Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası AHİK 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir.

Bakıda İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika ...
15/05/2026

Bakıda İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə “İş yerində gender bərabərliyinin idarə olunması” mövzusunda təlim təşkil olunub.

Gender məsələləri üzrə ekspert Pərvanə Məmmədova tərəfindən keçirilən təlimdə dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbir idarəetmə səviyyəsində çalışan mütəxəssisləri gender sahəsində yeni çağırışlarla bağlı məlumatlandırmaq, gender məsələlərinə diqqəti artırmaq və praktiki iş mühitində təhlil bacarıqlarını gücləndirmək məqsədini daşıyıb. Təlim çərçivəsində keçirilən sessiyalarda gender bərabərliyi, inklüzivlik və ayrı-seçkiliklə bağlı əsas anlayışlar üzrə təqdimatlar edilib, interaktiv məşğələlər təşkil olunub.

Tədbir zamanı iş yerlərində gender bərabərsizliyinin səbəbləri, iş-həyat balansı, rəqəmsallaşma və hibrid iş modelləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar qruplar şəklində real iş yeri situasiyalarını əhatə edən keys simulyasiyaları üzərində işləyərək risklərə uyğun idarəetmə həlləri hazırlayıblar.
Qrup təqdimatları ekspertlər tərəfindən qiymətləndirilib.
Tədbirin sonunda genderə həssas kommunikasiya, inklüziv liderlik, təhlükəsiz iş mühiti və qabaqlayıcı tədbirlər üzrə nəticələr iştirakçılarla bölüşülüb.

Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilər...
15/05/2026

Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) birgə təşkilatçılığı ilə seminar təşkil edilib.

“BƏT-in standartların müəyyənləşdirilməsi və həmkarlar ittifaqlarının nəzarət mexanizmindən effektiv istifadə” mövzusuna həsr olunmuş tədbirin məqsədi beynəlxalq əmək standartlarının tətbiqi və bu sahədə həmkarlar ittifaqlarının rolunun gücləndirilməsi istiqamətində bilik və bacarıqların artırılmasıdır.

Tədbirin açılış mərasimində çıxış edən AHİK-in Aparat rəhbəri Ayaz Əliyev BƏT-lə əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən söz açıb, seminarın həmkarlar ittifaqı üzvləri üçün əhəmiyyətini vurğulayıb.

Seminarın moderatoru BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin İşçilərin Fəaliyyəti Bürosunun baş mütəxəssisi Qoça Aleksandria iştirakçılara BƏT-in missiyası, mandatı və idarəetmə sistemi barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası BƏT-in çoxsaylı konvensiyalarına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul edib. Tədbirdə ratifikasiya olunmuş konvensiyalara əməl olunmasına nəzarət mexanizmləri, o cümlədən BƏT-in CEACR (Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsi) və CAS (Standartların Tətbiqi üzrə Komitəsi) kimi qurumlarının tətbiq etdiyi müvafiq prosedurlardan bəhs olunub.

Seminarda həmkarlar ittifaqlarının nəzarət mexanizmlərində iştirakı və beynəlxalq həmkarlar ittifaqı şəbəkələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, BƏT-in NORMLEX məlumat bazasından istifadə qaydaları üzrə praktiki təqdimat keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

14/05/2026

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib

14/05/2026

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yüksəliş” müsabiqəsi tərəfindən təşkil olunan...
14/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yüksəliş” müsabiqəsi tərəfindən təşkil olunan “Məclisi-Yüksəliş” tədbiri baş tutub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin qalibləri və İşçi Qrupunun üzvləri iştirak ediblər.

Tədbirin ilk günü Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “İz” sənədli filminin nümayişi olub.

İki gün davam edən tədbir çərçivəsində iştirakçılar müxtəlif görüşlərdə, interaktiv tapşırıqlarda və mədəni proqramlarda bir araya gəliblər. Proqram müddətində Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının keçmiş Baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsənov, Xalq şairi Ramiz Rövşən və “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov ilə görüşlər keçirilib. Görüşlər zamanı qonaqlar iştirakçılarla zəngin peşəkar təcrübələrini, liderlik, milli dəyərlər, mədəni irs və komanda ruhu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin mədəni proqramında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikov və muğam triosunun ifasında muğam axşamı qonaqlara təqdim olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM)...
13/05/2026

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl keçid” prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib.
Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. “Ədalətli keçid” prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, “yaşıl iqtisadiyyat”a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.

İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT “ədalətli keçid” yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.

Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria “Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu” mövzusunda təqdimatla çıxış edib.

Sonra “İqlim dəyişikliyi və əmək dünyası” mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.Azərbaycan Həmkarlar İttifaql...
12/05/2026

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.

Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin “Günəşli” və “Abşeron” sağlamlıq mərkəzlərində, eləcə də “Miras” istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar.

Mayın 10-u müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü il...
10/05/2026

Mayın 10-u müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Həmkarlar İtti...
10/05/2026

10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının alpinistləri Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçiriblər.

Ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin ə...
10/05/2026

Ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

08/05/2026

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.

Address

Азербайджан
Baku
AZ1005

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124926693

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası:

Share

Category