ENACTUS-Azerbaijan State Pedagogical University

ENACTUS-Azerbaijan State Pedagogical University Azərbaycan Dövlət Pedaqoji Universitetinin ENACTUS komandasının rəsmi səhifəsi

We are a community of student, academic and business leaders committed to using the power of entrepreneurial action to transform lives and shape a better.Enactus is an international non-profit organization that brings together student, academic and business leaders who are committed to using the power of entrepreneurial action to improve the quality of life and standard of living for people in nee

d. Guided by academic advisors and business experts, the student leaders of Enactus create and implement community empowerment projects around the globe. The experience not only transforms lives, it helps students develop the kind of talent and perspective that are essential to leadership in an ever-more complicated and challenging world.

"Dilin biznesdə gizli gücü" təlimimiz uğurla baş tutdu! 🚀ADPU ENACTUS komandası olaraq, növbəti maraqlı layihəmizi gerçə...
07/05/2026

"Dilin biznesdə gizli gücü" təlimimiz uğurla baş tutdu! 🚀
ADPU ENACTUS komandası olaraq, növbəti maraqlı layihəmizi gerçəkləşdirdik. Spikerimiz Azər Axundlu ilə birlikdə ingilis dilinin sadəcə bir ünsiyyət vasitəsi deyil, qlobal iş dünyasında necə strateji bir silah olduğunu kəşf etdik.
Təlimdə:
Dil baryerlərini peşəkar uğura çevirməyin yolları;
Akademik biliklərin biznesdə praktiki tətbiqi;
İngilis dili vasitəsilə karyerada fərq yaratmağın sirrləri müzakirə olundu.
Bizimlə olan və öz gələcəyinə investisiya edən hər bir tələbəyə təşəkkür edirik! Gələcəyimizi birlikdə planlamağa davam edirik.

ADPU ENACTUS komandasının təşkilatçılığı ilə ‘’ Dilin biznesdə gizli gücü’’ İngiliscə düşün Türkcə qazan mövzusunda təli...
05/05/2026

ADPU ENACTUS komandasının təşkilatçılığı ilə ‘’ Dilin biznesdə gizli gücü’’ İngiliscə düşün Türkcə qazan mövzusunda təlim keçiriləcək

🎙️ Azər Axundlu- Bakı Mühəndislik Üniversiteti İngilis dilli müəllimi. Linqvist. Edusophia Tədris Mərkəzinin CEO

"Dil baryerlərini peşəkar uğura çevirməyin vaxtıdır!
İngilis dili artıq sadəcə bir fənn deyil, qlobal biznes mühitində sizin ən böyük strateji üstünlüyünüzdür.

Bəs, bu dili 'gizli güc' kimi istifadə edərək karyeranızda necə fərq yarada bilərsiniz?
Akademik biliklərin biznes dünyasındakı praktiki tətbiqini mütəxəssisindən öyrənin.

🗓 Tarix: 07.05.2026

🕜 Saat: 13:30

📍 Məkan: ADPU Heydər Əliyev Lektoriyası

Qeydiyyat üçün.
+994 50 840 06 27

Özünüzə edəcəyiniz ən böyük investisiya bilikdir. Gələcəyinizi bizimlə planlayın! 🚀"

🎓 Elm və Gənclik bir arada! III Beynəlxalq Konqres işinə başladı!​Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türk...
29/04/2026

🎓 Elm və Gənclik bir arada! III Beynəlxalq Konqres işinə başladı!

​Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Ordu Universitetinin birgə təşkilatçılığı, həmçinin ADPU Enactus komandasının fəal təşkilati dəstəyi ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” konqresinin açılışı baş tutub. 🇦🇿🇹🇷

​📍 Üç gün davam edəcək bu böyük elmi platformada:

​600-ə yaxın tədqiqatçı;

​303 elmi məruzə;

​Strateji idarəetmə və Süni İntellekt müzakirələri.

​Gənclərimizin təşkilatçılıq gücü və alimlərimizin elmi potensialı bu konqresdə birləşir! ✨

🚀 Enactus Komandası "Startup School 4" Yolunda!Universitetimizdə innovativ addımlar davam edir! 💡 İqtisadi İslahatların ...
17/04/2026

🚀 Enactus Komandası "Startup School 4" Yolunda!

Universitetimizdə innovativ addımlar davam edir! 💡 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elan etdiyi "Startup School 4" layihəsi çərçivəsində keçirilən xüsusi infosessiyada Enactus komandamız da öz yerini aldı! 🇦🇿✨

📌 Görüşdə nələr baş verdi?

"Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov tərəfindən keçirilən təlimdə komanda üzvlərimiz startap ekosistemi, onlayn qeydiyyat mərhələləri və layihələrin biznesə çevrilməsi yolları haqqında vacib məlumatlar əldə etdilər.

🗓 Tarix: 15 aprel 2026-cı il
📍 Məkan: Heydər Əliyev Məktəbinin Lektoriyası

Enactus komandası olaraq məqsədimiz sosial sahibkarlıq ideyalarımızı bu platforma vasitəsilə daha da təkmilləşdirmək və innovativ həllərlə fərq yaratmaqdır! 💪🔥

SMM axtarılır! 📢Yaradıcılığını nümayiş etdirmək və Enactus ASPU komandasının bir parçası olmaq istəyirsən? O zaman bu fü...
08/04/2026

SMM axtarılır! 📢
Yaradıcılığını nümayiş etdirmək və Enactus ASPU komandasının bir parçası olmaq istəyirsən? O zaman bu fürsət məhz sənin üçündür! ✨
🚀 Namizəddən gözləntilərimiz:
Video və foto montaj bacarığı 🎬
Kreativ kontent qurmaq qabiliyyəti 💡
Portfolionun olması 📂
Deadline-lara ciddi əməl etmək ⏳
Sən də bizimlə birlikdə inkişaf etmək və fərq yaratmaq istəyirsənsə, aşağıdakı linkə daxil olaraq müraciətini göndər:
🔗 Müraciət formu: https://docs.google.com/forms/d/109Ohtd-ufSATKZPKaTikSb2GAh2XGNJeIndWmWXw-fw/viewform
📩 Sualların üçün: .enactus

Bu gün Enactus ADPU komandasının prezidenti Nizami İbrahimovun doğum günüdür. Onu bütün Enactus komandası adından təbrik...
04/04/2026

Bu gün Enactus ADPU komandasının prezidenti Nizami İbrahimovun doğum günüdür. Onu bütün Enactus komandası adından təbrik edirik.

8 Mart – Beynəlxalq Qadınlar Günü 🌸Bu gün Enactus komandamızın güclü, yaradıcı və ilhamverici xanımlarını təbrik edirik....
08/03/2026

8 Mart – Beynəlxalq Qadınlar Günü 🌸

Bu gün Enactus komandamızın güclü, yaradıcı və ilhamverici xanımlarını təbrik edirik. Sizin ideyalarınız, zəhmətiniz və liderliyiniz komandamıza dəyər qatır və həyata keçirdiyimiz layihələrin uğurunda böyük rol oynayır.

Sizə uğurlar, xoşbəxtlik və yeni nailiyyətlər arzulayırıq. 💜
Bayramınız mübarək, dəyərli Enactus xanımları!

Addım-addım daha yaxşı gələcəyə doğru!Həftənin fokusu: Sıfır Aclıq2030-cu ilə qədər 600 milyondan çox insanın aclıq təhl...
25/02/2026

Addım-addım daha yaxşı gələcəyə doğru!
Həftənin fokusu: Sıfır Aclıq
2030-cu ilə qədər 600 milyondan çox insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağını bilirdinizmi? “Sıfır aclıq” sadəcə bir şüar deyil, yaşana bilən bir dünya üçün zərurətdir. Qida təhlükəsizliyini təmin etmək üçün gücümüzü birləşdirək. Nələr edə biləcəyini görmək üçün sola sürüşdür!

Building a better future, step by step!
This week’s focus: Zero Hunger
Did you know that by 2030, more than 600 million people are projected to face the threat of hunger? “Zero Hunger” is not just a slogan; it is a necessity for a livable world. Let’s join forces to ensure food security for all.
Swipe left to see what you can do!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Təlim-Təd...
20/02/2026

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən təşkil olunan Teknofest 2026 infosessiyası uğurla başa tutub.

20 fevral tarixində ADPU-nun əsas korpusunun kiçik akt zalında keçirilən tədbirdə Teknofestin Azərbaycan nümayəndəsi Ahmet Köse festivalın məqsədi, müsabiqə istiqamətləri və layihələrin hazırlanma mərhələləri barədə ətraflı məlumat verib.

Infosessiya çərçivəsində tələbələr Teknofest yarışlarına qoşulma qaydaları ilə tanış oldu, innovativ ideyaların layihəyə çevrilməsi mexanizmlərini öyrəndi və beynəlxalq platformalarda iştirak imkanları barədə məlumat əldə etdilər. Enactus komandamızın üzvləri də iştirak edərək innovativ layihələr və startap təşəbbüsləri istiqamətində yeni biliklər öyrənmişlər aktiv mövqelərini nümayiş etdirmişlər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin elektron kitabxanasında komanda prezidenti Nizami İbrahimov tərəfindən KBM (...
18/02/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin elektron kitabxanasında komanda prezidenti Nizami İbrahimov tərəfindən KBM (Kimya-Biologiya) fakültəsinin komandası ilə görüş keçirildi.

Görüş zamanı layihə yazılması prosesi, ideyanın formalaşdırılması mərhələləri və innovativ təşəbbüslərin inkişaf istiqamətləri müzakirə olundu. İştirakçılar layihə strukturu, problem analizinin aparılması və effektiv həll yollarının müəyyənləşdirilməsi barədə ətraflı məlumat əldə etdilər.

Bu görüş tələbələrin təşəbbüskarlıq bacarıqlarının inkişafına və yeni layihələrin formalaşmasına töhfə vermək məqsədi daşıyırdı.

Address

Üzeyir Hacıbəyov, 68
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994708804404

Alerts

Be the first to know and let us send you an email when ENACTUS-Azerbaijan State Pedagogical University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ENACTUS-Azerbaijan State Pedagogical University:

Share