11/05/2026
🤖Süni intellektlə hazırlanmış məzmuna gözlənilən hüquqi tənzimləmə gəldi
📲Süni intellektlə ilə hazırlanmış məzmun paylaşmaq artıq sadəcə etik məsələ deyil, hüquqi məsuliyyət daşıyır. Ölkəmiz də, beynəlxalq tendensiyaya uyğun olaraq, bu sahəni qanunla tənzimləyən ölkələr sırasına qoşuldu.
📄Belə ki, 21 aprel 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə bir çox normativ aktlara edilmiş dəyişikliklərə əsasən iki əsas məsələ önə çıxır:
· Süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama
Yeni tənzimləmə ilə “deepfake” yəni, şəxsin icazəsi alınmadan onun görüntüsü və ya səsindən istifadə edərək süni intelekt ilə material hazırlamaq cinayət hesab edilir və azadlıqdan məhrum etmə ilə nəticələnə bilər
· Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallarını nişanlanma
📲Yeni dəyişikliklərə əsasən süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanmalıdır və müvafiq nişanlama olmodan hazırlanmış məzmunun yayımlanması halında səksən manatdan yüz əlli manatadək məbləğinədək cərimə nəzərdə tutulmuşdur.