Ireli Ictimai Birliyi

Ireli Ictimai Birliyi "İRƏLİ" İctimai Birliyinin rəsmi feysbuk səhifəsi / Official page of Ireli Public Union / Официальная Страница Общественного Объединения “Ирели”
(316)

Qeydiyyat davam edir!
22/06/2026

Qeydiyyat davam edir!

Gənclərlə işləyən şəxslər, QHT nümayəndələri, müəllimlər, Gənclər Evlərinin əməkdaşları və rəqəmsal dünyada dəyişiklik yaratmaq istəyən gənclər üçün yeni imkan!💥

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihə rəqəmsal savadlılıq, kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması, media savadlılığı və süni zəka dövründə yayılan saxta xəbərlərlə mübarizə istiqamətində gəncləri gücləndirməyi hədəfləyir.🫆

📍 Layihə çərçivəsində seçiləcək 25 iştirakçı Bakıda keçiriləcək təlimlərdə iştirak edəcək və daha sonra öz bölgələrində rəqəmsal maarifləndirmə fəaliyyətləri həyata keçirəcəklər.

💡 Təlim proqramında:
• Rəqəmsal etika və təhlükəsizlik
• Fake news və AI əsaslı manipulyasiyalar
• Şəxsi məlumatların qorunması
• Təlimçilik və fasilitasiya bacarıqları
• Sosial media kampaniyalarının hazırlanması
• Rəqəmsal resurs və kontent yaradılması mövzuları yer alacaq.

🎯 Layihənin əsas məqsədi yalnız məlumat vermək deyil, rəqəmsal savadlılıq üzrə yeni nəsil təlimçilər yetişdirməkdir.

📌 Kimlər müraciət edə bilər?
• 22-35 yaş arası gənclər
• QHT və Gənclər Evlərinin nümayəndələri
• Müəllimlər və təhsil işçiləri
• Gənclərlə işləyən şəxslər
• Rəqəmsal mövzulara marağı olan aktiv gənclər

📣 Layihə çərçivəsində iştirakçılar gələcəkdə kampaniyasının bir hissəsinə çevrilərək minlərlə gəncin rəqəmsal təhlükələrə qarşı maariflənməsinə töhfə verəcəklər.

🗓 Müddət: May – İyul 2026
📍Bakı şəhəri
Qeydiyyat üçün son tarix: 22 iyun

Rəqəmsal dünyada təhlükəsiz, etik və məlumatlı gələcəyin bir parçası olmaq istəyirsənsə, müraciət üçün "rəqəmsal bacarıqlar" yazmağınız kifayətdir🌐

Qeyd: Təlimlərdə iştirak etmiş şəxslər növbəti mərhələdə öyrəndiyi bilikləri gənclərə çatdırmaq üçün görüşlər təşkil etməli, ən az 100 nəfəri maarifləndirməlidir.

Erasmus+ layihəsi üçün qeydiyyatdan keçməyə tələsin!Gənclərlə işləyirsənsə, Erasmus+ proqramı haqqında biliklərini artır...
22/06/2026

Erasmus+ layihəsi üçün qeydiyyatdan keçməyə tələsin!

Gənclərlə işləyirsənsə, Erasmus+ proqramı haqqında biliklərini artırmaq və beynəlxalq təcrübə qazanmaq istəyirsənsə, “Blueprints for Change: Crafting Youth Exchanges that Empower Communities” layihəsinə qoşul!

Layihə çərçivəsində iştirakçılar Erasmus+ Gənclər Mübadiləsi layihələrinin hazırlanması və idarə olunması, qeyri-formal təhsil metodları, inklüziv yanaşmalar, eləcə də rəqəmsal və AI alətlərinin gənclər işində tətbiqi üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.

Azərbaycan, Türkiyə, Malta, Latviya və Rumıniyadan olan iştirakçılarla birlikdə öyrənmək, təcrübə mübadiləsi aparmaq və yeni beynəlxalq əməkdaşlıqlar qurmaq fürsətini qaçırmayın!

🇹🇷 Trabzon, Türkiyə
📅 11–20 avqust 2026

Deadline: 27 iyun

Qeydiyyat üçün "+" göndərməyiniz kifayətdir.

"Solo Gənclik" layihəsinin növbəti tədbiri baş tutub."İRƏLİ" İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muz...
17/06/2026

"Solo Gənclik" layihəsinin növbəti tədbiri baş tutub.

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində həyata keçirilən konsert proqramı çərçivəsində qarmon ifaçısı Fazil Heybətzadənin ifasında müxtəlif əsərlər səsləndirilib.

Gənclərlə işləyən şəxslər, QHT nümayəndələri, müəllimlər, Gənclər Evlərinin əməkdaşları və rəqəmsal dünyada dəyişiklik y...
16/06/2026

Gənclərlə işləyən şəxslər, QHT nümayəndələri, müəllimlər, Gənclər Evlərinin əməkdaşları və rəqəmsal dünyada dəyişiklik yaratmaq istəyən gənclər üçün yeni imkan!💥

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihə rəqəmsal savadlılıq, kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması, media savadlılığı və süni zəka dövründə yayılan saxta xəbərlərlə mübarizə istiqamətində gəncləri gücləndirməyi hədəfləyir.🫆

📍 Layihə çərçivəsində seçiləcək 25 iştirakçı Bakıda keçiriləcək təlimlərdə iştirak edəcək və daha sonra öz bölgələrində rəqəmsal maarifləndirmə fəaliyyətləri həyata keçirəcəklər.

💡 Təlim proqramında:
• Rəqəmsal etika və təhlükəsizlik
• Fake news və AI əsaslı manipulyasiyalar
• Şəxsi məlumatların qorunması
• Təlimçilik və fasilitasiya bacarıqları
• Sosial media kampaniyalarının hazırlanması
• Rəqəmsal resurs və kontent yaradılması mövzuları yer alacaq.

🎯 Layihənin əsas məqsədi yalnız məlumat vermək deyil, rəqəmsal savadlılıq üzrə yeni nəsil təlimçilər yetişdirməkdir.

📌 Kimlər müraciət edə bilər?
• 22-35 yaş arası gənclər
• QHT və Gənclər Evlərinin nümayəndələri
• Müəllimlər və təhsil işçiləri
• Gənclərlə işləyən şəxslər
• Rəqəmsal mövzulara marağı olan aktiv gənclər

📣 Layihə çərçivəsində iştirakçılar gələcəkdə kampaniyasının bir hissəsinə çevrilərək minlərlə gəncin rəqəmsal təhlükələrə qarşı maariflənməsinə töhfə verəcəklər.

🗓 Müddət: May – İyul 2026
📍Bakı şəhəri
Qeydiyyat üçün son tarix: 22 iyun

Rəqəmsal dünyada təhlükəsiz, etik və məlumatlı gələcəyin bir parçası olmaq istəyirsənsə, müraciət üçün "rəqəmsal bacarıqlar" yazmağınız kifayətdir🌐

Qeyd: Təlimlərdə iştirak etmiş şəxslər növbəti mərhələdə öyrəndiyi bilikləri gənclərə çatdırmaq üçün görüşlər təşkil etməli, ən az 100 nəfəri maarifləndirməlidir.

15 İyun- Milli Qurtuluş Günü
15/06/2026

15 İyun- Milli Qurtuluş Günü

07/06/2026
“Öyrənmək üçün oyna” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş 25 müəllim, 25 fərqli məktəbdə seçilmiş siniflərin şag...
03/06/2026

“Öyrənmək üçün oyna” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş 25 müəllim, 25 fərqli məktəbdə seçilmiş siniflərin şagirdləri arasında dərsə marağın və oxuyub-anlama bacarıqlarının ölçülməsi məqsədilə ilkin qiymətləndirmə testləri həyata keçiriblər.

Layihə müəllimlərin oyun əsaslı öyrənmə metodları ilə tanış olmasını və bu metodların tədris prosesində tətbiqini təşviq edən uzunmüddətli proqramdır. Proqramın əsas məqsədi şagirdlərin həm dərsə marağını artırmaq, həm də oxuyub-anlama bacarıqlarının inkişafına töhfə verməkdir.

Bu baxımdan, müasir tədris metodlarının tətbiqindən əvvəl mövcud vəziyyətin müəyyənləşdirilməsi və nəticələrin ölçülməsi üçün ilkin qiymətləndirmələrin aparılması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyə dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.

Nuray Allahverdiyevanın solo konserti baş tutub🎹"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini...
02/06/2026

Nuray Allahverdiyevanın solo konserti baş tutub🎹

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Qara Qarayevin ev muzeyində həyata keçirilən konsert proqramı çərçivəsində piano ifaçısı Nuray Allahverdiyevanın ifasında müxtəlif dünya və milli klassiklərinin əsərləri səsləndirilib. Konsertin gedişatında ifaçını Əsmər Hacızadə, Rəsul Cahangirli, Esmira Hüseynova müşayiət edib.

İRƏLİ gəncləri beynəlxalq layihədə iştirak edib.🌐Youth for Exchange and Understanding beynəlxalq təşkilatının təşkilatçı...
30/05/2026

İRƏLİ gəncləri beynəlxalq layihədə iştirak edib.🌐

Youth for Exchange and Understanding beynəlxalq təşkilatının təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində həyata keçirilən “PoEM – Palette of Emotions: Supporting Young People’s Emotional Wellbeing through Art” adlı təlim proqramına gənclərlə işləyən şəxslər qoşulublar.

9–18 may 2026-cı il tarixlərində baş tutan proqramda Azərbaycandan İRƏLİ İctimai Birliyi əməkdaşları olmaqla, 11 Avropa ölkəsindən iştirakçılar bir araya gələrək incəsənət əsaslı metodlar vasitəsilə gənclərin emosional rifahı, emosional savadlılığı və özünüifadə bacarıqlarının inkişafı istiqamətində bilik və təcrübə mübadiləsi aparıblar.

Layihə çərçivəsində iştirakçılar müxtəlif praktik fəaliyyətlər, qrup işləri və beynəlxalq əməkdaşlıq imkanları ilə yanaşı, yerli icmalarında tətbiq edə biləcəkləri fəaliyyət planları hazırlayıblar. 🌍✨

Address

Binəqədi Rayonu 7-ci Mikrorayon, S. S. Axundov Küçəsi 112
Baku
AZ1014

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ireli Ictimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ireli Ictimai Birliyi:

Share