ÖZ Klub

ÖZ Klub Azərbaycanın İlk Milli Qlobal Gənclər Klubu! Experience – Gənclər üçün yaradılan REAL təcrübə imkanları. Müvafiq olaraq bunlar 20 AZN və 30 AZN dəyərindədir.

ÖZ Klub məqsədi gənclərin inkişafı,sağlam əyləncəsi, dünya görüşlərinin, biliklərinin artırılması, onlara yeni-yeni imkanların tanıdılması olan bir Gənclər Klubudur. 5E konseptində fəaliyyət istiqamətlərini birləşdirən ÖZ Klub Education, Entertainment, Experience, Explore və Earning Departamentlərinin xidmətlərini özündə əks etdirir. Education – müxtəlif təlimlər, seminarlar, talk şoular, söhbət k

lubları, klub üzvləri üçün ÖZ Kitabxanam, hansından ki gənclər ödənişsiz olaraq yararlanırlar. Entertainment – mafia və kino günləri, teatr, konseptual partylər, eyni zamanda sağlam əyləncə konseptinə uyğun olaraq idman və intelektual yarışlar. Burada Təcrübi Ekskursiyalar, Təcrübə Proqramları, gənclər üçün yaradılan sosial təcrübə imkanları, könüllülük proqramları barədə danışmaq olar. Explore – Azərbaycanı, dünyanı və nəticə etibarilə gönclərin ÖZünü kəşf etməsi baxımından Kəşf Ekspedisiyalarının təşkili, kəşf məqalələri, mədəniyyət günləri kimi işləri özündə əks etdirir. Earning – Gənclərin mövcud potensiallarını, bacarıqlarını realizə edərək ÖZləri üçün bunu bir qazanc sahəsinə çevirmələri üçün imkanlar yaradan bir departamentdir.

ÖZ Kluba üzv olmaq üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə İçərişəhər, Böyük Qala 40 ünvanında yerləşən ofisimizə yaxınlaşıb müvafiq anket və müqavilə formasını doldurmanı lazımdır. Klub üzvü olduqdan sonra siz aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

- Həftəli olaraq mafia oyunların ÖDƏNİŞSİZ olaraq iştirak etmək imkanı
- Həftəlik olaraq kino günlərində ÖDƏNİŞSİZ olaraq iştirak etmək imkanı
- ÖZ Kitabxanamdan ÖDƏNİŞSİZ faydalanaraq zövqünüzə uyğun kitabları oxumaq
- ÖZ Klub üzvləri üçün təşkil olunan xüsusi layihələrdə, gəzintilərdə, fotosessiyalarda iştirak etmək imkanı
- ÖZ Klubun müxtəlif şirkətlər üçün nəzərdə tutulan təcrübə proqramlarına ÖDƏNİŞSİZ olaraq qatılma imkanı
- ÖZ Klubun müxtəlif işçi qruplarında, yeni layihələrində yer alma imkanı
- ÖZ Klubun müxtəlif mövzularda olan təlim, seminar, talk şou, master klas, party, idman yarışları, kəşf ekspedisiyaları, bölgələrə olan turlar, müsabiqələr, təcrübi ekskursiyalar və digər layihələrdə XÜSUSİ endirimlərlə iştirak etmək imkanı
- Eyni zamandan şəxsi bilik və təcrübənizi artırıb ÖZ Klub üzvləri üçün sizə uyğun olan mövzularda seminarlar keçmək, ağlınızda olan hər hansı bir ideyanın, layihənin reallaşması imkanı da sizə təqdim olunur

Bütün bunları siz sadəcə ÖZ Kluba üzv olmaqla əldə edə bilərsiniz! Xüsusi olaraq adınızın da qeyd olunduğu ÖZ Klub kartını əldə etmək üçünsə 6 aylıq və 12 aylıq üzvlük paketlərimiz vardır. Sizi ÖZ aramızda görməkdən şad olarıq!

ÖZünü Kəşf Et!

Address

Baku
AZ1010

Opening Hours

Monday 11:00 - 19:00
Tuesday 11:00 - 19:00
Wednesday 11:00 - 19:00
Thursday 11:00 - 19:00
Friday 11:00 - 19:00
Saturday 12:00 - 18:00
Sunday 12:00 - 18:00

Telephone

012 437 37 83

Website

Alerts

Be the first to know and let us send you an email when ÖZ Klub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ÖZ Klub:

Share