Sma_Azerbaijan

Sma_Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sma_Azerbaijan, Community Center, Baku.

Hər zaman SMA-lı pasientlərimizin yanında olan, müalicələrində xüsusi rola malik olan bütün Fizioterapevt yoldaşlarımızı...
08/09/2024

Hər zaman SMA-lı pasientlərimizin yanında olan, müalicələrində xüsusi rola malik olan bütün Fizioterapevt yoldaşlarımızı təbrik edir, işlərində uğurlar arzu edirik!

Başda SMA-lı pasientlər və ailələri olmaqla, bütün Müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edi...
10/04/2024

Başda SMA-lı pasientlər və ailələri olmaqla, bütün Müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, Uca Tanrıdan tutulan orucların, edilən duaların qəbul olmasını arzu edirik!

İlk öncə Sma’lı xanımlar və körpəsi Sma’lı olan həyatını mübarizə ilə keçirən güclü xanımların günüdür 8 mart. Çünki ən ...
08/03/2024

İlk öncə Sma’lı xanımlar və körpəsi Sma’lı olan həyatını mübarizə ilə keçirən güclü xanımların günüdür 8 mart. Çünki ən böyük əməyi siz verirsiniz. Sizi və sizin simanızda bütün xanımları təbrik edirik. Bu mübarizədə sizə uğur arzu edir və hər zaman dəstəyimiz sizinlədir deyirik.

Hər il olduğu kimi Pasiyent Təşkilatları İttifaqı və TƏBİB həkimlərlə bərabər 29 fevral Beynəlxalq Nadir Xəstəliklər Gün...
29/02/2024

Hər il olduğu kimi Pasiyent Təşkilatları İttifaqı və TƏBİB həkimlərlə bərabər 29 fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrans keçirildi.

Konfransda Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Prof. Dr. Aytən Məmmədbəyli “SPİNAL ƏZƏLƏ ATROFİYASI XƏSTƏLİYİNİN KLİNİKASI VƏ YANAŞMA ƏSASLARI” mövzusunda çıxış etdi.

Qalib xalqın , qalib Lideri !
12/02/2024

Qalib xalqın , qalib Lideri !

Başda  SMA-lı pasientlər, pasient yaxınları olmaqla bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ...
31/12/2023

Başda SMA-lı pasientlər, pasient yaxınları olmaqla bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm. İnşAllah bu yeni ildə sayımız dəyişməz olaraq qalar, aramızda birlik, dostluq zəifləməz! İnanıram ki, 2024 cü il SMA Azərbaycan adına uğurlarla yadda qalacaq və problemlərimiz önəmli ölçüdə həll olacaqdır! Qürur hissi ilə demək istəyirəm ki, artıq arzularımızda o gün olsun Şuşada,Xankəndidə qeyd edək demirik! Uzun illərdi həllinə tapmayan bu məsələ Cənab Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman oğullarımızın qanı bahasına öz həllini tapdı. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm. Çox təəssüf ki bu il ərzində bizim də 11 pasientimiz həyatdan köçmüşdür. Allah onlarında ailələrinə səbr versin, körpələrimizə rəhmət etsin! Bayramınız mübarək əzizlərim !
Mərkəzi Neftçilər Xəstəxanası Ümumi Cərrah
SMA xəstələrinə yardım İctimai Birliyinin rəhbəri
Dr.Səməd Həsənli

Doğum gününüz mübarək, cənab Prezident! Sizə cansağlığı, sevinc,uğur və qələbələrlə dolu uzun ömür arzulayırıq! Tanrı Si...
24/12/2023

Doğum gününüz mübarək, cənab Prezident! Sizə cansağlığı, sevinc,uğur və qələbələrlə dolu uzun ömür arzulayırıq! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi, sevdiklərinizi və Azərbaycan xalqını qorusun!

Birlikdə Güclüyük ! 21 dekabr 2023-cü il tarixində Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkila...
17/12/2023

Birlikdə Güclüyük ! 21 dekabr 2023-cü il tarixində Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu təşkil ediləcək.

Pasiyet Təşkilatlarının III Respublika Forumu dövlət səhiyyə qurumlarını, Millət vəkilləri, həkimlər, media nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və ən əsası müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərlə birgə keçiriləcək.

Qeyd edək ki, Forumda ixtisaslaşmış pasiyent təşkilatları həkimlərlə birgə təqdimatlar hazırlayıb.

Beləliklə, Pasiyent Təşkilatlarının III Respublika Forumunda "Spinal Muskular Atrofiyalı Xəstələrə Yardım" İctimai Birliyininin sədri Dr. Səməd Həsənli "Azərbaycanda SMA-ın mövcud vəziyyəti" və Azərbaycan Nevroloqlar Assosiasiyasının sədri Prof. Dr. Aytən Məmmədbəyli "Spinal əzələ atrofiyası artıq məhkumiyyət deyil " mövzusunda çıxış edəcəklər.
.gov.az .gov.az ̇ttifaqı

10.12.2023-cü il tarixinde "Gənc həkimlər"lərlə birgə təşkil etdiyimiz Uşaq evinə yardım kampaniyasından. Dəstək olan hə...
17/12/2023

10.12.2023-cü il tarixinde "Gənc həkimlər"lərlə birgə təşkil etdiyimiz Uşaq evinə yardım kampaniyasından. Dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk!

Vətən sevgisini ürəyində, Vətən yükünü çiyinlərində daşıyan bütün Vətən Övladlarımızın Zəfər Bayramı mübarək olsun!
08/11/2023

Vətən sevgisini ürəyində, Vətən yükünü çiyinlərində daşıyan bütün Vətən Övladlarımızın Zəfər Bayramı mübarək olsun!

Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli...
25/10/2023

Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmovla çox səmərəli görüşümüz oldu. Əksikliklərimiz və onların həll yolları, gələcək planlarımız haqqında ətraflı disskusiya apardıq. Bizə yaradılan bu şəraitə görə başda Əmək və Əhalinin Müdafiəsi naziri Cənab Sahil Babayevə, hər zaman bizə öz dəstəyini göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyi İdarə Heyətinin sədri Anar Bayramov olmaqla bütün kollektivə öz təşəkkürümüzü bildiririk.

30 Sentyabr- 1 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində EAMDA-nın təşkil etdiyi Sinir-əzələ xəstəliklərinə da...
05/10/2023

30 Sentyabr- 1 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində EAMDA-nın təşkil etdiyi Sinir-əzələ xəstəliklərinə dair təşkil etdiyi konfransda ölkəmiz adına iştirak etdik. Tədbirdə dünyanın bir çox ölkəsindən, ABŞ, İspaniya, İtaliya, Polşa, Böyük Britaniya,Türkiyə və digər ölkələrdən məruzəçilər iştirak edirdi.Dünyada istifadə edilən ən son yenilikləri, Avropalı həmkarlarımızın təcrübəsini öyrənməyə çalışdıq. İnanıram ki öyrəndiyimiz yenilikləri ölkəmizdə tətbiq edib, xalqımıza faydalı ola bilərik.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Sma_Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sma_Azerbaijan:

Share