Aqrar İnkişaf Könüllüləri

Aqrar İnkişaf Könüllüləri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqrar İnkişaf Könüllüləri, Nonprofit Organization, Baku.

Məqsədimiz gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına dəstək olmaq və innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.

Beynəlxalq Heyvanlara Qayğı Günü münasibətilə “Aqrar İnkişaf Könüllüləri” Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya...
13/04/2026

Beynəlxalq Heyvanlara Qayğı Günü münasibətilə “Aqrar İnkişaf Könüllüləri” Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil ediblər.💚

Ziyarət zamanı könüllülər institutun nəzdində fəaliyyət göstərən şöbələrin iş prinsipi ilə tanış olub, həmçinin burada yerləşən Baytarlıq Klinikasını ziyarət ediblər.

Ekskursiya çərçivəsində gənclərə heyvan sağlamlığının qorunması və müasir müalicə metodları barədə ətraflı məlumat verilib.

Tədbirin məqsədi könüllülərin baytarlıq sahəsindəki praktiki biliklərini artırmaq və heyvanlara qayğı mövzusunda maarifləndirmə işləri aparmaqdır.✨💚

̇nkişafkönüllüləri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Agriman Group” MMC-nin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” İc...
09/04/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Agriman Group” MMC-nin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “AgroLab” layihəsinin yekun mərhələsi — “İdeaton” baş tutub.✨

Tədbirdə iştirakçı komandalar aqrar sahədə innovativ həlləri özündə əks etdirən layihələrini təqdim ediblər. Münsiflər heyəti tərəfindən təqdimatlar meyarlar üzrə qiymətləndirilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin aqrar sahəyə marağını artırmaq, kənd təsərrüfatında innovativ yanaşmaları stimullaşdırmaq və gənc mütəxəssislərin praktiki biliklərini təkmilləşdirməkdir.💚

The İsotopes Hub təşkilatçılığı ilə ADA Universitetində “CO₂ və onun kənd təsərrüfatına təsiri” mövzusunda maarifləndiri...
07/04/2026

The İsotopes Hub təşkilatçılığı ilə ADA Universitetində “CO₂ və onun kənd təsərrüfatına təsiri” mövzusunda maarifləndirici sessiya keçirilib.

Tədbirdə Aqrar İnkişaf Könüllüləri iştirak edərək karbon emissiyalarının kənd təsərrüfatına təsiri, ekoloji çağırışlar və dayanıqlı inkişaf istiqamətləri ilə bağlı müzakirələrə qoşulublar.🌱

̇nkişafkönüllüləri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (.gov.az) və Agriman Group MMC-nin () dəstəyi, Aqrar İnkişaf Kö...
04/04/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (.gov.az) və Agriman Group MMC-nin () dəstəyi, Aqrar İnkişaf Könüllülərinin () təşkilatçılığı ilə həyata keçirilən “AgroLab” layihəsi çərçivəsində iştirakçıların Agriman Group MMC-yə səfəri təşkil olunmuşdur.

Səfər zamanı iştirakçılar müəssisənin fəaliyyət istiqamətləri, iş prosesi, müasir laboratoriya şəraiti və yeni avadanlıqlarla tanış olmuş, sahə üzrə mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılmışlar.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Kön...
03/04/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Könüllülərinin( ) təşkilatçılığı ilə həyata keçirilən “AgroLab” layihəsi çərçivəsində iştirakçılar Üzümçülük Elmi-Tədqiqat İnstitutunu ziyarət ediblər. 💚

Səfər zamanı iştirakçılara üzümçülük sahəsində həyata keçirilən elmi fəaliyyətlər, müxtəlif üzüm sortlarının yetişdirilmə üsulları, yeni sortların yaradılması və tingçilik istiqamətində görülən işlər haqqında məlumat verilib. Həmçinin üzüm xammalının emalı, keyfiyyətli şərab istehsalında istifadə olunan texnologiyalar, süni intellektin üzümçülük və şərabçılıqda tətbiqi, məhsuldarlığın əvvəlcədən qiymətləndirilməsi və resurslardan daha effektiv istifadə imkanları barədə qısa təqdimat olub. İştirakçılar laboratoriyalarda aparılan tədqiqat proseslərini yaxından izləyib, bitki və torpaq analizləri, eləcə də müasir aqrotexniki yanaşmalar barədə praktik biliklər əldə ediblər.🍇✨

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Kön...
03/04/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Könüllülərinin( ) təşkilatçılığı ilə həyata keçirilən “AgroLab” layihəsi çərçivəsində iştirakçılar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunu ziyarət ediblər. 💚

Səfər zamanı iştirakçılara tərəvəzçilik sahəsində həyata keçirilən elmi fəaliyyətlər, müxtəlif tərəvəz növlərinin yetişdirilmə üsulları, yeni sortların yaradılması və toxum istehsalı istiqamətində görülən işlər haqqında məlumat verilib. Həmçinin süni intellektin tərəvəz istehsalında tətbiqi, məhsuldarlığın əvvəlcədən qiymətləndirilməsi və resurslardan daha effektiv istifadə imkanları barədə qısa təqdimat olub. İştirakçılar laboratoriyalarda aparılan tədqiqat proseslərini yaxından izləyib, bitki və torpaq analizləri, eləcə də müasir aqrotexniki yanaşmalar barədə praktik biliklər əldə ediblər.🌱✨

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Kön...
02/04/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (.gov.az ) və Agriman Group MMC-nin ( ) dəstəyi, Aqrar İnkişaf Könüllüləri-nin( ) təşkilatçılığı ilə həyata keçirilən “AgroLab” layihəsi çərçivəsində iştirakçılar Əkinçilik Elmi-Tədqiqat İnstitutu-nu ziyarət ediblər. 💚

Səfər zamanı iştirakçılara institutun fəaliyyəti, müasir kənd təsərrüfatı texnologiyaları, bitki seleksiyası və toxumçuluq sahəsində aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi, məhsuldarlığın proqnozlaşdırılması və resursların daha səmərəli idarə olunmasındakı rolu barədə qısa məlumat təqdim olunub. İştirakçılar laboratoriyalarla tanış olub, müxtəlif bitki nümunələri üzərində aparılan analiz proseslərini müşahidə ediblər, torpaq və bitki müayinəsi üsulları, məhsuldarlığın artırılması yolları və innovativ yanaşmalar haqqında praktik biliklər əldə ediblər.🌱✨

31 Mart - Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.   ̇nkişafkönüllüləri
31/03/2026

31 Mart - Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.

̇nkişafkönüllüləri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agriman Group MMC-nin dəstəyi, Aqrar İnkişaf Könüllüləri Təşkil...
22/03/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agriman Group MMC-nin dəstəyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “AgroLab” layihəsi çərçivəsində Tural Kərimov tərəfindən “AI model seçimi və sadə sistem arxitekturası” mövzusunda təlim keçirilib. 💚

Təlim zamanı iştirakçılara uyğun süni intellekt modelinin seçilməsi meyarları, müxtəlif modellərin tətbiq sahələri və sadə sistem arxitekturasının qurulması prinsipləri haqqında ətraflı məlumat təqdim olunub. Təlim çərçivəsində iştirakçılar real nümunələr üzərindən model seçimi və sistem qurulması prosesini daha dərindən anlamaq imkanı əldə ediblər.⚡️

̇nkişafkönüllüləri

21/03/2026

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə baş tutan “Novruz şənliyi”ndən hazırlanmış videoçarxı təqdim edirik. 💚🌷

̇nkişafkönüllüləri

Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. 💚Bu əziz bayramın hər birinizə sevinc, ruzi-bərəkət və uğ...
20/03/2026

Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. 💚
Bu əziz bayramın hər birinizə sevinc, ruzi-bərəkət və uğurlar gətirməsini arzulayırıq. 🌱✨

̇nkişafkönüllüləri

Müqəddəs Ramazan bayramınız mübarək!💚     ̇nkişafkönüllüləri
20/03/2026

Müqəddəs Ramazan bayramınız mübarək!💚

̇nkişafkönüllüləri

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Aqrar İnkişaf Könüllüləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqrar İnkişaf Könüllüləri:

Share