AzerMDS - IFMSA Azerbaijan

AzerMDS - IFMSA Azerbaijan Azərbaycan Təbib Həkimlər və Tələbələr İctimai Birliyi👩🏻‍⚕️👨🏻‍⚕️

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildə Azərbaycanda IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri- hökumət və qeyri-siyasi federasiyasıdır. 132 ölkədən 141 milli təşkilat bu federasiy

aya tamhüquqlu üzvdür və dünya üzrə 1.4 milyondan artıq tibb tələbəsini təmsil edir.
2004-2006-cı illərdə IFMSA-da namizəd üzv kimi fəaliyyət göstərmişik. 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüyük. 2007-ci ildə “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Republikasının qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.

Əziz AzerMDS izləyiciləri və SCOME həvəskarları!🐼🤍04.06.2026 tarixində SCOME komitəsi tərəfindən təşkil olunan “Beyond M...
10/06/2026

Əziz AzerMDS izləyiciləri və SCOME həvəskarları!🐼🤍

04.06.2026 tarixində SCOME komitəsi tərəfindən təşkil olunan “Beyond Movement: Beyin Funksiyaları və Neyrocərrahi Yanaşmalar” adlı seminarımız uğurla həyata keçirildi!🧠

Seminar çərçivəsində beynin müxtəlif funksiyaları, davranış və idrak prosesləri ilə əlaqəsi, həmçinin neyrocərrahiyyənin bu sahədəki rolu haqqında ətraflı məlumat verildi. İştirakçılar mövzu ilə bağlı həm nəzəri biliklər əldə etdilər, həm də klinik nümunələrlə tanış oldular.

Spikerimiz Dr. Turab Qasımov öz peşəkar təcrübəsini iştirakçılarla bölüşərək neyrocərrahiyyəyə fərqli baxış bucağı qazandıran maraqlı müzakirələr apardı.

Seminarımıza göstərdiyiniz fəal iştirakınıza görə təşəkkür edirik, növbəti tədbirlərdə görüşənədək!✨

Əziz AzerMDS izləyiciləri! 🤩AzerMDS nəzdində fəaliyyət göstərən Əczaçılıq üzrə kiçik işçi qrupunun 5 aylıq səmərəli fəal...
08/06/2026

Əziz AzerMDS izləyiciləri! 🤩

AzerMDS nəzdində fəaliyyət göstərən Əczaçılıq üzrə kiçik işçi qrupunun 5 aylıq səmərəli fəaliyyət dövrü rəsmi bağlanış mərasimi ilə yekunlaşmışdır.

Hesabat dövrü ərzində işçi qrupu tərəfindən bacarıq və biliklərin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra mühüm layihələr icra edilmişdir. Fəaliyyət müddətində xarici mütəxəssislərin iştirakı ilə əczaçılıq sahəsinə dair beynəlxalq vebinarlar, seminarlar və praktiki vörkşoplar təşkil olunmuşdur. Bununla yanaşı, tələbələrin xarici dil bacarıqlarının inkişafı üçün ingilis dili danışıq günləri keçirilmiş, həmçinin rəqəmsal platformalarda maarifləndirici infopostlar işıqlandırılmışdır.

Bağlanış mərasimində işçi qrupunun fəaliyyət müddəti ərzində yüksək aktivlik nümayiş etdirən üzvləri rəsmi sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunmuşdur. Tədbir çərçivəsində çıxış edən üzvlər 5 aylıq fəaliyyət dövrünə dair təəssüratlarını bölüşmüş, əldə etdikləri təcrübə və qazanılmış nailiyyətləri diqqətə çatdırmışlar.

İşçi qrupunun fəaliyyətində əməyi keçən və layihələrin uğurla icra olunmasına töhfə verən bütün komanda üzvlərinə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Hörmətli AzerMDS izləyiciləri və SCOME həvəskarları! 🐼🤍SCOME komitəsi olaraq növbəti “Beyond Movement: Beyin funksiyalar...
01/06/2026

Hörmətli AzerMDS izləyiciləri və SCOME həvəskarları! 🐼🤍

SCOME komitəsi olaraq növbəti “Beyond Movement: Beyin funksiyaları və neyrocərrahi yanaşmalar” seminarı ilə qarşınızdayıq! 🧠✨

Bu seminar çərçivəsində beynin müxtəlif strukturları ilə davranış, idrak və funksional dəyişikliklər arasındakı əlaqələr müzakirə olunacaq. Neyrocərrahiyyənin yalnız hərəkət pozğunluqları ilə məhdudlaşmadığını, eyni zamanda insan davranışına, qərarvermə proseslərinə və gündəlik funksiyalarına təsirini klinik nümunələr əsasında öyrənəcəksiniz💫

Mövzu sizə beyin patologiyalarının klinik təzahürlərini daha dərindən anlamağa və neyrocərrahi yanaşmalar haqqında ilkin klinik baxış formalaşdırmağa kömək edəcək⚡️

👨‍⚕️ Təlimçi: Dr. Turab Qasımov
Hegau Bodensee Klinikum Singen-in Neyrocərrahiyyə departamentinin sədr müavini və baş məsləhətçisidir. O, neyrocərrahiyyə sahəsində geniş klinik təcrübəyə sahib olmaqla yanaşı, müasir neyrocərrahi yanaşmalar və beyin funksiyalarının klinik aspektləri üzrə aktiv fəaliyyət göstərir.

📍 Məkan: Globus Center, 13-cü mərtəbə
📅 Tarix: 04.06.2026
🕔 Saat: 17:00

🔗Qeydiyyat linki bio’da yerləşdirilib.

💥Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!

AzerMDS üzvləri 17–22 may tarixlərində keçirilən WUF13 tədbirində müxtəlif sahələr üzrə könüllü olaraq iştirak ediblər. ...
30/05/2026

AzerMDS üzvləri 17–22 may tarixlərində keçirilən WUF13 tədbirində müxtəlif sahələr üzrə könüllü olaraq iştirak ediblər. 🌍✨

Bu müddət ərzində onlar yalnız yeni bilik və təcrübələr qazanmayıb, eyni zamanda fərqli ölkələrdən olan insanlarla tanış olaraq unudulmaz anlar yaşayıblar. Komanda işi, ünsiyyət və beynəlxalq tədbir mühiti hər bir iştirakçı üçün dəyərli təcrübəyə çevrilib. 💙

AzerMDS olaraq üzvlərimizin inkişafına töhfə verən belə imkanların bir parçası olmaqdan qürur duyuruq!

Hörmətli AzerMDS izləyiciləri və SCORP həvəskarları! 💚SCORP komitəsi olaraq sizə növbəti maarifləndirici seminarımızı tə...
25/05/2026

Hörmətli AzerMDS izləyiciləri və SCORP həvəskarları! 💚

SCORP komitəsi olaraq sizə növbəti maarifləndirici seminarımızı təqdim edirik:
✨ “HIDDEN HARM - Hamiləlikdə narkotik və psixotrop maddələrin istifadəsi”

🧠 Bu seminarda hamiləlik dövründə narkotik və psixotrop maddələrin istifadəsinin ana və döl sağlamlığına təsirləri, bu problemin hüquqi və sosial aspektləri, həmçinin beynəlxalq və yerli yanaşmalar kimi vacib mövzular müzakirə olunacaq.

🎙️ Spikerimiz: Vəkil Zinyət Ağamalıyeva — Bakı şəhəri Sirius Vəkil Bürosunda fəaliyyət göstərir və Vəkillər Kollegiyasının üzvüdür. Eyni zamanda Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) təlimçisidir. Zinyət xanım 15 ildən çox hüquq təcrübəsinə malikdir və müxtəlif elmi-hüquqi jurnallarda məqalələri dərc olunub. 👩‍⚖️

🗓️ Tarix: 27.05.2026
🕐 Saat: 20:00
📍 Məkan: Google Meet

⭐️ Bir insanın seçimi bəzən iki həyatın gələcəyinə təsir edir. Mövzuya həm tibbi, həm hüquqi, həm də sosial aspektdən yanaşacağımız bu seminarımızda hər birinizi gözləyirik! 💚

Əziz AzerMDS izləyiciləri! 🤩Sizlərlə növbəti uğurlu əməkdaşlığımızı bölüşməkdən məmnunluq duyuruq.16-17 may tarixlərində...
25/05/2026

Əziz AzerMDS izləyiciləri! 🤩

Sizlərlə növbəti uğurlu əməkdaşlığımızı bölüşməkdən məmnunluq duyuruq.

16-17 may tarixlərində Azərbaycan Neyrocərrahlar Assosiasiyasının təşkilatçılığı ilə ll Milli Neyrocərrahiyə Konqresi təşkil olunmuşdur. Əməkdaşlığımız çərçivəsində AzerMDS üzvləri konqresdə aktiv iştirak etmişdir.

◼️Üzvlərimiz tədbir müddətində neyrocərrahiyyə sahəsindəki son elmi yeniliklərlə yaxından tanış olmuş və peşəkar mütəxəssislərlə təcrübə mübadiləsi aparmışlar.

Tibb təhsili və elminin inkişafı istiqamətində tərəfdaşlıqlarımızı davam etdiririk. 🤝

TibbTələbələri

Dəyərli SCOPH həvəskarları! 🧡✨Sizə böyük məmnuniyyətlə “Gut Guardians: Bağırsaq florasının bağırsaq funksiyasındakı rolu...
19/05/2026

Dəyərli SCOPH həvəskarları! 🧡✨

Sizə böyük məmnuniyyətlə “Gut Guardians: Bağırsaq florasının bağırsaq funksiyasındakı rolu” adlı maarifləndirici seminarımızı təqdim edirik!

Bu seminarda bağırsaq florasının həzm sistemi və ümumi sağlamlıq üzərindəki təsiri, bağırsaq funksiyalarının qorunmasında mikrobiotanın rolu, gündəlik həyat tərzi və qidalanmanın bağırsaq sağlamlığı ilə əlaqəsi haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda sağlam bağırsaq mühitini qorumaq üçün düzgün qidalanma vərdişləri, profilaktik yanaşmalar və faydalı tövsiyələr müzakirə olunacaq.

🎤 Speaker: Prof. Dr. Tarkan Karakan
O, Qazi Universitetinin Qastroenterologiya şöbəsində fəaliyyət göstərir.

📅 Tarix: 20 may, 21:00
📍 Məkan: Google Meet

🧡 Bağırsaq sağlamlığınızı qorumaq və mikrobiota haqqında daha çox məlumat əldə etmək üçün siz də bizə qoşulun!

Qeydiyyat linki biodadır.

Hörmətli AzerMDS izləyiciləri! 🤩🩵AzerMDS nəzdində fəaliyyət göstərən Əczaçılıq üzrə Kiçik İşçi Qrupu olaraq sizi “MedTAL...
13/05/2026

Hörmətli AzerMDS izləyiciləri! 🤩🩵
AzerMDS nəzdində fəaliyyət göstərən Əczaçılıq üzrə Kiçik İşçi Qrupu olaraq sizi “MedTALK2: English Conversation Club” layihəmizə dəvət edirik! 🗣️🇬🇧

Bu dəfə həm əylənəcək, həm yeni insanlarla tanış olacaq, həm də ingilis dili bacarıqlarımızı təkmilləşdirəcəyik! Tədbirimizdə sizi nələr gözləyir? 🥳

🔹 Müxtəlif oyunlar və aktivliklər: İngilis dili və tibb mövzulu maraqlı komanda oyunları, interaktiv fəaliyyətlər və əyləncəli yarışmalar ilə vaxtınızı səmərəli keçirəcəksiniz! 🎯🎲

🔹 Xarici tələbələrlə ünsiyyət fürsəti: Tədbirimizə qatılacaq xarici tələbələrlə ünsiyyət quraraq yeni dostluqlar qazana, fərqli mədəniyyətlərlə tanış ola və danışıq bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. 🌍🤝

🔹 Mahnı oxuyub əylənmək: Tədbir boyu birlikdə mahnılar oxuyacaq, pozitiv və enerjili atmosferdə unudulmaz anlar yaşayacağıq! 🎤✨

🔹 Müxtəlif hədiyyələr: Oyun və aktivliklərdə fərqlənən iştirakçılar üçün maraqlı sürpriz hədiyyələr nəzərdə tutulub! 🎁🏆

🔹 Əyləncəli mühit: “Deyib-gülərək inkişaf edək” devizi altında keçiriləcək klubumuzda vaxtınızı həm faydalı, həm də çox əyləncəli keçirəcəyinizə əminik! 🤩🩵

⚠️ Qeyd: İştirakçıların ingilis dili səviyyəsinin ən azı A2 olması tövsiyə edilir.

🗓️ Tarix: 16 may
⏰ Saat: 12:00
📍 Məkan: Dədə Qorqud parkı

Gəlin, birlikdə həm öyrənək, həm əylənək, həm də unudulmaz bir gün keçirək! ☺️🩵

Qeydiyyat linki Bio hissəsində yerləşdirilib.🖇

Hörmətli AzerMDS izləyiciləri və SCORP həvəskarları! 💚SCORP komitəsi olaraq sizə “Fövqəladə Hallar: Tibbi, Humanitar, Hü...
08/05/2026

Hörmətli AzerMDS izləyiciləri və SCORP həvəskarları! 💚

SCORP komitəsi olaraq sizə “Fövqəladə Hallar: Tibbi, Humanitar, Hüquqi və Epidemioloji Aspektlər“ adlı interaktiv treninqimizi təqdim edirik! ✨

🚨 Layihə 3 gün ərzində baş tutacaq və iştirakçılar fövqəladə hallar (zəlzələ, yanğın, dağıntı, kütləvi xəsarət halları və s.) zamanı ilkin göstərilə biləcək tibbi yardım, tələbələrin öhdəlikləri, hüquqi və epidemioloji aspektlər kimi mühüm mövzularla yaxından tanış olacaqlar. Treninq müddətində praktiki sessiyalar, case müzakirələri və teamwork əsaslı fəaliyyətlər həyata keçiriləcəkdir. 🩺

🎙️Spikerlərimiz:

👩‍⚕️ Yaqut Qarayeva — epidemioloq və səhiyyə idarəçiliyi üzrə mütəxəssisdir. Hazırda TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. Yaqut xanım uzun illər infeksiya nəzarəti, epidemiologiya və səhiyyənin təşkili sahəsində çalışmış, həm yerli, həm də beynəlxalq təlim və proqramlarda iştirak etmişdir.

👩‍⚕️ Cahan Cavadova — BFA BLS ACLS təlimçisi və terapevtdir. O, həmçinin Medic School-un əməkdaşıdır və hazırda RTTTYM-də fəaliyyət göstərir. Cahan xanım ilkin yardım və təcili müdaxilə sahəsində təlimlər keçir. ✨

✨ Maksim Ağayev — Azərbaycan Tibb Universitetinin III kurs tələbəsi, SCORE Komitəsinin Ümumi Assistenti və ISAEM-in Azərbaycandakı səfiridir. O, IFMSA tərəfindən təşkil olunmuş YHT (Young Humanitarian Training), AtoP və EARTH workshoplarının iştirakçısı olmuşdur.

🗓️Tarixlər:
•11.05.2026 16:00/Konfrans zalı
•13.05.2026 16:00/Konfrans zalı
•16.05.2026 12:00/İclas otağı

📍Məkan: Globus Center, 13cü mərtəbə

📜 Sertifikat əldə etmək üçün hər 3 sessiyada iştirak vacibdir‼️

❗️İştirakçı limiti 25 nəfərdir. Limit dolduqdan sonra qeydiyyat linki bağlanacaq.

⭐️Böhran anlarında düzgün qərar vermək yalnız tibbi bilik deyil, həm də hazırlıq, məsuliyyət və komanda işi tələb edir. Hamınızı treninqimizdə görməyə şad olarıq!💚

Dəyərli AzerMDS sevərlər,❤️ Sizlərə böyük məmnuniyyətlə SCORA komitəsinin vebinarını təqdim edirik:"Cinsi Təcavüz Hallar...
08/05/2026

Dəyərli AzerMDS sevərlər,❤️

Sizlərə böyük məmnuniyyətlə SCORA komitəsinin vebinarını təqdim edirik:"Cinsi Təcavüz Hallarında Məhkəmə Ekspertizası" 🏛️🤝

Bu vebinarda cinsi istismar hallarında məhkəmə prosesinin aparılmasının incəlikləri, belə hallarda sübutların toplanması və qiymətləndirilməsi, DNT və digər bioloji nümunələrin düzgün şəkildə götürülməsi və analiz olunması, həmçinin ekspert rəylərinin məhkəmə prosesindəki rolu ətraflı şəkildə müzakirə olunacaq. 🧬⚖️

🎙️ Spikerimiz: Dr. Ulviyya Mustafayeva İstanbul Universiteti-Cerrahpaşa Adli Tip və Adli Bilimlər İnstitutunda Genetik Kimlikləndirmə üzrə doktorantura təhsili almışdır. Genetik identifikasiya, məhkəmə genetikası və bioinformatika sahəsində fəaliyyət göstərir. Hal hazırda Bakı Dövlət Universitetində və Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzində fəaliyyət göstərməkdədir.
DNT analizləri, genetik markerlərin araşdırılması və süni intellektin məhkəmə tibbi ekspertizaya tətbiqi üzrə təcrübəyə malikdir. Əsas araşdırma mövzusu genetik üz kimlikləndirməsi ( Facial identification) üzrədir bu sahədə patenti olmaqdadır.
Eyni zamanda cinsi təcavüz hallarında məhkəmə ekspertizası, bioloji örnəklərin götürülməsi və görüntülənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdə çalışmışdır. Genomika və laboratoriya texnologiyaları istiqamətində müxtəlif elmi və praktiki layihələrdə iştirak etmişdir.

🗓️Tarix: 10.05.2026
🕗Saat: 20:00
📌 Məkan: Google Meet

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when AzerMDS - IFMSA Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AzerMDS - IFMSA Azerbaijan:

Share