Association of Travel Agencies of Azerbaijan

Association of Travel Agencies of Azerbaijan As the ATAA our goal is to actively participate in creation of a new tourism industry in Azerbaijan.

Our purpose is providing a well-organized professional tourism services, developing a single platform for independ
and self-developing travel agencies.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir qrup nümayəndəsi Bakıda təşkil olunan tibbi turizm üzrə beynə...
16/06/2026

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir qrup nümayəndəsi Bakıda təşkil olunan tibbi turizm üzrə beynəlxalq road-show tədbirində iştirak edib.

Tədbirdə Astana şəhərinin tibbi turizm qurumlarının, aparıcı klinikaların və reabilitasiya mərkəzlərinin neyrocərrahiyyə, onkologiya, EKM (IVF), estetik tibb və uşaq reabilitasiyası sahələrində istifadə olunan müasir tibbi imkanları təqdim edilib.

Silsilə tədbir çərçivəsində ATAA üzvləri Astananın tibbi potensialı ilə yaxından tanış olub, B2B görüşlər keçirib, yeni tərəfdaşlıq əlaqələri müzakirə olunub.

15/06/2026
Azərbaycan Turizm Bürosunun Pakistanın 10 aparıcı turizm sənayesi nümayəndəsi üçün təşkil etdiyi tanışlıq səfəri çərçivə...
13/06/2026

Azərbaycan Turizm Bürosunun Pakistanın 10 aparıcı turizm sənayesi nümayəndəsi üçün təşkil etdiyi tanışlıq səfəri çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri üçün B2B görüş keçirilib.

Görüşdə turizm məhsullarının birgə tanıdılması, qarşılıqlı turist axınının artırılması, yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də ortaq layihələrin işlənib hazılanması və tədbiq edilməsi, iki tərəfli əlaqələrin inkişaf etdirilməsi,yeni tərəfdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Bununla yanaşı tur paketlərinin hazırlanması, qrup və fərdi turların təşkili, MICE turizmi, yay və qış turizm məhsullarının qarşılıqlı təşviqi, marketinq kampaniyalarının həyata keçirilməsi və infoturların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Peşəkar Turizmçilər Kom...
12/06/2026

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Peşəkar Turizmçilər Komitəsinin nümayəndələri ilə ölkə turizminin inkişaf perspektivlərini, o cümlədən Assosiasiyanın və üzv şirkətlərin fəaliyyətinə dəstək olan təşəbbüsləri müzakirə ediblər.

Görüş zamanı ATAA üzvüləri üçün daxili turizmin təşviqi, regionların turizm potensialının daha səmərəli şəkildə tanıdılması və yerli turizm məhsullarının rəqabət qabiliyyətinin artırılması, həmçinin ATAA üzvləri tərəfindən göstərilən xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi və müştəri məmnuniyyətinin təmin olunması ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı regionlara təşkil olunan infoturların sayının artırılması və yeni turizm marşrutlarının hazırlanması ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə həmçinin ATAA üzvləri tərəfindən turizm bazarında sağlam rəqabət mühitinin qorunub saxlanılmasının vacibliyi bildirilib və etik iş prinsiplərinə riayət edilməsinin sektorun davamlı inkişafına töhfə verəcəyi qeyd olunub. Bununla bağlı Assosiasiyada daxili istifadə üçün etik kodeksin hazırlanması təklif edilib.

Bundan başqa peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə turizm sahəsində təlim-tədris layihələrinin həyata keçirilməsi, ixtisasartırma proqramlarının təşkili və bu sahə üzrə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məsələləri diqqət mərkəzində olub.

Görüşdə İdarə Heyəti sədri tərəfindən komitə üzvlərinə müzakirələrdə qaldırılan məsələlərə dair təkliflərin hazırlanaraq təqdim olunması tapşırılıb.

Yerli və xarici hava yolları, o cümlədən logistika şirkətləri ilə iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan ...
11/06/2026

Yerli və xarici hava yolları, o cümlədən logistika şirkətləri ilə iş birliyinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla ATAA-nın Avialogistika Komitəsinin yeni tərkibdə fəliyyətə başlayan üzvləri arasında təşkil olunan görüş zamanı müzakirə olunub.

Müzakirlər zamanı hava yolları vasitəsi ilə ölkəyə turist axınının artırırılması, yeni səmərəli istiqamətlərin araşdırılması, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişafı, yeni hava yolları ilə əməkdaşlıq əlaqələrinin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin ölkənin gəlmə turizm potensialının genişləndirilməsinin, yerli turistlər üçün aviabiletlərin daha sərfəli olması üçün təkliflərin hazırlanmasının və göstərilən turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclasda komitə üzvlərinin yekdil qərarı ilə Fərhad Tahirov Avialogistika Komitəsinin rəhbəri seçilib.

İclasın yekununda komitə üzvləri tərəfindən bir sıra fikirlər və təkliflər səsləndirilib, qarşıdakı dövr üçün fəaliyyət planı müzakirə olunub, bu istiqamətdə İdarə Heyətinin sədri tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Gəlmə Turizm Komitəsini...
10/06/2026

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Gəlmə Turizm Komitəsinin yeni tərkibdə fəliyyətə başlayan üzvləri ilə görüş keçirib.

İclasda 2026-cı ilin ilk yarım illiyində komitənin tərəfdaşlarla keçirdiyi səmərəli görüşlər, önəmli bazarlarda fəaliyyətin intensivləşdirilməsi və uğurlu təşviqqat işlərinin aparılması, turist axınının artırılması və çoğrafiyasının genişləndirilməsi, o cümlədən mövcud turizm bazarlarının möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

Həmçinin yeni ölkələrin araşdırılması və əməkdaşlıq imkanlarının formalaşdırlması ətrafında fikir mübadiləsi aparılıb.

İclasda komitə üzvlərinin yekdil qərarı ilə Cəmilə Əliyeva Gəlmə Turizm Komitəsinin rəhbəri seçilib.

Toplantıda İdarə Heyətinin sədri tərəfindən fəaliyyət planına uyğun olaraq cari ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə, o cümlədən beynəlxalq tərəfdaşlarla iş birliyinin daha da dərinləşdirilməsinə, ATAA üzvlərinin xarici turizm sərgilərində aktiv iştirakının artırılmasına dair tövsiyyə və tapşırıqlar verilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 10 üzvü Azərbaycan Turizm Bürosu ilə birlikdə Çin Xalq Respublika...
09/06/2026

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 10 üzvü Azərbaycan Turizm Bürosu ilə birlikdə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Ümumdünya Turizm Təşkilatları Alyansı tərəfindən təşkil olunan “Çin-Azərbaycan Turizm Dialoqu tədbirində iştirak edib.

Tədbirdə hər iki ölkənin dövlət və özəl turizm qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri və turizm sənayesinin aparıcı ekspertləri iştirak ediblər.

Tədbir çərçivəsində ATAA nümayəndləri yeni tərəfdaşlıq əlaqələrinin qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, turist cəlbediciliyinin artırılması üçün iş birliyinin gücləndirilməsi,qarşılıqlı maraq doğuran turpaketlərin hazırlanması məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, mayın 29-da Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

Azərbaycan Turizm Bürosunun Rusiya Federasiyasının aparıcı turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi tanışlıq səf...
09/06/2026

Azərbaycan Turizm Bürosunun Rusiya Federasiyasının aparıcı turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi tanışlıq səfəri çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri üçün B2B görüş keçirilib.

Görüşdə iş birliyinin genişləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması və turizm məhsullarının qarşılıqlı tanıdılması, birgə turizm layihələrinin formalaşdırılması, iki ölkənin turistləri üçün mövcud və potensial turizm marşrutları üzrə turpaketlərin hazırlanması müzakirə olunub.

Həmçinin əməkdaşlıqda uyğun qiymət siyasətinin formalaşdırılması, qrup turlarının təşkili, birgə təbliğat kampaniyalarının keçirilməsi və qarşılıqlı infoturların keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından turizm ictimaiyyətinin dəyərli nümayəndəsi, Azərbaycan Sağlamlıq və...
08/06/2026

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından turizm ictimaiyyətinin dəyərli nümayəndəsi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri Ruslan Quliyevin vaxtsız vəfatını dərin kədər və hüzünlə qarşılayır,mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verir,Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin!

Address

14 Bulbul Avenue
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Association of Travel Agencies of Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Association of Travel Agencies of Azerbaijan:

Share