Sehid ovladları ve kimsesiz usaqlara yardım

Sehid ovladları ve kimsesiz usaqlara yardım Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sehid ovladları ve kimsesiz usaqlara yardım, Charitable organisation, Yeni Yasamal. Əsəd Əhmədov 45 a, Baku.

08/11/2024



8 Noyabr – Zəfər günü / 8 Noyabr, 2021











🇦🇿🇦🇿🇦🇿

Bu gün, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.

Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.

Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

🇦🇿🇦🇿 Bu gün Araz Səmədağa oğlu Cəfərovun şəhidlik məqamına ucaldığı gündür. Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilaba...
01/11/2024

🇦🇿🇦🇿 Bu gün Araz Səmədağa oğlu Cəfərovun şəhidlik məqamına ucaldığı gündür.

Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub.

O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda iştirak edib.

Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

🎖️🎖️🎖️Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

29/10/2024

27 oktyabr 2024 cü il tarixində "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" ictimai birliyinin təşkilatçılığı və " AAAF ın Şirinləri uşaq bağçasının maddi dəstəyi ilə şəhid xanımlarına səhər yeməyi təşkil olundu. Möhtəşəm tədbirə göstərdiyi dəstəyə görə uşaq bağçasının rəhbəri Nuranə xanıma təşəkkür edirik.
Tədbirdə təşkilatın sədri Pərişan Əsədova və uşaq bağçasının rəhbəri Nuranə xanım çıxış edərək hər zaman şəhid ailələrinin yanında olduqlarını qeyd etdilər.

25/10/2024

Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin təşkilatçılığı ilə 19 oktyabr 2024 cü il tarixində rəssam rəhbərliyi ilə şəhid övladları üçün masterclass təşkil olunmuşdur.

Tədbir ilk şəhid ailələri üçün təşkil olunmuş günorta yeməyi ilə başlamışdır. Daha sonra rəssam Mehriban xanım ilə birlikdə əmanət şəhid övladlarının masterklassı təşkil olunmuşdur.

Tədbirdə təşkilatın sədri və rəssam Mehriban xanım çıxış edərək hər zaman şəhid ailələrinin yanında olduqlarını xüsusilə qeyd etmişdilər.
Tədbirin sonunda Mehriban xanım şəhid övladlarına hədiyyələrini təqdim etmişdir.

Bu gün Emin Valik oğlu Ağazadənin şəhidlik zirvəsinə ucaldıqı gündür. Ağazadə Emin Valik oğlu 1991-ci il 22 mart İsmayıl...
25/10/2024

Bu gün Emin Valik oğlu Ağazadənin şəhidlik zirvəsinə ucaldıqı gündür. Ağazadə Emin Valik oğlu 1991-ci il 22 mart İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur. Emin çox çalışqan, ailəcanlı, mərd, mərhəmətli, xeyirxah bir şəxsiyyət idi. Hər kəs ona elə sağlığında çox hörmət edirdi. Çünki hər kəsin köməyinə çatardı.

2020-ci ildə 27 sentyabr tarixində ölkə başçımız, Ali baş komando, Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə səfərbərlik elan etməsindən sonra Emin döyüşlərə könüllü olaraq qatılmaq üçün, hərbi komissarlığa müraciət etmişdir.

Emin 5 oktyabr 2020-ci ildə təlimlərə yola düşmüşdür. Hər zaman həvəslə çalışaraq təlimlərdə iştirak edib, daha sonra döyüş meydanına yola düşmüşdür. Emin Cəbrayıl, Füzuli, Qubadlı və son dəfə Laçın İstiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Emin hər zaman ailəsi ilə əlaqədə olduğunu və hər şeyin qaydasında olduğunu məlumat verərdi, sonuncu dəfə 24 oktyabr tarixində zəng edərək, qızı Mələyin səsini eşitmək istədi və sonuncu dəfə danışarmışcasına hər kəslə sağollaşdı və sonda sevinərək “Daha da irəli gedirik” deyib “Bayrağa bükülüb geri qayıdacam” dedi. O, 25 oktyabr 2020-ci il tarixində Laçının Səfiyan kəndində qəhramanlıqla döyüşərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Emin Ağazadə 27 oktyabr tarixində İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn olunmuşdur. Emin şəhid olduqdan sonra ölkə başçımız Prezidentimiz İlham Əliyev cənablarının sərəncamlarına əsasən:

“ Vətənin azadlığı uğrunda”,
“Qubadlının azadlığı uğrunda”,
“Laçının azadlığı uğrunda” medalları və
“Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif olunmuşdur.

Şəhid Emin Ağazadənin 2 qız övladı əmanət qalmışdır.
Şəhadətindən sonra dünyaya göz açan övladı öz adına uyğun olaraq Emiliya adı qoyulmuşdur.

Ruhu şad olsun !

18/10/2024

Bu gün şanlı müstəqillik mübarizəsinin zəfərlə sona çatmasının 33-cü ili tamam olur.

Bütün Azərbaycan xalqını 18 oktyabr Müstəqillik Günü münasibətilə təbrik edirik!

Bu gün Şəhid Həsən Həsənovun  xanımı Qəriyyə Həsənova, "Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin" ...
16/10/2024

Bu gün Şəhid Həsən Həsənovun xanımı Qəriyyə Həsənova, "Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin" sədri Pərişan Əsədova tərəfindən təşkilata Bakı şəhəri üzrə "Baş koordinator" olaraq təyin edilib. Uğurlar arzu edirik.🇦🇿🇦🇿🇦🇿

Qeyd edək ki, Həsən Rəhim oğlu Həsənov oktyabrın 2-də Füzuli rayonunun "Əhmədbəyli kəndi"uğurunda gedən döyüşlərdə 6 əsgər yoldaşını döyüş bölgəsindən çıxarandan sonra qəhrəmancasına şəhid olub. Həsənov Həsən oktyabr ayının 3-də Şirvan şəhərinin "Şəhidlər Xiyabanında" dəfn olunub.

Azərbaycan Respublikasının Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamı ilə ölümündən sonra Həsən Rəhim oğlu Həsənov
"Vətən uğurunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 25 dekabr 2020+-ci il Sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunması uğurunda" medalı ilə təltif olunub.

Ruhu şad olsun ! 🇦🇿🇦🇿🇦🇿

Bu gün Şəhid Anar Əliyevin xanımı Günel Əliyeva Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin sədri Pər...
15/10/2024

Bu gün Şəhid Anar Əliyevin xanımı Günel Əliyeva Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin sədri Pərişan Əsədova tərəfindən təşkilata Bakı şəhəri üzrə baş koordinator olaraq təyin edilib. Uğurlar arzu edirik.🇦🇿🇦🇿🇦🇿

Qeyd edək ki, Anar Əliyev oktyabrın 26-da Füzuli rayonunun azad edilməsi uğrunda şəhid olmuşdur. Şəhidimiz oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 🇦🇿🇦🇿🇦🇿

Bu gün Şəhid Ayaz İmanzadənin xanımı Gülşən İmanzadə, Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin səd...
15/10/2024

Bu gün Şəhid Ayaz İmanzadənin xanımı Gülşən İmanzadə, Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyinin sədri Pərişan Əsədova tərəfindən təşkilata Bakı şəhəri üzrə baş koordinator olaraq təyin edilmişdir.
Uğurlar arzu edirik. 🇦🇿🇦🇿🇦🇿

Qeyd edək ki, Şəhid Ayaz İmanzadə 02.10.2020 ci ildə Fizuli uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalır. Doğulduğu Neftçala rayonunda Şəhidlər xiyabanında dəfn olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid İmanzadə Ayaz Daşqın oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Füzulinin azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.2021 ci ildə isə Cənab Prezidentimiz tərəfindən İgidliyə görə medalı ilə təltif olunmuşdur. 🇦🇿🇦🇿🇦🇿

🇦🇿🇦🇿 Toy gününün ildönümündə dəfn edilən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Baş Giziri Şəhid Rəşidov İlham. 1983-cü ildə...
10/10/2024

🇦🇿🇦🇿 Toy gününün ildönümündə dəfn edilən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Baş Giziri Şəhid Rəşidov İlham.

1983-cü ildə Türkmənistanın Mari vilayətində anadan olub. Orta təhsilini Xudat şəhərində alıb. Hərbi xidmətdən sonra "Gizir Hazırlıq" məktəbinə daxil olub, "Xüsusi Təyinatlı Qüvvələr" (XTQ) kursunu keçir. Kəşfiyyatçı (Mütəxəssis-İstehkamçı) vəzifəsində xidmətə başlayır.

"Xüsusi Təyyinatlı Qüvvələrdə (XTQ) Baş Gizir" rütbəsində bir çox xüsusi və məxvi əməliyyatlarda iştirak edib. 4 dil bilən Şəhid Rəşidov İlham bir neçə ölkədə xüsusi təlim keçib. Peşəkarlıqını artdırdıqca özüdə kəşfiyyatçılar yetişdirməyə başlayıb.

2016-cı ildə "Aprel döyüşlərinin" iştirakçısı olub. Xidmətində göstərdiyi uğurlara görə bir neçə medalla təltif edilib. 🎖🎖🎖

2020-ci il sentyabrın 27-də "Vətən müharibəsi" başlayan gün, 12 saatlıq əməliyyat ərzində "Murovdağ" ermənilərdən azad edilir. Bu döyüşdə qəhrəmanlıq gösdərən Şəhid Rəşidov İlham, yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxarmaqa çalışan zaman "ŞƏHİD" olur.

Baş Gizir Rəşidov İlham ailəli idi, Dərya adlı qızı və İlhan adlı oğlu Azərbaycan xalqına yadigar qalıb. Şəhidimiz toy gününün il dönümündə böyük izdihamla torpaqa tapşırılır.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Baş Giziri Şəhid Rəşidov İlham ölümündən sonra " Vətən uğurunda" medalı ilə təltif edilib.

Ruhu şad olsun !

🇦🇿🇦🇿 Şəhid Vasif Natiq oğlu Həmidov Şəki 1987-ci il iyulun 4-də Şəki rayonunda anadan olub.  27 oktyabr 2020-ci ildə Suq...
09/10/2024

🇦🇿🇦🇿 Şəhid Vasif Natiq oğlu Həmidov Şəki 1987-ci il iyulun 4-də Şəki rayonunda anadan olub.

27 oktyabr 2020-ci ildə Suqovuşan döyüşlərində şəhadətə ucalıb.

Həmidov Vasif döyüşdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğurunda", "Suqovuşan azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarıyla təltif olunub.🎖🎖🎖

Bir oğlan və bir qız olmaqla 2 övladı var. Qızı Həmidova Ayan Vasif qızı 4 yaşı var. Oğlu Həmidov Ayxan Vasif oğlu 8 yaşı var.

Ruhu şad olsun !

27/09/2024

Taleh Mansurun qələmindən...

Address

Yeni Yasamal. Əsəd Əhmədov 45 A
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994702553003

Website

Alerts

Be the first to know and let us send you an email when Sehid ovladları ve kimsesiz usaqlara yardım posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share