Məlumatlandırıcı, maarifləndirici və izahedici qısa videolar” adlı layihənin icrasına start verilir !

✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) idarə heyətinin üzvlərinin təşəbbüsü əsasında hazırlanmış “Məlumatlandırıcı, maarifləndirici və izahedici qısa videolar” adlı layihənin icrasına start verilir.

✅ Layihənin məqsədi, memarlıq, inşaat, dizayn və əlaqəli sahələr üzrə mövcud qanunvericilik aktları, rəsmi sənədlər, araşdırma nəticələri və beynəlxalq təcrübəni vahid elektron platformada sistemləşdirərək, mütəxəssislər və maraqlı tərəflər üçün etibarlı, əlçatan və praktiki resurs bazasının formalaşdırılmasına dəstək olmaqdır.

✅ Əgər Siz də MİDİB ilə əməkdaşlıq edib həm cari layihədə, həm də yeni layihələrin hazırlanmasında iştirak etmək istəyirsinizsə, onda bizə e-poçt (e-mail) ilə müraciət edə bilərsiniz: [email protected]





📝 Tələbələrin yaradıcılıq sərgisi təşkil olunub✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyi (MİDİB) tərəfdaşı olan Bakı ...
24/03/2026

📝 Tələbələrin yaradıcılıq sərgisi təşkil olunub

✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyi (MİDİB) tərəfdaşı olan Bakı Mühəndislik Universiteti (BMU) ilə birlikdə hər il keçirilən tələbələrin yaradıcılıq layihələri üzrə növbəti sərgi təşkil edib.

✅ Sərgidə MİDİB-in sədri, əməkdar memar və BMU-nun Memarlıq və şəhərsalma kafedrasının müdiri professor Sabir Orucov, təşkilatın sədr müavini dosent Yasin Xəlilov və digər tələbə-müəllim üzvləri, həmçinin BMU-nun Memarlıq və inşaat fakültəsinin rəhbərliyi və Tələbə Elmi Cəmiyyəti, eləcə də Memarlıq və şəhərsalma kafedrasının müəllimləri və tələbələri iştirak ediblər.

✅ Layihələrə baxış zamanı qeyd olunub ki, hər bir maket tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsini və memarlıq sahəsində yaradıcı yanaşmalarını nümayiş etdirir. Bu baxımdan sərgi tələbələrin öz sahələri üzrə potensialını üzə çıxarmaq, onlar arasında yaradıcılıq mühitini gücləndirmək və layihələrin daha geniş auditoriyaya təqdim olunmasına şərait yaratmaq baxımından əhəmiyyətli platforma rolunu oynayır. Layihələrə baxış zamanı o da qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və 17-22 may 2026-cı il tarixlərində Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. Bu isə regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyinin formalaşmasında rolunu əks etdirir, həmçinin gənc memarlar və şəhərsalma üzrə təhsil alan tələbələr üçün yeni imkanlar açır. Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yolda həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində tələbələr və gənclər üçün fərqli məlumatlandırıcı və maarifləndirici tədbirlər də təşkil olunur ki, bu da onların memarlıq və şəhərsalma sahəsində yeni ideyaların, o cümlədən innovativ yanaşmaların formalaşmasına kömək edir.

✅ Sərgi çərçivəsində nümayiş etdirilən maket və layihələrin müəllifləri MİDİB ilə BMU-nun birgə hazırladıqları sertifikatlarla təltif olunub. Sərgi xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.




🔰 Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) rəhbərliyi əməkdaşlarını, üzvlərini və bütün Azərbaycan xalqını ...
21/03/2026

🔰 Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) rəhbərliyi əməkdaşlarını, üzvlərini və bütün Azərbaycan xalqını Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edir !



📝 Ümumdünya Su Günü münasibətilə elmi-praktik tədbir keçirilib✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) tə...
17/03/2026

📝 Ümumdünya Su Günü münasibətilə elmi-praktik tədbir keçirilib

✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) tərəfdaşı olan Bakı Avrasiya Universitetində (BAAU) Ümumdünya Su Günü münasibətilə “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir təşkil olunub.

✅ Açılış nitqləri ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və Biznes və menecment kafedrasının müdiri, dosent Mətanət Qurbanova tədbirin əhəmiyyətini vurğulayaraq su resurslarının qorunması və səmərəli idarə edilməsinin müasir dövrdə prioritet məsələlərdən biri olduğunu qeyd ediblər.

✅ Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov “Su qıtlığından su dayanıqlılığına” mövzusunda çıxış edərək mövcud problemlər və həlli yolları barədə məlumat verib. Strateji inkişaf şöbəsinin əməkdaşları Nərmin Seyidova və Nərmin Hüseynova isə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, həmçinin su resurslarının dayanıqlı istifadəsində innovativ yanaşmalar, o cümlədən membran texnologiyaları və ağıllı idarəetmə sistemləri barədə təqdimatlarla çıxış ediblər.

✅ Daha sonra BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Biznes və menecment kafedrasının müəllimləri Səfərov Rəhman, Heydərov Vüsal, Tağısoy Xədicə, Bayramova İlfanə, Mərdanlı İlahə və Nuri Umleyla, həmçinin BAAU-nun Turizm işinin təşkili ixtisası üzrə III kurs tələbəsi Cabbarova Adilə və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işinin təşkili ixtisası üzrə magistrantı Səfərova Ülkər mövzu ilə əlaqədar çıxışlar ediblər.

✅ Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, su ehtiyatlarının qorunması və dayanıqlı idarə olunması istiqamətində maarifləndirmənin artırılmasının vacibliyi bir daha vurğulanıb.

✅ Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.




📝 Yaşıl binalar (Green building) nə deməkdir? ✅ Yaşıl binalar ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən binalardır....
15/03/2026

📝 Yaşıl binalar (Green building) nə deməkdir?

✅ Yaşıl binalar ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən binalardır. Yaşıl binalar təbii ehtiyatları azaltmaqla ətraf mühitə təsirləri azaldır, daxili keyfiyyəti yaxşılaşdırır və sağlamlıq və rifah üçün daha əlverişli mühit təmin edir.

✅ Yaşıl binalar həm tikintidə, həm də istismarda daha qənaətcildir. Tikintidə yaşıl binalar ekoloji cəhətdən təmiz materiallar və texnologiyalardan istifadə edir. Bu, istehsal və nəqliyyat xərclərini azaldır və ekoloji cəhətdən təmiz istehsalı təmin edir. Bundan əlavə, yaşıl binalar enerji səmərəliliyini təmin etmək üçün xüsusi dizayn xüsusiyyətlərinə malikdir. Məsələn, yaşıl binalarda çox vaxt təbii istilik və soyutma sistemləri olur və enerjiyə qənaət edən işıqlandırma sistemlərindən istifadə edirlər.

✅ İstismar mərhələsində yaşıl binalar enerji, su və tullantı xərclərini azaldır. Məsələn, yaşıl binalar tez-tez enerjiyə qənaət edən avadanlıqlardan istifadə edir və suyun səmərəliliyini artırmaq üçün suya qənaət edən tədbirlər görür. Bundan əlavə, yaşıl binalar ekoloji cəhətdən təmiz ekoloji idarəetməni həyata keçirir və tullantı xərclərini azaldır.

✅ Nəhayət, yaşıl binalar daxili keyfiyyət baxımından daha sağlam və daha rahat mühit təklif edir. Yaşıl binalar havanın keyfiyyətini yaxşılaşdırmaq və daxili temperatur və rütubəti tarazlaşdırmaq üçün təbii havalandırma sistemlərindən istifadə edir. Bundan əlavə, yaşıl binalar sağlamlıq və rifah üçün zəruri olan təbii işıq və mənzərəni təmin edir.

✅ Nəticədə, yaşıl binalar ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən binalardır, tikinti və istismar xərclərini azaldaraq sağlam və rahat mühit təklif edirlər. Yaşıl Bina sertifikatlaşdırma proqramlarının məqsədi binaları daha ekoloji cəhətdən təmiz və enerjiyə qənaət etməkdir.








15/03/2026

🔰 What is green building?








15/03/2026

🔰 Take a journey to find out more about the history of green building and where it is heading in the future.








📝 “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçirilə...
15/03/2026

📝 “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.

✅ Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) tərəfdaşı olan Bakı Avrasiya Universitetində (BAAU) 16 mart 2026-cı il tarixində saat 11:00-da Ümumdünya Su Günü münasibətilə “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.

✅ Tədbirin əsas məqsədi su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliklərinin su təhlükəsizliyinə təsiri və dayanıqlı inkişaf kontekstində milli prioritetlərin müzakirəsidir. Görüş çərçivəsində dövlət qurumları, akademik dairələr və mütəxəssislər arasında əməkdaşlıq imkanları da nəzərdən keçiriləcək.

✅ Panel müzakirələrində su siyasəti, innovativ texnologiyalar, su resurslarının qorunması və institusional yanaşmalar kimi aktual məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Tədbir su sahəsində mövcud çağırışların və mümkün həll yollarının müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.



15/03/2026

🔰 Mənzildaxili qızdırıcı qurğuların quraşdırılmasına dair FAYDALI MƏLUMATLAR.



Address

Yasamal
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994552551962

Alerts

Be the first to know and let us send you an email when Memarlıq İnşaat Dizayn İB = Architecture Construction & Design Public Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Memarlıq İnşaat Dizayn İB = Architecture Construction & Design Public Union:

Share