Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan

Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan The great contribution of scouting is the will and motivation of young people for harmonious world, r

Association of Scouts of Azerbaijan (Azərbaycan Skautlar Assosiasiyası) was founded on 11th of October 1997, when Namik Jafarov, the former president of association gathered the first members of the new movement and pitched the first scout camp in Nabran (Northern region of Azerbaijan). August 2007 was the Centenary Celebration for all the Scouts round the world. Scout movement, first Founded by L

ord Baden Powell in 1907, played the great and irreplaceable role in the history of 20th century. Just for 100 years the Movement has gathered more than 28 million scouts, girls and boys.

Gənclər və İdman naziri Fərid Qayıbov ASA-nın yeni İdarə Heyətini qəbul edib.Azərbaycan Skautlar Assosiasiyasının (ASA) ...
22/04/2026

Gənclər və İdman naziri Fərid Qayıbov ASA-nın yeni İdarə Heyətini qəbul edib.

Azərbaycan Skautlar Assosiasiyasının (ASA) yeni tərkibdə formalaşmış İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüblər.

​Səmimi mühitdə keçən görüş zamanı nazir Fərid Qayıbov yeni heyəti salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə təşkilatın növbəti illər üçün nəzərdə tutulmuş prioritet istiqamətləri, strateji hədəfləri və skaut hərəkatının ölkə gənclərinin inkişafındakı rolu geniş müzakirə olunub. Həmçinin, yerli və beynəlxalq səviyyəli tədbirlərin təşkili, Azərbaycan skautlarının dünya miqyaslı layihələrdə iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.

​Nazir Fərid Qayıbov Azərbaycan Skautlar Assosiasiyasının ölkənin gənclər siyasətindəki əhəmiyyətini xüsusi vurğulayaraq, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı dəyərli təklif və tövsiyələrini irəli sürüb.

​Sonda ASA-nın yeni rəhbərliyi səmimi qəbul və göstərilən xüsusi diqqətə görə nazirə dərin təşəkkürlərini bildirib, dövlət gənclər siyasəti çərçivəsində hər zamanki aktiv fəaliyyətini davam edəcəklərini qeyd ediblər.

Azərbaycan Skautlar Assosiasiyasında yenilənmiş sub-komitə strukturu çərçivəsində fəaliyyətlərin daha effektiv təşkili, ...
07/04/2026

Azərbaycan Skautlar Assosiasiyasında yenilənmiş sub-komitə strukturu çərçivəsində fəaliyyətlərin daha effektiv təşkili, məsuliyyət bölgüsünün aydınlaşdırılması və istiqamətlər üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq sub-komitələr üzrə sədr təyinatları həyata keçirilmişdir.

Təyinatlar aşağıdakı kimidir:

• Aqil Məmmədzadə - Milli Gənclər Proqramı üzrə Sub-komitənin sədri
• Fatimə Mürşüdova (WOSM) və Rezida Rzayeva (WAGGGS) - Beynəlxalq Əlaqələr üzrə Sub-komitənin həmsədrləri
• Nicat Babazadə - Milli Maliyyə və Resurslar üzrə Sub-komitənin sədri
• Ramidə Oktayqızı - Milli Etika üzrə Sub-komitənin sədri
• Ruqiyyə Məmmədova - Milli Nişanlar və Mükafatlar üzrə Sub-komitənin sədri
• Ülkər Xanlarova-Mutaşku - Milli Zərərdən Müdafiə (SfH) üzrə Sub-komitənin sədri
• Xaqani Məmmədov - Milli Böhran İdarəetmə üzrə Sub-komitənin sədri

Bu təyinatlar ASA-nın strateji prioritetlərinə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə liderliyin formalaşdırılmasına, sub-komitələrin funksional və nəticəyönümlü fəaliyyətinin təmin edilməsinə xidmət edir.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Skautları bir araya gəldi.Bu çərçivədə təşkil olunan maa...
31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Skautları bir araya gəldi.

Bu çərçivədə təşkil olunan maarifləndirici görüşdə tariximizin bu ağrılı səhifəsi haqqında çıxışlar səsləndirildi.

Azərbaycan Skautlar Assosiasiyasının sədri Kamil Fətəliyev açılış nitqi ilə çıxış edərək, bu günün yaddaşımızda saxlanmasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının əhəmiyyətini vurğuladı.

Daha sonra Baş Müvəkkil v.i.e Alim Qasımlı və gənc skautlarəmızdan Fidan Muxtarova çıxış edərək 1918-ci il hadisələri barədə məlumat verdilər, tarixə obyektiv yanaşmanın və maariflənmənin vacibliyini qeyd etdilər.

Rəsmi hissədən sonra iştirakçılar üçün mövzu ilə bağlı sənədli film nümayiş olundu.

Bu cür görüşlər gənclərin tariximizi anlamağı, düzgün nəticə çıxarmağı və gələcəyə daha şüurlu yanaşma formalaşdırmağı üçün önəmlidir.

Ramazan Bayramınız mübarək, əziz müsəlman bacı və qardaşlar 🌙Bu ay bizə paylaşmağı, səbr etməyi və bir-birimizi daha yax...
20/03/2026

Ramazan Bayramınız mübarək, əziz müsəlman bacı və qardaşlar 🌙

Bu ay bizə paylaşmağı, səbr etməyi və bir-birimizi daha yaxşı anlamağı xatırlatdı.
Skaut olaraq biz birlikdə olmağın dəyərini yaxşı bilirik.

Ümid edirik ki, bu bayram hər kəsə rahatlıq, sevinc və gözəl anlar gətirəcək.

Birlik və sülh dolu bir dünya diləyi ilə Bayramınız mübarək! 🤍

Azərbaycan Skautlar Assosiasiyası

Təbiətin oyandığı, həyatın yenidən canlandığı bu gözəl günlərdə hamınızı Novruz bayramı münasibətilə təbrik edirik! 🌱Nov...
20/03/2026

Təbiətin oyandığı, həyatın yenidən canlandığı bu gözəl günlərdə hamınızı Novruz bayramı münasibətilə təbrik edirik! 🌱

Novruz – birlik, paylaşmaq, yenilənmək və ümid deməkdir. Bu dəyərlər skaut həyatının da əsasını təşkil edir. Biz birlikdə öyrənir, birlikdə böyüyür və cəmiyyətimiz üçün daha faydalı olmağa çalışırıq.

Qoy bu bahar hər birinizə yeni uğurlar, xoşbəxtlik və gözəl başlanğıclar gətirsin. Ocaqlarınız isti, süfrələriniz bərəkətli olsun!

🌸 Bayramınız mübarək!

📢 VAKANSİYA | Azərbaycan Skautlar AssosiasiyasıAzərbaycan Skautlar Assosiasiyası  Baş Katib vəzifəsi üzrə müraciətləri q...
19/03/2026

📢 VAKANSİYA | Azərbaycan Skautlar Assosiasiyası

Azərbaycan Skautlar Assosiasiyası Baş Katib vəzifəsi üzrə müraciətləri qəbul edir.

🔹 Sənin rolu nədən ibarət olacaq?

• Ofis və inzibati işlərin koordinasiyası
• Rəsmi sənədlər və yazışmaların idarə olunması
• Dövlət qurumları və tərəfdaşlarla əlaqə
• Hesabatların və protokolların hazırlanması
• Daxili proseslərin daha sistemli qurulması

🔹 Kimləri axtarırıq?

• Təşkilati işlərdə təcrübəsi olan
• Yazılı və şifahi ünsiyyəti güclü olan
• Detallara diqqətli və məsuliyyətli
• İngilis dili bilən
• Komanda ilə işləməyi bacaran

🔹 İş yeri: Bakı
🔹 Müddət: 1 il (uzadıla bilər)
🔹 Son tarix: 20 aprel 2026

👉 Müraciət et:
https://forms.office.com/r/ge2xLKK147

💜 8 Mart - Beynəlxalq Qadınlar GünüGücü, sarsılmaz iradəsi və tükənməz sevgisi ilə qadınlar cəmiyyətimizin ən böyük ilha...
08/03/2026

💜 8 Mart - Beynəlxalq Qadınlar Günü

Gücü, sarsılmaz iradəsi və tükənməz sevgisi ilə qadınlar cəmiyyətimizin ən böyük ilham mənbəyidir.
Onlar yalnız bu günün deyil, gələcəyimizin də qurucularıdır.

Azərbaycan Skautlarında qadın liderlər, könüllülər və skautlar hər gün cəmiyyətə xidmət edir, yeni nəsillərə dəyər, məsuliyyət və liderlik nümunəsi göstərirlər.

Bu əlamətdar gün münasibətilə bütün qadınları – anaları, bacıları və liderləri səmimi qəlbdən təbrik edirik. ✨

Sizin gücünüz gələcəyimizi formalaşdırır.

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün Xocalı Soyqırımı A...
26/02/2026

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün Xocalı Soyqırımı Abidəsini ziyarət ediblər.

Skautlarımız abidə önünə əklil və qərənfillər düzüb, şəhidlərimizin xatirəsini sükutla anıblar.

Eyni zamanda bölgələrdə fəaliyyət göstərən skaut dəstələri də öz şəhər və rayonlarında anım mərasimləri təşkil edərək Xocalı şəhidlərini ehtiramla yad ediblər.

Bu gün bizim üçün sadəcə bir tarix deyil.
Bu gün yaddaş, məsuliyyət və vəfa günüdür.

Unutmuruq. Unutdurmuruq. 🕯️

Hər il olduğu kimi bu il də 27 fevral-1 mart 2026-ci il tarixlərində Azərbaycan Skautlar Assosiasiyası böyükyaşlı skautl...
23/02/2026

Hər il olduğu kimi bu il də 27 fevral-1 mart 2026-ci il tarixlərində Azərbaycan Skautlar Assosiasiyası böyükyaşlı skautlar üçün qış yürüşü təşkil edəcəkdir.

Qış yürüşü Qax rayonunun İlisu qəsəbəsində yerləşən müalicəvi əhəmiyyətinə görə məhşur olan hamama olacaqdır.
Yürüşündə iştirak tələbləri aşağıdakılardır:
🔸 Yaş həddi: 18+
🔸 İştirakçı sayı: Yürüş şərtələrinə uyğun ilk 25 nəfər.

İştirak ərizəsi:https://forms.gle/nPFZNXXmjsubySC87

Yürüş haqqında daha ətraflı məlumat əldə etmək üçün dəstə və ya bölmə liderlərinizə müraciət edin.

22/02/2026
22 Fevral - Skaut Hərəkatının Qurucular GünüBu gün skaut hərəkatının qurucusu Robert Baden-Powell və Dünya Qız Bələdçilə...
22/02/2026

22 Fevral - Skaut Hərəkatının Qurucular Günü

Bu gün skaut hərəkatının qurucusu Robert Baden-Powell və Dünya Qız Bələdçilər hərəkatının qurucularından biri Olave Baden-Powell-in doğum günüdür.

22 Fevral eyni zamanda Dünya Düşüncə Günüdür. Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla skaut və bələdçi bir-birini düşünür, ortaq dəyərlərini xatırlayır və eyni məqsəd ətrafında birləşir.

Skautinq təkcə bir gənclər hərəkatı deyil.
Bu, qeyri-formal təhsilin ən sistemli və davamlı modellərindən biridir.

XX əsrin əvvəllərində Robert Baden-Powell tərəfindən qurulan skaut hərəkatı “edərək öyrənmək”, açıq hava təhsili, məsuliyyətli liderlik və xarakter formalaşdırma prinsiplərini praktik modelə çevirdi.

Bu gün meşə tədris metdoları, divarsız məktəb konsepsiyaları, təbiət əsaslı öyrənmə və təcrübəyə dayalı təhsil kimi təqdim olunan yanaşmaların kökündə məhz skaut metodikası dayanır.

Skaut düşərgəsi - ilk açıq hava sinfidir.
Ocaq başı - ilk liderlik laboratoriyasıdır.
Patrul sistemi - ilk özünüidarə modelidir.

Bunlar yeni anlayışlar deyil.
Bunlar yüz ildən artıq yaşı olan skaut pedaqogikasıdır.

Biz inanırıq ki, qeyri-formal təhsil brend deyil, dəyərdir.
Onun əsası isə məsuliyyətli gənc yetişdirməkdir.

Azərbaycan Skautları olaraq bu irsin daşıyıcısı və davamçısı olmaqdan qürur duyuruq.

⚜️ Daima hazır!

Address

Ceyhun Hacıbəyli
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan:

Share