Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi / Azerbaijan State Pedagogical University Western Azerbaijan Research Center

ADPU-nun Beynəlxalq əlaqələr üzrə  Prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırma Mərkəzinin tə...
16/06/2026

ADPU-nun Beynəlxalq əlaqələr üzrə Prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan vətən” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə universitet rəhbərliyi, Qərbi Azərbaycan İcmasının nümayəndələri, millət vəkilləri, professor-müəllim heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər filmin Qərbi Azərbaycanın zəngin mədəni irsinin, adət-ənənələrinin, ədəbiyyatının, incəsənətinin, milli geyim və mətbəx nümunələrinin tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

İsveçli rejissor Mikael Silkeberqin ərsəyə gətirdiyi filmdə Qərbi Azərbaycan yaddaşlarda yaşayan və mədəni dəyərləri ilə qorunub saxlanılan məkan kimi təqdim olunur. Arxiv materialları, tarixi xəritələr və müxtəlif şahid ifadələri vasitəsilə göstərilir ki, bəzi coğrafiyalar yalnız fiziki sərhədlərlə deyil, insanların mədəni şüurunda və kollektiv yaddaşında yaşayır.

Filmdə Qərbi Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsi olan aşıq sənətinə xüsusi yer ayrılıb. Göyçə mahalının yetirdiyi böyük söz ustadı Aşıq Ələsgərin yaradıcılığı vasitəsilə bölgənin mənəvi dəyərləri, təbiəti və insanlarının həyat tərzi tamaşaçılara təqdim olunur.

Sənədli filmdə həmçinin ədəbi və bədii irsin qorunması məsələlərinə toxunulur, klassik ədəbiyyat nümunələri, təsviri sənət əsərləri və tarixi əlyazmalar milli kimliyin yaşadılmasının vacib vasitələri kimi təqdim edilir. Bununla yanaşı, İrəvan xalçaçılıq məktəbinin nümunələri, milli geyimlər və kulinariya irsi Qərbi Azərbaycanın zəngin maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi nümayiş olunur.

15/06/2026
"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitaba həsr olunmuş dəyirmi masa keçirilibPr...
12/06/2026

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitaba həsr olunmuş dəyirmi masa keçirilib
Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova "Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən bu strateji xəttin elmi əsaslarla təhlili baxımından təqdim olunan monoqrafiyanın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Xüsusilə qeyd edib ki, soydaşlarımızın məruz qaldığı soyqırımı, deportasiya və repressiyaların Ümummilli Lider Heydər Əliyevin öz ailəsinin timsalında, onların yaşadıqları acılar fonunda işıqlandırılması əsərin ən təsirli məqamlarındandır.
Daha sonra kitabın mövzusunu, elmi-tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Dəyirmi masada çıxış edən kitabın ideya müəllifi, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor, ADPU-nun rektoru Cəfər Cəfərov, deputatlar - Sadiq Qurbanov, Rizvan Nəbiyev, Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Azər Allahverənov mövzunun aktuallığından bəhs ediblər. Natiqlər kitabın soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq müstəvidə müdafiəsi və gənc nəslin milli yaddaşının qorunması baxımından dəyərli bir mənbə olduğunu qeyd ediblər.
İqtisad üzrə fəlsəfə doktoru, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi Müşfiq Ramazanov, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışlarında əsərin elmi-tarixi əhəmiyyətinə toxunublar. Bildirilib ki, kitabda arxiv sənədləri əsasında Qərbi Azərbaycana dair reallıqlar, deportasiya proseslərinin siyasi-hüquqi aspektləri və Ulu Öndərin bu istiqamətdəki uzaqgörən fəaliyyəti sistemli şəkildə araşdırılıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov və professor İbrahim Bayramov isə məsələnin hüquqi və ictimai tərəflərini vurğulayaraq, icmanın qarşıya qoyduğu hədəflərlə bu cür elmi araşdırmaların paralellik təşkil etdiyini diqqətə çatdırıblar.
Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova tədqiqat prosesi barədə məlumat verərək, tədbirin təşkilinə görə Prezident Kitabxanasının rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda çıxış edən professor Afət Abbasova elmi ictimaiyyətə təqdim olunan bu monoqrafiyanın gələcək araşdırmalar üçün mükəmməl baza rolunu oynayacağını qeyd edib və müəllifə yaradıcılıq uğurları arzulayıb.

https://video.azertag.az/video/323019
11/06/2026

https://video.azertag.az/video/323019

Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova "Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitabının müzakirəsinə həs...

ADPU-nun Filologiya fakültəsinin heyəti Lənkəran-Astara Regional Təhsil İdarəsində “Qərbi Azərbaycan əzəli və əbədi Azər...
05/06/2026

ADPU-nun Filologiya fakültəsinin heyəti Lənkəran-Astara Regional Təhsil İdarəsində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbirdə iştirak edib.
✅Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev ilə Hilal Salmanov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Könül Səmədova, Lənkəran şəhəri üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri, müəllimlər iştirak etmişlər.
✅Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov xalqımızın tarixi yaddaşında xüsusi yer tutan Qərbi Azərbaycan haqqında danışmış, bu torpaqların əsrlər boyu Azərbaycan xalqının yaşadığı, yaratdığı və öz izini qoyduğu qədim yurd yerlərindən biri olduğunu vurğulamışdır.
✅Daha sonra professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda məruzəsi dinlənilmişdir. Çıxış zamanı Qərbi Azərbaycanın tarixi, mədəni irsi, Azərbaycan xalqının bu ərazilərlə bağlı tarixi yaddaşı, milli-mənəvi dəyərləri və soydaşlarımızın doğma torpaqlara qayıdış hüququ ilə bağlı geniş məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Təhsil işçiləri tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılmışdır.
✅Tədbir çərçivəsində professor Mahirə Hüseynova tərəfindən son illərdə nəşr olunmuş bir sıra ədəbi əsərlər idarəyə hədiyyə edilmişdir.

Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbir...
05/06/2026

Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər keçirilib
4 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər təşkil olunub.
Tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, Bakı Dövlət Universitetinin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva iştirak ediblər.
Layihə çərçivəsində Ankara Universitetinin ev sahibliyi ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və universitetin Gözəl Sənətlər Fakültəsinin birgə təşkilatçılığı ilə “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib. Eyni zamanda Qərbi azərbaycanlıların, xüsusilə İrəvan Xan Sarayının milli geyim mədəniyyətinə aid nümunələrdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçılarına Qərbi Azərbaycan mətbəxinin zəngin nümunələrindən ibarət furşet də təqdim edilib.
Qeyd olunub ki, Qərbi Azərbaycanın milli geyim və qeyri-maddi mədəni irsinə həsr edilmiş belə bir tədbir ilk dəfə olaraq Azərbaycan hüdudlarından kənarda təşkil edilir. Layihənin əsas məqsədi əsrlər boyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin yaratdıqları zəngin mədəni irsin təbliği, qorunması və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bununla yanaşı, tədbir vasitəsilə ümumtürk mədəni irsinin ayrılmaz hissəsi olan Qərbi Azərbaycan mədəniyyətinin Türkiyə ictimaiyyətinə və beynəlxalq auditoriyaya təqdim edilməsi hədəflənib.
Konfrans zamanı Qərbi Azərbaycan həqiqətləri, azərbaycanlıların tarixi torpaqlarından deportasiyalara məruz qalması və bölgədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin məhv edilməsi faktlarına da diqqət çəkilib. Bildirilib ki, XX əsrdə Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri müxtəlif mərhələlərdə deportasiya və etnik təmizləmə siyasətinə məruz qalıb, nəticədə yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb. Xüsusilə 1987–1991-ci illərdə baş vermiş son deportasiya zamanı 22 rayon və 300-ə yaxın kənddə yaşayan təxminən 300 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub.
Tədbirdə vurğulanıb ki, Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması məsələsi beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun diqqət mərkəzində olmalıdır.
Çıxışlarda qeyd olunub ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində qayıdış hüququnun təmin olunması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə son illər ərzində beynəlxalq müstəvidə mühüm təşəbbüslər həyata keçirilib.
Bildirilib ki, Ankarada keçirilən tədbirlər də mədəniyyət diplomatiyasının mühüm nümunəsi olmaqla Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət diplomatiyası sahəsində fəaliyyəti Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayıb. Bu istiqamətdə formalaşmış təcrübənin Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq səviyyədə təşviqinə də mühüm töhfələr verəcəyi qeyd edilib.

🇦🇿Professor Mahirə Hüseynovanın Astara şəhərində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq...
05/06/2026

🇦🇿Professor Mahirə Hüseynovanın Astara şəhərində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərsi təşkil olunub.
✅Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının və Qərbi Azərbaycan İcmasının yerli nümayəndələri, ümumtəhsil müəssisələrinin tarix, coğrafiya və ədəbiyyat müəllimləri, eləcə də şagirdlər iştirak ediblər.
✅Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycanın tarixi keçmişi, bu torpaqların Azərbaycan xalqının milli-mədəni irsində tutduğu yer, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O gənclərin milli tarixə bağlı ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb.
✅Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövsən Ağayev və Hilal Salmanov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və başqaları mövzu ilə bağlı çıxış edərək Qərbi Azərbaycanın tarixi həqiqətlərinin təbliği, milli yaddaşın qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətindən danışıblar.
✅Açıq dərs müzakirələrlə davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təklif və fikirlər dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

İZ JURNALI - 3-CÜ BURAXILIŞ 2026 https://adpu-westaz.org/uploads/public_files/2026-06/jurnal-02-8-yeni.pdf
04/06/2026

İZ JURNALI - 3-CÜ BURAXILIŞ 2026https://adpu-westaz.org/uploads/public_files/2026-06/jurnal-02-8-yeni.pdf

Address

Üzeyir Hacıbəyov 68
Baku
AZ1000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994502858717

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi:

Share