Dalga Youth Movement

Dalga Youth Movement Elə bu gün, elə indi... Biz babalarımıza demokratik dəyərləri vətənimizə gətirdiyi üçün, atalarımıza müstəqil Azərbaycanı qurduqları üçün minnətdarıq.

Dalğa Gənclər Hərəkatı

ÜMUMİ MƏLUMAT

12 fevral 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup tələbəsi xoşbəxt gələcək qurmaq üçün təşkilatlanmaq qərarına gəldi. Azərbaycan gənclərinə xoşbəxt gələcək naminə edilən dostluq müraciətində deyilirdi: “Yaşadığımız Azərbaycan dövlətinin qüdrətlənməsi vətəndaşlarının xoşbəxtliyindən keçir. Lakin, indi təşəbbüs növbəsi bizə çatıb.

Azərbaycan insanına xoşbəxt gələcək bəxş etmək bizim borcumuzdur. Bunun üçün çağdaş Azərbaycan gəncliyinin birgə addımlamasına ehtiyac var. Hər kəsi bu məsuliyyəti bizimlə paylaşmağa və təşəbbüsümüzə dəstək verməyə çağırırıq. Yaratmaq istədiyimiz xoşbəxt gələcək üçün hüququn aliliyi, dözümlülük, maarifçilik, yaradıcılıq, sivillik, cəsarətlilik və səmimilik əsas prinsiplərimizdi”. Tezliklə Azərbaycanın digər universitetlərində təhsil alan 130-dan çox gənc bu təşəbbüsə qoşuldu. Onlar arasından seçilən 41 gəncin iştirakı ilə təşkilat komitəsi yaradıldı (5 aprel 2005-ci il). Təşkilat komitəsi qurumun adını “Dalğa Gənclər Hərəkatı”, fəaliyyət istiqamətini isə demokratik dəyərlər əsasında qurulmasına qərar verdi. Qeyri Hökümət Təşkilatı (QHT) kimi fəaliyyət göstərəcək yeni hərəkatın əsasnaməsi və bəyannaməsi təşkilat komitəsi tərəfindən qəbul edildi (12 aprel 2005-ci il). 19 aprel 2005-ci ildə təşkilat komitəsi Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsini təsis etdi. Gizli səsvermə yolu ilə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) sədri Ramin Hacılı seçildi. 22 aprel 2005-ci ildə Dalğa GH cəmiyyətə öz proritetlərini açıqladı və rəsmi faəliyyətə başladı. Dalğa GH-nın ilk sədri Ramin Hacılı, birinci müavini isə Zinəddin Babayev olub (19 aprel 2005 - 1 sentyabr 2006). II sədr Ülvi Həsənli, birinci müavini isə Turanə Rəsulova olub (2 oktyabr 2006 – 19 sentyabr 2007). III sədr Vəfa Cəfərova, birinci müavini isə Nərmin Nöqtə olub (8 oktyabr 2007 – 10 oktyabr 2008). Dalğa GH-nın nizamnaməsinə əsasən sədr üzürlü səbəbdən vəzifəsini icra edə bilmədikdə onun yerinə Geniş Toplantı tərəfindən sədr əvəzi seçilir. 2007-2008-ci illərdə hərəkatın Geniş Toplantısı sədrin təhsili ilə bağlı ölkədə olmamasını nəzərə alaraq Araz Önəri sədr əvəzi seçib (14 yanvar 2008 – 25 iyun 2008). IV sədr Vəfa Cəfərova, birinci müavini isə İlkin Əlisoy olub (21 noyabr 2008 – 1 iyul 2009). V sədr Ağarəhim Poladov, birinci müavini isə Ramilə Yusifova olub (1 dekabr 2009 – 2 noyabr 2010). VI sədr Orxan Nəbiyev, birinci müavini isə Cəmilə İbrahimova olub ( 12 fevral 2011 - 10 fevral 2012). VII sədr Xanım Yadigarlı, birinci müavini isə Kamran Rəşidov ( 10 mart 2012 - davam edir...) Dalğa GH öz fəaliyyətini könüllülük prinsipləri əsasında qurur və layihələri tam azad şəkildə həyata keçirir. Hərəkatın ali orqanı Qurultaydır. Qurultaylararası dövrdə qərarverici orqan Geniş Toplantı, icraedici orqan isə İdarə Heyətidir. Dalğa GH-nın fəaliyyətinə nəzarətedici orqan Qurultay tərəfindən müəyyənləşdirilən Mərkəzi Nəzarət Təftiş Komissiyasıdır (MNTK). Hərəkat öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, beynəlxalq konvensiyalar, hərəkatın nizamnaməsi, əsasnaməsi, bəyannaməsi və qərarverici orqanlar tərəfindən çıxarılan təlimatlar əsasında formalaşdırır. Dalğa GH-nın hər bir üzvü hərəkatın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, simvolikalarını, himnini, andını və konsepsiyalarını bilməlidir. Dalğa GH-nın təbliğat və təşviqatı yuxarıda qeyd olunanlar, həmçinin hərəkatın gördüyü işlər və rəsmi bəyanatları əsasında qurulur. Dalğa GH adından yaradılan bloqlar, saytlar, elektron poçtlar və digər yayım resurları hərəkatın rəsmi bloqu, rəsmi saytı və ya rəsmi elektoron poçtu tərəfindən təsdiqlənmədən etibarlı hesab edilə bilməz. Dalğa GH-nın rəsmi səhifəsi (web-site):
www.dgh.az

Dalğa GH-nın rəsmi bloqu (weblog):
www.dalga-gh.blogspot.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
[email protected],

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
[email protected]

2005-ci ilin 12 fevralında başlayan bu yol qarşısına demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş ...
12/02/2025

2005-ci ilin 12 fevralında başlayan bu yol qarşısına demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş cəmiyyətinin qurulmasını, plüralizmə hörməti, azad fərdi, məsuliyyətli vətəndaşı və bütöv xalq şüurunun formalaşmasını çatacağı məqsəd olaraq qoyub və hər zaman bəyan edib.

Hərəkat hər cür ayrıseçkiliyi rədd edərək hər kəsin azad seçim və alternativ fikri ifadə etmək hüququnun, zorakılıq və ədalətsizliyə qarşı çıxmaq hüququnun tanınmasını müdafiə etməyi öhdəsinə götürüb. Söz və ifadə azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığının qorunması, eləcə də böyük təminatlara ehtiyacı hissindən, azadlığa qarşı olan və ya onu məhdudlaşdıran dəyərlərə yenidən baxmaq naminə yaranıb. Riyakarlığı, qəddarlığı, insan azadlığı və ləyaqətinə etinasızlığı ləyaqətli insana xas olmayan keyfiyyətlər hesab edərək Azərbaycan cəmiyyəti və gəncliyi üçün uzun illər döyüşüb və cəmiyyətin totalitarlaşmasına qarşı hər zaman ön sıralarda yer alıb.

Bu gün 20 yaşımızı qeyd edirik. Bu gün həm də bizlər üçün Gənclər Günüdür. Bütün dalğaçıları, Dalğa dostlarını və bütün Azərbaycan gəncliyini təbrik edirik!

Biz itaətə və himayəyə yox deyir, insanların özünə inamının tərəfdarıyıq. Biz insanın mütləq varlıq olduğunu, yalnız insanların iradəsi ilə formalaşmış qanunlara tabe olmasını qəbul edirik.

Hər kəsə Dalğaçı salamı!

Yorğun üzlər gülümsəsin, çünki sabah bizim əlimizdədir!

Sevgilərlə.

Address

All Streets Of Azerbaijan
Baku
AZ1001

Website

Alerts

Be the first to know and let us send you an email when Dalga Youth Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dalga Youth Movement:

Share