Yeni Yol

Yeni Yol “YENİ YOL” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin rəsmi Facebook səhifəsi.

Komanda işi, rəqabət və intellektual oyunlar Göygöldə bizi gözləyir 🧩🔥
16/06/2026

Komanda işi, rəqabət və intellektual oyunlar Göygöldə bizi gözləyir 🧩🔥

“Bunu sonra edərəm...” Tanış gəldi?🤫Hər dəfə bu cümləni quranda əslində vaxtınızı yox, öz potensialınızı təxirə salırsın...
09/06/2026

“Bunu sonra edərəm...” Tanış gəldi?

🤫Hər dəfə bu cümləni quranda əslində vaxtınızı yox, öz potensialınızı təxirə salırsınız.

Prokrastinasiya ( təxirə salma problemi) tənbəllik deyil; beyinin anlıq rahatlığı üstün tutmasıdır.

Nəticə: Dağ kimi yığılan işlər, daimi stress və azalan özünəinam❌

Bundan necə qurtulaq?
-İşi hissələrə böl: Böyük hədəfləri kiçik, qorxutmayan addımlara ayır.
-5 dəqiqə qaydası: Özünə söz ver “Cəmi 5 dəqiqə edəcəm”. Başlamaq bitirməyin yarısıdır.
-Rəqəmsal detoks: Diqqətini dağıdan bildirişləri söndür.

Başlamaq ən çətin, amma hər şeyi dəyişən ən vacib addımdır. Səmimi olaq hazırda bu postu oxuyarkən əslində hansı işi görməli idiniz?🤔

Əziz gənclər,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yeni ...
06/06/2026

Əziz gənclər,

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə start verilir.🚀

Layihə işğaldan azad olunmuş bölgələrdən olan gənclərin liderlik potensialının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda formalaşması, şəxsi və peşəkar bacarıqlarının artırılması məqsədini daşıyır.

İştirakçılar 4 günlük düşərgə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə, praktiki fəaliyyətlərdə, ekskursiyalarda və komanda işlərində iştirak edəcəklər.

Düşərgə proqramı çərçivəsində gənclərin aşağıdakı mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı olacaq:

📌 Vətənpərvərlik və milli dəyərlər;
📌 İcma liderliyi və sosial təşəbbüskarlıq;
📌 Məşğulluq və peşə bacarıqları.

📅 Tarix: 16–20 iyul
📍 Məkan: Göygöl İdman Kompleksi
Son qeydiyyat tarixi: 20 iyun 18:00

Qeydiyyat linki:

https://forms.gle/kgTok6npLUYskiAo6

✨ Qarabağ gənclərinin bilik, bacarıq və liderlik potensialının inkişafına töhfə verməyi hədəfləyən bu layihədə görüşənədək!

Yolumuzda ad qoyanlar …Hər gün yanından keçdiyimiz küçə adları bəzən bizə adi görünür. Amma o adların arxasında eləhəyat...
05/06/2026

Yolumuzda ad qoyanlar …
Hər gün yanından keçdiyimiz küçə adları bəzən bizə adi görünür. Amma o adların arxasında elə
həyat hekayələri dayanır ki, onları tanıdıqca baxışımız dəyişir.Adını bəlkə küçədə görmüşük. Bəlkə
də heç fikir verməmişik. Amma bu adın arxasında elə bir həyat var ki, oxuyanda insan həm qürur
duyur, həm də heyrətlənir…

Əliyar Əliyev (1957–1992): Sadəliyi ilə seçilən, qəhrəmanlığı ilə yadda qalan;

✔️Əliyar Əliyev gənc yaşlarından intizamlı və məqsədyönlü insan kimi tanınırdı. Onun ən
diqqətçəkən xüsusiyyətlərindən biri isə az danışıb çox iş görməsi idi. O, sözlə deyil, əməli ilə seçilirdi.

✔️Onu tanıyanların dediyinə görə, Əliyar Əliyev çətin vəziyyətlərdə belə yumor hissini itirməzdi.
Bu xüsusiyyəti ilə ətrafındakı insanların gərginliyini azaldar, onlara psixoloji dəstək verərdi.Döyüş yoldaşları onun haqqında danışarkən bildirirlər ki, o, ən riskli tapşırıqlarda könüllü şəkildə irəli çıxırdı.

✔️Şəhid olduqdan sonra adı yalnız bir küçəyə deyil, insanların yaddaşına yazıldı. Əliyar Əliyev
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Göstərdiyi şücaət və vətənə sədaqət bu gün də
gənclərə nümunə olur. Haqqında danışılan xatirələr isə yaşayaraq yeni nəsillərə ötürülür.

✔️Onun şəxsi həyatında isə sadəlik və təvazökarlıq ön planda idi. Uğurlarını qabartmaz, hər zaman
özünü adi bir insan kimi aparardı. Məhz bu xüsusiyyətlər onu daha da böyük edirdi.

📌Əliyar Əliyevin həyatı bizə öyrədir ki, əsl böyüklük sadəlikdə və fədakarlıqda gizlidir.

Praktiki yanaşma əsasında təşkil olunan “Excel” təliminin 3-cü günündə iştirakçılar verilənlərin analizi və effektiv ida...
02/06/2026

Praktiki yanaşma əsasında təşkil olunan “Excel” təliminin 3-cü günündə iştirakçılar verilənlərin analizi və effektiv idarə olunması üzrə bacarıqlarını inkişaf etdirib.

Bu proses onların peşəkar inkişafına müsbət təsir göstərib.

📢 “NAYORA”nın dəstəyi “Yeni Yol” GMİB-in təşkilatçılığı ilə “FLUENTOPİA” çərçivəsində ilk dəfə “İspan dili” proqramına q...
01/06/2026

📢 “NAYORA”nın dəstəyi “Yeni Yol” GMİB-in təşkilatçılığı ilə “FLUENTOPİA” çərçivəsində ilk dəfə “İspan dili” proqramına qeydiyyat başladı! 🇪🇸✨

📚 Proqram haqqında:
Dil öyrənmək istəyən gənclər üçün yeni fürsət.

İlk dəfə təşkil olunan “İspan dili” proqramı iştirakçılara peşəkar təlimçi Aysu İsmayılova ilə birlikdə ispan dilini daha praktik, interaktiv və effektiv şəkildə öyrənmək imkanı yaradacaq. Dərslər boyunca həm dil biliklərinizi inkişaf etdirəcək, həm də danışıq, dinləmə və ünsiyyət bacarıqlarınızı gücləndirəcəksiniz.

💡 Səni nələr gözləyir?
✔️ İnteraktiv və praktik dərslər;
✔️ Yeni dil bacarıqları və danışıq təcrübəsi;
✔️ Motivasiyalı iştirakçılarla birlikdə öyrənmə mühiti;
✔️ Özünü inkişaf etdirmək və yeni fürsətlər qazanmaq imkanı.

📍 Məkan: Globus Center, 13-cü mərtəbə

📅 Son qeydiyyat tarixi: 7 iyun

🎓 Təlimçi: Aysu İsmayılova

✨ Əgər sən də yeni bir dil öyrənmək, özünü inkişaf etdirmək istəyirsənsə bu proqram tam sənin üçündür!

İlk sessiyada yerini tutmağa tələs! 🚀🇪🇸

Qeydiyyatdan keçmək üçün “İspan dili” yazmağınız kifayətdir😍

🇪🇸

Uşaqların Beynəlxalq Müdafiəsi Günü:Uşaqlar bu dünyanın ən saf gülüşü və ən təmiz ümididir. Hər bir uşaq sevgi, qayğı və...
01/06/2026

Uşaqların Beynəlxalq Müdafiəsi Günü:

Uşaqlar bu dünyanın ən saf gülüşü və ən təmiz ümididir. Hər bir uşaq sevgi, qayğı və sülh içində böyüməyə layiqdir.🎈

Onların gülüşü sabahın daha gözəl olacağına inam
yaradır. Bizim vəzifəmiz isə o gülüşü qorumaq və heç vaxt solmağa qoymamaqdır.

Çünki sağlam və xoşbəxt uşaqlar parlaq bir gələcəyin təməlidir🤍

“Müstəqillik Günü” 28 May Azərbaycan tarixində dövlətçilik ənənələrinin əsasının qoyulduğu, xalqımızın azadlıq və müstəq...
28/05/2026

“Müstəqillik Günü”

28 May Azərbaycan tarixində dövlətçilik ənənələrinin əsasının qoyulduğu, xalqımızın azadlıq və müstəqillik iradəsinin dünyaya bəyan edildiyi əlamətdar bir gündür.

Bu tarix milli kimliyimizin, birliyimizin və gələcəyə olan inamımızın simvoludur.

Müstəqillik sadəcə tarix deyil bu, hər birimizin qoruyub yaşatmalı olduğu ən böyük dəyərdir. Güclü dövlət, güclü cəmiyyət və şüurlu vətəndaşlarla qurulur.

Birliyin, mərhəmətin və paylaşmağın bayramı olan Qurban Bayramı münasibətilə “Yeni Yol” ailəsi olaraq hər kəsə sevinc do...
27/05/2026

Birliyin, mərhəmətin və paylaşmağın bayramı olan Qurban Bayramı münasibətilə “Yeni Yol” ailəsi olaraq hər kəsə sevinc dolu günlər arzulayırıq.

Bayramınız mübarək olsun! 🌙

“Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası”, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ...
24/05/2026

“Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası”, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və “Gənclərin Səsi Könüllü Platforması” nın təşkilatçılığı ilə “Müstəqillik Günü: dünəndən bu günə” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov və Milli Məclisin deputatı Ceyhun Məmmədov fəxri qonaq qismində iştirak edib.

Görüş zamanı qonaqlar Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və milli dəyərlərin qorunmasının əhəmiyyəti haqqında çıxış edib. Onlar xüsusilə gənclərin vətənpərvər ruhda formalaşmasının vacibliyini vurğulayaraq, müstəqilliyimizin keçdiyi tarixi yoldan və əldə olunan uğurlardan bəhs ediblər.

Tədbir interaktiv müzakirələrlə davam edib. İştirakçılar mövzu ətrafında fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıb.

Address

Azərbaycan, Bakı, Əhməd Cavad 1C
Baku

Telephone

+994556099551

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Yol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Yol:

Share