"Safe Road" Alliance (“Təhlükəsiz Yol” Alyansı)

"Safe Road" Alliance (“Təhlükəsiz Yol” Alyansı) Məlumat üçün bildirmək istərdik ki, 09 yanvar 2012-ci ildə “Təhlükəsiz Yol” Alyansının təsis yığıncağı keçirilmişdir.

Alyansın yaradılmasının səbəbi ölkədə ötən il ərzində yol qəzalarının və yol qəzaları qurbanları sayının hədsiz dərəcədə artması, yol qəzalarının ölkədə çox ciddi bir problemə çevrilməsi və problemin həllinə vətəndaş cəmiyyəti qurumlarının təxirəsalınmaz müdaxiləsi zərurəti olmuşdur. Qeyd edək ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi statistik məlumatlara əsasən ölkəmizdə 2011-ci

il ərzində 2890 yol nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 1016 nəfər ölüb və 3031 nəfər isə xəsarət almışdır. Məhz bu tükürpədici rəqəmlər 10-dan artıq fəal və ölkədə nüfuza malik qeyri-hökümət təşkilatını bir alyansda birləşərək bu sahədə birgə fəaliyyət göstərməyə sövq etmişdir. Alyansın təsisçiləri “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım” Assosiasiyası (AVCİYA), “İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti” üzrə Birgə İşçi Qrupu (BİQ), “İnsan Hüquqları XXI əsr –Azərbaycan” Fondu, “Konstitusiya” Araşdırmaları Fondu, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, “Azərbaycan Ekologiya Standartlarının Monitorinq” Fondu, “Siyasi Texnologiyalar” Mərkəzi, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi” Mərkəzi, “Söz Azadlığı Müdafiə” Fondu, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, və “Korrupsiyaya Qarşı Mübarizə” Fondudur.

Address

Bakı şəhəri, Akad. Həsən Əliyev 96 (III Mərtəbə)
Baku
AZ1110

Website

Alerts

Be the first to know and let us send you an email when "Safe Road" Alliance (“Təhlükəsiz Yol” Alyansı) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to "Safe Road" Alliance (“Təhlükəsiz Yol” Alyansı):

Share