08/05/2026
8 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyi tərəfindən Xudafərin Şadlıq Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi, “Tərəqqi” medallı, Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Xəqani Səfərov bildirib ki, milli maraqlara əsaslanan dövlət idarəçiliyi, elmin, təhsilin və mədəniyyətin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar Heydər Əliyevin müəyyən etdiyi strateji kursun məntiqi davamıdır.
Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Mirzəzadə, Xudafərin Şadlıq Sarayının rəhbəri Siyavuş Əsgərov, 201 nömrəli məktəbin tarix müəllimi Dahid Cəfərov, Yazıçılar Birliyinin üzvü, dosent Fəxrəddin Əliyev, Nizami rayon seçki dairəsinin sədri Fəridə Rzayeva, ehtiyatda olan polkovnik Niyazi Məmmədov, həmçinin Qərbi Azərbaycan İcmasının Nizami rayon idarə heyətinin üzvü Lətifə Hüseynova çıxış edərək vurğulayıblar ki, Slavyan universitetinin dosenti Dürdanə Hümbətova ,Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan öz geostrateji mövqeyindən, iqtisadi və mədəni potensialından səmərəli istifadə edərək qısa müddətdə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb və dinamik inkişaf edən dövlətlərdən birinə çevrilib.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişafının, sabitliyinin və gələcəyinin əsasını təşkil edir. Ulu Öndər öz xilaskarlıq missiyası ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.