Support For Economic Initiatives

Support For Economic Initiatives Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Support For Economic Initiatives, Non-Governmental Organization (NGO), 2nd Alatava Str. , 9, Tbilisi Avenue, Baku.

The Baku-based Non-governmental Organization - Center for Support for Economic Initiatives (SEI) came into existence in order to promote expansion of advanced and innovative socioeconomic initiatives.

Azərbaycanda ictimai maliyyə ilə bağlı məlumatlarına əlçatanlıq səviyyəsi heç vaxt qaneedici olmayıb. Sıravi vətəndaşlar...
21/11/2022

Azərbaycanda ictimai maliyyə ilə bağlı məlumatlarına əlçatanlıq səviyyəsi heç vaxt qaneedici olmayıb. Sıravi vətəndaşlardan fərqli olaraq bu məlumatların aktiv istifadəçiləri olan vətəndaş cəmiyyəti təmsilçiləri, dövri mətbuat nümayəndələri, araşdırmaçılar daim məlumatların keyfiyyətindən və onları əldə edilməsinin çətinliyini qabardıblar. İnformasiya texnologiyaların inkişaf fonunda məlumatların elektronlaşması, hökumətin məlumatların açıqlanmasına dair tələblərinin artması və əhalinin elektron xidmətlərə əlçatanlığı da problemi həll edə bilməyib. Elə bu baxımdan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri “İctimai maliyyə ilə bağlı məlumatlarının əlçatanlığı: qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və mövcud vəziyyət” adlı bülleten buraxıb.

10/05/2022

TƏLİM ÜÇÜN ELAN

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri iqtisadi mövzularda yazan gənc jurnalistlər, bloqqerlər və gənc ictimai fəalların dövlət maliyyəsinin (o cümlədən dövlət büdcəsinin) idarə edilməsində şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, dövlət vəsaitlərinin istifadəsi üzrə onların araşdırma qabiliyyətlərini inkişaf etdirmək məqsədilə təlimlər təşkil edir. 3 mərhələdən ibarət olan təlimlərin birinci mərhələsində iştirakçılara dövlət maliyyə sisteminin tərkibi və strukturu, büdcə sistemi və büdcə prosesləri, büdcə prosesinin iştirakçıları və maraqlı tərəfləri, nəticəyə yönəlik büdcə proseslərinin təşkili xüsusiyyətləri, habelə büdcə təsnifatı izah ediləcək, büdcə məlumatları ilə işləmə qabiliyyətləri aşılanacaq. Növbəti mərhələdə iştirakçılara büdcə proseslərində şəffaflıq və hesabatlılıq sahəsində milli və beynəlxalq tələblər, büdcə proseslərində maraq qruplarının iştirak formaları, dövlət büdcəsinə kənar nəzarətin təşkili xüsusiyyətləri və dövlət satınalmalarında şəffaflıq məsələləri izah ediləcək. Son mərhələdə isə jurnalist araşdırmalarının təşkili üsulları tədris olunacaq.

Təlimin hər mərhələsi 4 gün (yarım gün olmaqla) nəzərdə tutulur. Təlimlər həftəsonları təşkil olunacaq. Son mərhələnin iştirakçıları ilk iki mərhələni müvəffəqiyyətlə başa vuranlar arasından seçiləcək.
Təlimdə iştirak etmək istəyən gənclərin iqtisadi-sosial mövzuları araşdırmağa marağı, bu sahədə ən azı bir illik jurnalist yaxud bloqqer təcrübəsinə malik olmalıdırlar. Bununla yanaşı hazırda fəaliyyətdə olan gənclər təşkilatlarının iqtisadi bölmələrində çalışan gənclər də təlimə qatıla bilərlər.

Təlimə qatılmaq istəyən şəxslərin CV-sini və təlimdə iştirak məqsədini və təlimdən gözləntisini ifadə edən qısa niyyət məktubunu aşağıdakı e-mail ünvanına göndərmələri xahiş olunur: [email protected]

Müraciətin son tarixi: 25 may 2022-ci il.

Address

2nd Alatava Str. , 9, Tbilisi Avenue
Baku
AZ1102

Alerts

Be the first to know and let us send you an email when Support For Economic Initiatives posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share