Milli Kimlik

Milli Kimlik Azərbaycanın gizli tarixi / Скрытая история Азербайджана

‼️🏴 Dahi bəstəkar Üzeyir Hacıbəyovun Məhərrəmlik məclisləri haqqında mühüm və ibrətamiz sözləri:"Çürükfikirlilər qəzetəç...
18/06/2026

‼️🏴 Dahi bəstəkar Üzeyir Hacıbəyovun Məhərrəmlik məclisləri haqqında mühüm və ibrətamiz sözləri:

"Çürükfikirlilər qəzetəçilərin məhərrəmlik söhbətindən acıqları tutub diyorlar ki, guya biz təziyə saxlamaq istəmirik; belə şeylər xoşumuza gəlmiyor!...
Bu qəzetəçilər haqqında böyük bir iftiradır, yalandır!

Biz hürriyyət, həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm yada salıb ağlamaqla bərabər arzu edirik:

Əvvala: Bu böyük və yanıqlı təziyə - hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gəlsin. Və saniyən: Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salıb, p*s əməllərdən kənar eləsin."

🗞️ “Yeni İqbal” qazeti, 25 oktyabr 1915, № 150

‼ "Hər Məhərrəm məscidə çay və qənd göndər" – Keşləli erməniyə verilən məsləhət- Məhərrəm təkcə müsəlmanların deyildiFin...
17/06/2026

‼ "Hər Məhərrəm məscidə çay və qənd göndər" – Keşləli erməniyə verilən məsləhət

- Məhərrəm təkcə müsəlmanların deyildi

Fin əsilli İvar Lassi 1889-cu ildə Bakıda doğulub. Azərbaycandakı Məhərrəm ayı adətlərini sistematik şəkildə analiz edərək elmi iş şəklində yayımlamış ilk şəxsdir.

O yazırdı:

💬 "Məhərrəm mərasimləri zamanı qeyri-müsəlmanların verdiyi nəzirlər də Allah tərəfindən qəbul olunmuş sayılırdı və bunun müqabilində onlara bərəkət və xeyir-dua veriləcəyinə inanılırdı.

Bir neçə il əvvəl Keşlə kəndində yaşayan bir erməni tatar (azərbaycanlı-red.) dostlarına şikayət etmişdi ki, həyat yoldaşı on iki il ərzində ona çoxlu uşaq dünyaya gətirsə də, onların hamısı bir neçə aylığında vəfat edib.

Dostları ona kəndin baş mollasına müraciət etməyi məsləhət görmüşdülər.

Molla erməniyə tövsiyə etmişdi ki, hər Məhərrəm ayında əsas məscidə bir funt çay və bir baş qənd göndərsin və nəticəni gözləsin.

1913-cü ildə bu əhvalatı mənə danışanda, həmin erməni artıq on iki il idi ki, bu tövsiyəyə əməl edirdi və o vaxt onun on iki yaşlı bir oğlu var idi."

Bu hissə İvar Lassinin əsərində Məhərrəmin yalnız müsəlmanlar arasında deyil, Bakının və Abşeronun çoxkonfessiyalı mühitində qeyri-müsəlmanlar tərəfindən də hörmətlə qarşılandığını göstərən maraqlı etnoqrafik müşahidələrdən biridir. Keşləli erməninin hər il məscidə çay və qənd nəzir göndərməsi xüsusilə diqqətçəkən nümunədir.

📜"The Muharram mysteries among the Azerbeijan Turks of Caucasia : An academical dissertation"

‼️ Şeyx Səfiəddindən Şah İsmayıla: Şəhidlik anlayışı. Qızılbaşlar üçün ölüm niyə qələbə sayılırdı?ŞƏHİD - Allah, din, pe...
16/06/2026

‼️ Şeyx Səfiəddindən Şah İsmayıla: Şəhidlik anlayışı. Qızılbaşlar üçün ölüm niyə qələbə sayılırdı?

ŞƏHİD - Allah, din, peyğəmbər, imam yolunda, müqəddəs dəyərlərin qorunması uğrunda savaşıb həlak olan şəxs.

Digər təbəqələr kimi, şəhidlik təbəqəsi də dərəcələrə bölünür. Din uğrunda aparılan cihadda öldürülən, peyğəmbəri və imamı qorumaq yolunda canını verən şəxs ən yüksək şəhidlik dərəcəsinə mənsubdur. Öz vətənini, ailəsini, namusunu, müsəlman qardaşını, hətta əmlakını qorumaq uğrunda qətlə yetirilən şəxsə də şəhidin savabı qədər savab verilər.

Hədislərdə hətta elm öyrəndiyi halda vəfat edən, suda batan insan, doğuş vaxtı rəhmətə gedən qadın da şəhidlərin sırasına aid edilib. Şiə və qızılbaş inancına görə, şəhidlərin sərvəri (başçısı) İmam Hüseyndir (ə).

Səfəvi qoşununun əsasını təşkil edən qızılbaşlar şəhidliyin uca məqamını dərk edir və bu məqama çatmaq üçün can atırdılar. Onlar ölümdən qorxmur, onu şəhidlik məqamını qazanmağın vasitəsi kimi qəbul edirdilər. Səfəvi salnamələrində düşmənlə savaşda həyatını itirənlər şəhid adlandırılır. Səfəvilər nəslinin ən böyük şəhidləri Şeyx Cüneyd və Şeyx Heydər sayılırdı.

Səfəviyyə təriqətinin nizamnaməsi sayılan, Şeyx Səfiəddin Ərdəbilinin öyüdlərini özündə ehtiva edən "Qara məcmuə"yə görə Allaha sevgi duyaraq bu əqidə ilə dünyasını dəyişən şəxs şəhiddir:

📜 "Hər kim Dost (Allah) eşqində ölə, şəhid olmuş olur."

Şah İsmayıl Xətainin şeirlərində də şəhidlik motivinə tez-tez rast gəlinir:

Yarın yolunda xəstə Xətai yoruxmə tiğ,
Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.

Biz imam qullarıyüz sadiqanə,
Şəhidlik, ğazilik nişanımızdır.

Yolumuz incədir, incədən-incə,
Bu yolda baş verək ərkanımızdır.

Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün
Bu şəhadət mülkinə seyranə gəlmişlər-dənüz.

İstinad: "Qızılbaş Ensiklopediyası"

15/06/2026

‼️🎥 Şah İsmayılın özünü babası Uzun Həsənin qanuni varisi hesab etməsi nəyin göstəricisidir?

14/06/2026

‼️Biz belə bir şey etsəydik bəllidi nə olacaqdı. Amma özümüz də bu hadisəni deyəsən unutmuşuq

Hay elə həmin haydı, dəyişən bir nəsnə yoxdu

‼️ Əbülmüzəffər Xaqan Şah İsmayıl Bahadur xanla bağlı daha bir iddia puç olduUzun illərdir ki, belə bir fikir səsləndiri...
11/06/2026

‼️ Əbülmüzəffər Xaqan Şah İsmayıl Bahadur xanla bağlı daha bir iddia puç oldu

Uzun illərdir ki, belə bir fikir səsləndirilir: guya Şah İsmayıl 1508-ci ildə İraqı fəth etdikdən sonra Kərbəlada Hürr ibn Yezidin qəbrini açdırmış, sonradan buna peşman olmuş və özünə "Xətayi" ("xəta edən") təxəllüsünü seçmişdir.

Lakin bu versiyanın ciddi bir problemi var.

Çünki Şah İsmayılın 1506-cı ildə tamamladığı "Dəhnamə" poemasında artıq "Xətayi" təxəllüsü açıq şəkildə işlədilir. Yəni İraqın fəthindən və Kərbəla hadisəsindən ən azı iki il əvvəl.

💬 Məsələn, o yazır:

"Biçarə Xətayinin pənahı,
Allahü Məhəmmədü Əlidir."

"Yüz hökm ilə şah ikən Xətayi,
Yar eşiginə gəda qılan dil."

Beləliklə, Şah İsmayılın "Xətayi" təxəllüsünü Kərbəladakı hadisədən sonra götürdüyü barədə məşhur rəvayət, tarixi faktlarla uyğun gəlmir. Bəzən bir neçə misra bütöv bir əfsanəni dağıtmağa kifayət edir.

"Qızılbaş Ensiklopediyası" kitabından

⚔️Səfəvi dövlətinin zəfərlərini çiyinlərində daşıyan həmin Qızılbaş süvariləri.Sayları az olsa da, sarsılmaz inamları və...
10/06/2026

⚔️Səfəvi dövlətinin zəfərlərini çiyinlərində daşıyan həmin Qızılbaş süvariləri.

Sayları az olsa da, sarsılmaz inamları və dəmir iradələri ilə özlərindən qat-qat üstün orduları darmadağın edən bu döyüşçülər, cəng meydanlarının canlı əfsanəsinə çevrilmişdilər.

O dövrün tankları 💪

‼️ Şah Təhmasib kimin məktubunu qəbrinə qoymağı vəsiyyət etmişdi?Müqəddəs Ərdəbili - XVI əsrdə yaşamış məşhur azərbaycan...
09/06/2026

‼️ Şah Təhmasib kimin məktubunu qəbrinə qoymağı vəsiyyət etmişdi?

Müqəddəs Ərdəbili - XVI əsrdə yaşamış məşhur azərbaycanlı din alimi. Əhməd ibn Məhəmməd Ərdəbili Nəcəf şəhərində yaşamış və dərs demişdir. Gözəl əxlaqına və kəramətlərinə görə ona "Müqəddəs” ləqəbini vermişdilər.

Müqəddəs Ərdəbilinin kəramətləri barədə mənbələrdə xeyli məlumat vardır. O, dəbdəbədən uzaq, zahidanə həyat sürmüşdür.

Səfəvi şahları onu ölkəyə dəvət etsələr də, təklifi qəbul etməmiş və İmam Əlinin (ə) məzarının yanından ayrılmayacağını bildirmişdi. Buna baxmayaraq, Səfəvi şahlarının yanında onun hədsiz hörməti vardı.

I Şah Təhmasibin qəzəbinə tuş gəlmiş bir nəfər Müqəddəs Ərdəbilidən xahiş etmişdi ki, onu cəzadan xilas etsin. Alim şaha məktub yazıb həmin adamın bağışlanmasını xahiş etdi, məktubu da "qardaşım" sözü ilə başladı.

Şah Təhmasib xahişi dərhal yerinə yetirdi, həmin məktubun da dəfn zamanı sinəsinin üstünə qoyulmasını vəsiyyət etdi:

💬 "Qəbirdə sorğu-sual mələkləri mənə əzab vermək istəsələr, məktubu göstərib deyəcəyəm ki, Müqəddəs Ərdəbili məni "qardaşım" adlandırıb".

Müqəddəs Ərdəbilinin fiqh mövzusunda qələmə aldığı "Zübdət əl-bəyan” əsəri xüsusilə məşhurdur. Azərbaycan türkcəsində əqaid kitabı yazdığı da məlumdur. Müqəddəs Ərdəbili 1585-ci ildə Nəcəf şəhərində vəfat etmiş, İmam Əlinin (ə) hərəmində dəfn olunmuşdur.

📚İstinad: "Qızılbaş Ensiklopediyası"

‼️ ABŞ Prezidentinin xüsusi nümayəndəsini heyran qoymuş generalımız1919-cu ildə ABŞ-nin Qafqaza marağı bir qədər artmışd...
08/06/2026

‼️ ABŞ Prezidentinin xüsusi nümayəndəsini heyran qoymuş generalımız

1919-cu ildə ABŞ-nin Qafqaza marağı bir qədər artmışdı. Bu səbəbdən də Birləşmiş Ştatların Prezidenti bölgədəki mövcud vəziyyəti araşdırmaq üçün nümayəndə heyəti göndərmək qərarına gəlmişdi.

Tarixçilər həmin nümayəndə heyətini Harbord missiyası adlandırırlar. Səbəb isə heyət rəhbərinin general Ceyms Harbord olması idi. O, Birinci Dünya müharibəsində Almaniyaya qarşı döyüşmüşdü. ABŞ-nin nüfuzlu hərbçilərindən sayılırdı. Müharibə bitəndən sonra bir müddət Avropada qalan təcrübəli hərbçi daha sonra 12 zabitlə birgə Azərbaycana gəlmişdi. Bakıda qaldığı müddətdə o, Насı Zeynalabdin Tağıyevin evində yaşamışdı.

Harbord AXC-nin yüksək vəzifəli şəxsləri ilə görüşmüş, danışıqlar aparmışdı. Yekunda isə öz səfəri barədə ABŞ Dövlət Departamentinə məruzə təqdim etmişdi. Həmin məruzədə Azərbaycan barədə maraqlı qeyd var. Harbord bildirirdi ki, Azərbaycanın təhsil görmüş nữmayəndələri xarici əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini başa düşürlər. O, "təhsil görmüş nümayəndələr" dedikdə, şübhəsiz ki, general Sadıq bəy Ağabəyzadəni də nəzərdə tuturdu.

Amerikalı hərbçini bütün səfər boyu məhz Sadıq bəy müşayiət etmişdi. Sadıq bəy qonağı yüksək intellekti ilə heyran qoymuşdu. Çox güman ki, amerikalı general bölgədə belə savadlı adamların olacağını düşünmürdü. Bu səbəbdən də qarşısında türk, ərəb, fars, polyak və fransız dillərində sərbəst danışa bilən hərbçi görüncə valeh olmuşdu.

Sadıq bəylə söhbətlərindən Harbord elə təsirlənmişdi ki, hətta Tağıyevin evində keçirilən və azərbaycanlı generalın iştirak etmədiyi ziyafətdə onun sağlığına badə qaldırmışdı. Çox sonralar Harbord öz xatirələrindən ibarət kitabda Sadıq bəyi həyatı boyu hərbçilər arasında çox az rast gəldiyi böyük zəkaya, dərin biliyə sahib maraqlı şəxsiyyətlərdən biri adlandıracaqdı.

Ölkəmizdə isə general Ağabəyzadəni bəzən Azərbaycanın ilk polisi adlandırırlar. O, AXC hökumətində daxili işlər nazirinin müavini olub. Ölkədə polis işinin əsas təşkilatçısı rolunda çıxış edib.

O, Birinci Dünya Müharibəsi zamanında Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır.

📚Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"

‼️ Azərbaycanın himni yox idi: Bəs General Tomson Bakıda hansı musiqi ilə qarşılandı?- İlk qeyri-rəsmi himnimizİngilis q...
05/06/2026

‼️ Azərbaycanın himni yox idi: Bəs General Tomson Bakıda hansı musiqi ilə qarşılandı?

- İlk qeyri-rəsmi himnimiz

İngilis qoşunlarının komandanı 1918-ci il noyabrın 17-də Bakıya gəlmişdi. Adətən, yüksək rütbəli, vəzifəli şəxslər rəsmi səfərə gələrkən həmin mərasimdə dövlət himni səslənir.

AXC-nin isə həmin vaxt dövlət himni hələ qəbul edilməmişdi. Məsələ burasındadır ki, Bakı cəmi 2 aydır işğalçılardan təmizlənmişdi, ilkin olaraq ən mühüm işlərin görülməsinə başlanılmış, daha vacib qanunların qəbuluna vaxt ayrılmışdı. Bir sözlə, himn barədə düşünməyə vaxt yox idi.

Bu məqamda Üzeyir Hacıbəyli köməyə çatdı. Onun təklifi ilə himnin əvəzinə general Tomsonun qarşılanma mərasimində başqa musiqi səsləndi. Söhbət böyük bəstəkarın "Leyli və Məcnun” poemasından gedir. Nofəlin səhnəyə gəlişində səsləndirilən coşqun ruhlu, "Heyratı" üstündə olan musiqi 17 noyabr 1918-ci il tarixində Azərbaycan himni əvəzinə ifa edilmişdi.

Nofəl poemada sərkərdə kimi göstərilib. Generalın qarşılanması mərasimində bu hissənin səsləndirilməsi, güman ki, təsadüf deyildi. Axı Üzeyir bəy böyük musiqiçi olmaqla yanaşı qəzetlərdə məqalələr yazırdı, siyasətdən yaxşı anlayırdı. Ehtimal etmək olar ki, Hacıbəyli himn əvəzinə haqqında danışılan musiqini seçərkən belə məqamları da nəzərə almışdı.

Maraqlıdır ki, Azərbaycan Respublikasının hazırki Dövlət Himninin müəllifi də Uzeyir Hacıbəylidir. 1944-cü ildə Azərbaycan SSR-in himnini yazmaq lazım olanda yenə də dahi bəstəkara müraciət edilmişdi.

P.S. Kommentdə həmin musiqini yerləşdirdim, dinləyə bilərsiniz.

📚Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"

Address

Баку
Baku

Alerts

Be the first to know and let us send you an email when Milli Kimlik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share