Pasiyent Təşkilatları İttifaqı

Pasiyent Təşkilatları İttifaqı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pasiyent Təşkilatları İttifaqı, Non-Governmental Organization (NGO), Baku.

Bu gün 14 İYUN Ümumdünya Qan Donoru Günüdür. Azərbaycanda 14 İyun Ümumdünya Qan Donoru Günü xüsusi ilə qeyd edilir. Nəzə...
14/06/2026

Bu gün 14 İYUN Ümumdünya Qan Donoru Günüdür.

Azərbaycanda 14 İyun Ümumdünya Qan Donoru Günü xüsusi ilə qeyd edilir. Nəzərinizə çatdırım ki, qan köçürmədən bir çox insan hər gün həyata qayıdır. Əlbəttə ki, qan donorluğunun təbliğatı və donorun qan verdikdən sonra onun orqanizminə nə qədər faydasının olması hər zaman aşılanmalıdır.

Pasiyent Təşkilatları İttifaqı üzv təşkilatları olaraq əhalini könüllü qan donorluğuna çağırırıq. Hər bir insan qan verməklə bir başqa insanı həyata qaytara bilər.

Onuda qeyd edim ki, bir çox xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz qana hər zaman ehdiyacı var və donor qanına ən çox ehtiyacı olanlar uşaqlardır.

01/06/2026
Hər il 30 may tarixində qeyd olunan Beynəlxalq Dağınıq Skleroz Günü, mərkəzi sinir sisteminin xroniki, autoimmun xəstəli...
30/05/2026

Hər il 30 may tarixində qeyd olunan Beynəlxalq Dağınıq Skleroz Günü, mərkəzi sinir sisteminin xroniki, autoimmun xəstəliyi haqqında cəmiyyəti maarifləndirmək və qlobal səhiyyə prioritetlərini bu istiqamətə yönəltmək üçün böyük bir imkandır.

​Dünya miqyasında təxminən 3 milyon insanı əhatə edən bu patologiya barədə peşəkar müstəvidə fərqindəliyin artırılması böyük əhəmiyyət kəsb edir:

DS, yaşlılıqla bağlı koqnitiv pozuntulardan köklü şəkildə fərqlənir. Xəstəlik, əsasən 20-40 yaş arası sosial-iqtisadi cəhətdən aktiv əhali qrupuna da diaqnoz qoyula bilir.

Müasir tibb Dağınıq Sklerozu tamamilə ortadan qaldıra bilməsə də, erkən mərhələdə təyin olunan effektiv immunomodulyator müalicəsi xəstəliyin proqressiyasını əhəmiyyətli dərəcədə ləngidir və əlilliyin qarşısını alır.

​Bu günün əsas çağırışı: Dağınıq Skleroz ilə yaşayan insanlrın tibbi xidmətə əlçatanlığını təmin etmək, sosial izolyasiyanın qarşısını almaq və xəstəliyin müalicəsində elmi tədqiqatlara dəstək verməkdir.

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Dəyərli xanımlar və cənablar, Müqəddəs Qurban Bayramınız mübarək olsun!
27/05/2026

Dəyərli xanımlar və cənablar, Müqəddəs Qurban Bayramınız mübarək olsun!

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

24/05/2026
22/05/2026
WUF 13 cərçivəsində 2-ci tədbir.20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyo...
22/05/2026

WUF 13 cərçivəsində 2-ci tədbir.

20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, Global South NGO Platform Pavilyonunda, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə və müalicə imkanlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilmişdir.

Tədbirin əsas mövzusu "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" olmuşdur. Təsbirin keçirilməsində əsas məqsəd şəhər və rayon yaşayış məntəqələrinin inklüziv inkişaf konsepsiyasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı (qan laxtalanma pozuntusu ilə) pasiyentin müasir tibbi xidmətlərə çıxışını və həyati vacib laxtalandırıcı faktor preparatlarının regional əlçatanlığını təmin etmək olmuşdur.

Tədbirdə səhiyyənin müxtəlif sahələrini təmsil edən aparıcı mütəxəssislər çıxış edərək xəstəliyin idarə olunmasında regional infrastrukturun formalaşdırılması ilə bağlı mühüm məsələləri diqqətə çatdırıblar:

Ayaz Hüseynov (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri) “Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı nəticəsində pasiyentlərin müalicəsində əldə edilən nailiyyətlər və gələcəyə olan əsas məqsədlər” mövzusunda çıxış edib. Ayaz Hüseynov dövlət qurumları ilə tərəfdaşlıq sayəsində əldə olunan uğurlardan danışaraq, xüsusilə region mərkəzi xəstəxanalarında Assosiasiyanın dəstəyi ilə yaradılmış multidisiplinar müalicənin təmini üçün stomatoloji, fizioterapevtik xidmətlərin və laboratoriyaların qurulmasının, habelə regional tibb heyəti üçün sistematik seminarların və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Dr. Ələmdar Cəfərzadə (Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu) “Azərbaycanın bölgələrində hemofiliyalı və digər koaqulopatiyalardan əziyyət çəkən vətəndaşlar üçün müalicəyə çıxışın təşkili” mövzusunda məruzə edib. Həkim bölgələrdə fərdi müalicə planlarının və dərman preparatlarının davamlı tədarükünün pasiyentlərin həyat keyfiyyətinin həlledici rolunu diqqətə çatdırıb.

Mirvarid Siracova (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyanın və Sumqayıt Hospitalın Baş tibb bacısı) “Qanın laxtalanma pozuntularının müalicəsinin təşkilində tibb bacısının rolu” mövzusunda çıxış edərək koaqulopatiyalı pasiyentlərin müalicə prosesində ixtisaslaşmış orta tibb heyətinin vacib rolunu və tibb bacıları tərəfindən pasiyentlərin xəstəlik barədə maarifləndirilməsi standartlarını izah edib.

Dr. Həmid Tapdıqov (MediClub klinikasının anestezioloq-reanimatoloqu) “Xarici və daxili qanaxmalarda təcili və təxirəsalınmaz yardımın təşkili” mövzusunda çıxış edib. Dr. Tapdıqov kəskin qanaxmalar zamanı ilkin tibbi müdaxilənin elmi əsaslarını izah edərək, iştirakçılar üçün həm nəzəri, həm də praktiki elementlər ilə tədbir davam edib.

Forum iştirakçıları və beynəlxalq nümayəndələr tərəfindən böyük maraqla qarşılanan sessiya interaktiv sual-cavab hissəsi ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının regional fəaliyyət strategiyasını və nailiyyətlərini əks etdirən geniş poster sərgisi nümayiş olunub və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası

WUF 13 cərçivəsində 1-ci tədbir.20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, NGO Agency Pavilyonunda, BMT-nin ...
22/05/2026

WUF 13 cərçivəsində 1-ci tədbir.

20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, NGO Agency Pavilyonunda, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə və müalicə imkanlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilmişdir.

Tədbirin əsas mövzusu "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" olmuşdur. Təsbirin keçirilməsində əsas məqsəd şəhər və rayon yaşayış məntəqələrinin inklüziv inkişaf konsepsiyasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı (qan laxtalanma pozuntusu ilə) pasiyentin müasir tibbi xidmətlərə çıxışını və həyati vacib laxtalandırıcı faktor preparatlarının regional əlçatanlığını təmin etmək olmuşdur.

Tədbirdə səhiyyənin müxtəlif sahələrini təmsil edən aparıcı mütəxəssislər çıxış edərək xəstəliyin idarə olunmasında regional infrastrukturun formalaşdırılması ilə bağlı mühüm məsələləri diqqətə çatdırıblar:

Ayaz Hüseynov (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri) “Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı nəticəsində pasiyentlərin müalicəsində əldə edilən nailiyyətlər və gələcəyə olan əsas məqsədlər” mövzusunda çıxış edib. Ayaz Hüseynov dövlət qurumları ilə tərəfdaşlıq sayəsində əldə olunan uğurlardan danışaraq, xüsusilə region mərkəzi xəstəxanalarında Assosiasiyanın dəstəyi ilə yaradılmış multidisiplinar müalicənin təmini üçün stomatoloji, fizioterapevtik xidmətlərin və laboratoriyaların qurulmasının, habelə regional tibb heyəti üçün sistematik seminarların və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Dr. Ələmdar Cəfərzadə (Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu) “Azərbaycanın bölgələrində hemofiliyalı və digər koaqulopatiyalardan əziyyət çəkən vətəndaşlar üçün müalicəyə çıxışın təşkili” mövzusunda məruzə edib. Həkim bölgələrdə fərdi müalicə planlarının və dərman preparatlarının davamlı tədarükünün pasiyentlərin həyat keyfiyyətinin həlledici rolunu diqqətə çatdırıb.

Mirvarid Siracova (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyanın və Sumqayıt Hospitalın Baş tibb bacısı) “Qanın laxtalanma pozuntularının müalicəsinin təşkilində tibb bacısının rolu” mövzusunda çıxış edərək koaqulopatiyalı pasiyentlərin müalicə prosesində ixtisaslaşmış orta tibb heyətinin vacib rolunu və tibb bacıları tərəfindən pasiyentlərin xəstəlik barədə maarifləndirilməsi standartlarını izah edib.

Dr. Həmid Tapdıqov (MediClub klinikasının anestezioloq-reanimatoloqu) “Xarici və daxili qanaxmalarda təcili və təxirəsalınmaz yardımın təşkili” mövzusunda çıxış edib. Dr. Tapdıqov kəskin qanaxmalar zamanı ilkin tibbi müdaxilənin elmi əsaslarını izah edərək, iştirakçılar üçün həm nəzəri, həm də praktiki elementlər ilə tədbir davam edib.

Forum iştirakçıları və beynəlxalq nümayəndələr tərəfindən böyük maraqla qarşılanan sessiya interaktiv sual-cavab hissəsi ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının regional fəaliyyət strategiyasını və nailiyyətlərini əks etdirən geniş poster sərgisi nümayiş olunub və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Pasiyent Təşkilatları İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share